Müəllimlərin işə qəbulu üçün vakansiya seçiminə başlanılırAvqustun 24-26-da 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Bu barədə Avrasiya.net-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-ü saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək.

Namizədlər avqustun 26-sı saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti turlarda da vakansiyaya çıxarılacaq. Həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək. Namizədlərə vakansiya seçimi zamanı bu məqamı nəzərə almaq tövsiyə olunur.

Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bu xəstələrin nəzərinə: Koronaya yoluxmamaq üçün...Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxma riski yüksəkdir. COVİD-19 virusu ürək-damar sisteminə təsir göstərərək xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Çox təəssüf ki, yaşlı və ürək-damar problemləri ilə yanaşı digər xroniki xəstəliyi olanlarda infeksiyanın gedişatı daha ağır fəsadlar törədir.

Qida Təhlükəsizliyi İnstitutundan Avrasiya.net-ə bildirilib ki, ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyllilik, yaş və cins də böyük rol oynayır. Xəstəlik daha çox 40 yaşdan yuxarı olanlarda müşahidə edilir. Həmçinin kişilərlə müqayisədə qadınlarda xəstəliyin əmələ gəlməsi riski daha aşağıdır.

Koronavirusa qarşı ən yaxşı müdafiə vasitəsi müvafiq qabaqlayıcı tədbir və tövsiyələrə ciddi əməl edilməklə yanaşı, güclü immun sistemidir. Havalar soyuduqca virusun daha da aktivləşəcəyini nəzərə alsaq, immun sistemini gücləndirməklə orqanizmin COVID-19 infeksiyasına qarşı müdafiə qabiliyyətini artırmaq olar. İmmun sistemin fəaliyyətində fiziki cəhətdən aktivlik, normal yuxu rejimi və balanslı şəkildə qidalanma mühüm rol oynayır.

Ümumiyyətlə, ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma zamanı bir sıra şərtlərə əməl olunmalıdır:

- Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.

- Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödemin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.

- Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.

- Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir.

- Spirtli və şirin içkilərdən imtina olunmalıdır.

- Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır.

- Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir.

- Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır.

- Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilməsi və ya 1 ədəd alma yeyilməsi məsləhət görülür.
Jirinovski yenə sərsəmlədi: Türkiyə "parçalanacaq", İran isə...Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski 2030-cu ilə qədər Yaxın Şərqin siyasi xəritəsinə dair yeni “proqnozlar”ını irəli sürüb.

Axar.az Bizimyol.info-ya istinadən xəbər verir ki, qalmaqallı siyasətçi yaxın illərdə Pakistanın Əfqanıstanla birləşəcəyini və vahid “Puştunistan” dövləti yaradılacağını deyib: “Puştun olmayan bütün digər xalqlar qərbə doğru Orta Asiyaya doğru itələyəcəklər. Xəzərilər isə şiələrin yaşadıqları İrana qaçmaq məcburiyyətində qalacaqlar. Ancaq o vaxta qədər İranın özü məhv ola bilər. İran əleyhinə qüvvələr onun yerinə ayrı bir İran Azərbaycanı, Fars, Türkmənistan və Bəlucistan yaratmağa çalışacaqlar. Ölkənin bölünməsi nəticəsində şimala - Qafqaza və Türkmənistana qaçan çox sayda qaçqın meydana çıxacaq. Xüsusilə, İran türkmənləri Orta Asiyada türkmənlərlə bir araya gəlməyə çalışacaqlar və bunun əsasında münaqişələr mümkündür”.

Onun sözlərinə görə, Türkiyədə, ABŞ-ın dəstəyi ilə, Türkiyənin Diyarbəkir şəhərində yeni bir “Kürdüstan” dövləti yaradılacaq.

“Bununla Türkiyənin bölünməsi başlayacaq. Sonradan Avropa Ermənistana hələ də Türkiyənin bir hissəsi olan Qərbi erməni torpaqlarını qaytarmağa kömək edəcək, Yunanıstan Kipri azad edəcək və İzmirə iddia edəcək. Bolqarıstan Trakiyanı geri qaytarmağa çalışacaq”.

V.Jirinovskinin sözlərini şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, Jirinovski zaman-zaman müəyyən qüvvələrin diktəsi altında qalmaqallı açıqlamalar verir: “Bundan əvvəl də, Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirmişdi. Onun bu “proqnozları” absurddur. Ən əsası da, İran və Türkiyə ilə bağlı. İranda oturuşmuş dövlətçilik ənənələri var və bu ənənələr Rusiyanın tarixindən də qədimdir”.

O qeyd edib ki, Türkiyə istənilən separatçı fəaliyyətinin qarşısını almağa qadirdir: “Türkiyədə yaşayan bütün etnik azlıqlara milli-mədəni muxtariyyət verilib. Lakin hər hansı separatçılıq cəhdlərinin qarşısı vaxtında alınır və düşünmürəm ki, kənardan hər hansı qüvvənin təsiri ilə Türkiyəni bir dövlət və xalq olaraq parçalamaq mümkün olsun”.

Politoloq əlavə edib ki, Yaxın Şərqdə ABŞ-ın siyasəti fiaskoya uğrayıb.

“ABŞ-ın Əfqanıstanda necə biabırçı vəziyyətə düşməsi hamıya məlumdur. Düşünürəm ki, bir müddət ABŞ regionda ehtiyatlı siyasət yürüdəcək”, - deyə politoloq söyləyib.