ABŞ-da bayraqlar endiriləcəkKabildə törədilən partlayışlarda həlak olanların xatirəsini yad etmək üçün bütün ABŞ ərazisində dövlət bayraqları endiriləcək.

Avrasiya.net TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Onun sözlərinə görə, ABŞ ərazisindəki bütün ictimai binalar və hərbi bazalarda bayraqlar endiriləcək.

Qeyd edək ki, Kabil hava limanı yaxınlığında baş vermiş partlayışlar nəticəsində 12 ABŞ əsgəri daxil olmaqla 100-dən çox insan ölüb.
Qurban Qurbanov tarixi qələbəni belə şərh etdiFutbolçularımı təbrik etmək istəyirəm. Dünən də bildirmişdim ki, ağır yol gəlmişik və çətin oyunlardan çıxmışıq. Oyunçular belə qələbəni haqq edirdilər.

Avrasiya.net xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin"i 3:1 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında bildirib.

Stadiondakı atmosferin möhtəşəm olduğunu deyən Q.Qurbanov azarkeşlərdən də razı qaldığını vurğulayıb:

"Azarkeşlər də çox mədəni idi. Həm komanda, həm də baş məşqçiləri özlərini mədəni aparırdı. "Aberdin"ə və onların azarkeşlərinə uğurlar və daha yaxşı nəticələr arzulayıram. Sonda öz "Qarabağ"lılarımı, azərbaycanlılarımı təbrik edirəm. Həqiqətən çox möhtəşəm qalibiyyət oldu"
Kabildə 5-ci partlayış: 90 ölüKabil beynəlxalq hava limanında kamikadze özünü partladıb.

Avrasiya.net xəbər verir ki, bu barədə yerli jurnalistlər məlumat yayıb.

Partlayışdan sonra koalisiya qüvvələrinin iştirakı ilə atışmanın baş verdiyi deyilir.

***

Kabil aeroportu yaxınlığında ikinci partlayış baş verib.

Partlayış nəticəsində ən azı 13 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilib. Onların arasında uşaqlar da var.

***

Taliban nümayəndəsi Məhəmməd Naim partlayışda İŞİD-in əlinin olmasını istisna etməyib.

O bildirib ki, partlayışı kimin törətməsi ilə bağlı detallı məlumata sahib deyillər.

***

Kabil aeroportunda üçüncü partlayış baş verib.

Terror aktları nəticəsində ən azı 60 nəfər ölüb, 150-i yaralanıb.

KİV-in məlumatına görə, partlayışlar nəticəsində 10 amerikalı hərbçi də həlak olub.

***

Kabildə daha iki partlayış baş verib. Partlayışlarda ölən amerikalı hərbçilərin sayı 12-yə çatıb.

***

Silsilə partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb.

Bu barədə Əfqanıstanı Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qarabağ" daha bir tarix yazdı: Qrupa vəsiqə qazandıKonfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Aberdin" (Şotlandiya) - "Qarabağ" matçı üçün heyətlər açıqlanıb.

Avrasiya.net xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyuna aşağıdakı heyətlə çıxacaqlar:

“Aberdin”: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaher, 8. Skott Braun (k), 16. Funso Ojo, 19. Luis Ferqyuson, 22. Kelvin Remsi, 9. Kristian Ramirez, 20. Teddi Cenks, 17. Conni Hayes

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 18. İsmayıl İbrahimli, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Xayme Romero, 77. Ramil Şeydayev.

***

"Aberdin" - "Qarabağ" matçı başladı.

***

Toral Bayramov matçın 8-ci dəqiqəsində "Qarabağ"ı hesabda önə çıxardı: 0-1.

***

Kadi görüşün 18-ci dəqiqəsində "Qarabağ"ın ikinci qoluna imza atdı: 0-2.

***

Zubir matçın 71-ci dəqiqəsində komandasının üçüncü qolunu vurdu: 0-3.

***

Görüşün son dəqiqələrində "Aberdin" komandası penalti zərbəsi ilə hesab arasındakı fərqi azaltsa da (1-3), matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bununla "Qarabağ" ilk dəfə yaradılan Konfrans Liqasının qrupuna vəsiqə qazanıb.