Şəhidlərinin xatirəsinə həsr olunan şahmat turnirinə yekun vurulubGənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 19-20 avqust 2021-ci il tarixlərdə Siyəzən Gənclər Mərkəzində uşaq və yeniyetmələr arasında keçirilən yarışda 50 şahmatçı mübarizə aparıb.

Avrasiya.net xəbər verir ki, birinciliyin keçirilməsində əsas məqsəd Vətən şəhidlərinin xatirəsinin yad olunması, şahmat idman növünə marağın artırılması, perpektivli şahmatçıların üzə çıxarılması və yarış təcrübəsinin artırılması, eləcə də uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi və sağlam həyat tərzinin təbliğidir. 2 gün davam edən turnirin nəticəsinə əsasən qızlar arasında Həsənova Qızılgül I, Əsgərova Leyla II, Qurbanlı Məryəm III yeri tutub. Oğlanların yarışında isə Kərimli Elman I, Şeydayev Mehdi II, Qurbanlı Əli III olub.
Qaliblər yarışın sonunda Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif ediliblər.





#VətənMüharibəsi #Qələbə #QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan #şahmat #SiyəzənGİİ #ARGİİN27 #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Xarkov şəhərində Nizami Gəncəvinin heykəlinin açılışı olacaq2021-ci il prezident İlham Əliyev tərəfindən "Nizami ili" elan olunub. Ölkəmizdə və xaricdə bu istiqamətdə bir sıra tədbirlər keçirilib. Bu çərçivədə Xarkov şəhərində görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkın və abidənin açılışı olacaq.

"OLAYLAR" xəbər verir ki, abidə və park Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsolloğunun təşkilatçılığı ilə açılışa hazırlanır.

Ukraynanın Xarkov şəhərində Azərbaycan Respublikasının Fəxri Konsulu Əfqan Salmanov bildirib ki, açılış Azərbaycan Respublikasının adına laiq təntənəli şəkildə keçiriləcək. Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılması baxımından bu parkın salınması və abidənin qoyulması mühim əhəmiyyət daşıyır.

Açılış bu ilin sentyabr ayının ortalarına planlaşdırılır. Şairin adını daşıyacaq park və abidə şəhərin mərkəzində yerləşəcək.

Abidənin müəllifi Ukraynanın xalq rəssamı Katib Məmmədovdur.

Açılış tədbirində Ukraynanın tanınmış simaları, ictimai-siyasi xadimlər, deputatlar, merlər, qubernator və çoxlu sayda qonaqlar iştirak edəcək.

Hazırda parkda abadlıq işləri gedir. İşıqlar, oturacaqlar, quraşdırılır.

Bennett Fələstin dövlətinin yaranmasına razı deyilNaftali Bennett baş nazir olduğu müddət ərzində Ərəb-İsrail konfliktini iki dövlət formulu əsasında həll etmək mümkün deyil.

Axar.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Yair Lapid deyib.

“Hökumətdə bununla bağlı razılıq yoxdur. İki dövlət prinsipi bu hökumətin dövründə gerçəkləşməyəcək”, – deyə o bildirib.

UAR türkdilli ölkələrin Ukraynadakı diasporu ilə əməkdaşlığını genişləndirirUkrayna Azərbaycanlıları Radasının (UAR) ofisində “ДОСТИК” Qazax mədəni birliyinin rəhbəri Daniyar Eqamberdiyev ilə görüş olub

Avrasiya.net xəbər verir ki, görüşdə UAR-ın Baş katibi Ceyhun Məmmədov, Aparat rəhbəri Elşad İbrahimov və media koordinatoru Rəşad Tağıyev iştirak ediblər.

UAR-ın həmsədrləri Hikmət Cavadovun və Oleq Krapivinin salamlarını qonağa çatdıran C. Məmmədov radanın fəaliyyəti ilə bağlı geniş məlumat verib.

Məmmədov bildirib ki, Rada olaraq türkdilli ölkələrin Ukraynada diasporu ilə əməkdaşlıqda maraqldırlar və bu ölkələrin cəmiyyətləri ilə görüşlərə start verilib: “İlk olaraq qardaş qazax xalqının diasporu ilə başladığımız bu görüş digər türkdilli ölkələr üzrə davam edəcək. Sonra bu ölkələrin diasporu ilə yekun birgə konfrans keçirməyi planlaşdırırıq”-deyə, o əlavə edib.

Təməlləri Türkcə Danışan ölkələr Zirvəsinə dayanan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəminə toxunan RAU baş katibi: “Türk Şurasının qurulma təklifi Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə məxsusdur. Bu təşkilatın qurulmağı millətimizin birliyi yolunda çox önəmli bir addım oldu. Biz isə bu birliyi daha da inkişaf etdirməli və möhkəmləndirməliyik. Şəxsi dostluqlarımız ailə dostluqlarına və övladlarımızın dostluqlarına çevrilməlidir”-deyə, o, əlavə tədbirlər planı hazırladıqlarını bildirib.

D. Examberdiyev isə bu əməkdaşlıqdan məmnunluğunu bildirərək Ukraynada qazaxların fəaliyyəti barədə məlumat verib. Ukraynada 15 min qazaxıstanlının yaşadığını deyən diaspor rəhbəri bildirib ki, bunun 4 minə qədəri Kiyevdə yaşayır: “Bunlar arasında Ukrayna ictimai-siyasi həyatında, o cümlədən ölkə həyatının sosial sferasında fəal olan qazaxlılar var. Bizlər də Türk Şurasının fəaliyyətini canlandırmaq üçün əlimizdən gələni edəcəyik”-deyə, o vurğulayıb.

Görüş qarşılıqlı təkliflərin müzakirəsi ilə davam edib.

Türkiyəyə çox ehtiyacımız var – TalibanBütün infrastrukturumuz çökdü. Əfqanıstanı yenidən quracağıq.

Axar.az xəbər verir ki, bu sözləri Taliban sözçüsü Süheyl Şahin deyib.

”Bu baxımdan ən çox Türkiyəyə ehtiyacımız var. Əfqanıstan zəngin yeraltı sərvətlərə malikdir. Amma bunları emal etmək kimi gücümüz yoxdur. Türkiyə ilə səhiyyə, təhsil, iqtisadiyyat, inşaat və enerji sahələrində və yeraltı sərvətlərin işlənməsində əməkdaşlıq etmək istəyirik. Ən böyük gözləntimiz türk qardaşlarımızın daxili balanslar tam formalaşdıqdan sonra bu məsələlərdə fəal rol oynayacaqlarıdır”, - deyə sözçü bildirib.
ABŞ bu şəxsin başına 5 milyon dollar qoyduABŞ Qvineya-Bisau silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Antonio İndjai haqqında məlumat verəcək şəxsə 5 milyon dollar mükafat ödəməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

"ABŞ Dövlət Departamenti Qvineya-Bisau vətəndaşı Antonio İndjainin tutulması və ya ona qarşı məlumat verəcək şəxsə 5 milyon dollara qədər mükafat təklif edir”, - o, qeyd edib.

Bildirilir ki, İndjai narkotik ticarəti, sui-qəsd, kokain idxalı, xarici terror təşkilatına maddi dəstək vermək kimi cinayətlərdə ittiham olunur.
Hulusi Akar Tahsin Ertuğruloğlu ilə görüşübTürkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda işgüzar səfərdə olan Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da açılış mərasimində iştirak etdiyi 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 21) çərçivəsində baş tutub. Görüşdə ikitərəfli və regional əməkdaşlıq, eləcə də təhlükəsizlik məsələləri müzakirə edilib.

Hulusi Akar, Kıbrıs Rum tərəfinin barışmaz mövqeyindən əl çəkməsinin vacibliyini vurğulayıb. O, illərdir sınanmış və uğursuz olan cəhdlər əvəzinə, suveren, bərabər və müstəqil iki dövlətli bir həll yolu tapmasının zəruriliyini bildirib.

Qeyd edək ki, xarici işlər naziri Ertuğruloğlu səfər çərçivəsində "Haber Global"da Pulse of the Day proqramının qonağı olub və Kiprlə bağlı mövcud durumu dəyərləndirib.
Bu şəxslər 3-cü doza vaksin vurdurmalıdırlar - XƏBƏRDARLIQEpidemilogiyada əlavə doza əvvəlki təcrübələrdə də olub. Bu, əldə olunmuş immunitetin daha uzun müddət davam etməsi üçün tövsiyə olunur.

Avrasiya.net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, ən böyük ehtimal 6-8 ay müddətində vaksinin effektivliyi təsdiqlənir: "Ona görə də bütün elm aləmi düşünürlər ki, 6 aydan sonra əlavə dozanın verilməsi tövsiyə olunur. Artıq bu haqda Sinovac şirkəti rəsmi məlumat da yayıb. Xüsusilə yaşlı insanlarda haqqında effektivlik haqqında məlumatlar var. Yaşlı insanlar əlavə dozanı vurduqda qanda olan imunoqlobin sayı artır. Ona görə də tövsiyə edirik ki, yaşlı insanlar, immun problemi olan insanlar, tibb işçilətri 6 ay keçəndən sorna əlavə 1 doza da vurdursalar, daha effektiv olar"
Sentyabrın 15-də dərslərin bərpası nəzərdə tutulurAzərbaycanda sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur.

Avrasiya.net xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, valideynlərin peyvənd olunması ilə bağlı hər hansı tələb yoxdur. Ancaq təhsil işçilərilə bağlı tələbə görə, onların 80 faizinin peyvənd olunması vacibdir.


Metroda COVİD-19 pasportu tələb olunacaq?Xırda tutumlu ticarət obyektlərində COVID-19 pasportu tələb olunmur.

Avrasiya.net xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək istəyirsə mütləq vaksinasiyadan keçməlidir:

“Bu, həm vətəndaşın tibbi sağlamlığını, həm də vətəndaşı qanunu pozmadan qoruyur”.

DİN rəsmisi qeyd edib ki, metroda indiki vəziyyət sabitdir:

"Orada vaksinasiya ilə bağlı hər hansı bir tələb yoxdur".