ABŞ bu ölkədə hər cür vəhşiliklər törədib - XameneiABŞ Əfqanıstanı inkişaf etdirmək üçün bir addım belə atmadı.

Avrasiya.net xəbər verir ki, bunu İranın ali lideri ayətullah Seyid Əli Xamenei deyib.

"İndiki Əfqanıstan 20 il əvvəl inkişaf baxımından geridə olmasa da, irəlidə də deyil. Əfqanıstanda böhranların mənbəyi ABŞ-dır. Amerikalılar 20 illik işğal dövründə bu ölkədə toyları və cənazələri bombalamaq, günahsızları həbs etmək və narkotik istehsalını on dəfə artırmaqla hər cür vəhşiliklər törədiblər", - deyə Xamenei qeyd edib.
“Tokio-2020”: Azərbaycan yeddinci pilləyə yüksəldi“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının dördüncü günündə 61 ölkənin idmançıları medal qazanıblar.

Avrasiya.net xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 30 qızıl, 21 gümüş və 26 bürünc medal qazanıblar.

İkinci pillədə 16 qızıl, 12 gümüş və 15 bürünc medalla Böyük Britaniya təmsilçiləri, üçüncü yerdə isə 13 qızıl, 7 gümüş və 20 bürünc medalla Rusiya Paralimpiya Komitəsinin atletləri qərarlaşıblar.

ABŞ 11 qızıl, 7 gümüş, 4 bürünc medalla dördüncü, Ukrayna 8 qızıl, 17 gümüş, 9 bürünc mükafatla beşinci, Avstraliya isə 7 qızıl, 9 gümüş və 11 bürünc medalla altıncıdır. Hesabında 7 qızıl və 2 bürünc medal olan Azərbaycan yeddinci pillədə yer alıb. Digər pillələrdə Braziliya (6-5-12), Niderland (6-5-5) və İtaliya (5-7-6) qərarlaşıblar.

Azərbaycan komandasının aktivində 9 medal var. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abaslı (66 kq) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
Bələdiyyə sədrləri: aralarında fəaliyyətləriylə borclarını silənlər də var, göynən gedənlər dəFəaliyyətimizi təbliğ etmirik, problemlərimizi ictimailəşdirmirik, borclu vergi ödəyicilərin siyahısını açıqlamırıq, təkliflər verib həlliylə bağlı addımlar atmırıq nəticə də gündəlik olaraq bələdiyyəni borclandırırıq. Bu vəziyyətlə hara gedirik, bilən varmı? Bəzi bələdiyyə sədrləri bu hərəkətlərinə necə haqq qazandıracaqlar.

***

Bu gün sabah yeni seçilmişlərin ikinci ili tamam olur. İki ilin tamamında özlərinə hesabat vermiş olsalar bu sədrlər nədən danışacaqlar, hansı misalları çəkəcəklər.

Fikrimcə, sədr olan şəxs düşünməlidir ki, sədr ilk olaraq icra başçısı qarşısında yox, məhz seçicisi qarşısında məsuliyyət daşıyır. Hər addımlarında diqqətli olmalı, seçici məmnunluğunun təmin edilməsinə çalışmalıdırlar. Əfsuslar olsun ki, yerində sayan bələdiyyələrdə bu gün az deyil.

Necə olur ki, Bibiheybət bələdiyyəsinin sədri 10 min manat, Gədəbəy bələdiyyəsinin sədri 25 min manat, Sahil bələdiyyəsinin sədri 38 min manat, Binədəqi bələdiyyəsinin sədri 90 min manat, Sabunçu bələdiyyəsinin sədri 100 min manat, Qala bələdiyyəsinin sədri 24 min manat bələdiyyənin müxtəlif istiqamətlər üzrə, həm DSMF-yə, həm də əməkhaqqı borcunun bələdiyyənin yeni tərkibinin fəaliyyəti sayəsində silindiyini bildirdikləri halda Əhmədli bələdiyyəsi, Xocasən bələdiyyəsi və onlarca digər sədrlər bələdiyyələri borclandırmaqda davam edirlər.

Etiraf edilməlidir ki, bələdiyyələrin maliyyə gəlirlərinin artmasında Bələdiyyələrlə İş mərkəzinin xüsusi xidməti var. Onların fəaliyyəti sayəsində ötən illərdə bələdiyyələrin büdcə gəlirləri iki milyon manata yaxın artmışdır.

***

Yeri gəlmişkən, maraqlı bir məqama toxunmaq istərdim. İki il ərzində paytaxtın bir çox bələdiyyəsinin, o cümlədən Nəsimi bələdiyyəsinin hər hansı ciddi addım atıb konkret layihə icra edə bilməməsinin əsas günahı kimdədir? Necə olur ki, iki bələdiyyə, Binəqədi və Nəsimi bələdiyyəsi, adıçəkilən mərkəzin müxtəlif istiqamətlər üzrə pilot layihə proqramına salınır, Binəqədi bələdiyyəsi ay ərzində nəzərdə tutulan maliyyə vəsaitinin iki dəfədəndə artıq maliyyə toplayır, Nəsimi bələdiyyəsinin isə əksinə büdcə gəlirləri azalır. Maraqlıdır, deyilmi...

Fikrimizcə, əsas səbəb hazırda Nəsimi bələdiyyəsində əsas hədəf kimi, vergi borclarını yığmaq yox, vergi müfəttişlərini işdən “psikdirmək”lə məşğul olmalarıyla bağlıdır. Bacarıqlı işçilərin “nazıyla” oynamaq əvəzinə qulluqçuları aylıq xidməti müqavilə bağlamağa təhrik etmək nə deməkdir. Ayıbdır. İki ilə yaxın müddət ərzində inzibati binada qulluqçulara müasir iş şəraiti yaratmaq əvəzinə təzələrin işinə göz yummaq, köhnələrə isə “barmaq” qeydiyyatı aparmağa məcbur etmək hansı qanunda yazılıb, maraqlıdır. Belə halların digər bələdiyyələrdə baş verdiyi deyilir. Çox təəssüf...

Yazılanlara reaksiya verilməməsi isə iki məqamdan irəli gələ bilər. Ehtimal etmək olar ki, adam hədsiz dərəcədə göynən gedir və gözü yeri görmür, ya dakı ...

“Manatı bəyənməyən ortaya şahını çıxartmalıdır”. Könhə sistemdən qurtula bilmirlər, yenisini də qura bilmirlər. Çünki atılan addımlar ümumi mənafe naminə deyl, şəxsi maraqlara xidmət edir. Ona görə də alınmır, əzizlərim!!!

***

Hər halda bir daha bələdiyyə sədrlərinə səslənirəm: fəaliyyətinizi təbliğ etməli, problemlərinizi ictimailəşdirməli, borclu vergi ödəyicilərin siyahısını açıqlamalı, təkliflər verib həlliylə bağlı addımlar atmalısınız ki, seçicilərə verdiyniz öhdəliyi də vaxtında yerinə yetirəsiniz.

Bu gün bələdiyyə sədrlərinin əsas vəzifəsi seçici məmnunluğunun təmin edilməsinə çalışmaqdır. Vəssalam...

Vüqar Tofiqli
Ölkədə koronadan ölənlərin sayı 40-ı keçdiAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib. 50 244 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, bu günə qədər isə ümumilikdə 4 414517 test icra olunub.
32 yaşlı jurnalist koronadan vəfat etdiFemida.az saytının 32 yaşlı əməkdaşı Şahverdi Şirinli (Oğuz Altay) bu gün dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Jurnalist bir neçə gün əvvəl sosial şəbəkə hesabında koronavirusa yoluxması barədə məlumat paylaşmışdı.

Allah rəhmət eləsin!
İki uşaq anası özünü kəndirlə asdıAğdaş rayonunda intihar hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Dovudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Yarməmmədova Solmaz Fəzail qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.

İki uşaq anası Solmaz Yarməmədovanın özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Klinik Xəstəxanada müalicə alan xəstə yoxa çıxdı - FotoRespublika Klinik Xəstəxanasında müalicə alan xəstə itkin düşüb.

Avrasiya.net Bakipost.az-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini 60 yaşlı Bəsti Əhmədova müalicə aldığı xəstəxanadan avqustun 26-sı saat 10:00 radələrində çıxıb və geri qayıtmayıb.

Məlumata görə, B.Əhmədova yaddaş pozğunluğundan əziyyət çəkir. O, son olaraq oğlu ilə danışıb, "su içməyə çıxmışam, xəstəxananı tapa bilmirəm", - deyib. Oğlu, "gözlə olduğun yerdə, gəlirəm", - deyib, lakin daha sonra xanımın mobil telefonuna zəng çatmayıb.

Onu tapmaq hələ də mümkün deyil.
Toy edənlərin nəzərinə! - Qərar dəyişdirildiBaş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Avrasiya.net xəbər verir ki, qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.

Bundan öncə COVİD pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.
Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci qızıl medalı qazanıbAzərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Avrasiya.net-in məlumatına görə, 63 kq-da yarışan idmançı ukraynalı İrina Qusyeva ilə qarşılaşıb.

Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl, ümumilikdə isə 7-ci medalı olub. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub. Digər paracüdoçu Namiq Abaslı (66 kq) və pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib çıxıblar.

11:31
Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Avrasiya.net-in məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.

Rəqini vazari xalı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.
Masallıda ər arvadını bıçaqlayıbMasallı rayonunda 20 yaşlı qadın əri tərəfindən bıçaqlanıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Xıl kəndində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Elza Cəfər qızı Ağayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədəninin müxtəlif yerlərindən 15-dən çox kəsilmiş-deşilmiş yaralar alan E.Ağayeva əməliyyata alınıb, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ariz Ceyhun oğlu Ağayev tərəfindən törədildiyi və polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.