Sərtləşməyə getməyə ehtiyac yoxdur - MövsümovBu gün hər hansı bir sərtləşməyə getməyə ehtiyac yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda xəstələnənlərin öhdəsindən gələ bilinir:

“Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə oluna bilər".
Eks-deputat öz qardaşını “şərəfsiz” adlandırdıXəbər verdiyimiz kimi, sabiq deputat Rəfael Cəbrayılov yenidən hakim qarşısına çıxarılıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, ötən proseslərdə Rafael Cəbrayılov bəzi epizodlar üzrə qardaşı Elşən Cəbrayılovu ittiham edib.

Hətta sabiq deputat qardaşını “şərəfsiz” adlandırıb. Rafael Cəbrayılov istintaqdakı ifadəsində də göstərib ki, bina tikintisinə və mənzillərin satışına qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Sabiq deputat ifadəsində qeyd edib ki, 2000-ci ildə prokurorluq orqanında işlədiyi üçün kommersiya fəaliyyəti ilə məşğul ola bilməyib. Ona görə də qardaşı Elşən Cəbrayılovun adına "Dərhal" MMC təsis edib. MMC Bakıda bina tikintisi ilə məşğul olub. İlk iş olaraq da “Şərq Bazarı”nın yanında bina inşa ediblər.

Daha sonra Yasamal rayonu ərazisində bina tikiblər. 2007-ci ildə deputat olduğunu deyən Rafael Cəbrayılov söyləyib ki, həmin ildən Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” layihəsi kimi 12 çoxmərtəbəli bina tikməyə başlayıblar.

R.Cəbrayılov söyləyib ki, binaların sayı sonradan 23-ə çatdırılıb. Layihə üçün pullar “Azəriqazbank”dan götürülüb və tam ödənilib.

Qeyd edək ki, bu adıçəkilən bank sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostu olan keçmiş deputat Çingiz Əsədullayevindir.

Rafael Cəbrayılov ifadəsində göstərib ki, tikintiyə və satışa qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Yaranan borclardan danışan R.Cəbrayılov deyib ki, binaların inşası üçün dostlarından dəfələrlə borc pul alıb. Bəzən isə faizə də pul götürüb.

Məlumata görə, cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş var. Sabiq deputatın həmin şəxslərə ümumilikdə 2 milyon 571 min manat borcu yaranıb.

Zərərçəkənlər arasında “Şərur-İnşaat” tikinti şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var. İ.Axundov bildirib ki, keçmiş deputat ondan 200 min manat pul alıb. İş adamının sözlərinə görə, Rəfael Cəbrayılov ona deyib ki, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərikli inşaat biznesi ilə məşğul olur.

Qeyd edək ki, Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bu tarixdə bütün müavinətlər ödəniləcəkAvqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödəniləcəyi vaxt məlum olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, avqustun 24-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.
Əkin sahəsində bacısını öldürdüAvqustun 19-u saat 14 radələrində Bərdə rayonu, Uğurbəyli kənd sakini, 1994-cü il təvəllüdlü Nərminə Behbudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Fəqan Cabbarov yaşadıqları kəndin yaxınlığındakı əkin sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nərminə Behbudovanın bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Fəqan Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.
Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayırQadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

Avrasiya.net-in məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşacaq.

Serbiyanın paytaxtı Belqraddakı "Stark Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.

Avropa çempionatı

A qrupu

17:00. Azərbaycan - Belçika

Belqrad. "Stark Arena"

Qeyd edək ki, Azərbaycan millisinin A qrupundakı digər rəqibləri Serbiya, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmalarıdır.
Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayırBu gündən avqustun 30-dək internet vasitəsilə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi aparılacaq.

Bu barədə Avrasiya.net-ə Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir.

Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılacaq və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə II və III ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə I və IV ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

“Siz, həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər”, - deyə Mərkəzdən bildirilib.

İxtisas seçimi əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərəcək. Bununla bağlı əlavə məlumat veriləcək.

Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə tərəfindən Mərkəzin “Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaq.
Baydenin məsləhətçisi: "İŞİD Əfqanıstanda hücumlar təşkil edə bilər"Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, İŞİD döyüşçüləri Əfqanıstanda Kabildən təxliyə edilməyə çalışan Amerika vətəndaşlarına zərbələr endirə bilərlər.

“Report”un məlumatına görə, o, bunu NBC telekanalının efirində deyib.

"Ən çox diqqət yetirdiyimiz mümkün fövqəladə hallardan biri hələ də “Taliban”ın qatı düşməni olan İŞİD-Xorasan” tərəfindən terror hücumu təhlükəsinin mövcud olmasıdır", - o deyib.

Baydenin məsləhətçisi qeyd edib ki, ABŞ İŞİD və “Taliban” arasında əməkdaşlığın olacağını gözləmir, ancaq bu halda Kabil aeroportunda vəziyyət son dərəcə ağır olaraq qalır.

Daha əvvəl Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden 31 avqusta qədər Əfqanıstandan ABŞ vətəndaşlarının təxliyyəsini qurtarmaq zərurəti haqqında bildirib.

Qeyd edək ki, avqustun 15-də radikal "Taliban" hərəkatı Əfqanıstanın bütün ərazisi üzərində nəzarəti ələ keçirdiyini elan edib. İndi “taliblər” paytaxt Kabilə nəzarət edirlər. Əfqanıstanın minlərlə sakini, habelə xarici vətəndaşlar ölkədən çıxmağa çalışaraq aeroporta sığınıb.
"Taliban" Kabildə komendant saatı elan etdi"Taliban" hərəkatı Əfqanıstan paytaxtında komendant saatının tətbiq edildiyini bəyan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Khaama Press" məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 21:00-dan etibarən hava işıqlananadək, fövqəladə hallar istisna olmaqla, küçəyə çıxmaq qadağan edilib. Bu barədə elan ölkənin bütün məscidlərində səsləndirilib. Taliblər gecə fəaliyyətinə icazə lazım olanlar üçün əlaqə nömrələrini də bildiriblər.

Qərarın qeyri-müəyyən vaxtadək qüvvədə qalacağı qeyd olunub.


Yağış yağacaq, dolu düşəcəkAvqustun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeologiya Xidmətindən Avrasiya.net-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 35-38° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında haava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.
Bayden Makronla Əfqanıstandakı vəziyyəti müzakirə edibABŞ Prezidenti Co Bayden və Fransa lideri Emmnuel Makron arasında telefon danışığı olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, tərəflər Əfqanıstandakı vəziyyəti, həmçinin iki ölkənin vətəndaşlarının Kabil hava limanından təxliyəsini müzakirə ediblər:

"Onlar Əfqanıstan, o cümlədən humanitar yardım və qaçqınların dəstəklənməsi məsələləri üzrə müttəfiqlər, demokratik tərəfdaşlar arasında sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar".

Prezidentlər, həmçinin gələn həftə Əfqanıstanla bağlı G7 sammitinin keçirilməsi üzrə planları alqışlayıblar.