Misirdəki diaspor mərkəzində Azərbaycan dili kursunu bitirənlərə diplomlar təqdim olunubMisirdəki diaspor mərkəzinin binasında Azərbaycan dili, həmçinin Quran qiraəti və xəttatlıq kurslarını bitirən tələbələrə diplomlar təqdim olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun sözlərinə görə, Misirin müxtəlif universitetlərində təhsil alan və diaspor mərkəzində Azərbaycan dilini öyrənən 12 tələbə kursu müvəffəqiyyətlə bitirib. Onlar, həmçinin Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklər əldə ediblər.
S.Nəsirov diqqətə çatdırıb ki, diaspor mərkəzində ümumilikdə 500 gənc Azərbaycan dili ilə yanaşı, xəttatlıq, Quran qiraəti, ərəb dili və ədəbiyyatı və s. üzrə müxtəlif kurslarda iştirak edir. Onlar, əsasən, Afrika və Asiya ölkələrindən olan gənclərdir.

Kursu bitirmiş gənc misirli qızın Səməd Vurğunun “Azərbaycan” şeirini söyləməsi zalda alqışlarla qarşılanıb.

Sonra Quran qiraəti üzrə 10 tələbəyə, xəttatlıq sənəti üzrə isə 4 gəncə diplomlar təqdim edilib.
İtkin düşmüş bu hərbçilərimiz hələ də tapılmayıb - FOTOÖtən ilin payızında 44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş hərbçilərimizdən 7 nəfəri hələ də tapılmayıb. 11 aya yaxındır ki, onların axtarışları aparılır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Məlumat üçün bildirək ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2907 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 14 iyul 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 7 hərbi qulluqçumuz itkin düşmüş sayılır.

İtkin düşmüş döyüşçülərdən 4-ü əsgər, biri gizir, bir nəfər MAXE, digəri isə leytenantdır.
"Semaşko" koronavirusa görə bağlandı1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlanıb.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr - ginekologiya, cərrahhiyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə quşulub.

"Xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub və xəstələr üçün lazımi şərait yaradılıb”, - deyə "Semaşko"dan bildirilib.

Mərkəzdə yalnız toksikologiya şöbəsi öz səlahiyyətlərinə uyğun işlərini davam etdirir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, rəhbəri olduğu şöbə bu məsələdən kənardır:

"Bizim şöbə hazırda təcili tibbi yardımla birgə çalışır”.
Əfqan qıza yeməyini verən, corablarını geyindirən sülhməramlımız dəhşətli anlardan danışdıÖtən günlərdə sosial şəbəkələrdə Əfqanıstanın Kabil hava limanında 10-12 yaşlı əfqan qıza geyimini, yeməyini və corablarını geyindirən Azərbaycan sülhməramlılardan birinin fotosu yayılıb. Hamı hərbçimizin fədakarlığından, insanlığından danışıb, bu hərəkəti ilə əsl azərbaycanlı hərbçisinə yaraşan humanizmlik nümayiş etdirdiyini söyləyib.

Avrasiya.net xəbər verir ki, Xalqcebhesi.az sosial şəbəkələrdə günün qəhrəmanına çevrilən həmin sülhməramlını tapıb, onunla əlaqə saxlayıb.

Qəhrəmanımız Həkimov Zaur Şahmurad oğludur.

Z.Həkimov əvvəlcə Kabildəki vəziyyətdən danışdı. Bildirdi ki, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir: “Burada “Taliban” hakimiyyətə gəldikdən sonra Kabil aeroportu əfqanlarla doludur. Biz onların təhlükəsizliklərini təmin etməklə yanaşı, başqa ölkələrə təxliyə prosesinə nəzarət edirik. Amma bununla yanaşı onlara da dəstək oluruq. Xaricə getmək istəyi ilə hər gün bura on minlərlə əfqan gəlir. Günlərlə burada qalırlar. Ac, susuz, geyimsiz... Vəziyyətləri çox acınacaqlıdır”.

Sülhməramlımızdan “Taliban” qüvvələri ilə münasibətlərindən soruşduq. Z.Həkimov dedi ki, hər gün “Taliban” üzvləri ilə üzləşirlər. Onlar hava limanının xaricində vəziyyətə nəzarət edirlər. Tez-tez ünsiyyətdə olurlar, hətta onlara su da verirlər, onlardan süıhməramlılara heç bir təhlükə yoxdur.

Sülhməramlımız üzləşdiyi təsirli hadisələrdən də danışdı: “Bir əfqan kişi gətirib 3 aylıq südəmər körpəni bizə təhvil verdi ki, heç kimi yoxdur. Mən də gördüm ki, körpə acından ağlayır. Getdim gözləmə salonuna, orada da millət dolu. Axtarmağa başladım ki, görüm qucağına körpəsi olan bir ana tapa bilərəm, gətirim bizə verilən körpəyə də süd versin. Tapa bilmədim. Məcbur olub, bizə içməyə verilən cubuqlu süd “paketi”ni açıb südü balaca şüşə qaba tökdüm və tibbi əlcəyin bir barmağını kəsib, ucundan deşik açıb taxdım şüşə qabın ağzına və körpəni yedirtdik. Sonradan atası gəlib apardı, körpənin anası ölmüşdü...”

Zaur onu da vurğuladı ki, hava limanında ölkəni tərk edib xarici qaçmaq istəyən əfqanlar arasında validenylərini itirən uşaqlar, həyat yoldaşı dünyasını dəyişən qadınlar və yaxud atılmışlar çoxdur: “O qədər qarışıqlıqdır ki, bir əfqan itəndə fotosunu A4 vərəqinə köçürüb əlimizdə tutub nümayiş etdiririk ki, bəlkə yaxınlarını tapa bildik. Hərdən buna nail oluruq, hərdən yox. Övladları, valideynləri, doğmalarını itirlənlər də bizə yaxınlaşıb onların tapılmasında kömək etməyimizi istəyirlər. Bu vasitələrlə itənləri tapırıq”.

Sülhməramlımız yeməyini, geyimini və corablarını verdiyi balaca əfqan qızı tapmasından da danışdı. Dedi ki, onlara təhvil verilən 3 aylıq körpə üçün “ana axtarışı”na çıxanda bir qızın adamlar arasında yıxılıb qaldığını görüb: “Əvvəlcə elə bildim ki, ölüb qalıb. Elə hadisələrlə tez-tez üzləşirik. Yaxınlaşıb qaldırdım, gördüm ki, nəfəsi gəlir, amma halsızdır, həm də ayaqyalındır. Qucağıma götürüb gətirdim içəridəki otaqların birinə. Yemək verdim, corablarımı özüm geyindirdim ayağına. Bir müddət keçəndən sonra gördük ki, balaca qız özünə gəldi. Yaxınlarını axtarmağa çıxdım, valideynləri yoxuydu, əmisini tapdım, gəlib apardı”.

Z.Həkimov daha sonra bildirdi ki, əfqanlar özlərini bizim yanımızda çöx təhlükəsiz hiss edirlər. Ona görə də bizə sığınırlar. Hərbçimiz onu da dedi ki, sülhməramlılarımız öz yeməklərindən onlara da verirlər: “Məsələn mənə düşən bir qab yeməyi, üç əfqan arasında bölürəm. Digərləri də həmçinin. Bir sözlə, bizə yeməyə nə verirlərsə, ac qalan əfqanlarla bölüşürük”.

... Beləcə, Zaur Həkimovun timsalında NATO qüvvələri tərkibində xidmət göstərən azərbaycanlı sülhməramlıların əfqan uşaqlarına qarşı göstərdiyi diqqət, qayğı dünyanın bir çox ölkəsi üçün örnək olmalı, humanist davranışlar digər sülhmaramlı kontingentlər üçün əsl insanlıq dərsidir.

Xatırladaq ki, Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixindən Əfqanıstan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Milli Məclis Əfqanıstandakı sülhməramlı kontingentin artırılması barədə qərar qəbul edib və 19 fevral 2009-cu il tarixindən Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib.

5 oktyabr 2010-cu il tarixində Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi ISAF üzrə əməliyyatlarında Azərbaycan Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə missiyaya əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə olmaqla, 4 zabit göndərib və sülhməramlı kontingentin sayı 94 nəfərə çatdırılıb.

Hazırda bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.
Qubad İbadoğlu Londonda özünə iş tapdı“Sentyabrın 1-dən yüksək akademik reputasiyaya malik, dünyaca məşhur xeyriyyəçi Corc Sorosun, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin, Tayvanın hazırkı prezidenti Tsai Ing-wenin məzun olduğu London İqtisad Məktəbinin (LSE) Siyasi elmlər bölümünün professoru və baş elmi işçisi kimi işə başlayacağam”.

Avrasiya.net-in məlumatına görə, bunu tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib.

O bildirib ki, Siyasi elmlər London İqtisad Məktəbinin dünya reytinqində ilk onluğa düşən 12 ixtisasından biridir və bu bölüm dünya üzrə sıralamada beşincidir.

“Siyasi elmlər və iqtisad bölümünün akademik sferada nüfuzu mənim elmi və pedaqoji fəaliyyətim üçün böyük imkanlar yaradır. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycan üçün əhəmiyyəti və Türkiyə ilə gündən-günə inkişaf edən münasibətləri həm elmi, həm də siyasi perspektivləri genişləndirir.

Londonda, xüsusilə qlobal və regional siyasətin liderləri, tədqiqatçıları ilə birbaşa təmaslardan ölkəmiz naminə faydalanmaq niyyətindəyəm.

LSE-yə verəcəklərim və buradan faydalarım çox olacaq. Yeni iş yerimdə əldə edəcəyim təcrübə ilə indiyə qədər ABŞ Universitetlərində qazandığım praktikanı daha da zənginləşdirmək niyyətindəyəm.

İnanıram ki, LSE-dəkı fəaliyyətimdən ilk növbədə, hazırda xəyallarımızda bərqərar olan, tezliklə reallığa çevriləcək Azərbaycan qazanacaq”.

Xatırladaq ki, Q.İbadoğlu bundan əvvəl ABŞ-ın Rutgers Universitetinin professor vəzifəsində çalışmışdı.
Bayden hərbi tribunala verilməlidir - PolkovnikPrezident Co Bayden ABŞ ordusunun baş komandanı olaraq, Amerika Birləşmiş Ştatlarına və ordusuna xəyanət etdiyinə görə hərbi tribunal qarşısına çıxacaq.

Axar.az xəbər verir ki, bunu Əfqanıstandakı Britaniya qoşunlarının keçmiş komandanı polkovnik Riçard Kamp söyləyib.

"Hesab edirəm ki, Prezident Baydenə impiçment edilməməlidir. O, əslində taliblərə təslim olan ABŞ ordusunun baş komandanıdır. Amerika Birləşmiş Ştatları və silahlı qüvvələrinə xəyanət etdiyi üçün hərbi tribunal qarşısında çıxış etməlidir",- o qeyd edib.

Kampa görə, Çin və Rusiya, guya Əfqanıstanda Taliban hakimiyyətini tanıyıblar və İran və Pakistanla birləşərək, müharibədə olan ölkəni "talan edərək" daha da zənginləşəcəklər.
Kabil aeroportunda insident baş verib, ölən varƏfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Həmid Karzay Beynəlxalq Hava Limanında insident baş verib.

"Report" "Pajhwok Afghan News"a istinadən xəbər verir ki, naməlum şəxslərlə Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında atışma olub.

Təhlükəsizlik qüvvələrinin 1 əməkdaşı həyatını itirib, 3 nəfər isə yaralanıb.

Almaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, naməlum şəxslərlə atışmada Almaniya və ABŞ hərbçiləri də iştirak edib, onlardan xəsarət alan yoxdur.
Taliblər gənc qadını dadlı yemək bişirmədiyi üçün yandırıblar"Tailban” üzvləri gənc qadını yeməkləri dadlı bişirmədiyi üçün yandırıblar.

Bunu “Sky News”un efirində 2015-ci ildən ABŞ-a sığınan qadın hüquqları müdafiəçisi və hakim Necla Eyyubi deyib.

Onun sözlərinə görə, hadisə Əfqanıstanın şimalında baş verib.

Xanım terrorçular üçün yemək bişirməyə məcbur edilib. Lakin onun əl qabiliyyəti taliblərin xoşuna gəlməyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, “Taliban” rəhbərləri yerli ağsaqqallardan ərsiz qadınlar və 12 yaşdan yuxarı qızların siyahısını tələb edib.//Oxu
Ölüm vadisinin girişində döyüşlər: “Taliban” 300-dən çox döyüşçü itiribƏfqanıstanda “Taliban”la Pəncşir vadisinə nəzarət edən antitalib koalisiyası arasında danışıqların baş tutmamasının ardınca taliblər vadiyə ilk hücum cəhdi ediblər. Lakin gələ xəbərlərə görə, “Taliban” qüvvələri Pəncşir vadisinin girişində ağır itki veriblər və 300-ə yaxın döyüşçü itiriblər. Bir qrup “Taliban” yaraqlısının isə əsir götürüldüyü bildirilir.

Xəbər verildiyi kimi, ötən gün “Taliban” əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu. Pəncşir vadisinə nəzarət edən 32 yaşlı Əhməd Məsuda ultimatum verərək vilayətin təslim edilməsi üçün 4 saat vaxt ayırmışdı. Lakin Əhməd Məsud bu ultimatumi rədd etdi və axşama doğru “Taliban” elan etdi ki, Pəncşir vadisinə nəzarəti təmin etmək üçün yüzlərlə döyüşçü göndərilib.



Daha sonra “Taliban”ın Pəncşir vilayəti ilə qonşu Baqlan vilayətində antitalib koalisiyasının nəzarətinə keçmiş üç rayonu geri qaytardığı haqda xəbərlər yayıldı. Amma BBC ilə əməkdaşlıq edən tanınmış jurnalist Yalda Hakim özünün Twitter səhifəsində bildirir ki, Əhməd Məsudun qüvvələri Baqlan vilayətinin Əndarab rayonunda taliblərə pusqu qurublar və onlardan 300-ə yaxınını məhv ediblər.

Əfqanıstanın vitse-prezidenti, Əşrəf Qəninin qaçmasından sonra özünün ölkənin qanuni prezidenti elan edən və Pəncşir vadisinə çəkilən Əmrulla Saleh isə Twitter-də “Taliban”a istehza edərək yazıb: “Taliblər qonşu Əndarab vadisində pusquya salındıqdan və oradan çətinliklə sağ çıxdıqdan sonra indi Pəncşir vadisinin girişində qüvvələrini cəmləyiblər. Bununla belə Salanq şossesi müqavimət qüvvələri tərəfindən bağlanıb. Elə yerlər var ki, oradan qaçmaq lazımdır. Görüşərik”.

virtualaz.org
Yeyilən hər “hot-doq” ömrü 36 dəqiqə qısaldırHər yeyilən “hot-doq” insan həyatını 36 dəqiqə qısaldır.

ABŞ-ın Miçiqan Universitetinin alimləri belə nəticəyə gəliblər.

Müvafiq araşdırma barədə “Daily Telegraph” yazıb.

Araşdırma müəllifləri müəyyən ediblər ki, yeyilən emal olunmuş istənilən növ ət məhsulunun hər qramı ömürdən gedən 45 saniyəyə bərabərdir.

Həmçinin alimlər sağlam həyatı ən çox uzadan məhsulu da açıqlayıblar. Onlar bildiriblər ki, bir ovuc fındıq ömrün uzunluğunu 26 dəqiqə artırır.