11 sentyabr hadisələri ilə bağlı gizli məlumatlar araşdırılacaqABŞ Ədliyyə Nazirliyi 11 sentyabr 2001-ci il hadisələri ilə bağlı əvvəllər hökumət tərəfindən gizli elan edilmiş sənədlərə yenidən baxış keçirəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin yaydığı bəyanatda qeyd olunub.

ABŞ Prezidenti bildirib ki, onun adminstrasiyası qanun çərçivəsində maksimum şəffaflığı təmin edəcək.

Bayden prezident seçkilərində namizəd olduğu zaman bu mövzuda mümkün qədər çox məlumat açıqlayacağına söz vermişdi. Ancaq hələ də bu vədini yerinə yetirməyib.

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə Əl-Qaidə terror qruplaşmasının 19 üzvü ABŞ-da 4 sərnişin təyyarəsini qaçıraraq onlardan ikisini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, digərini isə Pentaqonun binasına çırpıb. Hücum nəticəsində 2977 nəfər həlak olub.
Rəşid Mahmudov vətəndaşlara çağırış etdiSon dövrdə Azərbaycanda yoluxma və bununla bağlı ölüm hallarının artmaqdadır. Daha dəqiq ifadə etsək, iki həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu günlərdə 1200 civarındadır.

Dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstanda COVİD-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunması Azərbaycanda da koronavirusun yeni dalğasının və Britaniya ştammına yoluxmanı qaçılmaz edə bilər. Ən azından mütəxəssislər belə düşünür.

Avrasiya.net-in məlumatına görə, tibb elmləri namizədi Rəşid Mahmudov Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycan əhalisi yeni koronavirus dalğasından qorunmaq üçün sürətlə vaksinasiyadan keçməlidir:

“Ən yaxşı vaksinlərdən biri də Çin istehsalı olan peyvəndlərdir. Vətəndaşlarımız vaksinasiyadan qorxub çəkinməməlidirlər. Mütləq vaksin olunmalıdırlar. O zaman yeni dalğanın ölkəmizdə yayılmasından sığortalana bilərik. Hətta yayılsa belə, bu mutasiya olunmuş virusdur, təsiri əvvəlki kimi böyük olmayacaq. Ən əsası xalq olaraq hamılıqla vaksin vurdurmalıyıq. Nümunə olaraq İsraili götürməliyik. On gün içərisində bütün əhali peyvənd olundu. Çox gözəl nəticə əldə etdilər. Bizdə də müxtəlif növ vaksinlər var. İnsanlar sadəcə vaksindən qorxmamalıdırlar. Öz sağlamlıqları haqqında düşünməlidirlər. Qapanmadansa, vaksinasiya prosesini sürətləndirmək lazımdır. Bu, mənim şəxsi düşüncəmdir. Mən insanlara səslənirəm ki, mütləq vaksin vurdursunlar. Əks halda bunun ciddi mənfi nəticələri ola bilər. Qonşularımızda yeni növ virus yayılıbsa, bizdə də yayılması mümkündür”.
Erməni qoşunları Qarabağa yerləşdirilir - VideoEtibarlı mənbələrdən daxil olan məlumatlara əsasən, son günlərdə Ermənistan silahlı qüvvələrinin aktiv şəkildə Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyəti zonasına yerləşdirilməsi həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə “Caliber” layihəsinin Yutub səhifəsində yayımlanan növbəti süjetdə bildirilir.

“Məlumata əsasən, Ermənistan 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyəti qeyd olunan ərazilərə daşıyır. Bununla yanaşı, mülki geyimli hərbçilərin minik avtomobillərində Qarabağa yerləşdirilməsi də həyata keçirilir”, - deyə videomaterialda qeyd olunur.

Daha ətraflı süjetdə: