Məktəb direktoru həbs edildiXəbər verildiyi kimi, Lənkəran rayonu, Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın qanunsuz hərəkətləri ilə bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Lənkəran Rayon Prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış istintaqla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddət ərzində müxtəlif cinayətkar üsullardan istifadə edilməklə faktiki olaraq tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılmış ümumilikdə 3 min 849 manat məbləğində pul vəsaiti mənimsəməsinə, həmçinin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin edilməsi müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Zeynəb Əhmədovaya Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Taliban” sakinləri güllələdi: Ölən və yaralılar varƏfqanıstanın Nanqarxar vilayətində yerli sakinlər mitinq keçirib.

Avrasiya.net-in xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının üzvləri aksiya iştirakçılarına atəş açıb.

İnsident nəticəsində ölən və yaralananların olduğu bildirilir.

İlkin məlumat əsasən, atəşə məruz qalan iki etirazçı ölüb, 10-dan çox mülki sakin isə yaralanıb.
Azərbaycanda partiya sədri həbsxanada vəfat etdiAzərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov vəfat edib.

Avrasiya.net Pravda.az-a istinadən xəbər verir ki, partiya sədri həbsxanada dünyasını dəyişib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunan Ağadur Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İş üzrə iki nəfər zərərçəkən olub. Onlar - İran vətəndaşı Xorəzmi Əlirza Qurban və Babayev İsaxan Teymur oğludur. Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub. İ.Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib. Lakin A.Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ.Babayev də işdən çıxarılıb.
Tanınmış jurnalist evini şəhid anasına bağışladı - FOTOTanınmış jurnalist Şakir Eminbəyli "Jurnalistlər binası"ndakı mənzilini şəhid anasına hədiyyə edib.

Avrasiya.net xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Paylaşımda deyilir: “Şəhid Yusif Budaqovun anası Lətafət xanım!

Yusifin mərdliyi, qəhrəmanlığı və şəhadəti qarşılığında hər nə etsək, azdır... Yeni mənzilinizdə sağlam və gözəl ömür yaşamağınızı arzu edirəm”.

Yusif Ramiq oğlu Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib. O, evin tək övladı olub. İkinci Vətən müharibəsində iştirak edən Yusif Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Onun ailəsi Bakıda kirayədə yaşayıb.

Xatırladaq ki, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli bir müddət öncə prezidentin 2017-ci ildə ona hədiyyə etdiyi mənzili şəhid ailəsinə bağışlayacağını demişdi.

"Mən heç kimdən rüşvət almamışam"Mədəniyyət nazirinin həbs edilən keçmiş müavini Rafiq Bayramov növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında Rafiq Bayramov son sözlə çıxış edib.

Rafiq Bayramov son sözündə deyib:

"Mən istintaq zamanı müstəntiqlərə səmimi etiraflarımı bildirmişəm. Mənimsəmə ittihamı ilə özümü heç zaman təqsirli bilməmişəm. Nazir müavini olsam da həmin işlərin mənim razılığımla görülməsi mümkün deyil. 12 ay müddətinə istintaq bu ittihamla davam etdi. Amma sübuta yetirilmədi.

Sonra isə rüşvət alma maddəsi ilə ittiham irəli sürüldü. Mən ömür boyu rüşvət almamışam və bu heç cür mümkün deyil. Bir nəfər belə olsun burada demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam.

Burada idarə rəisləri dindirildi. Həmin şəxslər müstəqil şəxslərdir və rəhbərlik tərəfindən təyin ediliblər. Onlar müstəqil fəaliyyət göstərdiyi üçün mənim onlardan rüşvət almağım mümkün deyil. Əgər onlardan rüşvət tələb etmişəmsə və deyildiyi kimi bu hərəkət mütəmadi şəkildə olubsa, niyə məndən şikayətçi olmayıblar? Düşünə bilərsiniz ki, mən onlara təzyiq etmişəm. Amma bu da mümkün deyil.

4 idarə rəisi var ki, mənim onlardan rüşvət aldığım qeyd edilir. Halbuki həmin şəxslərin işdən çıxarılması ilə bağlı rəhbərliyə təqdimat yazmışam. Mən bunlardan rüşvət alırdımsa, onlardan niyə təqdimat yazmışdım?

Fəaliyyət dövrümdə 450 müəssisənin bağlanmasına nail olmuşam. Bu, 1600 ölü ştat deməkdir. Həmin ştatlar üzrə pullar xərclənirdi. Mən rüşvət alan idimsə, niyə bu müəssisələri bağlayırdım?

Mənə musiqi məktəblərinin direktorlarından rüşvət almaq ittihamı irəli sürülüb. Bu günə qədər qanunsuz hərəkətlərə yol verən ona yaxın məktəb direktorunun işdən çıxarılmasına, bəzilərinə şiddətli töhmət verilməsinə nail olmuşam.

Müəyyən səhvlərə yol vermişəm, məsuliyyətsizlik etmişəm. Bunlara görə də cənab prezidentdən, sizdən üzr istəyirəm. Mən ömrüm boyu Əliyevçi olmuşam, dövlətimə xidmət etmişəm. Səhvlərim olub və bu da mənim təcrübəsizliyimdən, gəncliyimdən olub. Amma heç bir zaman korrupsiyaya bulaşmamışam.

Bir insana cəza verilir ki, o, əməlindən islah olunsun. Mən rüşvət almamışam, nədən islah olunacam? Mən uzun illər dövlətə, dövlətçiliyə xidmət etmişəm. Bundanmı islah olunacam?

Mən niyə burada olduğumu bilmirəm. Aylardır bu suala cavab tapa bilmirəm. Düşünürəm ki, kimlərsə mənim şəxsimlə bağlı mənfi rəy formalaşdırıb. Bilmirəm, bunu da dəqiq bilmirəm. Hansı səbəbə burda olduğumu bilmirəm. Heç kimdən rüşvət almadığım halda rüşvətlə ittiham olunuram.

Nazirlikdə çalışdığım müddətdə minlərlə insan məni tanıyıb. Bu günə qədər bir nəfər də mənim rüşvət aldığımı deyə bilməz, bir nəfər də gəlib burada bunu deyə bilməz.

Dediklərimin nəzərə alınmasını xahiş edirəm. Ailə vəziyyətimi nəzərə alın. Anam 5 il əvvəl həkim səhvi ucbatından qızını itirib, indi isə oğlunumu itirsin? Üç azyaşlı uşağım var. Yoldaşım ağır xəstədir.

Prokuror da qeyd etdi ki, zərər ödənilib. Sənədlərə fikir verilsə, zərərin necə ödənildiyi məlum olar. Bu da onu göstərir ki, mən rüşvət almamışam. Amma yenə də vətən sağ olsun".

Məhkəmə müşavirədən sonra hökm elan olub.

Hökmə əsasən R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən üzərinə həbs qoyulan əmlkların xüsusi müsadirə olunması. Yoldaşı və özünün adına bankda olan hesabdan həbsin götürülməsi qərarı qəbul edilib.

Xatırkadaq ki, prokuror R.Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Rafiq Bayramov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar, külli miqdarda rüşvət alma) maddələrilə ilə ittiham edilir.

Sabiq nazir müavininin işində ümumilikdə 26 epizod üzrə 1 milyon 785 min manatlıq rüşvətdən söhbət gedir. Rafiq Bayramovun yaxınları zərəri ödəyib.
Rafiq Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Rafiq Bayramov məhkəmə qarşısına tək çıxarılıb.(musavat.com)


Erməni hərbçilər Şuşanın bu kəndindən GERİ ÇƏKİLDİLƏRQarabağdakı erməni separatçıları Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndi ilə bağlı yeni məlumat yayıblar.

Ermənistan mətbuatı xəbər verir ki, məlumatda erməni hərbi qulluqçuların adı çəkilən kəndi tərk etdikləri bildirilir.

Özünü həmin kəndin rəhbəri adlandıran Artak Hakobyan bildirib ki, hazırda yaşayış məntəqəsi müdafiəsiz qalıb:

“Azərbaycanlıların da 3 kilometr geri çəkilməsi üçün əsgərlərimizin mövqelərindən uzaqlaşdırıldığı barədə söz-söhbət dolaşır. Ancaq indi baş verən tək şey yalnız bizim hərbçilərimizin mövqeləri tərk etməsi və azərbaycanlıların hələ də yerlərində dayanmalarıdır”.

Onun sözlərinə görə, rus sülhməramlıları kəndi qorumaq üçün müəyyən müddətı gəliblər, lakin sonra ayrılıblar və bir daha geri qayıtmayıblar.

Modern
Con Sapko: ABŞ inanılmaz səhvlər buraxdıABŞ Əfqanıstanda dövlət sturukturunun bərpasında təəccüb doğuracaq səhvlərə yol verdi.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlətçiliyin yenidən qurulması üzrə baş inspektoru Con Sapkonun hesabatında deyilir.

Bildirilib ki, ABŞ-ın regiona gəldiyi 20 il müddətində Əfqanıstanda dövlət qurulması və müharibəyə təxminən trilyon dollar pul xərclənib:

"Qərb koalisiyanının itkiləri təkcə maddi deyil. 2001-ci ildən bəri terrorçularla döyüşdə 2444 amerikalı, 1444 müttəfiq əsgəri, 66 mindən çox yerli hərbçi və 48 min vətəndaş həlak olub. ABŞ Əfqanıstandakı tapşırıqları müəyyən zamanlarda dəyişsə də, əsas bəndləri qeyd etmək olar: Əfqanıstanda digər terror qruplaşmalarının baş qaldırmaması üçün Əl-Qaidəni məhv etmək, Talibana qalib gəlmək lazım idi. Daha sonra yeni hökumətin formalaşması üçün Kabilə yardım edilməli idi. Hökumətin formalaşması ilə bağlı dəstək məsələsi olduqca çətin idi. Vaşinqton burada çox səhvlər buraxdı. ABŞ hökuməti genişmiqyaslı işləri dəyərləndirə bilmədi”.
Talibanla bağlı qərar qəbul etməmişik - PakistanPakistan Talibanın hakimiyyətinin tanınması ilə bağlı hələ qərar qəbul etməyib.

Axar.az xəbər verir ki, bu məlumatı Pakistanın informasiya naziri Favad Çaudri deyib.

“Pakistan bu məsələ ilə bağlı birtərəfli qərar qəbul etmək istəmir. Talibanın hakimiyyətə gəlişi zamanı böyük qan tökülməməsindən razıyıq”, - Çaudri bildirib.
"İndi erməni xlaqı görür ki, işğalçılıq siyasətinin bədəli nədir""Azərbaycan qoşulduğu bütün bəyanatlara, sazişlərə və öhdəliklərinə sadiqdir, eyni zamanda dövlətlərarası münasibətlərdə etibarlığın, şəffaflığın ən yaxşı nümunəsini yaradıb. Məhz bu amil Azərbaycanın həm regionda, həm də beynəlxalq münasibətlərdə etibarlı partnyor, yaxşı tərəfdaş imicini möhkəmləndirib. Əksər maliyyə qurumları, beynəlxalq təşkilatlar Azərbaycanla əlaqələr qurmağa, yaxud mövcud münasibətləri dərinləşdirməyə can atırlar. Hazırki beynəlxalq münasibətlər sistemində bu nümunənin anoloqu yoxdur".

Avrasiya.net xəbər verir ki, bunları "AzPolitika.info"-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov eyib.

Millət vəkili bu kontekstdə 44 günlük qalibiyyətli Vətən müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr bəyanatının icra vəziyyətini dəyərləndirib. Komitə sədri qeyd edib ki, bəyanatdan keçən dövr ərzində Azərbaycan bu sənədlə üzərinə götürdüyü öhdəliklərin hamısını icra edib, eyni zamanda bəyanatın başqa müəlliflərindən də eyni məsuliyyətli davranışı tələb edir: "Prezident İlham Əliyev "CNN-Türk" televiziyasına müsahibəsində bu məsələnin vacib olduğunu bildirdi. Mən ölkə başçısının bu sitatını xüsusi ilə vurğulamaq istəyirəm: "Rusiyadan gözləntimiz üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir. Bu üçtərəfli bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. İstəyirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın".

Sadiq Qurbanov daha sonra Rusiyanın Ermənistanla müharibədən əvvəlki münasibətlərə qayıtmasının bölgədə sülh-sabitlik üçün müsbət siqnallar olmadığını vurğulayıb: "Prezident İlham Əliyev də məhz bu məsələnin altını cızıb. Ölkə başçısı dedi ki, bizim gözləntimiz Rusiyanın Ermənistanı silahlandırmamasıdır. Əlbəttə, bu mənfi tendensiya Azərbaycanı narahat edir. Bir halda ki, erməni xalqı məğlubiyyətlə barışıb, onu memarı olan Paşinyan iqtidarını hakimiyyətdə saxladı, o zaman üçüncü tərəfin əvvəlki millitarist siyasi keçmişə qayıdış cəhdləri təəssüf doğurur. Bu, ümumiyyətlə Azərbaycanın regionda apardığı siyasətə ziddir, adekvat deyil. Prezident İlham Əliyev deyir ki, gəlin, bir-birimizin ərazi bütövlüyünü, suverinliyi tanıyaq, bütün kommunikasiyaları, yolları açaq, iqtisadi inkişaf başlasın, bundan xalqlar faydalansın. Regionda bütün ölkələr bir-biri ilə əməkdaşlıq etsin, dünya üçün mühüm əhəmiyyət kəsb edən regionda bundan təbii, bundan yaxşı nə ola bilər ki?!"

Millət vəkili əmindir ki, indiki gərginliklər arxada qalacaq, Azərbaycanın sülh, inkişaf, sosial rifah, müharibəsiz gələcək ideyası tam qalib gələcək: "Ola bilsin, bölgədə bütün qüvvələr indi bunu anlamırlar. Vaxtilə Ermənistan da anlamırdı, amma indi erməni xlaqı görür ki, işğalçılıq siyasətinin bədəli nədir. Ona görə onlar öz hökumətlərinə təsir göstərməlidrlər ki, Azərbaycanın milli maraqlarına, suverenliyinə uzanan əllərini, dillərini kəssinlər. Eyni zamanda onları yeni iddialara, köhnə ambisiyalara təhrik edən kənar qüvvələrə yaxın keçmişin acı məğlubiyyətini xatırlatsınlar".

Çempionlar Liqasının ilk günündə sensasiyaFutbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Publika.ax xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Fransanın “Monako” komandası doğma meydanda Donetsk “Şaxtyor”unu qəbul edib və minimal hesabla uduzub.

3-cü mərhələdə Serbiyanın “Srvena Zvezda” komandasını mübarizədən kənarlaşdıraraq, sürprizə imza atan “Şerif” (Moldova) bu mərhələdə Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib. Gecənin senasiyası da bu qarşılaşmda qeydə alınıb. Tiraspol təmsilçisi bu oyunda da darmadağına imza atmaqla diqqət mərkəzinə düşüb - 3:0.

Avstriyanın “Zalsburq” komandasının rəqibi isə Danimarka “Brondbü”sü olub. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb - 2:1.

Pley-off mərhələsinin digər oyunları bu gün keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları
17 avqust

Monako (Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 0:1

Şerif (Moldova) – Dinamo (Zaqreb, Xorvatiya) 3:0

Zalsburq (Avstriya) – Brondbü (Danimarka) 2:1