Bu günə gözlənilən hava proqnozuAzərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27°, gündüz 33-37° isti, Bakıda gecə 25-27°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 28-29° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 15-20°, gündüz 24-29° isti olacağı ehtimal edilir.
Əlcəzairdə meşəni yandıran şəxsi döyüb özünü yandırdılarƏlcəzairin Larba-Nat-İraten şəhərində meşələri yandırmaqda şübhəli bilinən şəxslər əhali tərəfindən linç edilib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Belə ki, üç şəxs yerli sakinlər tərəfindən döyülüb. Bu zaman polis döyülən şəxsləri bölməyə aparmağı bacarıb.

Lakin meşəni yandıran şəxslərdən biri, Cəmal Bensmail asayiş keşikçiləri tərəfindən polis bölməsindən çıxarılaraq şəhərin meydanına gətirilib. Burada əhali onu döyüb, daha sonra yandırıblar. Nəticədə Cəmal Bensmail ölüb.

Faktla bağlı şəhər prokurorluğunda cinayət işi açılıb, 36 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların arasında Camel Bensmaili bıçaqlayan şəxs və camaatı cəsədi yandırmağa təhrik edən qadın da var.
Yeni Əfqanıstan hökumətinə yalnız "taliblər" daxil olmayacaq - Sohail Şahin"Əfqanıstanın yeni hökumətinə "Taliban" üzvü olmayan əfqanlar da daxil olacaq".

Publika.az xəbər verir ki, bunu "Taliban" sözçüsü Sohail Şahin CNN-ə bildirib .

"Əfqanıstanı əhatə edən bir islam hökuməti haqqında danışırıqsa, digər əfqanıstanlıların da iştirak edəcəyi anlamına gəlir", - C.Şahin vurğulayıb.

Şahin qeyd edib ki, adların çəkilməsi tez olsa da, "Taliban"ını bəzi tanınmış simaları hökumətə cəlb etməyə çalışacağını demək mümkündür.

Hərəkat sözçüsünün dediyinə görə, silahını təhvil verən və "Taliban"a qoşulan hərbçilərə və polislərə amnistiya veriləcək, onların həyatı və əmlakı təhlükəsiz olacaq:

"Adların müvafiq reyestrə daxil ediləcək və ehtiyat qüvvəsi olaraq istifadə ediləcəklər. Lazım gəldikdə işə götürüləcəklər"

Xatırladaq ki, bazar günü axşam saatlarından başlayaraq "Taliban" Əfqanıstanı tam şəkildə nəzarətə götürüb.
Mövqelərimiz yenə ATƏŞƏ TUTULDUErmənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Şəhidlərin xatirəsinə ümumrespublika seminarı keçirilibAzərbaycan Braziliya Ciu-Citsu Federasiyası tərəfindən “2907” devizi altında Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin əziz xatirəsinə həsr olunmuş ümumrespublika seminarı keçirilib.

Avrasiya.net xəbər verir ki, seminarda Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş yüzə yaxın idmançı iştirak edib.

Seminar şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Seminarı öz çıxışı ilə açıq elan edən Braziliya Ciu-Citsu döyüş sənətinin Azərbaycanda banisi, qara kəmər sahibi Taleh Həsənov eyni zamanda birinci Qarabağ müharibəsi veteranı kimi uzun illərdir həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşmağın sevinci ilə bu günləri yaşamağın böyük qürur hissi doğurduğunu vurğulayıb. T. Həsənov artıq idmançıların qarşısında böyük vəzifə olduğunu, onların bundan sonra beynəlxalq yarışlarda ölkəmizi daha böyük əzm və qətiyyətlə təmsil etməli olduqlarını bildirib.
Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov öz çıxışında pandemiyanın gətirdiyi fəsadlardan, onun idmançılara mənfi təsirindən danışıb.

O da öz növbəsində idmançıların üzərinə düşən böyük məsuliyyətli vəzifədən, onların post pandemiya dönəminə hazır olmasının vacibliyindən danışaraq öz tövsiyələrini verib. A. Acalov bildirib ki, torpaqlar uğrunda müharibə qələbə ilə nəticələnərək bitsə də, idman yarışlarında mübarizə bitməz, idmançılar iştirak etdikləri bütün yarışlarda bayrağımızı yüksəklərə qaldırmağa can atmalı, bu amal uğrunda daim çalışmalıdırlar.

Daha sonra çıxış edən Federasiyanın vitse-prezidenti Rüfət Həsənov öz növbəsində vətənpərvərlik mövzusundan danışıb. O, hər bir idmançının həm də vətənpərvər ruhda olmasının vacibliyini vurğulayıb. R. Həsənov bildirib ki, ölkəmizin beynəlxalq aləmdə tanınması, adının hallanması, bayrağının dalğalanmasında idmançılarımızın əvəzsiz rolu var. Hər bir idmançı həm də Vətənin şan-şöhrəti uğrunda mübarizə aparan bir Azərbaycan əsgəridir.

Çıxışlardan sonra seminar öz işinə başlayıb. Seminar Taleh Həsənovun rəhbərliyi və Federasiyanın vitse-prezidenti, qara kəmər sahibi Anar Səfərovun müşayiəti ilə keçirilib. Seminar zamanı Braziliya Ciu-Citsu idman növünün bir sıra fəndləri göstərilib, bu idman növünün incəlikləri idmançılara nümayiş etdirilib. Sonda keçirilən atestasiya ilə bir sıra idmaçılara növbəti kəmər dərəcələri təqdim edilib.
Hulusi Kılıç dünyanın harasında olursa, olsun Azərbaycanı təmsil edirHulusi Kılıç: “Soyadım Kılıç qılıncım kəskindir, yalnız duşməni kəsirəm, dostlarımı qılıncımla qoruyuram. Bizim qılıncımız özümüzü kəsməz!”

Türkiyənin Azərbaycanda sabiq səfiri xalqımızın sevimli dostu Hulusi Kılıç fəaliyəti dönəmində özünü bizlərdən biri olduğunu sübut etmiş böyük diplomat. Gəlin, dostmuzu yaxından tanıyaq.

Hulusi Durmuş oğlu Kılıç 1 yanvar 1956-cı ildə Türkiyə Cümhuriyyətinin Rəşdiyyə Tokat bölgəsində doğulub. Rəşadiyyə liseyini bitirdikdən sonra Hacettepe Universitetində fransız dili və ədəbiyyatı ixtisası üzrə əvvəlcə bakalavr sonra isə magistr təhsil alıb. Sonra isə Fransanın Strasburq Universiteti Siyasi Elmlər fakültəsinində Xarici əlaqələr ixtisasını bitirib. Təhsilini bitirdikdən sonra 1975-ci ildə Türkiyə Xarici İşlər Nazirliyi İnsan Resursları idarəsində namizəd idarəçi məmur olaraq çalışıb. 1978/1982-cı illərdə Türkiyənin Strasburq Baş konsulluğunda dəftərxana məmuru, 1982-1985-cı illərdə Çoxtərəfli Münasibətlər Müdirlüyü Avropa Şurası Şöbəsində məmur, 1985-ci ildə Əlcəzair səfirliyində III katib, və II katib, 1988/1990-cı illərdə Bolqarıstan səfirliyində II katib və baş katib vəzifələrdə çalışıb. 1990/1992-ci illərdə Xarici İşlər Nazirliyində Yunanıstan şöbəsində, şöbə müdiri vəzifəsini icra edib. 1992/1996-cı illərdə Beynəlxalq Havaçılıq Təşkilatında (Kanada/Montreal) Türkiyə Cümhuriyyəti daimi nümayəndəliyinin baş katibi kimi çalışıb. 1996/1998-cı illərdə Türkiyənin Gürcüstandakı səfirliyində müşavir və səfir müavini olub. 1998/2000-ci illərdə Xarici İşlər Nazirliyində Havacılık Şöbəsinin rəisi vəzifəsində çalışıb. 2000/2005-ci illərdə Türkiyə Respublikasının Hələbdəki baş konsulu təyin olunub. 2005/2008-ci illərdə Xarici İşlər Nazirliyində Protokol Xidmətinin rəis müavini. Eyni zamanda hazırki Prezident Rəcəp Tayyib Ərdoğanın protokol xidmətinin rəisi olub.

2008-ci ilin martından 2012-ci ilin sentyabr ayına kimi Türkiyə Respublikasının Azərbaycandakı səfiri olub. Azərbaycana səfir olmaq təklifi şəxsi arzusu olmuşdur. Azərbaycandakı vəzifəsi başa çatdıqdan sonra Hulusi Kılıca Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında önəmli rol oynamsı ilə əlaqədar Azərbaycanın ən yüksək ordenlərindən olan “Dostluk ordeni” ilə mükafatlandırılmışdır. Qeyd edək ki, Hulusi Kılıç bu ordeni alan ilk səfir və Türk vətandaşı olmuşdur. 2012/2016-cı illərdə Türkiyə Xarici İşlər Nazirliyində Afrika Məsələləri Ümumi Müdiri kimi çalışmışdır. Qeyd edək ki, 2013-2016-cı illərdə diplomatik xidmətlə eyni zamanda boyük hissəsi Azərbaycan dövlətinə məxsus olan Petkim Şirkətinin İdarə Heyətinin üzvü kimidə fəaliyyət göstərmişdir.

2016–2018-ci illərdə Moldovada Türkiyənin səfiri olub. Bu xidmətini başa vurduqdan sonra 22.02.2018-ci il tarixdə Moldova Prezidenti İqor Dodon tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir. Bundan başqa 23.02.2018-ci il tarixdə Moldova Respublikasının Qaqauz Yerli Muxtar Ərazinin başçısı İrina Vlah tərəfindən Başkanlık ordeni ilə təltif edilmişdir.
Hulusi Kılıç 06.11.2018-ci il tarixdə Moldova Komrat Üniversitesinin “Honaris Causa” fəxri doktoru adına layiq görülmüştür. Okan Universiteti İdarə Heyətinin üzvüdür. Həmçinin 2018-ci ilindən Türk Dünyası Parlementlər Birliyi Xarici Əlaqələr Baş Kordinatoru vəzifəsində çalışır. Fransız və ingilis dillərini bilir.

Yuxarıda yazılanlar böyük diplomatın rəsmi tərcümeyi halıdır. Lakin onu səciyyələndirən xarakterik xüsusiyyətlərinin məziyyətlərini anlamaq üçün onun həyat fəlsəfəsini anlamaq və vətənsevərliyini dərk etmək lazımdır. Bir çoxları üçün səfir vəzifəsi imtiyazlar, konfort həyat deməkdir. Lakin Hulusi Kılıc kimi vətənsevər şəxslər üçün vətənə xidmət, bir tutqu, bir sevdadır. Diplomatik fəaliyyətə başladığı 15 oktyabr 1975-ci il tarixi çox gərgin bir dönəmlər idi. “Asala” terrorçularının ən azğınlaşdığı bir dövr idi. Hulusi Kılıç işə başladığından 10 gün sonra erməni “Asala” terror təşkilatı Türkiyənin Fransadakı səfirliyində səfir İsmail Erez ve sürücüsü Talip Yeneri şəhid edirlər. Bütün Türkiyənin həyacanla qarşıladığı bu terror olayı Hulusi Kılıc üçün daha da ağrılı olur, həm diplomatik fəaliyyətə yeni başlamanın həyacanı, həm də qohumu, səfir İsmail Erezin sürücüsü Talip Yenerin şəhid edilməsi ona çox ağır təsir edir. Bu terrorun ardınca 3 gün sonra “Asala” tərəfindən Vyanadakı türk səfiri Danış Tunalıgilişəhid edilir. Həmin dönəmlərdə türk diplomatlarına yönəldilmiş terror aktları hər bir diplomatın həyatının sonu ola bilərdi. Lakin Hulusi Kılıçın Vətəninə və dipolomatik xidmətə olan sevgisi fəaliyyəti dönəmində onun iş həyatına sirayət edib və uğurlu fəaliyyətinin təməli olub.

44 günlük müqəddəs Vətən müharibəsi dönəmində sabiq səfir özünü Azərbaycan xalqının yanında olduğunu bir daha nümayiş etdirdi. Hulusi Kılıçın 44 günlük müharibə dönəmində göstərdiyi fəaliyyətlə bağlı “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” adlı kitabı işıq üzü gördü. Kitabda 44 günlük müharibənin həyacanını yaşamaqla bərabər ayrı-ayrı agentliklərə verdiyi açıqlamalar və müsahibələrdə bir nüans diqqətimi cəlb etdi. Jurnalist Günel Yazın təşəbüsü ilə Hulusi Kılıçın bu həyacanlı dönəmlərdə verdiyi müsahibələri açıqlamaları toplayaraq kitab şəkilində çap olunması təşəbbüsü Azərbaycan oxucusu tərəfindən rəğbətlə qarşılandı. Hulusi Kılıç Azərbaycanda vəzifəyə başladığı gündən bu günə özünü tam bir Azərbaycan mənsubu, bir diplomat və vətənsevər bir ziyalı kimi göstərdi.

Daha bir nəcib təşəbbüs kitabın satışında gələn gəlirin “YAŞAT Fondu”na hədiyyə etməklə həm də gözəl bir nümunə göstərdi. Şübhəsiz ki, Türkiyə-Azərbaycan qardaşlığının ən yüksək zirvədə olduğu bu dönəmlərin zövqünü hamımız yaşamaqdayıq. Lakin bu qardaşlığın qorunmasında Hulusi Kılıç bəyin müstəsna rolu var.
Fəaliyyət dönəmində 2009 ilində xarici qüvələrin dəstəyi və təzyiqi ilə Ermənistan-Türkiyə sərhəddini açmaqla iki qardaş ölkənin arasına nifaq salınmağa çalışıldığı bir dönəmlərdə ən müdrik siyasi gedişləri ilə qardaşlıq münasibətlərini qorumağa nail oldu. Bakıda keçirdiyi bir mətbuat konfransında işlətdiyi isə “Biz bir daha özümüzü kəsən kılınc olmayacayıq” fikirini tarixi, diplomatik konteksdə ən dərin mənalar ifadə etdiyini başa düşmək çox da çətin deyil. Azərbaycan xalqının oğlu və dostu Hulusi Kılıç bəy səfir kimi dünyanın harasında olursa olsun o həm də Azərbaycanı təmsil edir. Yaxasındakı Dostluq ordeni və Xarı Bülbül onun Azərbaycan sevdasının simvoludur.

Səməd Vəkilov
Almaniya Kabilə hərbi təyyarələr göndərirAlmaniya vətəndaşlarını və onlarla əməkdaşlıq edən əfqanıstanlıları ölkədən təxliyyə etmək üçün Kabilə hərbi təyyarələr göndərəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas məlumat verib.

O, təxliyyə ediləcək şəxslərin sabahdan etibarən Əfqanıstanla qonşu ölkəyə daşınacağını və oradan mülki təyyarələrlə Almaniyaya aparılacağını bildirib.

Nazir kiçik bir qrupun təxliyyələrə kömək etmək üçün Kabildəki Səfirlikdə qalacağını qeyd edib.

Almaniya Xarici İşlər Nazirliyi Əfqanıstanda hökumət rəsmiləri ilə birlikdə 100-dən az vətəndaşının olduğunu açıqlayıb.

BMT-dən Talibana: Təmkinli olun!BMT Baş katibi Antonio Quterreş Əfqanıstanda Talibanı və digər tərəfləri təmkinli olmağa səsləyib.

Axar.az-ın məlumatına görə, bu barədə BMT-nin bəyanatında deyilir.

Bildirilib ki, baş katib Əfqanıstandakı hazırki vəziyyətdən olduqca narahatdır və sürətlə dəyişən situasiyanı izləyir:

“O, (Antonio Quterreş – red.) insanların həyatının qorunması və humanitar ləvazimatların çatdırılması üçün tərəfləri təmkinli olmağa səsləyib”.