Kiyevdə Azərbaycan vətəndaşları saxlanıldıUkraynanın paytaxt Kiyevdə iki Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Kiyev Şəhər Prokurorluğu Azərbaycan vətəndaşlarının soyğunçuluq və narkotik tərkibli maddələrin tətbiqi, istifadəsində şübhəli bilinmələrinə görə saxlanıldığını açıqlayıb.

“İyirmi iki və iyirmi dörd yaşlı Azərbaycan vətəndaşları cinayət başında saxlanılıb. Belə ki, onlar gecələr klublarında insanlarla ünsiyyət qurub, etibardan sui-istifadə etməklə narkotik tərkibli həblər verərək, həmin şəxsləri yarımhuş halına gətirdikdən sonra onları soymaqla məşğul olublar. Araşdırma nəticəsində məlum olub ki, hər iki şəxs indiyə qədər insanlara 267 min qriven, 30 min ABŞ dolları və 1 605 avro zərər vuraraq soyublar”, - deyə məlumatda bildirilir.
Böyük Britaniya Əfqanıstandan 20 min qaçqın qəbul edəcəkBöyük Britaniya hökuməti Əfqanıstandan krallığa 20 min qaçqının köçürülməsini nəzərdə tutan proqramı razılaşdırıb.

“Report” “Daily Telegraph”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin başçısı Priti Patel bildirib. O, Avropa Birliyini və başqa ölkələri də həmçinin Britaniya nümunəsindən istifadə etməyə çağırıb.

"Bizim yeni proqram Əfqanıstandan qaçmağa məcbur olmuş 20 minə yaxın insanı qəbul etməyə imkan verəcək. Birinci 5 min nəfər il ərzində gələcək", - nazir qeyd edib. O, vurğulayıb ki, Böyük Britaniya tək hərəkət edə bilmir və “Taliban” radikal hərəkatın nümayəndələrinin Əfqanıstanda hakimiyyətə qayıdışından sonra başqa Qərb dövlətləri ilə bu ölkənin əhalisinə yardım göstərmək ehtiyacını müzakirə edir.

Nazir həmçinin xatırladıb ki, Böyük Britaniya daha əvvəl də Suriyadan təxminən 20 min qaçqın qəbul etmək üçün buna oxşar proqramı həyata keçirib.
ABŞ “Taliban”ı terrorçulara dəstək verməkdə ittiham edibRadikal "Taliban" hərəkatı cari ilin aprelindən iyunun sonuna kimi Əfqanıstan ərazisində "Əl-Qaidə" terror təşkilatının silahlılarına sığınacaq verib.

“Report” “RİA Novosti”yə istnadən xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın Müdafiə Nazirliyi çıxış edib.

"Taliban" Əfqanıstanda "Əl-Qaidə"yə sığınacaq verərək, terror qruplaşması ilə əlaqə saxlamağa davam edib", - Pentaqonun Konqresə sonuncu rübə dair hesabatında deyilir.

Daha əvvəl "Taliban" hərəkatının nümayəndəsi Süheyl Şahin bildirib ki, “taliblər” "Əl-Qaidə"yə və başqa terror qruplaşmalarına Əfqanıstanın ərazisində fəaliyyət göstərməyə imkan verməyəcəklər.

Hesabatda həmçinin qeyd edilir ki, "İŞİD-Xorasan" son aylar Əfqanıstan hökumətini gözdən salmaq məqsədilə haimiyyətin ölkənin təhlükəsizliyi təmin edə bilmədiyini nümayiş etdirmək üçün infrastruktura hücumlar həyata keçirib.
Həmas Talibanı təbrik etdiHƏMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyyə Əfqanıstanda Amerika işğalının sona çatması münasibətilə "Taliban"ı təbrik edib.

Avrasiya.net xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Heniyye "Taliban" Siyasi Bürosunun başçısı Molla Əbdülqəni Bəradərlə telefonda danışaraq deyib:

"Amerika işğalının Əfqanıstan torpaqlarından yox olması bütün zalım qüvvələrin məhvolma zamanının başlanğıcıdır.

Əfqanıstanda Amerika işğalı uduzdu. Bu münasibətlə sizi təbrik edərək ölkəyə birlik, güc və rifah gəlməsini arzu edirəm”.