Hacı Şahindən Aşura günü ilə bağlı çağırışAşura günü ilə bağlı mərasimlər pandemiya ilə əlaqədar olaraq məhdud sayda insanın iştirakı ilə keçiriləcək. Yoluxmaları nəzərə alaraq insanları qaydalara riayət etməyə çağırıram.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında din xadimi Hacı Şahin Həsənli deyib. O bildirib ki, Aşura islam tarixinin önəmli hadisələrindən biridir:

"Avqustun 19-u Aşura günü kimi qeyd olunur. Aşura ərəb dilindən tərcümədə onuncu mənasını ifadə edir. Məhərrəm ayının 10-u Kərbəla hadisəsi baş verib. Bu islam tarixində ən mühüm hadisələrdən biridir. Aşura günü Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseyn və silahdaşları Kərbəla çölündə qətlə yetiriliblər. O dövrdən başlayaraq müsəlmanlar dünyanın hər yerində bu hadisəni qeyd edirlər. Azərbaycanda da ənənəvi olaraq Aşura mərasimləri keçirilib. Hətta sovet dövründə belə, insanlar bu mərasimlərdə iştirak ediblər.

Artıq ikinci ildir ki, pandemiya şəraitində yaşayırıq və belə bir dövrdə kütləvi tədbirlərin keçirilməsi mümkünsüzdür. Keçən il ümumiyyətlə məscidlər bağlı idi, bu il isə məhdud sayda, cəmi 50 nəfərin iştirakı ilə bu mərasim keçiriləcək. Həmin şəxslər də bütün qaydalara riayət edəcəklər, sosial məsafə qorunacaq, maskalardan, dezinfeksiya vasitələrindən istifadə təmin olunacaq. Məscidlərdə də icmalar bu prosesə nəzarət edəcəklər".

Onun sözlərinə görə, pandemiya səbəbindən insanların əksəriyyəti bu mərasimlərdə iştirak edə bilmədiyindən, din xadimləri onlayn qaydada canlı yayım vasitəsilə çıxış edəcəklər:

"Bu çıxışlar sosial şəbəkələr üzərindən yayımlanacaq və insanlar evlərində oturub, xütbələri dinləyə və mərasimə virtual olaraq qatıla biləcəklər. Eyni zamanda Aşura günü qanvermə aksiyaları da keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsi artıq ünvanları açıqlayıb. Bu il məscidlərdə bunun üçün şərait olmadığından, tibb müəssisələrində qanvermə aksiyaları təşkil olunacaq.

Bir daha insanlara müraciət edirəm ki, yoluxma sayının artmasını nəzərə alaraq hər zaman qaydalara riayət etsinlər. Bu, ciddi məsələdir".
Sakinlərə bu dəfə mal peyini iylədilib - FotoŞabranı zibilliklər şəhərinə çevirən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüsrynov və onun şəhər üzrə nümayəndəsi Orxan Kərimov sakinlərin haqlı narazılıq və etirazına baxmayaraq ümummili liderimiz H.Əliyev adına prospektin mərkəzindəki yararsız zibil qutularını yığışdırmaq barədə heç düşünmür. Əksinə elə bir şərait yaradılıb ki, artıq sakinlər orada məişət tullantıları yox, heyvan içalatlarını "nümayiş" etdirirlər. Koronavirusun tüğyan etdiyi bir dönəmdə bu olduqca təhlükəli haldır.

Ötən dəfə bura qoyun başı, mal içalatı, pişik ölüsü, qoyun dərilərinin atıldığından yazmışdıq. Özü də foto faktlarla.

Bu dəfə yayın isti küləyində sakinlərə kisələrlə mal peyinini iylədiblər. Başqa iylənmiş məişət tullantıları ilə yanaşı. Özü də tullantılar açıq şəkildə yerə səpələnmiş formada.

Söhbət H.Əliyev adına prospektlə M.S.Ordubadi adına küçənin kəsişməsindəki zibillikdən gedir.

Nə qədər deyilsə də, yazılsa da vətəndaşların problemlərinin həlli məmurların maraq dairəsində deyil.

Amma yolumuza davam edəcəyik, məmur özbaşınalığına qarşı mübarizəmizdən bir addım da geri çəkilməyəcəyik. Bu kimi iyrənc halları ictimailəşdirməklə haqqımızı sonadək tələb edəcəyik.

Cənab Prezident İlham Əliyev deyib: "... Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz.."
(20 iyul 2017. Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimi)

Avrasiya.net
Cəbrayılda daha 6 erməni hərbçisinin meyiti tapılıbAzərbaycanın Cəbrayıl rayonu ərazisində Ermənistan ordusunun 6 hərbçisinin meyiti tapılıb.

"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, təxliyə edilən meyitlərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 642 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.
Anası və qardaşı gənc qıza ağır işgəncələr verdiAzərbaycanda 18 yaşlı qız anası və qardaşı tərəfindən ağır fiziki işgəncələrə məruz qalıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, artıq hadisə ilə bağlı cinayət işi başlanılıb:

"18 yaşlı qız evdə anası və qardaşı tərəfindən zorakılığa məruz qalıb. Onun əl-qolunu bağlayaraq bıçağı qızdıraraq bədəninə basıblar. Uşaqlıqdan bu işgəncələrə birtəhər dözən qız sonda evdən çıxa bilərək polisə müraciət edib. Hazırda xanım sığınacaqdadır. Xanıma verilən işgəncə ilə bağlı artıq cinayət işi başlanılıb".
Tatar Ərdoğana başsağlığı veribŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar üç əsgərin şəhid olduğu və iki əsgərin yaralandığı terror hücumu ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Ersin Tatar mesajında İraqın şimalında xain terror təşkilatı PKK-ya qarşı aparılan Pəncə-İldırım Əməliyyatı bölgəsində terrorçular tərəfindən yerləşdirilən, kustar üsulla hazırlanmış partlayıcının partlaması nəticəsində üç əsgərin şəhid olduğunu və iki əsgərin yaralandığını böyük bir üzüntü ilə öyrəndiyini bildirirək, bu xain hücumu qınayıb və Ana Vətən Türkiyənin xain terror hücumlarından bir an öncə qurtulmasını diləyib.

Ersin Tatar, bundan əlavə, Türkiyədə yaşanan yanğın və sel fəlakətlərinə görə üzüntüsünü bildirib. "Sizin dərdiniz bizim də dərdimizdir, ifadəsini qeyd edib. Tatar terror hücumlarında və təbii fəlakətlərdə həyatını itirənlərə Allahdan rəhmət, yaralıların ən erkən zamanda sağlamlıqlarına qovuşmasını arzu edib.
DİN əməkdaşı: Polis heç kimi cərimələmək istəmirBu gün paytaxtın Nəsimi rayonu ərazisində keçirdiyimiz profilaktik tədbirlər onu göstərdi ki, bəzi vətəndaşlar qaydalara etinasız yanaşır. Obyektlərdə ara məsafəsi təmin olunmur, dezinfeksiya məhlullarından istifadə edilmir.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə DİN və polis əməkdaşlarının iştirakı ilə mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər davam etdirilir:

“Karantin rejimi qaydalarına uyğun olaraq artıq yumşalmalar həyata keçirilib. Açıq havada tibbi maskadan istifadə etmək məcburi deyil. Ancaq unutmamalıyıq ki, qapalı məkanlarda ictimai nəqliyyatda tibbi maskadan mütləq istifadə etməliyik. Əks halda, bu, həm insan sağlamlığı üçün təhlükəlidir, həm də həmin şəxslər maskadan düzgün istifadə etmədiklərinə görə qanunvericiliyin tələbinə uyğun olaraq cərimə edilirlər. Bugünkü reyd zamanı vətəndaşların temperaturunun ölçülmədən obyektlərə daxil olma halları aşkarlandı. Həmin vətəndaşlarla maarifləndirici söhbətlər apardıq və etinasız yanaşan şəxslər barəsində qanunamüvafiq tədbirlər gördük”.

DİN-in əməkdaşı qeyd edib ki, vətəndaşlar yalnız polis və kamera gördükdə tibbi maskalardan istifadə edirlər:

“İnsanlarda belə bir təəssürat yaranıb ki, polisin məqsədi cərimələməkdir. Ancaq polis heç kimi cərimələmək istəmir. Sadəcə, qaydalara əməl etməyən vətəndaşlar həm özlərini, həm də ətrafdakıları təhlükə altında qoyduqları üçün məsuliyyətə cəlb olunurlar”.

Ermənistan dəmir yumruğu növbəti dəfə dada bilərNail Cəlil: “Rəsmi İrəvan regionda yeni geosiyasi reallıqları anlamağa və qəbul etməyə məhkumdur”

“Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində işğal edilmiş əraziləri azad edərək, Ermənistan ordusu üzərində şanlı qələbə qazanıb. Bu, 30 il davam etmiş münaqişə vəziyyəti – işğal faktı fonunda ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi, ali baş komandanlığı ilə əldə etdiyi tarixi nailiyyətdir. Baş verənlər bir daha təsdiqləyir ki, Azərbaycan xalqı sülhsevər olmaqla yanaşı, mübariz, haqq işindən geri çəkilməyən, torpaqlarının hər qarışı uğrunda əzmlə döyüşüb qalib gəlməyi bacaran bir toplumdur. Xalqımız Ali Baş Komandanın hərbi-siyasi iradəsi, dəmir yumruğu ətrafında sıx birləşərək, ərazimizin 20 faizini zəbt etmiş işğalçı Ermənistana sarsıdıcı zərbə endirməyi bacarıb. Nəticədə Prezident İlham Əliyevin vurğuladığı kimi, “yenilməz erməni ordusu” mifi dağıdılıb, Azərbaycanın hərbi-siyasi gücü sayəsində darmadağın edilib”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında Prezident İlham Əliyevin Laçın və Kəlbəcər rayonlarına son səfəri zamanı etdiyi çıxışları, verdiyi mesajları şərh edən politoloq Nail Cəlil səsləndirib. Siyasi ekspert qeyd edib ki, Ermənistanın işğalı davam etdirmək istəyi, “yeni torpaqlar əldə etmək” xülyası, ekspansiya siyasəti sonda işğalçı dövlətin labüd məğlubiyyəti ilə nəticələnib. Son 30 ildə sosial-iqtisadi və hərbi-siyasi cəhətdən, əhəmiyyətli dərəcədə güclənən Azərbaycan qısa müddət ərzində erməni ordusunu məhv edərək, torpaqlarımızı azad etməyi bacarıb. Ermənilərin bir zamanlar çox güvəndikləri hərbi texnika isə sıradan çıxarılaraq, ələ keçirilib və artıq Bakıda - “Qənimətlər Parkı”ndadır: “Bu, Ali Baş Komandan – Ordu – Xalq birliyinin nəyə qadir olduğunu, qalib Azərbaycan əsgərinin gücünü, böyük döyüş ruhunu göstərir. 44 günlük müharibə ərzində cəbhənin ən müxtəlif istiqamətlərində böyük ruh yüksəkliyi, qələbə əzmi ilə düşmənin dəmir-beton səngərlərini dağıdıb, yarıb, məhv edib irəliləyən hərbçilərimiz Şuşada torpaqlarımızı hətta əliyalın doyüşərək, azad etməyə qadir olduqlarını sübut ediblər”. Azərbaycanın 10 noyabr bəyanatından dərhal sonra azad edilmiş ərazilərdə quruculuq işlərinə başlaması, təhlükəsizliyin təmin edilməsi və məcburi köçkünlərin geri qayıtması üçün görülən işlər, ordumuzun sərhədlərimizi bərpa etməsi və orada möhkəmlənməsi ölkəmizin yenilməz ruhunu, yüksək iqtisadi potensialını, hərbi-siyasi qüdrətini bir daha ortaya qoyur.

Politoloq Nail Cəlil belə bir məqama diqqəti çəkib ki, dövlət başçısı işğaldan azad olunan bütün ərazilərə, o cümlədən, Ermənistanla sərhəddə yerləşən, 44 günlük müharibə nəticəsində azad edilmiş Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarına ardıcıl səfərlər edir. Bu səfərlər zamanı hər dəfə bir yeniliyin, həmin ərazidə bərpa-quruculuq işlərinin davam etdirilməsinin, ərazilərin ermənilərin sağa-sola səpələdikləri yüz minlərlə minalardan təmizlənməsinin, təhlükəsiz, istifadəyə yararlı hala gətirilməsinin şahidi oluruq: “Digər tərəfdən, Ermənistanın sərhədlərimizi bərpa edən əsgərlərimizə uğursuz müqaviməti, atəşkəsi vaxtaşırı pozması, sərhədlərin delimitasiyası və demarkasiyasından, sülh müqaviləsi imzalamaqdan yayınmaları onu göstərir ki, böyük məğlubiyyət onlara çox da dərs olmayıb. Əks halda onların şüursuz, instinktiv bir aqressiya nümayiş etdirməsi, özlərini ucuz hədəfə, lazımsız qurbana çevirmələri başadüşülən deyil. Ordumuz bütün hallarda qarşı tərəfin layiqli cavabını verir, adekvat cavab tədbirləri görür, vəziyyəti nəzarətdə saxlayır. Əgər Ermənistan növbəti müharibə və ya ordusunun son qalıqlarının məhv edilməsini istəyirsə, o zaman “dəmir yumruğ”u növbəti dəfə dadmalı olacaq. Güney Qafqazın ən kiçik və ən zəif ölkəsi regionun iqtisadi potensialının 80 faizini özündə cəmləşdirən, dəfələrlə artıq imkanlara, zəngin resurslara malik olan Azərbaycanla hər hansı formada rəqabət aparmaq və ya ölkəmizə “güc göstərmək” iqtidarında deyil. 44 günlük savaş onu da təsdiqləyib ki, müxtəlif təhrikedici bəyanatlara baxmayaraq, dünya ərazi bütövlüyü məsələsinə hələ də hörmət edir və böyük həssaslıqla yanaşır. Azərbaycan bu məsələni vaxtilə BMT müstəvisində, digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində siyasi-hüquqi müstəvidə həll etməyi bacarıb. Nəhayət, müasir ordu quruculuğu müvəffəqiyyətlə başa çatdırıldıqdan sonra məsələni hərbi güc müstəvisində - ərazi bütövlüyü çərçivəsində həll edib. Ermənistandan fərqli olaraq, Azərbaycan sərhədlərin toxunulmazlığı prinsipini ciddi şəkildə dəstəkləyir, zorla qonşu dövlətlərin ərazisini tutaraq, müttəfiqlərini onunla birlikdə işğal olunan əraziləri əldə saxlamaq, genişləndirmək üçün döyüşməyə çağırmır. Bununla yanaşı, 30 illik işğaldan sonra dəyən zərərin ödənilməsi və zəruri təhlükəsizlik tədbirlərinin görülməsi baxımından, Azərbaycan adekvat addımlar atmağa tam haqqı çatır”.

Nal Cəlilin sözlərinə görə, Prezident İlham Əliyevin son çıxışlarında önəmli mesajlardan biri də “qəhrəman erməni əsgəri” mifinin məhv edilməsi ilə bağlıdır. O bildirib ki, Azərbaycanın 30 il ərzində tədricən hərbi üstünlüyünü artırmasına, ordunu gücləndirməsinə, cəbhə xəttində əməliyyat şəraitini nəzarətə almasına baxmayaraq, işğalçı erməni əsgərləri özlərini “qalib, məğlubedilməz” sayırdılar. Dövlət başçısı son müharibəyə qədər dəfələrlə vurğulayırdı ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan ərazilərinə, Qarabağa gəlməməlidir: “Əslində, bu mif 2016-cı aprel döyüşlərində dağıdılmış, darmadağın edilmişdi. 44 günlük müharibə ərzində Ermənistan Ordusunda özünü göstərən başıpozuqluq, panika, təşviş isə bununla bağlı tam əminlik əsas yaradır. Ermənilərin özlərinin etiraf etdikləri kimi, bu müharibədə onların ordusunda 10 mindən artıq fərari olub. Bu, rəsmi statistikanı göstərən rəqəmlərdir. Çünki döyüşdən imtina edənlərin, ordumuzun zərbələri, həmlələri zamanı panikaya düşüb qaçan erməni əsgərlərinin sayı dəfələrlə artıq olub. Bunun qarşısını almaq üçün erməni əsgərlərinin səngərdə bir-birinə zəncirlənməsi də danılmaz faktdır. “Qənimətlər Parkı”nda yaradılan döyüş səhnələrində bu fakt da əyani nümayiş etdirilir”.

Siyasi ekspert vurğulayıb ki, Ermənistan ordusundan fərqli olaraq, 44 günlük müharibə ərzində Azərbaycan silahlı qüvvələrində dəmir intizam, böyük ruh yüksəkliyi, qələbə əzmi hökm sürüb: “Bu, bizim üçün böyük vətən savaşı, gerçəkdən azadlıq müharibəsi olub. Milyonlarla insanın ürəyi cəbhədən gələn həyəcanlı və qürurverici xəbərlərlə döyünüb, yüz minlərlə vətənpərvər insanımız birbaşa döyüşlərə can atıb, səfərbərlik xidməti məntəqələrin qarşısında orduya könüllü yazılmaq üçün növbələr yaranıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ordusunda bir əsgər də fərarilik etməyib. Əksinə, Azərbaycan əsgəri döyüşdə yaralanan, şəhid olan qardaşlarını düşməndən xilas etmək üçün canını qurban verməkdən, ölümün üzərinə atılmaqdan belə çəkinməyib”. Politoloq əlavə edib ki, burada vacib məqamlardan biri də erməni hərbi-siyasi xuntası barədə yaradılan şişirdilmiş təsəvvürlərin sabun köpüyü kimi əriməsidir. Əli Xocalıda, Qarabağda, Şərqi Zəngəzurda qana batmış bu qatillər – Köçəryan, Sarkisyan, Ohanyan, Qukasyan və başqaları 44 günlük müharibəyədək özlərini “böyük sərkərdə, gerçək qəhrəman” hesab edirdilər: “Lakin Prezidentin son çıxışında söylədiyi kimi, onlar son müharibə zamanı Qarabağa gəlsələr də, heç iki gün belə duruş gətirməyiblər, qorxub qaçıblar, ilk erməni fərariləri sırasında olublar. Bu, bir daha onu göstərir ki, həmin kəslər cəllad, qatil olduqları qədər də satqın və qorxaqdırlar, bir şəxsiyyət kimi, heç kimdirlər. Onlar əllərində silah olanda yalnız əliyalın, silahsız əhali ilə döyüşə, müharibə apara bilirlər, silahlı, nizamlı ordunun qarşısında isə qorxaq dovşana dönürlər, qaçıb gizlənməyə kol yeri axtarırlar”.

Nail Cəlil onu da bildirib ki, 44 günlük müharibə ərzində Azərbaycan həm də qədim tarixə, böyük döyüş ənənələrinə malik, döyüşkən, savaşmağı və layiqli qələbə qazanmağı bacaran ölkə olduğunu bir daha təsdiqləyib. Bu gün Azərbaycanın uğuru, döyüş təcrübəsi dünyanın qabaqcıl hərbi mərkəzlərində öyrənilir. 33 il əvvəl dünyanın ən mübariz ölkəsi kimi tanınan Azərbaycan 2020-ci ildə dünyanın ən döyüşkən, qalib toplumu kimi tarixə düşüb: “ Bu baxımdan, son müharibədə ““Azərbaycanlılar vuruşmayacaqlar” mifi dağıdıldı” deyən Ali Baş Komandan tam haqlıdır”. Müharibədə dağıdılan, yoxa çıxan miflərdən biri də ermənilərin guya qədim tarixə və mədəniyyətə malik olması barədə illüziyadır. “Qafqazın mədəniyyət ocağı” olmaları barədə cəfəng təsəvvür formalaşdırmağa cəhd edənlər Qərbi Azərbaycanda qurduqları Ermənistanda və 30 işğalda saxladıqları rəsmi Azərbaycan torpaqlarında mədəni irsimizi tamamilə dağıdıblar, ya da eybəcər şəkildə mənimsəməyə, özününküləşdirməyə çalışıblar: “Bununla da daha bir mif dağıdılıb, sıradan çıxıb. Azərbaycanlılara məxsus qədim tarixi izlərin yox edilməsi, çoxsaylı yerlə yeksan olunmuş şəhər və kəndlərimiz, dağıdılmış qəbirlər, sökülmüş məscidlər – dövlət başçısının qeyd etdiyi kimi, düşmənin əsl simasını göstərir. Təbii ki, belə dağıdıcı təfəkkürə, barbar xislətinə malik olanların mədəniyyətdən və qədimlikdən danışması absurd, gülünc və yersizdir”.
"Ermənistanla müttəfiqlərini bloklayan “Şuşa Bəyannaməsi” və Araikin sayıqlamaları..."Adamlar var ki, həmişə sayıqlayırlar.

Millətindən, dinindən, düşüncəsindən asılı olmayaraq, bu tip adamlara həyatda, sosial şəbəkədə - çox yerdə rast gəlmək olur. Onlardan biri də, indiki dövrdə bəlkə də birincisi Araik Arutunyandır. Adam dayanmadan sayıqlayır...

Guya müşavirə keçirir, guya Xankəndi ətrafındakı ərazilərə səfərə çıxır və “Artsax”da yaşamaq əzmindən danışır. Hələ də başa düşmür ki, artıq onların təsəvvüründə olan, yalandan özləri üçün mifə çevirdikləri “Artsax” yoxdur və heç zaman da olmayacaq”.

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

“Azərbaycan ordusu elə bir preformans göstərib ki, bundan sonra 100 il də keçsə, nə Ermənistan, nə ermənilər özlərinə gələcəklər. Havadarlarının dəstəyi, müttəfiqlərinin təchizatı olsa belə”, - deyən baş redaktor əlavə edib:

“Fransanın gücü 44 günlük müharibə dövründə özünü göstərdi. Makron Paşinyan və Ermənistan qarşısındakı öhdəliyinə, verdiyi sözə baxmayaraq, boş danışıqdan o yana gedə bilmədi.

Rusiya isə Lavrovun timsalında, Jirinovskinin təlxəkliyində nə qədər çalışsa da, Azərbaycan-Türkiyə müttəfiqliyi qarşısında dayana bilmədi. Lavrovun Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyinə Qarabağda iş imkanlarını nəzərdən keçirmək kimi təklifləri də heçdir. Reallıq gücü yoxdur, sadəcə ermənilərə jestdir, blefdir. Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan ərazilərə hər hansı bir şirkəti dəvət etməsinin hüquqi əsası yoxdur və heç bir beynəlxalq şirkət də bunu qəbul etməyəcək. Bu hərəkətlər, təkliflər erməniləri yetim uşaq kimi sevindirmək niyyəti güdür”.

R.Becanovun fikrincə, Arutunyan da belə xəbərlərin, sözlərin təsirindən sayıqlayır:

“Amma elə ermənilərin öz içindən də onun sayıqlamalarına cavablar verilir. Ermənilər özləri artıq bu sayıqlamalardan yorulub. “İnsanlara həqiqəti söyləyin”, “O torpaqlar öz sahiblərinə qayıtdı”, “Boşuna övladlarımızı öldürməyin” yazırlar və Arutunyanı sosial şəbəkələrdə linç edirlər. Linç edirlər, sayıqlamasın və həqiqəti dərk etsin ki, Qarabağ Azərbaycandır!
“Şuşa Bəyannaməsi” Ermənistanı da, onun müttəfiqlərini də ömürlük bloklayıb...”
Hədəfi olmayan xalqın gələcəyi olmurAzərbaycan Prezidenti xalqını böyük hədəflər uğrunda mücadiləyə hazırlayır – səbrlə, inamla...

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfəri, Azərbaycanın tarixi torpaqları barədə səsləndirdiyi fikirlər, verdiyi bəyanatlar, gələcək nəsillərə tövsiyyələri bir qayda olaraq, Ermənistanın, erməniliyin və onların istifadəçi-himayəçilərinin gündəmini bir göz qırpımında dəyişir, media resurslarında, sosial şəbəkələrdə aparılan müzakirələrin əsas mövzusuna çevrilir.
Ermənilərlə bağlı məsələ aydındır. Məğlubiyyətin psixoloji sindromunu aşa bilmir, hələ də revanizm kimi ölümcül düşüncə tərzini özlərinə rəva bilirlər.

Ermənistanı Cənubi Qafqaza “fır göbələyi” kimi calayanların da əndişələrini müəyyən qədər anlamaq olur. Çünki uzun illərdən bəri “maşalarında” tutduqları və bölgəni daim alova bürünmək təhlükəsi qarşısında saxlayan münaqişənin “közü” külə dönüb, “maşa” isə öz əllərini yandırır. Anlaşılmayan radikal müxalifətin və onların xaricdəki tör-töküntülərinin, iç izü açılmış nüfuz müvəkkilərinin, görəvindən cəsusluq fəaliyyətlərinə, xəyanətlərinə görə it kimi qovulmuş haramzadələrin dövlət başçısının səfərlərindən keçidiklərini narahatlıq və ermənidən daha çox erməni olduqlarını sübuta yetirmək üçün “savaşa” çıxmalarıdır.

Prezident, Ali Baş Komandan indiki Ermənistan ərazilərindəki tarixi torpaqlarımızla bağlı həqiqətləri dilə gətirir, ermənilərlə yanaşı “adı bizim, dadı özgənin” olan cameənin, yumşaq desəm, təəssübkeşsizliyin, xaraktersizliyin premodern, modern və postmodern nümunələrinin sürreal əxlaqsızlıqa sintez olunmuş təpəgözləri əndişələnirlər. Sanki “Vardanes”ə öz tarixi adı – BASARKEÇƏR deyiləndə onların yaralarına BASIB KEÇİRLƏR, “Yerasx” ARAZDƏYƏN adlandırılanda incə yerlərinə DƏYİR. GÖYÇƏ deyiləndə əzaları GÖYNƏYİR, QAFAN deyəndə QAFALARINA daş düşür. Başa düşmək olmur, bunlar, məşhur lətifədə deyildiyi kimi “kimin əmisi uşaqlarıdır”.

Azərbaycan Prezidentinin tarixi yurd yerlərimizin adını olduğu kimi dilə gətirməsinin çoxsaylı səbəbləri var. Əvvəla, indiki Ermənistan ərazisinin hər qarışı Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli varlığı ilə birbaşa bağlıdır. O torpaqlarda biz minillər boyu yaşamışıq, bizə məxsus olanı qorumuşuq, uğrunda şəhidlər vermişik, əkib-becərmişik, əzizləmişik, sevmişik və sevməkdə davam edirik. O torpaqların hər qarışında babalarımızın qanı, mədəniyyətimizin, tariximizin izləri var. Biz bölgənin ən qədim, ən böyük və aborogen xalqlarından biriyik – nəhəng bir ərazini əhatə edən coğrafiyada dağlara, dərələrə, çaylara, obalara, yurd yerlərinə ad vermişik və bu adlar bu gün də tarixi torpaqlarımızda yaşayan soydaşlarımızın və dugər xalqların dilində səslənməkdədir. Yalnız ermənilər və onlar kimi ləyaqət hissini itirənlər bi toponimləri dəyişməyə, Azərbaycan mədəniyyətinin izlərini onlara məxsus olmayan, məskunlaşdıqları ərazilərdən silməyə çalışıblar. Amma yenə də bacarmayıblar. Ləyaqəti olanlar bu adları olduğu kimi, yaxud qismən, öz ana dillərinə uyğunlaşdıraraq qoruyub saxlayıb, olmayanlar isə... yaddaşlardan silə bilməyib.

Dövlət başçısının indiki Ermənistan ərazisindəki tarixi yurd yerlərimiz və onların adları ilə bağlı açıqlamalarının başqa bir hədəfi isə, şübhəsiz ki, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddialarına cavab və bizim tarixi həqiqətlərə söykənən mövqeyimizin ermənilərin, onların himayəçilərinin diqqətinə çatdırılmasıdır. Hər kəsə məlum olduğu kimi, ermənilər Cənubi Qafqazın aborogen xalqı deyil, son 200 il ərzində azərbaycanlılara məxsus olan torpaqlara məqsədyönlü şəkildə köçürülüblər. Xarici güclərin dəstəyi və himayəsi ilə soydaşlarımızı etnik təmizləməyə, deportasiyaya, soyqırımına məruz qoyublar. Və bu gün biz “Vardanes”ə Basarkeçər, “Sevan”a Göyçə gölü deyəndə tarixi həqiqətləri dilə gətirir, “Ermənistan” adlanan dövlətin bizim ərazilərimizdə qurulduğunu bu tarixi ədalətsizlikdə, xəyanətdə rol alan hər kəsin diqqətinə çatdırırıq. İndiki şəraitdə Ermənistanın və erməniliyin yeganə çıxış yolu Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkmək, onlar üçün biçilmiş sərhədlər çərçivəsində adam kimi yaşamağa davam etməkdir. Əks təqdirdə hücum davam edəcək və torpaqlarımıza uzanan əllər qırılacaqdır.

Tarix sübuta yetirdi ki, Ermənistan və erməni cəmiyyətinin əhəmiyyətli hissəsi gücdən başqa heç bir vasitə ilə hesablaşmağı bacarmır. Bizim gücümüz ƏDALƏTİN, HƏQİQƏTİN gücüdür! Biz haqlı olduğumuz üçün də güclüyük və daha da güclü olacağıq.
Prezidentimizin tarixi toponimlərimizlə bağlı verdiyi mesajların başqa bir məqsədi isə strateji hədəflərimizlə bağlıdır. Hər bir xalqın, dövlətin strateji hədəfləri olmalıdır. Gələcəyini düşünməyən, hədəfi olmayan xalqın gələcəyi olmur. Azərbaycan Prezidenti xalqını böyük hədəflər uğrunda mücadiləyə hazırlayır – səbrlə, inamla.

İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcəyini bildirdi, hədəfi elan etdi və bu hədəfə doğru aparan strategiyanı müəyyənləşdirdi, xalqın, dövlətin bütün potensialın bir araya gətirdi, bizi Zəfərə doğru apardı...

Qarşıda bizi daha böyük hədəflər gözləyir və günün birində böyük düşünən, BÖYÜK İDEYAlar uğrunda mücadilə aparan BÖYÜK LİDERin BÖYÜK QƏLƏBƏsinin şahidi də olacağıq. Buna zərrə qədər də şübhə etmirəm!

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi şərhçi