150-dən çox bal yığanlar da ali məktəbə qəbul oluna bilər - DİM sədriİxtisası düzgün seçsələr, II qrupda 150-dən yuxarı bal toplayanlar ali məktəbə qəbul oluna bilərlər.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

“Amma onların III qrupda qəbul olunma şansı kifayət qədər aşağıdır. Həmçinin, dövlət sifarişli yerlərə qəbul şansı II qrupda yüksəkdir” - deyə, M.Abbaszadə qeyd edib.
Bakıda birgə reydlər daha da gücləndirilibSon günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alınması ciddi narahatçılığa səbəb olub. Bununla əlaqədar paytaxt Bakı şəhərində vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.

Meriyadan Avrasiya.net-ə verilən məlumata görə tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhərinin bütün rayonlarında ictimai nəqliyyat, ticarət obyektlərində və digər qapalı yerlərdə birgə reydlər davam etdirilir. Reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılır, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır.

Müəyyən edilib ki, bəzi insanlar arxayınlaşaraq tibbi maskalardan istifadə etmir, ən başlıcası isə onların sağlamlığının qorunmasına xidmət edən vaksinasiya məsələlərinə laqeyd yanaşırlar.

Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerindəcə aradan qaldırılır, pozuntulara yol verən ayrı-ayrı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Paytaxtda nəqliyyat, ticarət obyektləri və digər qapalı yerlərdə koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.
Prokurorluq azyaşlının ölümü ilə bağlı məlumat yaydıAzyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.

Goranboy rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, istintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İkram Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam etdirilir.
İlham Əliyev Zelenskini təbrik etdiPrezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Dost Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan-Ukrayna əlaqələri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Ukrayna xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Krımın işğalını tanımayacağıq - ÇavuşoğluKrımın qanunsuz ilhaqını heç vaxt tanımadıq və tanımayacağımızı da daim vurğulayırıq.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Sadəcə bunu demək kifayət deyil. Krımı və Ukraynanın ərazi və sərhəd bütövlüyünü Kiyevə dəstək verən digər dost və müttəfiq ölkələrlə dilə gətirir, dəstəyimizi vurğulayırıq", - deyə Çavuşoğlu bildirib.
"Kıbrıslı türklər heç vaxt haqlarından əl çəkməyəcəklər"Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Təhlükəsizlik Qüvvələri Komandanlığını ziyarət edən BMT Sülhməramlı Qüvvələri komandanı general -mayor İngrid Gjerdeyə hücum edən Kiprin yunan idarəçilərinin hakim zehniyyətinin qəbuledilməz olduğunu bildirib.

Avrasiya.net xəbər verir ki, Ersin Tatar Kiprin yunan idarəçilərinin ŞKTR-də səfərdə olan hollandiyalı parlament üzvü Liane den Haana qarşı hücumlarını davam etdirərkən bu dəfə Təhlükəsizlik Qüvvələri Komandanlığını ziyarət edən BMT Sülhməramlı Qüvvələrinin komandanı general-mayor İngrid Gjerdeyi hədəf aldıqlarını deyib. "General-mayor Gjerdenin ŞKTR Silahlı Qüvvələrinin komandanı general-mayor Zorlu Topaloğlu ilə görüşünü və bu toplantıda Türk və QKTC bayraqlarının olmasını həzm edə bilməyən yunan idarəçiləri general-mayor Gjerdeyə qarşı çirkin hücumlar edir və vəzifədən alınmasını istəyir".

Ersin Tatar bildirib ki, bu çirkin hücumlar Kiprin yunan idarəçilərinin irqçi, köhnəlmiş və insanlıqdan kənar zehniyyətinin dəyişmədiyini göstərir: "Kıpr yunan idarəiçilərinin ŞKTR-i susdurmaq və beynəlxalq əlaqələrini pozmaq cəhdlərini davam etdirərkən, Kipr Türk xalqına qarşı qeyri-insani təcrid və embarqoların tətbiqinə rəhbərlik edir, insan haqlarından danışan AB və digərləri isə seyrçi olaraq qalır. Kiprin yunan idarəçilərinin bu münasibəti qəbuledilməzdir və insan haqlarına ziddir".Kiprin yunan idarəçilərinə tövsiyəmiz irqçi və düşmən münasibət və davranışlarına son qoymaq, insan haqlarına hörmət etmək və razılaşma çağırışlarımıza müsbət cavab verməkdir. Unudulmamalıdır ki, Kıbrıslı Türklər bu adada ən az yunanlar qədər hər cür hüquqlara malikdirlər və heç vaxt haqlarından əl çəkməyəcəklər".
Bakıda əfqan miqrantlar aksiya keçirmək istədilər - FOTOBakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlar aksiya keçirməyə cəhd ediblər.

Polislər onları ərazidən uzaqlaşdırıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu gün 40 nəfər miqrant icazəsiz aksiya keçirməyə cəhd edib:

“Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”. (Oxu.az)
Saxta pasport satan baş həkim İldırımzadənin qardaşı imişBaş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə 33 saylı Şəhər Poliklinikasında əməliyyat keçirib. Poliklinikanın əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Avrasiya.net Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən poliklinkanın baş həkimi Nazim İldırımzadədir. Nazim İldırımzadə tanınmış prokuror Yusif İldırımzadənin qardaşıdır.

Bir müddət əvvəl Yusif İldırımzadənin qardaşı, bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilmişdi. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib. Yusif İldırımzadə sabiq daxili işlər naziri Ramil Usubovun qudasıdır.
Qənini bağışlayırıq – TalibanTaliban Əşrəf Qəni də daxil olmaqla, bütün Əfqanıstan dövlət məmurlarına amnistiya tətbiq edib.

Axar.az xəbər verir ki, bunu Taliban liderlərindən olan Xəlil ər-Rəhman Haqqani bildirib.

Haqqani Talibanla Prezident Əşrəf Qəni, vitse-prezident Əmrullah Saleh və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib arasında düşmənçilik olmadığını söyləyib.

"Bizim tərəfimiz generaldan (bizə qarşı vuruşanlardan) sadə insanlara qədər hər kəsi bağışlayır", - deyə o, əlavə edib.