Şəmkirli biznesmenin qətli: Killerin ortağı...Ukrayna polisi avqustun 3-də Odessa şəhərində azərbaycanlı sahibkarı qətlə yetirən killerin cinayət ortağının şəxsiyyətini müəyyən edib.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxs 35 yaşlı Gürcüstan sakini, Rusiya vətəndaşlığına malik olan Roman Bayram oğlu Qurbanovdur.

Xəbər verildiyi kimi, həmin gün 25 yaşlı Laçın Məmmədov Odessada yaşadığı binanın həyətində güllələnib. Qətl anı videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Laçın Məmmədov Şəmkir rayonunun İrmaşlı kəndinin sakini olub və Odessada kifayət qədər imkanlı şəxs olan atasının biznesini idarə etdiyi deyilir.

Hadisədən iki gün sonra hüquq-mühafizə orqanları bu sifarişli qətli törədən killerin şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, həmin şəxs Gürcüstanın Qardabani rayonundan olan Elmuraz Məmmədovdur və qətldən bir həftə əvvəl Odessaya Polşadan gəlib, qurbanını izləməyə başlayıb. Daha sonra Elmuraz Məmmədovun Kiyevdə tutulduğu haqda xəbərlər yayılsa da rəsmən bu barədə heç nə deyilmir.

Lakin o bildirilir ki, Roman Qurbanov da Elmurazla birlikdə Odessaya bir həftə əvvəl gedib və onlar öz aralarında rolları bölüblər-Roman sürücülüyü və qurbanı izləməyi üzərinə götürüb, Elmuraz isə tapança-pulemyotdan ona atəş açıb. Polis mənbələri bildirirlər ki, cinayət vaxtı Roman “Mercedes” avtomobilinin sükanı arxasında hazır gözləyib, Laçın Məmmədov binanın həyətinə daxil olan kimi Elmuraz ona atəş açıb və həmin avtomobillə hadisə yerindən qaçıb. Daha sonra avtomobili Odessa küçələrindən birində atıb gediblər. Hər iki şəxs axtarışa verilib.

Sifarişli qətlin motivinin azərbaycanlılardan ibarət kriminal qruplaşmalar arasında çəkişmə olduğu təxmin edilir. Bəzi məlumatlara görə, Laçın Məmmədovu qətldən əvvəl hədələyiblər və ondan sanballı məbləğdə haqq tələb ediblər. İmtina etdiyi üçün onun qətlinə qərar verilib.
Serdar Ünsaldan Nüket Eroğluya reaksiyaTürkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası sədr müavini Serdar Ünsal, Estetik Dr. Nüket Eroğlunun Azərbaycan əsgərləri ilə bağlı çıxışına reaksiya verərək "Siz təxribatçısınız" dedi.

Ünsal ifadəsində, "Türkiyədə yanğını söndürmək üçün ilk gündən Türkiyədə olan və təyyarələr, maşınlar və personal göndərərək yanğın söndürməyə qatılan Nüket Eroğlu, Azərbaycan əsgərlərini və itfaiyecilerini təhqir edərək düşünürəm ki, bir təxribatçı və erməni sevgilisi. Soyadı hərtərəfli araşdırmaq lazımdır. Bu sözləri söyləyən hər kəs türk ola bilməz. Onu qınayır və onu Azərbaycan əsgərlərindən üzr istəməyə dəvət edirik. Alovlarla sanki alovla mübarizə aparan Azərbaycan əsgərləri Yanğının ilk günlərindən öz ölkələrini qoruyurdular, Türkiyəyə həm yerdən, həm də havadan dəstək verdilər.

Ancaq Azərbaycan əsgərlərinin bu mübarizəsi estetik baxımdan xoşdur. Həkim Nüket Eroğlunu niyə narahat etdi. İnstaqram hesabında "Azərbaycan əsgəri gəldi, torpaqlarımı gəzir, bunun nə demək olduğu bəlli deyil. Siz baxdığınızda mənasını anlaya bilmirəm." Bu yazı ilə o, erməni və ya yunan aşiqidir.tarixi bil Ayan danışmaq naminə danışan, özünün bir şey olduğunu düşünən, əslində heç bir şey olmayan, hətta Azərbaycan sözünün Azərbaycan kimi ifadə edildiyi əsl tarixi öyrənməlidir. Azərbaycan və Türkiyə qardaşdır. Atatürkün dövründə belə idi, indi də belədir və bu qardaşlıq sonsuza qədər davam edəcək. Azərbaycan əsgəri ilə heç kim danışa bilməz. Türkiyə dərhal üzr istəməli və Azərbaycan qardaşlığına xələl gətirəcək ifadəsinə görə barəsində istintaq açılmalıdır "dedi.
DİM açıqladı: İmtahan nəticələri ilə bağlı...Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə iyulun 27-28-də keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

DİM-dən Avrasiya.net-ə bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən avqustun 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya Komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11-13 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Gerçək dostluq səmimiyyətdən başlayırİran nə zaman bizə dost oldu ki, onu düşmənə çevirmək barəsində də düşünək?

Azərbaycandan gedən nümayəndə heyətləri və bayrağımızla bağlı İran İslam Respublikasında hər dəfə baş verən “xətalarda” “cadugər” axtarmağın, bizimkiləri günahkar çıxarmağın yanlış olduğunu düşünürəm. İranın mövcud dini-siyasi və hərbi rejimi haqqında məlumatlı olan hər kəs çox yaxşı bilir ki, dövlət başçılarının görüşləri istisna olmaqla, İran İslam Respublikasında keçirilən görüş və qəbullarda başqa ölkələrin protokol xidmətləri, demək olar ki, iştirak etmirlər. Buna min cür bəhanələrlə maneə yaradılır, müraciətlərə günlərlə cavab verilmir, “unudulur”, “nəzərdən qaçırılır” və s. Burada İran rejimində dominant mövqedə olanlara xas klassik “saray hiyləgərliyi” kimi amillər də rol oynayır, şübhəsiz. Xüsusilə də Azərbaycana və üçrəngli müqəddəs bayrağımıza münasibətdə. Bayrağımızın yaşıl rənginin yuxarıda olmasını təmin etmək məqsədilə arxa fonda dayaq, yaxud öndə masa üzərinə tərsinə yerləşdirilməsində də yuxarıda sadaladığım amillər rol oynayır. Bu həm də Azərbaycan cəmiyyətinə, xüsusilə də qafaları siyasiləşmiş dini ideologiya ilə zəhərlənmiş bir qrup nüfuz müvəkkilinə mesaj xarakteri daşıyır. Amma bu adamlar başa düşmürlər ki, Azərbaycan bayrağında rənglərin yerini dəyişməklə azərbaycanlıların milli identikliyini, mənsub olduqları mədəniyyətə münasibətini dəyişmək mümkün deyil. Digər tərəfdən, bizim üçün bayrağın üzərindəki rənglərdən daha çox onların ifadə etdiyi məna əhəmiyyət kəsb edir. Üç rəng Azərbaycanın inkişafının təməlini təşkil edən üçlü platformadır. Bu platforma isə üç rəngdən və bu rənglərin verdiyi mənadan ibarət vahid bir yoldur. Yəni Azərbaycançılıq üç rəngin təşkil etdiyi bütöv, vahid bir platformanın üzərində dayanır.

...Azərbaycanla İranın münasibətlərinə gəldikdə isə, rəsmi Tehranın 30 il ərzində yol verdiyi saysız-hesabsız “yanlışlıqlara” baxmayaraq, ölkəmiz öz yaxın qonşusuna münasibətdə kifayət qədər sayğılı və səmimi davranıb. Bu səbəbdən, hətta İrana münasibətdə ən kəskin mövqedə dayanan vətəndaşımızın da İran rəsmiləri ilə müqayisədə kifayət qədər tutumlu davrandıqlarını düşünürəm. Bunun qarşılığında İrandan gözləntilərimiz də çox deyil. İran xalqımızın 103-il bundan öncə seçdiyi dünyəvi inkişaf yoluna hörmətlə yanaşmalı, Azərbaycanın düşmənlərindən ölkəmizə qarşı təzyiq və ya qıcıqlandırıcı vasitə kimi istifadə etməkdən əl çəkməli, qarşılıqlı münasibətlərdə və regionda baş verən proseslərdə beynəlxalq hüququn norma və prinsiplərini əsas turmalıdır. Vəssalam.

Azərbaycanda, xüsusilə də vətəndaşlarımız arasında İrana olan neqativ münasibətin əsasında isə bu ölkənin dövlətimizə qarşı yürütdüyü siyasətə adekvat, bəlkə də müəyyən qədər yumşaq reaksiya dayanır. Heç kim İranın timsalında özünə düşmən axtarmır. Ortaq tariximiz, dəyərlərimiz var. İranda 35 milyon Azərbaycan türkü yaşayır. Bu ölkədə yaşayan digər xalqlarla da bizi bağlayan çoxsaylı mədəni-mənəvi tellər var. Türklərlə farsların və digər irandilli xalqların birgəyaşayışının tarixi müxtəlif mənbələrə görə 4-6 min ilə dayanır. Birgə dövlətlər qurmuşuq, eyni dövlətlərin ərazisində - öz tarixi yurd yerlərimizdə yaşamışıq, ortaq mədəniyyət nümunələrimiz, tarixi abidələrimiz var. Məhz bu səbəbdən, nəhayət ki, bir-birimizin varlığını və düşmən olmadığımızı qəbul etməliyik. İranın tutul xalqlarından biri olan farslar bu ölkənin digər qurucu-tutul xalqı olan Azərbaycan türklərinin mədəni varlığını tam və istisnasız olaraq qəbul etməli və bu reallığın müsbət kinetik enerjiyə çevrilməsi üçün səmimi davranmalıdır. Həmçinin İran sərhədləri yaxınlığında Azərbaycan Respublikası adlı dünyəvi dövlətin varlığı ilə həmişəlik olaraq barışmalı və bu reallığın dəyişməyəcəyini qəbul etməlidir. Çünki bu reallıq Azərbaycan türklərinin və Azərbaycanda yaşayan bütün qardaş xalqların vahid milli iradəsini əks etdirir. İranın siyasi dairələri bu ölkənin dövlət olaraq varlığını təmin edən, onun uğrunda saysız-hesabsız qurbanlar verən Azərbaycan türklərini və onların qurduğu Azərbaycan Respublikası adlı dövləti qoyub bir ovuc ermənini müdafiə və mühafizə etməməlidir.

İran rəsmiləri bizə “qardaş” deyirlər, qardaşlığın göstəricisi isə ilk növbədə səmimi olmaqdır.

İran İsalm Respublikasında təxminən 100 min erməni yaşayır. Öz dillərində təhsil alırlar, ondan-bundan oğurladıqları mədəniyyətlərini istədikləri kimi inkişaf etdirirlər. İrana heç bir faydaları yoxdur – sözün bütün mənalarında. Yalnız özləri və ermənilik üçün yaşayırlar və nə zamansa İrandan da bir parça torpaq qoparmaq barədə düşünürlər. Tarixi Azərbaycan torpaqlarında formalaşdırılmış Ermənistan adlanan dövlətin də İran üçün heç bir faydası yoxdur. Nə təbii resursları var, nə də iqtisadi potensialı. Regiondankənar qüvvələr üçün maşa funksiyasını yerinə yetirir. İşğaldan azad etdiyimiz və hazırda Rusiya süülhməramlılarının müşahidəsi altında olan ərazilərimizin də, Ermənistan adlı ölkənin yerləşdiyi ərazinin də Azərbaycan türklərinin ana südü kimi halal yurd yerləri olduğunu İranda hər kəsdən yaxşı bilirlər. O zaman nədir bu Ermənistan sevgisinin səbəbi?

İzahi yoxdur...

Buraya qədər yazdıqlarım siyasi şərh, təhlil deyil, Azərbaycanda çoxlarının ağlından keçənlərdir. Bu səbəbdən də İranın yeni prezidentinin andiçmə mərasimindən sonra Azərbaycan mediasında və sosial şəbəkələrin Azərbaycan seqmentində aparılan müzakirələri təbii qəbil etmək lazımdır. Heç kim İranı düşmən gözündə görmək, yaxud “dostu düşmənə şevirmək” istəmir. İran nə zaman bizə dost oldu ki, biz onu düşmənə çevirmək barəsində də düşünək. Dövlət müstəqilliyimizin 30-cu ildönümünə sayılı aylar qalır. Bu zaman kəsiyində Azərbaycandan İrana yalnız və yalnız fayda dəyib. Bu müddət ərzində Azərbaycan ərazisindən İrana heç bir təhlükə yaranmayıb. Amma təəssüf ki, qarşı tərəfdən bunun əksini görmüşük. Bu qədər....

Elçin Mirzəbəyli
26 nəfərin imtahan nəticəsi ləğv edildiDövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Mərkəzdən Avrasiya.net-ə verilən məlumata görə, qəbul imtahanlarında iştirak edən 26 nəfərin nəticəsi ləğv edilib.

Həmin abituriyentlər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Azərbaycanın xarici dövlət borcu azaldıAzərbaycanın xarici dövlət borcu azalıb.

Maliyyə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, 01 iyul 2021-ci il tarixi vəziyyətinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə vaxtı çatmış və yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla birbaşa xarici dövlət borcu 7 milyard 839,0 milyon ABŞ dolları və ya Ümumi Daxili Məhsulun (ÜDM) 16,6 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 764,4 milyon ABŞ dolları və ya ÜDM-in 1,6 faizini təşkil etməklə, şərti öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 8 milyard 603,4 milyon ABŞ dolları və ya ÜDM-in 18,2 faizini təşkil edib.

01 iyul 2021-ci il tarixi vəziyyətinə 2021-ci ilin əvvəli ilə müqayisədə xarici dövlət borcunun mütləq ifadədə 218,1 milyon ABŞ dolları və ya 2,5 faiz endirilməsinə nail olunub.

COVİD-19 pandemiyasına qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda müşahidə edilən canlanma meyilləri ÜDM-in artım trayektoriyasına qayıtmasını, habelə xarici dövlət borcunun ötən ilin sonuna artmış ÜDM nisbətinin cari ilin ilk 6 ayında azalmasını şərtləndirib. Belə ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti 01 yanvar 2021-ci il ilə müqayisədə 20,7 faizdən 2,5 faiz bəndi azalaraq 18,2 faizə çatıb.
"Ermənistanın destruktiv-revanşist davranışları Türkiyənin də səbrini daşırmaqdadır"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən bəyanatda Cənubi Qafqazda uzun müddətdən sonra yaradılan sülh və rifahı qorumaq üçün Ermənistanın öz hücumlarından, təxribatlarından və həqarətlərindən əl çəkərək bu fürsəti dəyərləndirməli olduğunun bildirilməsi çox önəmli hadisədir.

Bunu Avrasiya.net-ə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri bildirib ki, sözügedən bəyanatda həmçinin Ermənistan rəhbərliyinə qəbul etdiyi 10 noyabr və 11 yanvar razılaşmalarındakı öhdəliklərinə sadiq qalaraq bölgə ölkələri ilə əməkdaşlıq üçün çağırış edilib:

"Türkiyənin bu sərt xəbərdarlığı birbaşa Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinə ünvanlanıb. Ermənistan rəhbərliyi bu xəbərdarlıqdan özü üçün ciddi nəticə çıxarmalıdır. Türkiyə kimi bölgənin əsas aparıcı aktorlarından birinin Təhlükəsizlik Şurasının belə bir bəyanat verməsi sıradan bir hadisə deyil. Türkiyə bölgədə gedən prosesləri diqqətlə izləyir və adekvat reaksiya verir".

Onun fikrincə, bu o deməkdir ki, artıq Ermənistanın destruktiv-revanşist davranışları, pozuculuq fəaliyyətləri Türkiyənin də səbrini daşırmaqdadır və Türkiyənin rəsmi İrəvanın zaman-zaman sərgilədiyi avantürist hərəkətlərə, sabitlik və sülh üçün yaratdığı təhdidlərə göz yummaq fikri yoxdur. Bu bəyanat onu göstərir ki, revanşist Ermənistanın və Azərbaycanın Qarabağ bölgəsindəki separatçı ermənilərin düşmənçilik davranışlarına dözməyin sonu çatıb.
Ermənistan yeni terror təşkilatı yaratdı: Türkiyə və Azərbaycana HÜCUMA HAZIRLAŞIRLARErmənistanda “Hərbi Vətənpərvərlər Məktəbi” (POGA) adlı yeni terror təşkilatı yaradılıb.

Publika.az xəbər verir ki, təşkilatın əsas hədəfi erməniləri Azərbaycan və Türkiyəyə qarşı silahlandırmaqdır.

Erməni diasporu ilə yanaşı, PKK və ASALA terror təşkilatının da dəstəklədiyi POGA bu ilin 29 mart tarixində fəaliyyətə başlayıb. Ardınca hərbi təlimlərin keçirilməsi planlarını sosial şəbəkələr üzərindən elan etdi. Hətta POGA məktəbini təbliğ edənlərə 100 dollardan çox pul da ödənilir.

POGA 18-55 yaş arası bütün erməniləri Azərbaycan və Türkiyəyə qarşı silahlanmağa çağırır. Təşkilat təlimlərdə iştirak üçün Moskvadan gəlmək istəyənlərin aviabiletlərini də alır.

POGA-nın təlimlərində keçmiş hərbçi olan qadın və kişilərin iştirak etdiyinə dair məlumatlar var. Təlimə atış, ilkin tibbi yardım, hərbi taktika və hərbi texnika ilə işləmək daxildir. Təşkilatın Feysbuk səhifəsində Türkiyə və Azərbaycan əleyhinə “Düşmənimiz sərhədin o tayındadır” şüarı da yer alır.

Ermənistanda eyniprofilli VOMA adlı təşkilat da fəaliyyət göstərir. VOMA dünyanın müxtəlif yerlərindən erməni gəncləri toplayaraq, hərbi təlimlər keçirir, Azərbaycana qarşı döyüşlərə hazırlaşdırır. 44 günlük müharibədə Ermənistan ordusu tərkibində Azərbaycana qarşı döyüşənlər arasında VOMA terrorçuları idi.

Müharibədən sonra VOMA ilə yanaşı, POGA-nın da yaradılması Ermənistanın terror hücumlarını davam etdirəcəyi və bu prosesə bütün dünyadakı erməniləri cəlb etməyə hazırlaşdığından xəbər verir.
Eldəniz Səlimovun apellyasiya şikayəti geri götürüldüMilli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimovun apellyasiya şikayəti geri götürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a onun vəkili İlqar Əliyev məlumat verib.

Onun sözlərinə görə, apellyasiya şikayətini avqustun 10-da E.Səlimovun öz xahişi ilə geri götürüb.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.
Bakı metrosunda qadın qatar yoluna düşdüBu gün saat 12:51-də Bakı Metropoliteni QSC-nin "Gənclik" stansiyasında qadın qatar yoluna düşüb.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, stansiyaya yaxınlaşan qatarın maşinisti dayanıb və aidiyyəti üzrə məlumat verib. Bundan sonra yola elektrik gərginliyinin verilməsi dayandırılıb, sərnişin qatar yolundan çıxarılıb.