Bakıda pandemiyaya qarşı tədbirlər genişləndirildiAzərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda pandemiyaya qarşı tədbirlər genişləndirilib, ümumşəhər dezinfeksiya həftəsi elan edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq paytaxt Bakı şəhərinin bütün rayonlarında Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

İlkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.

Həftə sonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılmışdır.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.
"Odlar yurdu" diaspora təşkilatının növbəti toplantısı keçirilib - Stavropolda Stavropol şəhərində "Xalqlar dostlugu" evində Stavropol regional Azərbaycan Milli Mədəniyyət Mərkəzi "Odlar yurdu" diaspora təşkilatının növbəti toplantısı keçirilib

Təşkilatdan Avrasiya.net-ə verilən məlumata görə, toplantını giriş sözü ilə təşkilatın Prezidenti Fəxrəddin Yarıyev açmışdır. O , təşkilatın 8 ay ərzində apardığı işlər və qarşıda duran tapşırıqlar haqqında məruzə ilə çıxış edib.

Daha sonra təşkilatın üzvləri və diaspora fəalları məruzə ətrafında çıxış edərək, bundan sonrada daha da fəal olmağa və Stavropol diyarında fəaliyyət göstərən diaspora təşkilatları ilə əməkdaşlıq çərçivəsində ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıblar.

Toplantının sonunda saz, söz ustası, şair Şaiq Mədətoğlu sazda el havası səslləndirib, bazar günü məktəbinin şagirdləri Adilə, Rüqəyyə, Fəxrəddin və İlkin toplantı iştirakçıları qarşısında çıxış edərək Azərbaycana həsr olunmuş şeirlər söyləyiblər.

Rusiyanın Jirinovski üzüRusiyanın bu gün öz sosial-iqtisadi problemlərini həll etmək əvəzinə imperiya iddialarında əl çəkmədiyi ortadadır. Şimal qonşumuzun bu siyasəti həm təəssüf doğurur, həm də kifayət qədər ayıq olmağı tələb edir. Müşahidələr göstərir ki, rəsmi Moskva bir çox hallarda öz imperiya iddialarını Vladimir Jirinovskinin dili ilə bəyan edir. Bir müddət öncə Azərbaycan Prezidenti, daha sonra Türkiyə Prezidenti haqqında Jirinovskinin hədyan çıxışları sıradan olan bir məsələ deyil.

Azərbaycanın Türkiyə ilə imzaladığı “Şuşa Bəyannaməsi”, daha sonra Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanmış “Bakı Bəyannaməsi” Rusiyanı rahatsız etməkdədir. Əslində bu bəyannamələr hər hansı dövlətə qarşı yönəlmədiyi və strateji əməkdaşlığa istiqamətləndiyi tamamilə aşkardır. Aşkar olmayan odur ki, Rusiyanın bəzi dairələri Cənubi Qafqazı itirmək qorxusundan, imperiya düşüncələrindən qurtula bilmirlər.

Öna görə, həmin qüvvələr Jirinovski kartından, lazım olanda erməni təxribatından istifadə etməklə gündəmi mütəmadi olaraq zəbt edəcəklər. Azərbaycanın siyasi düçüncə adamları, diplomatik korpusun nümayəndələri bu məqamları unutmamalı və belə tip təxribatların zamanında neytrallaşdırılmasına hazır olmalıdırlar.

Əkrəm Bəydəmirli
Müğənni Sevdaya cadu edildi – Şok görüntülərİkinci evliliyi də uğursuz alınan müğənni Sevda Sanəliyeva həyatının şokunu yaşayıb.

Avrasiya.net Milli.az-a istinadla xəbər verir ki, sənətçi evindən tapdıqlarının nə olduğunu anladıqdan sonra təəccübünü gizlədə bilməyib.

Sosial şəbəkədə tapdığı həmin əşyaları və yazıları paylaşaraq təqibçilərindən ona bunu açıqlamaqda yardım istəyən müğənni digər yandan soyuqqanlılığı ilə diqqət çəkib.

Rusiyada borşa heykəl qoyulub - FOTOKursk şəhərində Rəssam Günü münasibətilə borş abidəsinin açılışı olub.

Bu barədə yerli internet televiziyası xəbər yayıb.

Abidənin müəllifi şəhər rəssamı Oleq Radindir.

Heykəldə yalnız adıçəkilən təamın hazırlanması zamanı istifadə olunan tərəvəzlər əks olunub. Burada kələm, kök, kartof və çuğundur qızılı rəngdə boyanıb.




Bakıda 24 yaşlı qızı qonşusu zorladıBakıda 24 yaşlı qız zorlanıb.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Rayon sakini, 1997-ci il təvəllüdlü M.C (ad şərtidir) polisə müraciət edərək, Fərid adlı qonşusu tərəfindən zorlandığını bildirib.

Daxil olan şikayət əsasında araşdırmalar aparılır.
Bill Qeyts dünyanın ən zəngin insanları siyahısında geriləyib“Microsoft” şirkətinin qurucusu Bill Qeyts xanımı ilə rəsmi boşanmadan sonra dünyanın ən zəngin insanlarının siyahısında dördüncü yeri tərk edib.
Bu barədə “Forbes” bildirib.

Nəşrin məlumatına görə, hazırda Qeytsin sərvəti 129,6 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Beləliklə, o siyahıdakı dördüncü yeri feysbukun qurucularından olan Mark Sukerberqə verib. Sonuncunun sərvəti 130,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Qeyd edək ki, hələ mayda Bill və Melinda Qeyts nikahı pozmaq qərarını elan ediblər. Onlar avqustun əvvəlində "nikahın pozulması haqqında müqaviləni" imzalamağa razılaşdıqlarını bildiriblər.
Çində 150 min nəfər sakin fil sürüsünə görə təxliyə edilibÇinin cənub-qərbindəki Yunnan əyalətinin hakimiyyəti bu ilin aprelində köç edən vəhşi fil sürüsünə görə regionun 150 mindən çox sakinini təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə "Xinhuanet" agentliyi bildirib.

Agentliyin məlumatına görə, Asiya filləri bu ilin aprelində səyahətə yola düşüblər. Heyvanlar aprelin 16-dan 1,3 min kilometrdən çox məsafə qət ediblər, yerli sakinlər onların yaxınlaşması zamanı müvəqqəti köçürülüblər.

Nəhəng heyvanları yerdən və havadan - pilotsuz təyyarələrin köməyi ilə müşahidə ediblər. Fillərin müşayiəti üçün ümumilikdə 25 min nəfərdən çox polis əməkdaşı, 973 pilotsuz təyyarə, 15 mindən çox təcili yardım avtomobili cəlb olunub, təxminən 150 min insan başqa əraziyə təxliyə edilib.

Fil sürüsünün hərəkətinə görə ərazilərdə yem qoyulub. Nəticədə 110 günlük səyahət ərzində fillər onlar üçün hazırlanmış yeməyin 180 tonunu yeyiblər.

Beləliklə, ilkin hesablamalara əsasən, fillərin turundan dəyən zərər milyonlarla ABŞ dolları təşkil edib. Qeyd edək ki, Çində filləri öldürmək, harasa daşımaq və hətta toxunmaq qəti qadağandır, çünki onlar dövlət səviyyəsində qorunurlar.


Yunanıstanda meşələrin yandırılmasına görə 10-dan çox insan həbs edilibYunanıstanın yanğınsöndürmə xidmətinin təhqiqatçıları üç gün ərzində 10-dan çox insanı həm qəsdən, həm də ehtiyatsızlıqdan meşələri yandırmalarına görə həbs ediblər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidməti bildirib.

Təhrikçilər Korfuda, Larisdə və Pirey yaxınlığında, eləcə də güclü yanğınların olduğu Afinanın mərkəzində və Kalamatda hakimiyyət orqanlarının əməkdaşları tərəfindən yaxalanıblar.

Qeyd edək ki, Yunanıstanda son 40 ildə rekord dərəcədə isti hava şəraiti qeydə alınıb. Ötən həftə, avqustun 3-də, bəzi ərazilərdə havanın temperaturu 47 dərəcəyə çatıb. Ölkədə ən güclü təbii yanğınlar baş verir.
Koronavirus dünyanı öz əsirinə çeviribDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 419 mindən çox artıb.

Avrasiya.net xəbər verir ki, ötən sutka ərzində 419 271 nəfər yeni koronavirusa yoluxub, 6 278 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 203 821 974, ölənlərin isə 4 313 195 nəfərə çatıb.

Təssdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 36 566 943 nəfər. Siyahıda daha sonra Hindistan (31 995 395), Braziliya (20 165 672), Rusiya (6 469 910), Fransa (6 310 933), Böyük Britaniya (6 094 243), Argentina (5 018 895), Kolumbiya (4 838 984), İspaniya (4 627 770), İtaliya (4 400 617) və İran (4 199 537) gəlir.