Şəhriyar Məmmədyarov 127 min dollar qazandıBeş turnirdən ibarət olan "Grand Chess Tour" şahmat seriyası başa çatıb.

Avrasiya.net xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov yarışda üçüncü yeri tutub.

Turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub. İkinci yerə fransalı şahmatçı Maksim Vaşe-Laqrav yiyələnib.

Qeyd edək ki, Ş.Məmmədyarov üçüncülük əldə etməklə 127 min ABŞ dolları qazanıb.
Gündəlik yoluxma 4 mini keçdi, 35 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
Qızılağac Milli Parkında yanğın başladıQızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.

"Hazırda bütün qüvvələrimiz və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar", - o, bildirib.
Azərbaycan Tokio-2020-də 5-ci medalını qazandıParacüdoçumuz Namiq Abaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Avrasiya.net xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Abaslı üçüncü yer uğrunda ukraynalı David Xorava ilə qarşılaşıb. Rəqibinə qalib gələn paracüdoçumuz bürünc medal qazanıb.

Qeyd edək ki, bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Daha əvvəl Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.
COVID-19 jurnalistin həyatına son qoyduAMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, “Avropa Nəşr Mətbu Evi”nin direktoru Şöhrət Səlimbəyli vəfat edib.

Avrasiya.net xəbər verir ki, Qarabağ Müharibəsi veteranı Ş.Səlimbəyli ötən gün koronavirusdan dünyasını dəyişib.

60 yaşlı jurnalistə bir neçə gün əvvəl COVID-19 diaqnozu qoyulub. O, 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!
Zəfər bayramı Lefkoşada da təntənəli qeyd ediləcəkAvqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramı Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) də qeyd ediləcək

ŞKTC- nin Bakı təmsilçiliyibdən Avrasiya.net-ə verilən məlumata görə, Türk tarixinin ən əhəmiyyətli zəfərlərindən olan 30 Avqust Zəfərinin 99-cu ildönümü, Türkiyədə olduğu kimi bu respublikada da mərasimlərlə qeyd olunacaq.

Belə ki, 30 Avqust, Bazar ertəsi günü paytaxt Lefkoşada və bütün bölgələrdə mərasimlər keçiriləcək.
Covid-19 tədbirləri çərçivəsində bütün mərasim və tədbirlərdə sosial məsafə qaydalarına riayət etmək və maska ​​taxmaq məcburi olacaq.

Xatırladaq ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Azərbaycan Tokio-2020-də ilk qızıl medalını qazandıAzərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Avrasiya.net xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz fransalı Sandrin Martine ilə qarşılaşıb.

Finalda rəqibini məğlub edən Ş.Hacıyeva paralimpiya çempionu olub.

Qeyd edək ki, bununla da Azərbaycan Tokio-2020-də ilk qızıl medalını qazanıb.
İtkin düşmüş hərbçilərin ailələri Yerevanda aksiya keçirdiErmənistanda itkin düşmüş hərbçilərin yaxınları etiraz aksiyası keçirib.

Ermənistan KİV xəbər verir ki, onlar hakimiyyəti şəxsiyyəti müəyyənləşmiş hərbçi cəsədlərini onlara öz övladları kimi təqdim etməkdə ittiham ediblər.

Etirazçıların fikrincə, hökumət cəsəd axtarışı və ölənlərin kimliyini müəyyənləşdirməkdə maraqlı deyil.
Daha 12 nəfər toya buraxılmadıAvqustun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 3 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Avrasiya.net-ə verilən məlumat görə, monitorinq 1 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 12 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Nigeriyalı biznesmen Tbilisi meri vəzifəsinə namizəd olubGürcüstanda yaşayan Nigeriya əsilli iş adamı Arinze Riçard Oqbunucu Tbilisi meri vəzifəsinə namizəd kimi qeydiyyata alınıb.

Bu barədə məlumat ölkənin Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Qeyri-adi namizədi “Bizim birləşmiş Gürcüstan” adlı təşəbbüs qrupu irəli sürüb.

A.R.Oqbunucu 20 il bundan öncə Gürcüstana köçüb. O, gürcü xanımla evlidir və gürcü dilini yaxşı bilir.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər bu il oktyabrın 2-də keçiriləcək.//Report