Bakıda 45 yaşlı kişi itkin düşüb - FotoBakı şəhər sakini ötən ayın ortalarında itkin düşüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Xətai rayonu, Əhmədli qəsəbəsi Neapol 7 mənzil 33-də yaşayan 1976-cı il təvəllüdlü Elçin Qufran oğlu Bayramov iyul ayının 15-də saat 12:00-da evdən gedərək bu günə qədər geri qayıtmayıb.

E.Bayramov evdən çıxarkən əynində göy rəngli şalvar və həmin rəngli köynək olub. O, ruhi xəstəlikdən əziyyət çəkir.

E.Bayramovun yaxınları onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onu görənlərdən və ya E.Bayramov barəsində məlumatı olanlardan 055 564 72 72, 051 878 72 72 telefon nömrələrinə zəng etmələri xahiş olunur.
Gürcüstanda xüsusi əməliyyat: İŞİD üzvləri saxlanıldıGürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Kaxeti bölgəsində xüsusi əməliyyat keçirib.

Bu barədə Gürcüstan DTX məlumat yayıb.

DTX-nin Terrorla Mübarizə Mərkəzi əməkdaşlarının Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Kaxetidə həyata keçirdikləri xüsusi tədbirlər nəticəsində 5 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər İŞİD terror təşkilatının sıralarına qoşulub və Suriyada terror düşərgəsinə getməyi planlaşdırıblar. Qrupun üzvləri küçədə hərəkət edərkən terror təşkilatına dəstəyini açıq şəkildə ifadə edib və terrorçu simvolları nümayiş etdiriblər.

İstintaq çərçivəsində İŞİD-in nümayəndəsi və Gürcüstan “əmiri” olduğunu açıq ifadə edən terror təşkilatına dəstək qrupunun lideri müəyyən olunub. Saxlanılan şəxslərin məhz onun vasitəsilə terror təşkilatının sıralarına qoşularaq Suriyaya getməyi planlaşdırdıqları məlum olub. Qrupun üzvlərinin mütəmadi qaydada Suriya və İraqdakı qrupların rəhbərləri ilə təmas yaratdıqları, Gürcüstanla əlaqədar gələcək planları müzakirə etmək üçün görüşlər keçirdikləri müəyyən olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin terror təşkilatına üzvlüklə bağlı 327-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılır.
AzTV-nin rejissoru ilə yanaşı, həyat yoldaşı da koronavirusdan vəfat etdiBu gün koronavirusdan vəfat edən AzTV-nin “Ədəbi-dram və folklor verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövludun (Məmmədova) həyat yoldaşı da dünyasını dəyişib.

Avrasiya.net-in məlumatına görə, bu barədə adı çəkilən redaksiyanın baş redaktor müavini Azər Qismət bildirib.

Onun sözlərinə görə, həkimlər Arzu Mövludun komada olan ərini də xilas edə bilməyiblər.

Allah rəhmət eləsin...
300 baldan az toplayanların diqqətinə: dövlət sifarişli yerlərə qəbul oluna bilərlər“IV ixtisas qrupu üzrə 300 baldan aşağı nəticə göstərənlər aqrar ixtisaslara dövlət sifarişi ilə qəbul oluna bilərlər”.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri M.Abbaszadə qurumun Facebook səhifəsi vasitəsilə I və IV ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin suallarını cavablandırarkən deyib.

DİM sədri IV ixtisas qrupunda 2700 nəfərin 300 baldan yuxarı nəticə göstərdiyini söyləyib:

“IV ixtisas qrupunda 600 baldan yuxarı toplayanlar 408 nəfərdir. Bu da ötən illə müqayisədə çoxdur. 500 baldan çox toplayanların sayı isə 171 nəfər nəfərdir. 400 baldan yuxarı nəticə göstərənlərin sayında da 141 nəfər artım var.

Təəssüf ki, IV qrupda yüksək nəticə göstərənlər kənd təsərrüfatı ilə bağlı ixtisasları seçmirlər. Kənd təsərrüfatı ilə bağlı bəzi ixtisaslar həm I, həm də IV qrupda var, burada dövlət sifarişlidir. Əmək bazarında bu ixtisaslara tələbat çoxdur. Bu il dövlət sifarişli kənd təsərrüfatı ixtisaslarında aşağı müsabiqə vəziyyəti olacaq”.
Alim Qasımovun kürəkəni həbs olunduXalq artisti Alim Qasımovun kürəkəni həbs olunub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Bu gün məhkəmənin baxış iclası keçirilib. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.

Növbəti iclas sentyabrın 30-a təyin olunub.

Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4. (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ittiham olunur.
Saxta qazi həbs edildiAvqustun 19-da “Aşura günü” ilə əlaqədar Sumqayıt şəhərindəki “Cümə” məscidinə gələn vətəndaşların təhlükəsizliyi və pandemiya ilə əlaqədar məscidə müəyyən olunmuş sayda insanların buraxılması polis əməkdaşları tərəfindən təmin edilib.

DİN-in Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, həmin vaxt bir nəfər özünü Vətən müharibəsinin iştirakçısı kimi təqdim edərək xidməti vəzifələrini yerinə yetirən polislərin qanuni tələblərinə tabe olmayıb, onlara müqavimət göstərməyə cəhd edib.

Polis əməkdaşlarının təmkinli davranışı, izahedici söhbətləri nəticəsində onu sakitləşdirmək mümkün olub.

Bu səhnəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə də yayılıb.

Aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Nurəddin Məzahir oğlu Həsənov olması müəyyən edilib və o, polis idarəsinə dəvət olunub. İlkin araşdırmalarla N.Həsənovun Vətən müharibəsinin iştirakçısı olmadığı müəyyən edilib. Bununla belə, onun əməlində polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi və eləcə də ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətməsi sübuta yetirilib.

İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə müvafiq olaraq onun barəsində toplanmış materiallar şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Həsənov Nurəddin Məzahir oğlu barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
Ermənistanın dayağı Rusiyadır - PaşinyanRusiya ilə strateji müttəfiqlik respublikanın təhlükəsizlik arxitekturası üçün dayaqlardan biridir.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

“Razılaşma çərçivəsində Rusiya hərbi bazasının imkanlarının təmini davam etdirilir. Sünik (Zəngəzur) vilayətində 102-ci bazanın dayaq məntəqələri yaradılıb, bəzi sərhəd məntəqələrində Rusiya sərhədçiləri mövcuddur”, – o bildirib.

Paşinyan Rusiyanın Ermənistanla Azərbaycan arasında sərhəd problemlərinin müzakirəsinə cəlb edildiyini söyləyib.
Quzey Kıbrısdan olan yazıçının kitabı beynəlxalq məqalənin mövzusu olduQuzey Kıbrıs Türk Cümhuriyyətinin tanınmış yazıçılarından və rejissorlarından biri Ferhat Atik tərəfindən yazılan kitab beynəlxalq bir məqalənin mövzusu olub.

Avrasiya.net xəbər verir ki, kitabları nəşr olunan və sənədli filmləri bir çox ölkədə nümayiş olunan, beynəlxalq mükafatlara sahib olan Quzey Kıbrıs Türk Cümhuriyyətinin dünyaca məşhur yazıçısı Ferhat Atikin kitabı dünyanın ən böyük şəbəkəsinə sahib olan və peşəkar birliklər tərəfindən qlobal akkreditasiyaya malik olan "Journal of the American Psychoanalytic Association" tərəfindən dəyərləndirilib və haqqında beynəlxalq məqalə dərc edilib.

Məşhur psixoanalist "Richard Waugaman" tərəfindən yazılmış və "Amerika Psixoanalitik Dərnəyi" jurnalının nəşri olaraq dünyaya elan edilən məqalə, Quzey Kıbrıs Türk Cümhuriyyətindən olan bir yazara verilən ən böyük fəxri əsər və dəyərlərdən biri olub.

"Amerika Psixoanaliz Dərnəyi Dergisi" ndə akademik olaraq dəyərləndirilən və bu mövzuda beynəlxalq bir məqalə nəşr etdirən Ferhat Atikin “Kendi Divanında Bir Psikanalist” (A PSYCHOANALYST ON HIS OWN COUCH) kitabı ilk dəfə Türkiyədə türk dilində nəşr olunub. Kitab ən çox satılanlardan biri olub və 2019 -cu ildə İngiltərədə Phonix tərəfindən ingilis dilində nəşr edildikdə İngiltərənin ən yaxşı kitabı seçilib.

Bir tərəfdən, 2020-ci ildə Avropada ən çox yüklənən elektron kitab eyni ildə Amerikada ən çox satılanlar arasında idi.

Dünyada tanınan və siyasi psixologiyanın dahisi sayılan dünya şöhrətli psixiatr və psixoanalist Prof. Dr. Vamık C. Volkanın həyatından və bütün peşə təcrübəsindən bəhs edən kitab, bu mövzuda yazdığı beynəlxalq yazı səbəbiylə yenidən gündəmdədir.

Yazar Ferhat Atikin dünyanın nadir kitablarından birinə çevrilən bu əsəri əhəmiyyətli bir məhək daşı sayılır.
İran-Azərbaycan hərbi əlaqələri müzakirə olunduİran İslam Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi Cavad Forutəni Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev ilə görüşüb.

Avrasiya.net-in məlumatına görə, görüşdə qarşılıqlı əlaqələrin inkişafı perspektivləri və regiondakı mövcud vəziyyət müzakirə edilib. Qeyd olunub ki, hər iki dövlət əlaqələri daha da genişləndirmək üçün böyük potensiala malikdirlər.

İranın Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Əhməd Hüseyninin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Erməni cinayətkarlarla bağlı hesabat təqdim olunduErmənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə bu il iyunun 2-dək avqustun 2-dək keçirilmiş cinayət işi üzrə məhkəmə proseslərinin müşahidəsinin yekun hesabatının media nümayəndələri üçün təqdimatı olub.

Avrasiya.net xəbər verir ki, təqdimatı hesabatın müəllifi, hüquqşünas, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli və hüquqşünas Fariz Əkbərov təqdim ediblər.

Tədbirdə bildirilib ki, məhkəmə zamanı bu Ermənistan vətəndaşlarının azərbaycanlılara qarşı müharibə cinayətləri törətməsi tam şəkildə sübuta yetirilib.

Qeyd olunub ki, açıq və şəffaf şəkildə, beynəlxalq standartlara uyğun keçirilən məhkəmə iclaslarında yerli və xarici vətəndaş cəmiyyəti qurumlarının, Ombudsman təsisatının təmsilçiləri, media və QHT nümayəndələri iştirak ediblər.