Polis metro və avtobusda maska taxmayanları cərimələdiRespublikamızın bütün şəhər və rayonlarında, eləcə də paytaxt Bakıda xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş nəzarət-profilaktik tədbirlərin təşkili və keçirilməsi diqqət mərkəzində saxlanılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu ictimai nəqliyyatda – Bakı Metropoliteninin stansiyalarında, taksilərdə, avtobuslarda eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilir.

Paytaxt, eləcə də respublikamızın digər rayon və şəhərlərdə karantin rejimi qaydalarına əməl olunmasını təmin etmək məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Yeni meyarlar: Əlillik necə təyin olunacaq?Bu, 100-ə yaxın normativ hüquqi aktı əhatə edən, 11 məcəllə və 50-yə yaxın qanuni dəyişikliyi özündə ehtiva edən islahat paketidir. İslahat üzərində böyük ekspert qrupu ilə olduqca gərgin iş aparırıq. Əlilliyin dəyərləndirilməsində yeni meyarlar tətbiq ediləcək. Artıq orqanizmin funksiyalarının pozulmasından irəli gələrək müəyyən həyat kateqoriyalarının nə dərəcədə məhdudlaşdığı əsas götürüləcək.

Avrasiya.net xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarlara aydınlıq gətirərkən deyib.

“Bu islahat tələb edir ki, nazirliyin bu sahədə tibbi sosial ekspert komissiyaları, mütəxəssislər, eləcə də səhiyyə sektorunda olan aidiyyəti şəxslər ciddi təlimlərə cəlb edilsin. İnformasiya sistemlərində və proqram təminatlarında aidiyyəti üzrə təkmilləşmə təlimləri aparılsın. Bu islahatların tətbiqi əlilliyin təyin olunması sahəsində ünvanlılığın və şəffaflılığın təmin edilməsinə əlavə töhfə verəcək. Bu da əhalimizə bu sahədə göstərilən xidmətin daha əlçatan olmasını təmin edəcək. Məsələn, amputasiya halında və ya 1 gözün funksiyasını itirməsi zamanı əvvəllər hər ikisində 3-cü dərəcəli əlillik dərəcəsi yazılırdı. Bu, yeni qaydalarda fərqli göstəricilərlə dəyərləndiriləcək. Biri 30%, digəri 40% və ya 50% ola bilər. İndiki 3-cü dərəcəyə uyğun gələn yeni meyarlarda yanaşma 30-60% arasında dəyərləndiriləcək. Bu da həmin şəxslərə ünvanlı sosial yardım və xidmətlərin göstərilməsinə bizə imkan verəcək”, - qurum rəsmisi bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanun 2022-ci ilin 1 iyunundan etibarən qüvvəyə minəcək.
Xeyriyyə Cəmiyyətinin rəhbəri nazirə müraciət edibAzərbaycan Respublikası Daxili İşlər naziri, General- polkovnik, cənab Vilayət Eyvazova açıq məktub

Hörmətli Vilayət müəllim, Yardımlı ictimaiyyətini təmsil edən İctimai Birliyin sədri kimi, Sizi narahat etməyimizin səbəbi bu gün rayonumuzda narkomaniyanın vüsət aldığından təlaş keçirməyimizdir.

Təsəvvür edin ki, bu bəla artıq həddibuluğa çatmayanların da arasına ayaq açıb. Rayonda bunun satışı ilə məşğul olan bir sıra cinayətkar ünsürlər ciddi müqavimət görmədiklərindən müştərilərinin sayını artırmaqda davam edirlər. Bu isə sağlam düşüncəli Yardımlı ictimaiyyətini çox narahat edir. Rayonumuzda narkomaniya əleyhinə bir sıra addımlar atılsa da yetərincə deyil. Narkoticarətçilər hələ də rahat şəkildə öz alverlərini davam etdirirlər.

Cənab nazir, problemin nə qədər ciddi olduğunu anlayaraq, Sizdən xahiş edirik ki, rayon ərazisində narkoticarətlə məşğul olan cinayətkarların ictimaiyyətdən təcrid olunması- layiqli cəzalarını almaları istiqamətində rayon Polis şöbəsinə münasibət bildirəsiniz.

Hörmətlə, “Yardımlı Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri: Elman Eldaroğlu
Azərbaycanda daha 4129 nəfər koronavirusa yoluxub, 20 nəfər ölübAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib. 30 954 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, bu günə qədər isə ümumilikdə 4 252 882 test icra olunub.
İcra başçısı bacısı oğlunu İŞDƏN ÇIXARDI - FOTOBakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Ağayev Murad Əsgər oğlu vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı RİH başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.

Ə.Əzizovun daha bir əmri ilə köməkçi vəzifəsinə Fətullayev Nazim Hüseynalı oğlu təyin edilib. N.Fətullayev daha əvvəl RİH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

M.Ağayevin hansısa vəzifəyə təyin olunub-olnmadığı hələ açıqlanmayıb.

Xatırladaq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman M.Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Ə.Əzizov 2018-ci ildə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra M.Ağayev burada Hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilib. Bir neçə gün sonra isə RİH başçısı olan dayısının köməkçisi vəzifəsinə təyinat alıb.

Ə.Əzizov 2019-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunandan qısa müddət sonra M.Ağayevi özünün köməkçisi vəzifəsinə təyin etmişdi.
Tanınmış aparıcı xəstəxanaya yerləşdirildi - FotoAparıcı-jurnalist Tahirə Məmmədqızının səhhətində yenidən problemlər yaranıb.

Kult.az xəbər verir ki, qəfildən səhhəti pisləşən aparıcı təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bu haqda Tahirə sosial şəbəkədə məlumat verib. Milli Onkologiya Mərkəzinə yerləşdirilən Məmmədqızı İnstaqram hesabında xəstəxanadan fotolarını yayımlayaraq əməliyyat olunacağını bildirib.

Xatırladaq ki, Tahirə Məmmədqızı 2019-cu ildə xərçəngə tutulub. Bədənində 7 şiş aşkarlanan aparıcı ağır əməliyyat keçirib
Azərbaycan İranla sərhədi gücləndirməlidir – Hulusi KılıçƏfqanıstan Türkiyə üçün çox önəmli ölkədir. Türkiyə Cümhuriyyəti qurulma mərhələsində Əfqanıstandan çox böyük dəstək görüb.

Bunu Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç deyib.

Hulusi Kılıçın sözlərinə görə, beynəlxalq miqrant və qaçqın problemi Türkiyənin deyil, BMT-nin problemidir:

“Hazırda Türkiyədə 4 milyondan çox miqrant var. Bunların böyük əksəriyyəti suriyalılardır. Digər tərəfdən ölkəmizdə Afrikadan gəlib qanunsuz yaşayan miqrantlar da mövcuddur. Son dövrlərdə isə əfqan miqrantların sayı artıb. Türkiyə dövləti bunun fərqindədir. Milli müdafiə nazirimiz Hulusi Akar keçən həftə İranla sərhədə səfər edərək, ordakı vəziyyətlə şəxsən tanış oldu və lazımi tapşırıqlar verildi. Bundan sonra İranla sərhədə daha çox diqqət ayrılacaq. Digər tərəfdən bunu xüsusilə vurğulamaq istəyirəm ki, beynəlxalq miqrant problemi, qaçqın problemi və köç problemi Türkiyənin deyil, BMT-nin problemidir. Ancaq istər-istəməz bu problem Rusiya, Çin, İran, Pakistan, Əfqanıstan, Tacikistan və Özbəkistan kimi qonşu ölkələrə də öz təsirini göstərir. Ona görə bu dövlətlər də uyğun bir çıxış yolu tapmaq arayışındadırlar.

Keçmiş səfir eyni zamanda Azərbaycana əfqan qaçqınların gəlmə ehtimalına da toxunub:

“Dünyada və Əfqanıstanda baş verən son geosiyasi proseslər bu ölkəni Azərbaycan üçün də önəmli bir ölkəyə çevirib. Azərbaycanın İranla sərhədinin uzunluğu Xəzər dənizindəki sərhədlər də daxil olmaqla 765 km-dir. Ona görə Azərbaycan da mütləq şəkildə bu məsələni diqqətdə saxlamalıdır. Hər şeydən öncə, İranla olan sərhəd xətti möhkəmləndirilməlidir. Digər tərəfdən İranın aidiyyatı qurumları ilə əlaqə saxlayıb əfqan qaçqınların Azərbaycana buraxılmaması haqqında razılıq əldə olunmalıdır. Qaçqınlar ilk gəldikləri ölkədə qalmalıdır. Əslində isə əfqanların Əfqanıstanı tərk etməməsi lazımdır. Əfqan qaçqınlara nəzər yetirdiyimiz zaman bunların arasında kişilərin çoxluq təşkil etdiyini görürük. Can qorxusu ilə qadınları və uşaqları öz ölkəsində qoyub qaçanları görmək çox üzücü bir məsələdir. BMT bu məsələyə çox ciddi şəkildə diqqət ayrılmalıdır. Əfqanlar isə öz ölkələrində qalıb demokratik bir quruluş və xoşbəxt bir gələcək üçün mübarizə aparmalıdır. Zamanla Əfqanıstanda sabitliyin və sülhün bərqərar olacağına ümid edirik. Türkiyə bunun üçün hazırda əlindən gələni edir.”
Bazarlarda COVİD-19 pasportu tələb olunur? – DİN-dən açıqlamaBakıda bazarlara gedən vətəndaşlardan COVİD-19 pasportu tələb olunmasına dair iddialar yayılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, yayılan iddialara görə, Sədərək Ticarət Mərkəzi və "8-ci km bazarı" kimi tanınan bazarda polis əməkdaşları bazara daxil olan şəxslərin vaksinasiya olunub-olunmadığını yoxlayıblar.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev açıqlamsında iddianın həqiqətə uyğun olmadığını bildirib:

“Əhalinin sıx olduğu bazarlarda vətəndaşlardan COVİD-19 pasportu tələb olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlar sözügedən yerlərdə sosial məsafəyə əməl edərək və tibbi maskalardan istifadə etmək şərti ilə hərəkət edə bilərlər. Bu normanın qorunması ilə bağlı xidmətə cəlb olunan polis naryadları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir”.
İnterpol Qənini həbs etməlidir – Müdafiə naziriİnterpol Əşrəf Qənini vətənə xəyanətə görə həbs etməlidir.

Axar.az xəbər verir ki, bunu Əfqanıstan müdafiə naziri Bismillah Xan Məhəmmədi deyib.

Qeyd edək ki, Əşrəf Qəni ölkədən qaçdıqdan sonra Əfqanıstan vitse-prezidenti Əmrulla Saleh prezident səlahiyyətlərinin icrasına başlayıb. Salehin Pəncşir vilayətində gizləndiyi bildirilir.
Vətəndaşdan 10 min alan “jurnalist” saxlanıldıŞəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşları aldadaraq onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İqbal Muğumov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, araşdırma zamanı özünü bloger, jurnalist kimi təqdim edən İ.Muğumovun Ramiz Əmirov adlı şəxsin problemini həll edəcəyi vədi ilə onu aldadıb, 600 manat pulunu ələ keçirdiyi məlum olub.

Ətrafında davam etdirilən tədbirlərlə saxlanılan şəxsin daha bir Şəki rayon sakinindən isə barəsində şikayət olması bəhanəsi ilə 10 min manat pul tələb etdiyi müəyyən olunub.

Həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.