Azərbaycanlılar Rusiyada qəzaya düşdü: ölənlər var - FotoZərdab rayon sakinləri Rusiyada ağır yol qəzasında həlak olublar.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə bu ölkənin Saratov şəhərində qeydə alınıb. Həmin şəhərdə yaşayan, əslən Zərdab rayonundan olan qohumlar yol qəzasına düşüblər. Rayonun Qoruqbağı kəndindən olan iki əmioğlu – Anar və Elvin Qarayevlər yol qəzasında həlak olublar. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə zamanı avtomobildə əmioğlulardan başqa daha 2 nəfər də olub. Həmin şəxslərdən biri dünyasını dəyişib, digər sərnişin, ölən əmioğlulardan birinin qardaşı isə ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə yol kənarında dayanmış başqa avtomobil səbəb olub. Qəzada ağır yaralanan şəxsin bir neçə həftə əvvəl toyu olub. Qəzada ölənlərin ikisinin meyitləri Azərbaycan gətirilərək, Zərdabın Sarıqaya kənd qəbiristanlığında dəfn ediləcək.
Azay Quliyev ATƏT-in xüsusi nümayəndəsi təyin edildiATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun prezidenti Marqareta Sederfelt tərəfindən ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi təyin olunub.

Avrasiya.net ATƏT PA-nın rəsmi saytına istinadən xəbər verir ki, xüsusi nümayəndə bir sıra mühüm səlahiyyətlərə malikdir. Bunlardan Cənubi-Şərqi Avropa ölkələrində siyasi və seçki proseslərini, dövlət quruculuğu, regional əməkdaşlıq, bölgə ölkələrinin müəyyən etdiyi xarici siyasət prioritetlərinin təkamülü də daxil olmaqla, bölgədəki əsas siyasi və digər hadisələrin monitorinqini qeyd etmək olar. Bundan başqa xüsusi nümayəndə Qərbi Balkanlar da daxil olmaqla, regional əməkdaşlıq proseslərini inkişaf etdirmək üçün parlament səviyyəsində əməkdaşlığa xüsusi yer ayırmalı, regional dialoqun inkişafına töhfə verməlidir. Diqqəti cəlb edən əsas məqamlardan biri də odur ki, bu mandata ATƏT-in Sahə Əməliyyatlarının dəstəklənməsi, ATƏT-lə ATƏT PA arasında fəaliyyətin əlaqələndirilməsi də daxildir.

Xüsusi nümayəndə Cənub-Şərqi Avropada miqrasiya və terrorizmlə mübarizə sahəsində ATƏT institutları ilə Assambleyanın komitələri arasında kommunikasiyanın qurulmasına da köməklik edəcək.
Voleybolçularımız çempionata məğlubiyyətlə başladıAvqustun 20-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.

Avrasiya.net xəbər verir ki, 2019-cu ildə olduğu kimi çempionat yenə 4 ölkənin meydanlarında keçirilir. Bu dəfə turnirə Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edir.

Azərbaycan yığmasının yer aldığı A qrupunun oyunları Serbiyada təşkil olunur. Komandamız qrupda ilk oyununu Belçika yığmasına qarşı keçirib.

Avropa çempionatında komandamızın heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova, Anastasiya Bayduk çıxış ediblər.

Belqraddakı "Stark Arena"da təşkil olunan görüş Belçika millisinin 3:0 (25:13, 26:24, 25:13) qələbəsi ilə yekunlaşıb.

Yığmamız avqustun 21-də Bosniya və Herseqovina, ayın 22-də Rusiya, iki gün sonra Serbiya, avqustun 25-də isə Fransa ilə qarşılaşacaq.

Qrupda ilk dörd yeri tutacaq komanda turnirin pley-off mərhləsinə vəsiqə qazanacaq.

Əli Həsənov məhkəməyə çağırıldıBakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, prosesdə vəkillərdən biri məhkəmədə şahid qismində dindirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib.

Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.

Qeyd edək ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Növbəti proses sentyabrın 3-ə təyin olunub.
Vüqar Səfərlinin məhkəməsində ittiham aktı elan olunub: 18,5 milyonluq mənimsəmə edilibVüqar Səfərlinin məhkəməsində ittiham aktı elan olunub: 18,5 milyonluq mənimsəmə edilibVüqar Səfərli
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net-in xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktına əsasən, fondun sabiq icraçı direktoru Vüqar Səfərli müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəyib.

İttiham aktına görə, V.Səfərli baş mühasibi Təhminə Yaqubova ilə cinayətkar əlaqəyə girərək, Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2013 və 2017-ci illərdə Səbail rayonunda inşa edilmiş 2 binanın tikintisi üçün Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etməyib.

Törədilən saxtakarlıqlar nəticəsində cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yaranıb.

Prokuror Vüqar Səfərli və digərlərinin Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə mühakimə olunmasını istəyib.

Vəkillərdən biri məhkəmədə şahid qismində dindirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının keçmiş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib.

Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.

Daha sonra dövlət ittihamçısı təklif edib ki, məhkəmə istintaqı təqsirləndirilən şəxslərin dindirilməsi ilə başlasın.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini və ifadə vermək üçün hələ hazır olmadıqlarını deyiblər.

Hakim növbəti prosesi sentyabrın 3-ə təyin edib.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
Daha bir deputatla bağlı qalmaqallı İDDİA: İntizam Komissiyası işə baxacaq?Milli Məclisin daha bir deputatı barədə qalmaqallı məlumatlar yayılıb.

Yerli KİV-də tirajlanan iddialara əsasən, 46 saylı Şirvan Seçki Dairəsindən deputat seçilən İltizam Yusifov böyük biznes fəaliyyəti ilə məşğuldur. Qanunazidd addım kimi qiymətləndirilən bu fakt sosial mediada geniş müzakirə predmetinə çevrilib.

Qeyd olunur ki, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinə əsasən, Milli Məclisin üzvü elmi-pedaqoji və yaradıcılıq istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Bunu əsas gətirən bir çox insanlar onun deputat mandatından məhrum edilməli olduğunu hesab edirlər.

Sözügedən məlumatın dəqiq olub-olmadığını öyrənmək üçün deputat İltizam Yusifovun özü ilə əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmayıb.

Mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin İntizam Komissiyasından münasibət öyrəndik.

Komissiyanın sədr müavini, deputat Fəzail Ağamalı Modern.az-a açıqlamasında Milli Məclisə bu barədə müraciət daxil olmadığını deyib.

“Sosial şəbəkə istifadəçiləri istədikləri məlumatı yayırlar. Bu və ya digər məlumatların həqiqətə uyğun olub-olmadığı haqqında araşdırma aparılmalıdır. Araşdırma əsasında Milli Məclisə müraciət edilməlidir. Bundan sonra İntizam Komissiyası nəsə edə bilər. Rəsmi qurumların bizə müraciətindən sonra biz məsələyə baxırıq. Yoxsa, kimin kimdən xoşu gəlmirsə, haqqında nəsə deyirsə, biz onu müzakirə edə bilmərik. İntizam komissiyası istintaq orqanı deyil”.

F.Ağamalı xatırladıb ki, deputatlığa namizədliyini irəli sürən şəxslər gəlirləri və büdcələri haqqında Milli Məclisə rəsmi məlumat verir:

“Namizədin biznesi, gəlirləri haqqında məlumatlar gizlədilərsə, onun namizədliyi ləğv edilir. Milli Məclisin deputatı seçildikdən sonra artıq bizneslə məşğul olmursa, ittiham obyektinə çevirməli deyilik. Elə deputatlar var ki, bizneslə məşğul olublar, amma indi rəsmi şəkildə təmsil olunmurlar. Övladına, qohumuna, yaxınına təhvil verib. Bu zaman deputatı ittiham etmək doğru deyil”.

Xatırladaq ki, bundan əvvəl deputat Eldəniz Səlimovun polis əməkdaşını döyməsi böyük qalmaqala səbəb olmuşdu. Deputat toxunulmazlığı ləğv edilən E.Səlimov hazırda Bakı İstintaq Təcridxanasında cəza çəkir.
"Lavrovun bəyanatı cavabsız qalmamalıydı""Lavrovun bu bəyanatı təxribat xarakterlidir. Hesab edirəm ki, bu bəyanat cavabsız qalmamalıdır. Bizim Xarici İşlər Nazirliyi dərhal buna cavab verməliyidi, Rusiya tərəfindən buna aydınlıq qətirilməsini tələb etməliyidi. Rusiyanın Azərbaycanda səfiri XİN-ə dəvət olunub ona nota verilməliyidi. Təəssüf ki, bu olmadı".

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rusiya Xarici işlər naziri Lavrovun iş adamlarına Qarabağa yatırım edilməsilə bağlı təklifi və Rusiyanın Ermənistandakı səfirinin Azərbaycan-Ermənistan sərhədinə səfərinə münasibətində bildirib.

Partiya sədri qeyd edib ki, Rusiyada ermənipərəst qüvvələr çoxdur. İstər mətbuatda, istərsə də hakimiyyət daxilində: "Bu qüvvələr çalışırlar ki, 10 noyabr Bəyanatı həyata keçməsin. Amma mən hesab edirəm ki, Putin öz imzasına hörmət edəndir və imzaladığı 10 noyabr Bəyanatında olan bütün bəndlər həyata keçəcək".
Ağstafada 59 yaşlı qadın itkin düşdü- FotoAğstafa rayonunda bir nəfər itkin düşüb.

Avrasiya.net xəbər verir ki, 1962-ci il təvəllüdlü Lalə Sayad qızı Mustafayeva iyulun 7-də Ağstafa rayon Mərkəzi Xəstəxanasından həkiminin tövsiyəsi ilə Bakıya müayinə olunmaq üçün göndərilib. O, xəstəxananın kiçik tibb bacısı tərəfindən Bakıya yola salınıb.

Həmin vaxtdan etibarən L.Mustafayevadan xəbər tutan olmayıb.

L.Mustafayevanı görənlərdən və ya onun barəsində məlumatı olanlardan 40-cı polis bölməsinə məlumat vermələri, +994 55 600 22 23 nömrəli əlaqə telefonuna zəng etmələri xahiş olunur.
Bakının kommunal xidmətləri yeni texnika və  velosipedlərlə təmin edilirPaytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb. Xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər.

Meriyadan Avrasiya.net-ə verilən məlumata görə, jommunal xidmət əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biri şəhərin təmizliyinin qorunmasıdır və bu işlər kommunal texnika və işçilərin əl əməyi hesabına gündəlik olaraq tam şəkildə həyata keçirilir. Şəhər ərazisi, vətəndaşların gündəlik gəzinti və istirahət yerləri olan park və xiyabanlar, küçə və prospektlər, mədəniyyət, turizm və iri ticarət obyektlərinin qarşısı, keçid meydançalarının sanitar təmizliyi ciddi nəzarətdə saxlanılır. Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı, bayram və istirahət günlərində kommunal xidmətlər tərəfindən mərkəz ərazilərdəki sanitar şəraitə nəzarət daha da artırılir. Lakin təəssüf olsun ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək yol kənarlarına, pakrlara, skamyalara, keçidlərə, ağacların dibinə, yaşıllıq guşələrinə və s. yerlərə istifadə etdikləri su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları atırlar. Bu da həm sakinlərimiz, həm də paytaxta gələn qonaqların haqlı narazılığına səbəb olur, şəhərimizi çirkləndirir.

Belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kənar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə yardımçı olmaq məqsədi ilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib.
Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcəkdir.

GAK-ın Tiflis təmsilçisi vəfat edibGürcüstan Azərbaycanlıları Konqresinin (GAK) Tiflis şəhəri üzrə təmsilçisi, ziyalı Qəhrəman Musayev bu gün 67 yaşında koronavirusdan vəfat edib.

Q.Musayev Tiflis şəhərində Azərbaycan dilində yeganə məktəbdə dərs deyib, Cənubi Osetiya və Abxaziyada vuruşub. Bütün borçalıların hörmətini qazanmış Q.Musayev həm də jurnalist kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin