“İsfəndiyar Vahabzadə tərbiyəsiz və böhtançıdır”Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, Niyaməddin Orduxanlı İsfəndiyar Vahabzadənin naqis əxlaqına uyğun olaraq onun tənqid edənlərin, o cümlədən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin ünvanına səsləndirdiyi təhqiramiz fikirlərə münasibət bildirib.

Qeyd edək ki, İsfəndiyar Vahabzadə növbəti sərsəmləməsində iddia edib ki, guya Qüdrət Həsənquluyev Türkiyə hərbçilərinin Azərbaycabda yerləşdirilməsinə yol verdiyini açıqlayıb və buna eturaz edib, amma rus qoşunlarının ölkəyə gəlməsinin qanunlarımıza zidd olmadığını söyləyib.
Niyaməddin Orduxanlı “Xalq cəbhəsi” saytına açıqlamasında bildirib ki, tərbiyəsiz və əxlaqsız bir adamdan başqa heç bir şey gözləmək olmaz: “Bu simasız gədə nəinki Qüdrət bəyi, böyük bir xalqı təhqir etməyi qəhrəmanlıq sayır. Əvvəla, tərbiyəsizliyi qəhrəmanlıq sayırsa, Jirinovski xalqımızı təhqir edəndə indi dediklərini deyərdi. Amma o zaman başa düşürdü ki, o halda onu işdən iti qovan kimi qova bilərdilər. Bu “karyerist” işdən çıxarılandan sonra başlayıb müxalifətçilik etməyə. Rus xalqını da kimlərdən cəsarət alaraq tula payı qarşılığında, eynilə Jirinovski kimi söydüyünü bilirik. Qüdrət bəy Jirinovskini İsfəndiyardan öncə bizə hürən, baş qoşmaq lazım olmayan, yalı kəsilmiş tula adlandırıb. Jirinovskini xalqımızı təhqir etdiyi, Prezidentimizi hədələdiyi üçün boşboğaz ,tərbiyəsiz və əxlaqsız adlandırırıq, Jirinovski kimi danışıb rus xalqını təhqir etdiyi üçün, İsfəndiyarı necə adlandırmalıyıq? Rus ziyalıları, ictimai-siyasi xadimləri tərbiyəsizliyinə görə Jirinovskinin üzünə tüpürürlər. Bu barədə internetdə on minlərlə material tapmaq olar. Amma bu gerizəkalı umur ki, Azərbaycan ziyalıları, əqli baxımdan normal, tərbiyəsi yerində olan insanlar onu müdafiə etsin. Bu adam hələ də başa düşmür ki, ona 3-5 hörmət edən atasına görə, müdafiə edənlər isə o ağılda və tərbiydə olduğuna görə bunu edir.

Qoy o, atasının uşaqlıqda onu necə adlandırmasından danışsın. Böyük şairin fərsiz və xəstə oğlu deputatlar haqqında ağlına gələni danışır, onları milli maraqları satmaqda suçlayır. Əprimiş qəzetləri nümayiş etdirərək “işlədiyi dövrdə qəhrəman” kimi verdiyi açıqlamalarından danışır. Ancaq xalqa açıqlama vermir ki, niyə o cür “milli maraqlara zidd fəaliyyəti” gördüyü halda istefa verib müxalifətə qoşulub, bu iqtidra qarşı mübarizə aparmayıb. O səfir olanda tam əminliklə deyirəm, deputatları görəndə pişik kimi ayaqlarına sürtünürdü. Yeni təyinat ala bilməyəndən sonra başlayıb deputatlara dil uzatmağa. Bu şərbaz onu da bilmir ki, Qüdrət bəy hüquqşünasdır və xarici ölkə hərbçilərinin ölkəyə gəlişi Konstitusiya ilə tənzimlənmir. Qüdrət bəy dəfələrlə söyləyib ki, Azərbaycan Respublikasının Hərbi Doktrinası xarici hərbi bazaların Azərbaycanda yerləşdirilməsini qadağan etsə də, 29-cu maddəyə görə “hərbi -siyasi şəraitdə əsaslı dəyişikliklər baş verərsə Azərbyacan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud başqa formada hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”.

Onu da dəfələrlə qeyd edib ki,”Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası öz ərazisində sülhməramlı əməliyyatlar aparmaq üçün digər dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə və onlardan kömək istəyə bilər. Dəfələrlə bəyan edib ki, Ermənistan forpostdur və o öz gücünə bizim torpaqları işğal altında saxlaya bilməz, ona görə danışıqları Rusya ilə aparmaq lazımdır. 44 günlük savaş göstərdi ki, bəli, həqiqətən ermənilər bizim torpaqları işğal altında saxlamaq gücündə deyil. "Nə qədər Ərdoğan Türkiyədə hakimiyyətdədir torpaqlarımızı işğaldan azad etməliyik", "Türkiyə Qarabağın işğalına öz torpaqlarının işğalı kimi baxmalıdır" kimi çağırışlar da Qüdrət bəyə məxsusdur. Parlamentdə və mətbuatda dəfələrlə çıxış edərək bildirib ki, 10 noyabr sazişi Azərbaycanın da 2017-ci ilə qoşulduğu "Beynəlxalq müqavilələr hüququ" haqqında Vyana Konvensiyasına görə dövlətlərarası müqavilə olduğu üçün Konstitusiyamızın tələbinə uyğun olaraq parlamentdə ratifikasiya olunmalı və rus sülhməramlılarının fəaliyyətini tənzimləyən qanun qəbul edilməlidir.

Ölkə və cəmiyyət qarşısında heç bir məsuliyyəti olmayan bu avara Qüdrət bəyə yaşından utanmadan böhtan atır, təhqir edir. Başqası olsaydı onu məhkəməyə verib böhtan atdığına görə cəzalandırardıq, amma həmişə olduğu kimi qoy atasına görə nə istəyir danışsın. Görünür, elə bu cür qeyri-ciddi və boşboğaz olmasını ruslar da bildiyi üçün Rusiyada yaşayan iki milyon azərbaycanlıya ciddi basqılar olmadı, Rusiya -Azərbaycan sərhədləri müxtəlif bəhanələrlə fermerlərimizin üzünə bağlanmadı. İndi bəlli olur ki, həm də bu keyfiyyətlərinə görə İsfəndiyar növbəti təyinat almayıb.

Redaksiyadan: BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin 10 noyabr 2020-ci il tarixi üçtərəfli bəyanatla bağlı ətraflı şərhi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.xalqcebhesi.az/news/politics/84840.html

Daha 2 erməni hərbçinin cəsədi tapıldıİkinci Qarabağ Müharibəsində məhv edilmiş erməni hərbçilərin cəsədlərinin axtarışı Xocavənd rayonunda davam etdirilib.

Ermənistan xəbər verir ki, axtarış işləri zamanı Xocavənddən 2 erməni hərbi qulluqçunun cəsədi tapılıb.

Onların kimliyi məhkəmə tibbi ekspertizasından sonra təsdiqlənəcək.

Qeyd edək ki, noyabrın 10-dan bu günə qədər azad edilən ərazilərdən 1647 erməni hərbi qulluqçunun cəsədi evakuasiya edilib.
Bakıda uşağı maşınla vurdu, 2 manat verib qaçdı - FotoBinə qəsəbəsində "Mersedes" markalı maşın velosipedlə hərəkət edən azyaşlını vurub.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, hadisədən sonra maşının sürücüsü azyaşlıya 2 manat pul verərək oranı tərk edib.

Az sonra uşağın vəziyyəti pisləşdiyi üçün azyaşlının yanına toplaşan adamlar təcili yardım maşını çağırmalı olublar.
Sutkada koronadan 27 nəfər vəfat edibAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 551 yeni yoluxma faktı qeydə alınıb, 1 196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 388 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 344 603 nəfər müalicə olunaraq sağalıb, 5 279 nəfər vəfat edib. 38 555 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 982, bu günə qədər isə ümumilikdə 4 304 865 test icra olunub.
Türkiyə və Pakistan birgə zərbə PUA-ları hazırlayacaqTürkiyənin TUSAŞ şirkətiylə Pakistanın NESCOM kompaniyası arasında pilotsuz uçan aparatların modernləşdirilməsi və işlənməsi barədə kontrakt imzalanıb.

Avrasiya.net xəbər verir ki, bu məlumatı “Anadolu” agentliyi yayıb.

Məlumata görə, sənəd İDEF-2021 sərgisi zamanı imzalanıb. Razılaşmaya əsasən, tərəflər ANKA PUA-larının birgə təkmilləşdirilməsini həyata keçirəcəklər.
Vüqar Səfərlinin məhkəmə işində sensasion ifadələrBakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həbsdəki icraçı direktoru Vüqar Səfərli və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, iş üzrə üzə çıxan məlumatlar onu deməyə əsas verir ki, Fondun fəaliyyəti ilə bağlı daha bir cinayət işi üçün materiallar hazırdır. Məhkəmə qarşısında 2009-cu ildə Fond yaranandan ona rəhbərlik etmiş Vüqar Səfərli ilə yanaşı, daha 10 nəfər dayanıb. Onların arasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün binanı inşa etmiş Portos MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, Fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var.

Vüqar Səfərli ilə bu tikinti maxinasiyasında iştirak edən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və digərləri kimlərinsə əli ilə cəzadan kənar saxlanılır. Hamı bilir ki, jurnalistlərin binasını qeyri-rəsmi olaraq Mehrac Babayev tikib. Vüqar Səfərli Mehrac Babayevi Fonda işçi kimi “oformit” eləyib, ona hər ay yüksək maaş da yazılıb. Amma bu gün cinayət işi üzrə təqsirləndirilən şəxslər sırasında Mehrac Babayevin adına rast gəlinmir.

Yeri gəlmişkən qeyd edək ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir, digər şəxslər barəsində ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib. İttihama görə, Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. İddia olunur ki, Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yolu ilə şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl edilməyib. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşası zamanı tikinti normalarına əməl edilməyib, sənədlərdə işin həcmi, qiymətlər şişirdilib. Restoranların icarədarları və inzibatçılarının cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbinə gəlincə, Fondunun bir çox bayramlarda tədbirləri, mükafatlandırma mərasimləri bu restoranlarda keçirilib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarda ortaya çıxıb ki, həmin tədbirlərdə sənədləşmə zamanı qonaqların sayı gerçəkdə olduğundan çox göstərilib, menyunun qiyməti şişirdilib. Azpolitika.info yazıb ki, Vüqar Səfərli istintaqa qısa ifadə verib. O, irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib.

“Press Klub”un araşdırması zamanı isə məlum olub ki, cinayət işinin materiallarında prezidentin keçmiş köməkçisi, uzun illər Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş Əli Həsənovun əleyhinə də xeyli ifadə var. 2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi vəzifəsində işləmiş Samir Mustafayev prokurorluqda dindirilərkən bildirib ki, bütün maliyyə işləri Vüqar Səfərli və Təhminə Yaqubova arasında aparılırdı, buna nəzarəti isə Əli Həsənov həyata keçirirdi. Samir Mustafayev həm də Fondda Tender Komissiyasının üzvlərindən biri olub. Amma ifadəsində söyləyib ki, tender keçirilmirdi, layihələrin hansı şirkətə həvalə olunacağını Əli Həsənov müəyyənləşdirirdi. Ondan sonra formal olaraq sənədlər hazırlanır, özü də daxil olmaqla Tender Komissiyasının üzvlərinə həmin şirkətin seçilməsi barədə imza atdırılırdı. Media nümayəndələri üçün Bibiheybətdə inşa olunan ilk 2 binanın tikintisində podratçı Portos MMC olub, direktoru da hazırda Vüqar Səfərli ilə birlikdə həbsdədir. Samir Mustafayev ifadəsində deyib ki, bu MMC Əli Həsənova yaxın şirkətdir və məhz onun göstərişi ilə jurnalist binalarının tikintisi “Portos”a tapşırılıb. Samir Mustafayevin dediyinə görə, təkcə bina tikintisi kimi bir neçə milyonluq layihələr yox, hətta jurnalistlərin xarici səfərləri, ziyafətlərin keçirilməsi, inventarların hansı müəssisədən alınması kimi məsələlərdə də Əli Həsənov qərar verirdi:

“Tenderin qalibini qeyri-rəsmi Əli Həsənov müəyyənləşdirir, yekun sənəd hazırlanıb, Tender Komissiyasının üzvlərinə imza atdırılırdı”.

O, restoranlarda ziyafətlərin keçirilməsi barədə də ətraflı ifadə verib. Samir Mustafayev bildirib ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ənənəvi olaraq hər il 3 dəfə - Novruz bayramı, Milli Mətbuat Günü və Yeni il münasibətilə restoranlarda ziyafət təşkil edir, orada mükafatlandırma mərasimləri olurdu. Onun sözlərinə görə, bu ziyafətlərdə qonaqların sayı heç vaxt 250-ni keçməsə də, hər dəfə 400-450 nəfərlik vəsait ayrılırdı:

“Son 2 ildə sənədlərdə tədbirlər üçün hər il 800 ləvazimat çantası alındığı rəsmiləşdirilmişdi. Lakin həmin ləvazimatlar faktiki alınmamışdı”.

Tender Komissiyasında baş mühasib Təhminə Yaqubova, Fondun hüquqşünası Elşad Tağıyev, Ramin Kərimli və Mirsəid Ağayev də təmsil olunub. Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasında keçmiş Fond rəhbərinin vəkili məsələ qaldırıb ki, onun özü ilə yanaşı, oğlunun bankdakı hesabının da üzərinə həbs qoyulub, heç bir əməliyyat həyata keçirə bilmir. Cinayət işinin materiallarından məlum olur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə təkcə “Rabitəbank”da Səfərli ailəsinin 850 min manat pulunun üzərinə həbs qoyulub. Vüqar Səfərlinin hesabında 300 min, oğlu Seymur Səfərlinin isə 550 min manat vəsait olub. Bundan başqa, Vüqar Səfərlinin “Mersedes Benz ML 350", ”Volkswagen Tuareg" və “Toyota Land Cruiser” markalı 3 avtomobilinin, Bakıda və bölgələrdə yerləşən ev, torpaq sahələrinin, mağazasının da üzərinə həbs qoyulub. Bu əmlaklar arasında onun həyat yoldaşı və ya oğlunun adına olanlar da var. Əgər məhkəmə sonda Vüqar Səfərlinin təqsirli olması nəticəsinə gələrsə və müəyyənləşdirilmiş ziyan o vaxta qədər ödənilməsə, üzərində həbs olan əmlaklar məhkəmənin qərarı ilə müsadirə edilə bilər.

Vüqar Səfərlinin yaxınları istintaq dövründə 200 min manat ödəyib. Digər təqsirləndirilən şəxslərdən də dəymiş zərəri ödəyənlər var. Məsələn, təqsirləndirilən Ədalət Vəliyev 1 milyon manat ödəyib. İş üzrə zərərçəkmiş qismində Medianın İnkişafı Agentliyi tanınıb.

Mümkündür ki, bu məhkəmənin gedişi və nəticəsindən asılı olaraq KİVDF şəbəkəsinə aid daha bir cinayət işi araşdırılaraq məhkəməyə göndərilsin. Həmin cinayət işində daha böyük yeyinti hallarından bəhs olunacağı da istisna deyil. Həmin iş üzrə fiqurantlardan biri Mehrac Babayev ola bilər.
Mehriban Əliyeva haqqında sənədli film hazırlandı - VİDEOAzərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva haqqında "Birinci xanım" adlı sənədli film hazırlanıb.

Avrasiya.net xəbər verir ki, sənədli film Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirir.

Sənədli film avqustun 26-da saat 15:00-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Azərbaycan və Şimali Kipr turizm əlaqələrinin genişləndirilməsini müzakirə edibAzərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında (KKTC) səfərdədir.

Avrasiya.net-in məlumatına görə, bu barədə Report xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, səfərdə əsas məqsəd turizm sahəsində əməkdaşlığı daha da genişləndirməkdir. Belə ki, Turizm və Ekologiya Nazirliyinin dəvəti ilə KKTC-yə gələn heyət, iki ölkə arasında turizm əlaqələrini canlandırmaq üçün əhəmiyyətli görüşlər keçirir.

Turizm və Ekologiya Nazirliyinin müşaviri Serhan Aktuç və KKTC-nin Azərbaycan nümayəndəsi Növber Ferit Vechinin müşayiət etdiyi Azərbaycan heyəti ilə ilk görüşünü Türk Hava Yolları və "Pegasus" aviaşirkətlərin rəsmiləri ilə keçirib.

Bundan başqa, Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Kıbrıs Türk Səyahət Agentliyi Dərnəyi ilə bir araya gələrək Gazimağusa və Bafra turizm bölgələrini ziyarət edəcək.
Abşeronda tələbə intihar edibAbşeron rayonunda intihar hadisəsi baş verib.

"Report"un bölgə müxbirinin məlumatına görə, hadisə Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbədə yaşayan birinci kurs tələbəsi F.Allahverdiyev özünü yaşadığı evin həyətində üzüm talvarından asıb.

Faktla bağlı araşdırma aparılır.