Paşinyan Bakıdan təkliflər gözləyir: “Danışıqlara hazırıq”Rəsmi İrəvan Qarabağla bağlı konstruktiv danışıqlara hazırdır.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkə parlamentində bəyan edib.

Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpasını vacib hesab edir.

“Ermənistan Azərbaycanla sülh danışıqlarını bərpa etmək üçün təkliflər gözləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işlərin intensivləşdirilməsi vacibdir. Təəssüf edirəm ki, siyasi səs-küy səbəbiylə yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrində qeyri-sabit vəziyyət proseslərin başlamasına ciddi təhlükədir”, - deyən Paşinyan sərhədlərin müəyyənləşməsində Sovet xəritələrinin əsas olduğunu söyləyib.
İlham Əliyev səfirlərlə görüşdüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib
Özünü İmam Mehdi kimi tanıtdı: Dələduzluq etdi - VideoBir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək paytaxt sakini olan Aqil Zalış oğlu Babayevin 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirildiyini bildiriblər.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib.

Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.

Qeyd edək ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri Baş İdarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aqil Babayevin törətdiyi qanunsuz əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Neftçalanın sabiq icra başçısının məhkəməsi olduNeftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avrasiya.net xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Sabiq icra başçısı ifadələr üzrə özünü təqsirli bilməyib.

Hakim digər şahid ifadələrinin növbəti prosesdə dinlənilməsini məqsədəuyğun sayıb.

Növbəti proses avqustun 27-ə təyin olunub.

Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir.

Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.

Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham verilib.
Gürcüstanda koronavirus qalmaqalıLeyboristlər Partiyasının lideri Şalva Natelaşvili pandemiyadan istifadə etdiyi iddiası ilə "Gürcü arzusu"nun lideri Bidzina İvanişvilini Avropa məhkəməsinə verib.

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Şalva Natelaşvili keçirdiyi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Bidzina İvanişvili və ətrafındakı şəxslər hakimiyyəti qorumaq üçün pandemiyadan istifadə edib:

"İvanişvili və ətrafındakı şəxslər hakimiyyətdə qalmaq üçün pandemiyadan istifadə etdi, bu isə COVID "soyqırımı" anlamına gəlir. Buna görə də bu gün Haaqa Tribunalında Bidzina İvanişvili və ətrafındakılara qarşı xalqımız üçün COVID "soyqırımı" təşkil etməklə bağlı iddia açdıq. Bildiyiniz kimi, beynəlxalq konvensiyalar soyqırımı kütləvi ölümlərə səbəb olan şəraitin qəsdən yaradılması kimi təyin edir", - deyə Ş.Natelaşvili bildirib.
“Taliban” ABŞ-ın helikopter və təyyarələrini ələ keçirdi“Taliban” hərəkatı ABŞ-ın bir neçə təyyarəsini, hərbi helikopterini və tank əleyhinə raketini ələ keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə Pentaqonu ciddi narahat edir.

Məlumata görə, taliblərin əlinə keçən silahın zərərsizləşdirilməsi barədə qərar hələlik qəbul edilməyib.

“Ola bilsin ki, taliblər təyyarə və helikopterlərdən istifadə etməyə çətinlik çəksinlər. Belə ki, onların pilotları yoxdur, texniki xidmət də onlar üçün əlçatan deyil”, - mənbə deyib.

Həmçinin qeyd olunub ki, ABŞ “Taliban” hərəkatının hərbi anbarlarına zərbə endirmək üçün təxliyə prosesinin yekunlaşmasını gözləyir.
Sünni Taliban şiə İrana qarşı. Bu, ABŞ planıdır?Radikal ünsürlərin İslam Əmirliyinin çətiri altına toplanması ehtimalı İran üçün ciddi təhlükə yaradır. İstisna deyil ki, ABŞ-ın Talibanı önə çəkməsi bu bölgədə elə məzhəb qarşıdurmasının yaradılmasına hesablanıb.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Əfqanıstanda qurulması gözlənilən sünni İslam Əmirliyi ilə şiə İranı arasında mümkün qarşıdurma haqda danışarkən deyib.

“Çoxtərəfli prosesdə Talibanın sərgiləcəyi mövqe aydınlaşdırıcı faktor olacaq. Yəni ABŞ-ın bölgədən “minalarını yerləşdirmədən” ayrılmadığını düşünmə, Talibanın İslam Əmirliyi yaratması və monolit olmadığı, radikal qrupların mövcudluğu faktını kənara qoymaq çətindir. Əfqanıstanın Asiyanın cənub-şərqinə və mərkəzinə qeyri-stabillik gətirəcəyi ehtimalı daha güclü görünür”.
Ukrayna Azərbaycanlıları Radası “Etnik Çələng” festivalında iştirak edib"Biz fərqliyik, amma birik. Biz sənin övladlarınıq, Ukrayna!" şüarı ilə keçirilən festival Ukraynanın Dövlət Bayrağı Günü və Ukraynanın Müstəqilliyinin 30-cu ildönümüə həsr olunub.

Avrasiya.net xəbər verir ki, bayram tədbirində iştirak edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov festivalın fəxri qonağı olan Desnyansk rayon adminstrasiyadının rəhbəri Dmitri Ratnikovla görüşüb. UAR həmsədrləri Oleq Krapivinin və Hikmət Cavadovun təbriklərini adminstrasiya rəhbərinə çatdıran baş katib Ukrayna xalqına birlik, qələbə və sürətli inkişaf arzuladığını bildirib.

Ermənistan nümayəndələrinin qatılmadığı festival Ukrayna Azərbaycanlıları Radasının fəal üzvü, xalq artisti Qurban Abbasovun rəhbərlik etdiyi Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Ukraynanın xalq artisti, ictimai xadim Raisa Nedaşkivskayanın təşkilatçılığı ilə baş tutub.

Azərbaycanla yanaşı rekord sayda, dünyanın 62 ölkəsinin milli mədəniyyət nümunələrinin təqdim edildiyi festivalda ölkəmizi Ukraynanın xalq artisti, həmyerlimiz Qurban Abbadov Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısı ilə təmsil edib.

Festival iştirakçılarına müasir informasiya texnologiyaları ilə Ukrayna naxışlarının gözəlliyinin unikal birləşməsi - Desnyanskiy rayonu haqqında çəkilmiş bir film olan Ukrayna ornamenti ilə işlənmiş QR kodu təqdim olunub. Bu eyni zamanda “İlk dəfə. İT texnologiyaları” nominasiyasında yeni rekord hesab olunur!

Bayraq günün mübarək, Ukrayna!
Müstəqillik günün mübarək, Ukrayna!
Слава Україні!


Çempionlar Liqası: Bu gün üç komanda qrupa vəsiqə qazanacaqUEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Avrasiya.net-in məlumatına görə, ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gələcək.

PSV Niderlandda Portuqaliyanın "Benfika" komandasının müqavimətini qırmağa çalışacaq. "Lüdoqorets" Bolqarıstanda İsveç "Malmö"sü ilə, "Ferentsvaroş" isə Macarıstanda İsveçrə "Yanq Boyz"u ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. PSV (Niderland) - "Benfika" (Portuqaliya)

İlk oyun - 1:2

23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç)

İlk oyun - 0:2

23:00. "Ferentsvaroş" (Macarıstan) - "Yanq Boyz" (İsveçrə)

İlk oyun - 2:3.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları avqustun 25-də gerçəkləşəcək
“Taliban” liderləri Əfqanıstanı idarə etmək üçün şura yaradacaq“Taliban” liderləri Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət şura yaradacaqlar.

Publika.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Amerikanın “Foreign Policy” nəşri yazıb.

Nəşr qeyd edir ki, şurada “Taliban” hərəkatının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Məhəmməd Ömərin oğlu Molla Məhəmməd Yakub və “Haqqani Şəbəkəsi” terror qruplaşmasının yüksək vəzifəli üzvü Xəlil əl-Rəhman Haqqani təmsil olunacaq.

Qeyd olunub ki, “Taliban”, keçmiş rəhbərliyin bəzi üzvlərinə seçdikləri nazirlikləri idarə etmələri təklif olunacaq.