Milli Məclis üzvünün bələdiyyəyə 15 min manat borcu var?Nizami bələdiyyəsinin vergi xidmətindən Belediyye.infoya daxil olan məlumata görə, rayon ərazisində bir sıra məmur və tanınmış insanların bələdiyyəyə vergi borcu vardır. Bununla bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq onların bir qismi vergisni ödəmək niyyətində deyillər.

Bələdiyyədən bildiriblər ki, rayonun Özbəkistan küçəsi 24-e ünvanında Nəriman Məmmədovun (MM üzvü İqbal Məmmədovun atası) adına olan əmlaka görə 8.937 manat və Ə.Vəliyev küçəsi 2-e ünvanında Milli Məclis üzvü İqbal Məmmədovun adına olan əmlaka görə isə 6.248 manat borcu var.

Bələdiyyədə media vasitəsiylə bu müraciətdən sonra borcun ödənəcəyinə inanırlar.

Əlavə edək ki, Belediyye.infoya daxil olan məlumata görə, Milli Məclis sədrinin müavini, professor Fəzail İbrahimli, komitə sədri Qənirə Paşayeva, MM üzvü Arzu Nağıyev bələdiyyə vergilərini vaxtlı vaxtında ödəyənlər sırasındadır.

P.S. Məsələ ilə əlaqədar qarşı tərəfin fikir və mülahizələrinə yer ayırmağa hazır olduğumuzu bildiririk.
"Ağdama getmişdim, amma Ağdamı görə bilmədim"Avqustun 15-də mənə zəng gəldi və bildirildi ki, ayın 17-si Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkəmizin vətəndaş cəmiyyəti nümayəndələrinin Ağdama səfəri təşkil olunacaq.

Mən də sevinərək bu səfərdə iştirak edəcəyimi təsdiqlədim. Yeri gəlmişkən, Prezident Administrasiyasının məsul şəxsi Vüsal Quliyevə təşəkkürümü bildirirəm ki, məni unutmadı.

Ağdama gedən yol barədə təəssüratlarım nə qədər çox olsa da Ağdama girəndən sonra bu təəssüratlarımın hamısı “sinifdə qaldı”. Mən Ağdamı görmək üçün getmişdim, amma Ağdamı görmədim. Xoşbəxtlikdən bizi aparan avtobusda Ağdamda uzun illər yaşamış bir şəxs var idi və o bizə bələdçilik edirdi. Bilirsiniz, əslində, bələdçi olan şeyləri göstərməlidir, amma bizim bələdçi olmayanları göstərirdi! Bütün cümlələrinin sonu “əsər-əlamət qalmamışdır” ilə bitirdi. Bu unikal bələdçimizin dediyindən bizə məlum oldu ki, Ağdamda göz oxşadıqca uzanan bu boş ərazilərin yerində 3-5 mərtəbəli binalar, mehmanxanalar, restoranlar, zavodlar və s. var imiş. Bundan başqa, sən demə şəhər bir vaxt müxtəlif sort dekorativ ağaclar və meyvə bağları ilə zəngin imiş. Həmin gözəlliklərin yerində dağıdılmış binaların 3-4 cərgə daşdan ibarət qalıqları və düşmənin hərbi texnika yerləşdirdiyi çuxurlar görsənirdi. Ağdam məscidi-əgər ona "məscid" demək mümkündürsə-yox vəziyyətindədir. İnzibati binalar, ictimai-iaşə obyektləri, yaşayış binaları tamamilə dağıdılıb. Bir sözlə Ağdam yoxdur!

Əvəzində isə çoxlu fədakar insanlar gördük ki, Ağdamı yenidən qurmaq üçün dayanmadan çalışırlar. Çoxlu yol mühəndisləri və texnikaları var, gözəl planlar, şəhərin baş planı var. Ən əsası da Emin Hüseynov kimi təmkinli, xoşxasiyyət və çalışqan Ölkə başçısının Ağdam üzrə xüsusi nümayəndəsi var. Və bir də, dağıntıların tam ortasında vüqarla dalğalanan bayrağımız var! Bu “var”lar digər bütün “yox”ları qısa zamanda aradan qaldıracağımızla bağlı bizə ümid verdi. Mən ilk dəfə idi ki, Ağdamda olurdum. Baxmayaraq ki, Ağdamı görmədim, amma oranı çox sevdim. Növbəti dəfə nə vaxt gələcəyimi bilmirəm, amma əminəm ki, bu dəfə "var" olan Ağdama gələcəyəm.





Emin Əliyev
QHT sədri, ictimai fəal
Prezident bu şəxslərə general ali rütbəsi verdi - SƏRƏNCAMPrezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor Cavid Mirhəmzə oğlu Abdullayevə

general-mayor Elşən Ələkbər oğlu Verdiyevə

general-mayor ali hərbi rütbəsi

polkovnik Babək Vahid oğlu Qurbanova

polkovnik Faiq Həmzəağa oğlu Məmmədova
Məktəb direktoruna cinayət işi açıldıDövlət büdcəsi vəsaitlərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyən Rəhimova Fətdanə Əsədulla qızı tərəfindən mənimsəməsinə dair Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, araşdırma nəticəsində Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradıb onlara ayrılmış 35.000 manat əmək haqqını mənimsəməsinə əsaslı şübhələr məyyən edildiyindən Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Fətdanə Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət prosessual qanunvericiliyə uyğun olaraq Fətdanə Rəhimovanın xidməti otağında və yaşadığı ünvanda aparılmış axtarış zamanı məktəbin əməkdaşlarının adına olan ümumilikdə 38 ədəd əmək haqqı kartı, çoxsaylı sosial sığorta şəhadətnamələri və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

Rəhimova Fətdanə Əsədulla qızının qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.
Yoluxma və ölüm sayı artdıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib. 27 813 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, bu günə qədər isə ümumilikdə 4 235 142 test icra olunub.
Niyaz Niftiyev məhkəmə zalından azadlığa buraxıldıBakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, proses hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.

İclasda çıxış edən dövlət ittihamçısı Niyaz Niftiyev və Sahib Abışov barəsində 2 il 6 ay müddətinə sınaq müddəti seçilməklə, Mətanət Nəsibova barəsində isə 2 il müddətinə sınaq müddəti seçilməklə şərti cəza verilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib. Vəkillər müdafiə etdiyi şəxslər barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslərə son söz verilib. Onlar özlərini təqsirli bilmədiklərini və bəraət hökmü verilməsini xahiş ediblər.

Niyaz Niftiyev son sözündə bələdiyyə sədri işləyərkən rüşvət almadığını və heç kəsə qanunsuz arayış vermədiyini bildirib.

Daha sonra müşavirəyə yollanan məhkəmə müşavirədən qayıtdıqdan sonra hökm elan edib.

Hökmə əsasən, Niyaz Niftiyev 2 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib və ona 2 il sınaq müddəti tətbiq edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız N.Niftiyev həbsdə idi. Digər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun rəsmi məlumatında bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla N.Niftiyev barəsində 18 aprel 2020-ci il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Niyaz Niftiyevə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunmuşdu.

Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür, Azadinform.az saytının rəhbəri olub.
Səfirlikləri tutmaq və səfirlik maşınlarını saxlamaq qadağan edilibTaliban döyüşçülərinə Əfqanıstandakı səfirlikləri tutmağı və səfirlik maşınlarını saxlamağı qadağan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

“Taliban Əfqanıstanda olan bütün dövlət nümyəndələrinə hörmətlə yanaşır”, - hərəkatın yüksək səviyyəli nümayəndəsi bildirib.

Qeyd edək ki, bir müddət öncə də Taliban Kabildəki bütün diplomatik missiyaların və xarici vətəndaşların heç bir təhlükə altında olmadığını bildirmişdi.
“Rabitəbank”ın əməkdaşı həbs edildiRabitəbank ASC-nin Lənkəran rayon filialında külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi üzrə istintaq tamamlanıb.

Bu barədə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla müəyyən edilib ki, Rabitəbank ASC-nin Lənkəran rayon filialının xəzinədarı Cəfər Sadıqzadə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin ümumilikdə 595 min manat məbləğində Rabitəbank ASC-yə məxsus xüsusilə külli miqdarda nağd pul vəsaitini mənimsəyərək talamış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.

Cəfər Sadıqzadə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Böyük Muğanlı kənd məscidinin açılışı olubMarneuli rayon Böyük Muğanlı kənd məscidinin əsaslı bərpa və təmirdən sonra açılış mərasimi keçirilib. Mərasimdə yerli kənd sakinləri ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi, millət vəkili, yerli rəhbərliyin nümayəndələri və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, din və ictimaiyyət xadimləri iştirak edib.

QMİ-dən Avrasiya.net-ə verilən məlumata görə.
Qurani-Kərimin tilavəti ilə başlayaraq Azan sədası ilə sona çatan mərasimdə məscidin əhəmiyyəti, məscid inşa etmənin fəziləti və ilk olaraq 1913-cü ildə inşa edilən həmin məscidin tarixçəsi və xeyriyyəçiləri haqqında danışılıb.

Çıxışların sonunda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və başqaları xeyirxah kənd sakini Elnar Əliyevə, qardaşlarına və məscidin təmirinə dəstək göstərən hər kəsə təşəkkür edib, Allahdan əcr diləyib. Sonra ona maddi dəstəyinə görə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təşəkkürnamə və Quran hədiyyə edib. Şeyx məscidi üzərində olan qədim kətibədəki yazıya əsasən Əhli-beyt məscidi olaraq adlandırıb.

Fransada meşə yanğınları: Minlərlə insan təxliyə olunubFransanın cənub-şərqində yerləşən Var departamentində güclü meşə yanğınları səbəbindən minlərlə insan təxliyə olunub.

Xarici KİV xəbər verir ki, bu barədə departament prefekturasının “Twitter” hesabında məlumat paylaşılıb.

“Yanğınsöndürənlər meşə yanğınlarının sürətlə yayılması səbəbindən çox sayda turistin dincəldiyi Sen-Trope rayonundakı kempinq və evlərdən minlərlə insanı təxliyə edib. Təxliyə olunanlar müvəqqəti sığınacaqlara yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

İndiyə qədər Qonfaron şəhəri rayonunda 4 min hektardan çox meşə sahəsi yanıb. Yanğınla mübarizəyə 750 yanğınsöndürən, doqquz təyyarə və üç helikopter cəlb olunub.