Azərbaycan paralimpiyaçıları dördüncü qızıl medalı qazandıParacüdoçumuz Sevda Vəliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Avrasiya.net xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olub. Rəqibini məğlub edən S.Vəliyeva Azərbaycana dördüncü qızıl medalı qazandırıb.

Qeyd edək ki, bunadək Azərbaycanın hesabında 5 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


Şuşada hərbi qulluqçumuz intihar edib - RƏSMİBəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub.

Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır. Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur. Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.
İlham Əliyev bu idmançıları təbrik etdiPrezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan idmançılarımızı təbrik edib.

Avrasiya.net xəbər verir ki, Prezident bununla bağlı Tviterdə paylaşım edib:

"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram".
Üç paracüdoçumuz Tokio-2020-nin finalına yüksəldiTokio-2020 Yay Paralimpiya Oyunlarında qadınlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang'a qalib gələrək finala vəsiqə qazanıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lee'yə qalib gələrək finala vəsiqə qazanıb.

Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelikə qalib gələrək finala yüksəlib.
“Taliblər” ABŞ-ın 85 milyard dollarlıq hərbi texnikasını ələ keçiribABŞ Nümayəndələr Palatasının üzvü, ölkənin Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan hərbçisi Cim Benks bildirib ki, "Taliban" hərəkatının silahlıları Amerikanın 85 milyard dollarlıq hərbi texnikasını ələ keçirib.

“Report” xəbər verir ki, onun sözlərini “The Independent” sitat gətirib.

O qeyd edib ki, Əfqanıstanda tərk edilmiş külli miqdarda texnika və silah arasında 75 000 avtomobil, 200 təyyarə və helikopter, həmçinin 600 000 atıcı və yüngül silah var.

Benks vurğulayıb ki, hazırda “Black Hawk” helikopterlərinin dünyada olan 85 faizdən çoxu “Taliban”ın döyüşçülərindədir. "Əgər bu silah indi və ya gələcəkdə amerikalıları öldürmək, yaralamaq, zərər vurmaq üçün istifadə edilsə, qan Co Baydenin əllərində olacaq", - konqresmen əlavə edib.
Rusiyada DƏHŞƏT: Koronavirus xəstələri diri-diri yanaraq öldüRusiyanın Yaroslavl şəhərində xəstəxanaların birində reanimasiya şöbəsində yanğın baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə təcili xidmətlərdən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata görə, reanimasiya şöbəsində döşək yanıb.

Yanğın səbəbindən xəstəxanada işıqlar sönüb. Buna görə süni tənəffüs aparatları sönüb. Nəticədə, aparata qoşulan 3 xəstə ölüb.

Məlumata əsasən, yanğın 3 saylı xəstəxanada baş verib. Yanğının dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır. Yanğın yanğınsöndürənlər gəlməmişdən əvvəl söndürülüb. Publika
ABŞ kəşfiyyatı: Korona bioloji silah deyil, amma...COVİD-19 virusu laboratoriyada hazırlanmış bioloji silah deyil.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin hesabatında deyilir.

“Hesab edirik ki, virus bioloji silah olaraq hazırlanmayıb. Buna rəğmən, virusun mənşəyi ilə bağlı ümumi fikrə gəlinməyib. Bütün qurumlar iki versiyanın daha reallıqla uzlaşdığını bildirirlər: heyvanlardan yoluxma və laboratoriyada baş verən insident...” - deyə bildirilib.
İraqda ABŞ bazası raket atəşinə tutulduİraqın Bəsrə vilayətində ABŞ hərbi bazası raket hücumuna məruz qalıb.

Avrasiya.net xəbər verir ki, Küveyt sərhədindəki Savfan şəhərinin Cirişan sərhəd keçid məntəqəsi yaxınlığında yerləşən bazaya 3 raket atılıb.

Raketlərdən 2-si bazanın yaxınlığına, biri isə Küveyt ərazisinə düşüb.

Hücum nəticəsində hər hansı itkinin olması barədə məlumat verilmir.
Taliban Kabil aeroportunun bir hissəsini ələ keçirdiTaliban döyüşçüləri Kabil Beynəlxalq Hava Limanının hərbi sektorunun bir hissəsini nəzarətə götürüb.

Axar.az xəbər verir ki, bu barədə hərəkat nümayəndəsi Bilal Kərimi deyib.

“Bu gün aeroportun üç əhəmiyyətli hissəsi amerikalılardan azad olundu və İslam Əmirliyinin (Taliban özünü belə adlandırır – red.) nəzarətinə keçdi”, - deyə Kərimi bildirib.

Onun sözlərinə görə, hazırda aeroportun kiçik bir hissəsi amerikalıların nəzarətindədir.
Paşinyan Azərbaycanın tələbini qəbul etdi"Bakı İrəvandan iki kənd də daxil olmaqla 21 kilometrlik Gorus-Qafan yolunun Azərbaycan ərazisi olaraq rəsmən tanınmasını tələb edib".

Avrasiya.net xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan bu tələbi qəbul edib.

"Tələb yerinə yetirilib və baş nazir Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, 21 kilometr Azərbaycanın ərazisidir. Eyni zamanda, o iki kəndin Azərbaycan adlarını çəkib", - deyə Danielyan bildirib.

Qeyd olunub ki, Paşinyan çıxışında işğaldan azad olunmuş Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimləri ilə səsləndirib.