Eldəniz Səlimova görə saxlanılan sürücü sərbəst buraxıldıDeputat Eldəniz Səlimovun işi ilə bağlı saxlanılan Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin sürücüsü sərbəst buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Lent.az-a Ş.Xanbabayevin köməkçisi məlumat verib.

O qeyd edib ki, araşdırma aparılıb, icra başçısının sürücüsünün bu işlə əlaqəsinin olmadığı məlum olub və o dərhal sərbəst buraxılıb.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Milli Məclisdə Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.

Avqustun 3-də Milli Məclis tərəfindən deputat toxunulmazlığına xitam verilən E.Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə baş verən gün Xaçmaz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayevin sürücüsü Mənsur da polis tərəfindən saxlanılmışdı.

Şəmsəddin Xanbabayev də mətbuata açıqlamasında sürücüsünün hadisə vaxtı deputatla birlikdə həmin restoranda olduğunu təsdiqləyib: “Deputatın maşını olmayıb, mənim maşınımda gedib. Amma bu maşın xidməti avtomobil deyil. Şəxsi maşındır. Amma sürücümün hadisədə iştirak edib-etmədiyini bilmirəm. O restoran da burada, yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Bəli, olub orada hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim. O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm ki, o, davakar adam deyil. Sadəcə deputat restorana mənim maşınımda gedib”.
Gədəbəydə maşın dərəyə aşdı: 8 nəfər yaralandıGədəbəydə yol qəzası baş verib.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə Saratovka kəndində qeydə alınıb. İlkin məlumata görə, avtomobilin dərəyə aşması nəticəsində azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onların arasında vəziyyəti ağır olanlar da var.

Faktla bağlı araşdırma aparılır.

***

Gədəbəy rayonunun Saratovka kəndində avtomobilin aşması nəticəsində xəsarət alanların sayı artıb.

"Toyota Prado" markalı avtomobilin aşması nəticəsində xəsarət alanların sayı 8 nəfərə çatıb. Yaralılar Aysel Vüqar qızı Musazadə (2008-ci il təvəllüdlü), Aytəkin Həsən qızı Məmmədova (1987-ci il təvəllüdü), Çiçək İsmayıl qızı Həsənova (1964), Leyla Vüqar qızı Musazadə (2008), Samirə Qəzənfər qızı Əsgərzadə (1987), Vəfa Qəzənfər qızı Musayeva (1988), Fatimə Vüsal qızı Musazadə (2009), Camal Vüsal oğlu Musayevdir (2018).

Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
Bakıxanovda qadın özünü binadan atdıBu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yavər Əliyev küçəsində yerləşən “Akkord” kompleksində qeydə alınıb.

Belə ki, 30-35 yaşlı qadın özünü binanın damından atıb. O, hadisə yerində keçinib. İlkin məlumata görə, intihar edən qadın sözügedən binanın sakini olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Şəhidin doğum günü tədbirində xoşagəlməz anlar yaşanıbBu gün 21 yaşında şəhidlik zirvəsinə ucalmış, leytenant Əliyev Samir Əliheydər oğlunun Suraxanı rayonunda doğum günü keçirilib.

Avrasiya.net xəbər verir ki, bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimi olub. Mərasimində icra başçısı Əziz Əzizov, müavinləri və şəhidin ailə üzvləri iştirak edib.

Lakin mərasimdə xoşagəlməz anlar yaşanıb. Belə ki, icra başçısı Əziz Əzizov şəhid anasının qarşısına oğlunun şəkilli ad günü tortunu qoyub. Əlindəki bıçaqla oğlunun şəkilli tortuna baxan ananın keçirdiyi hisslər üzündən bəlli olub. İcra başçısının mərasimi gülərək izləməsi və anadan oğlunun şəkli olan tortu kəsməyini istəməsi sosial mediada qınaq obyektinə çevrilib.
Abel Məhərrəmov oğlunun əmlakını keçmiş gəlini ilə böləcəkAzərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov həyat yoldaşı Mehriban Məhərrəmovadan boşanıb.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, Mehriban Məhərrəmova artıq əvvəlki soyadını (Eyyubova) daşıyır.

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində hakim Günay Axundovanın sədrliyi ilə keçirilən məhkəmədə Mehriban Eyyubovanın "əmlak bölgüsü”nə dair iddiası qismən təmin edilib.

Məhkəmə iclası Mehriban Eyyubovanın başqa iddiaları əsasında sabah da öz işini davam etdirəcək.

Qeyd edək ki, M.Eyyubova Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızıdır.
Həkimdən SOS: Bu ştammın yayılma sürəti yüksəkdirBu gün ölkədə yoluxma sayının artması həm dövlət, həm əhali, həm də səhiyyə işçiləri üçün təhlükə yaradır. Çünki artımlarla əlaqədar tibb müəssisələri yüklənmiş olacaq və qabaqlayıcı tədbirlərin görülməsində gecikmələr yaranacaq. Ona görə də kütləvi vaksinasiya prosesinə hər kəs qoşulmalıdır.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya və Allerqologiya şöbəsinin həkimi, terapevt-pulmonoloq Günel Sadıqova deyib.

Mütəxəssis qeyd edib ki, son dövrlərdə Azərbaycanda koronavirusa yoluxma və bununla bağlı ölüm hallarının sayında kəskin artım müşahidə olunur: "Halbuki iki həftə əvvəl ölkədə gündəlik yoluxma sayı 272 idi, bu gün həmin göstərici 1000-dən çoxdur. İnsanlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə riayət olunmaması bu artımlara rəvac verir. İnsanlar elə hesab edir ki, məhdudiyyətlər olmadığından, virus yoxa çıxıb. Hətta insanlar bir-biriləri ilə öpüşüb görüşürlər. Unutmaq lazım deyil ki, pandemiya hələ bitməyib və virus yayılmağa davam edir. Yeni “Delta” ştammının nəinki qonşu ölkələrdə sürətlə artması, eləcə də ölkəmizdə mövcudluğu bizim üçün ciddi siqnal olmalıdır. Çünki bu ştammın yayılma sürəti olduqca yüksəkdir”.

G.Sadıqova söyləyib ki, tətil mövsümü olduğundan vətəndaşlar səyahət zamanı yeni ştamma yoluxurlar: “Bu səbəbdən vətəndaşlarımız səyahət zamanı qoruyucu tədbirlərə xüsusilə diqqət etməlidirlər".

“Müşahidələrimiz onu deməyə əsas verir ki, bu gün xəstəxanaların reanimasiya şöbəsində müalicə alan koronavirus xəstələrinin 90-95 %-i məhz peyvənd olunmayan insanlardır. Peyvənd yoluxmanın qarşısını tam almasa da, xəstənin səhhətinin ağırlaşması və ölüm hallarını kifayət qədər azaltmış olur. Əgər biz kütləvi peyvəndlənməni sürətləndirsək, məhdudiyyətlər tətbiq olunmadan virusun öhdəsindən gəlmiş olarıq”, - həkim bildirib.

Qeyd edək ki, hazırda ölkədə 11 737 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 351 825 nəfər COVID-19-a yoluxub, 33 025 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 063 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 418 243 doza vaksin vurulub.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, eləcə də bir çox işçilərin azı 80 faizinin COVID-19-a qarşı birinci dozanın, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək. Eləcə də yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID-19 pasportunun olması tələb ediləcək. Bundan başqa, yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
“Dost münasibətləri gərginləşdirmək yolverilməzdir” - Əli Hüseynli"Təəssüf hissilə qeyd etmək istəyirəm ki, son günlər bəzi saytlarda, sosial şəbəkələrdə Milli Məclisin spikeri Sahibə Qafarovanın İrana səfəri haqqında xoş olmayan fikirlər yer almaqdadır. Xüsusilə, xanım Sədrin İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşü zamanı Azərbaycan bayrağının asılmamasını əlində bayraq edənlər, görünür, İran dövlətinin protokol qaydalarından xəbərsizdir”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin Sədri Sahibə Qafarovanın İran səfəri ilə bağlı həqiqəti əks etdirməyən fikirlərə münasibət bildirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, inauqurasiya mərasimi ilə bağlı keçirilən görüşlər zamanı yalnız İran dövlətinin bayrağının asıldığını görmək mümkündür:

“İran Prezidentinin inauqurasiya mərasiminə bir çox ölkələrin parlament sədrləri qatılmışdı. Görüşləri diqqətlə izləyənlər eyni halın, yəni həmin dövlətlərin bayraqlarının asılmadığının hər bir dövlət üçün keçərli olduğunu müşahidə edə bilər. Hesab edirəm ki, hər bir ölkənin protokol qaydalarına hörmətlə yanaşamlıyıq. Düşünürəm ki, bir ölkənin daxili qaydalarını fərqli istiqamətlərə yozmaqla, cəmiyyətdə yanlış fikirlər formalaşdırmaq, iki qonşu dövlət arasında dost münasibətləri gərginləşdirmək yolverilməzdir. Görüşdə Azərbaycan bayrağının asılmadığını dövlətimizə qarşı hörmətsizlik kimi qələmə verənlər özlərinə əziyyət verib rəsmi protokol qaydalarının bayraq hissəsinə diqqət etsəydilər, bu cür təxribatçı fikirlərlə “populyarlıq” qazanmaq iddiasına düşməzdilər”

Əli Hüseynli spiker Sahibə Qafarovanın İranın yeni prezidenti və parlament sədri ilə görüşləri zamanı cəsarətli çıxışlarına bəzilərinin qeyri-obyektiv yanaşmalarına təəssüfləndiyini bildirib:

“Dezinformasiya yaymaqla rahat olanlar, niyə xanım Sədrin Azərbaycanın 44 günlük qələbəsindən, işğalçı Ermənistanın ərazilərimizdə törətdikləri vəhşiliklərdən, eləcə də Xocalı faciəsini tanıması üçün İran dövlətinə çağırışlar etməsindən danışmırlar?! Bu cür təxribata söykənən informasiyalar yayan qruplara, şəbəkələrə təəssüf edirəm. Düşünürəm ki, milli maraqları ləkələməyi özünə rəva bilənlərə qarşı hər zaman mübarizə aparılmalıdır”.
"Spikerin İran parlamentinin sədrinə Xocalı çağırışı etməsi müstəsna əhəmiyyət daşıyır"Milli Məclisin sədri Sahibə xanım Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşdə gələn il fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümünün tamam olacağını xatırladaraq, bu ölkənin parlamentini də soyqırımla bağlı sənəd qəbul etməyə çağırdı. Qeyd etdi ki, bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə verilməsi çox vacibdir".

Avrasiya.net xəbər verir ki, bunları "AzPolitika.info"-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Millət vəkili spiker S.Qafarovanın İranda keçirdiyi görüşlərin və qaldırdığı məsələlərin dövlətlərarası münasibətlərin inkişafında xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. Komitə sədri, bu baxımdan Xocalı soyqırımının İran parlamenti tərəfindən tanınması ilə bağlı məsələ qaldırılmasının vacibliyini qeyd edib. "Məlumdur ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin dünya səviyyəsində tanıdılması istiqamətində ciddi səylər göstərib. Bu məsələ dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. 2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın beynəlxalq miqyasda başlatdığı "Xocalıya ədalət" kampaniyası böyük uğur qazanıb. Nəticədə, bir neçə ölkənin parlamentində soyqırımla bağlı sənəd qəbul edilib, erməni vandalizmi pislənib, lənətlənib", - deyə millət vəkili bildirib.

S.Qurbanov xatırladır ki, bu günə qədər Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Rumıniya, Sudan, Panama, Qvatemala, Latviya, Sloveniya, İordaniya, Cibuti parlamentləri, o cümlədən ABŞ-ın Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, West Virginia, Connecticut, Florida, Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar.

Bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın dünya ictimaiyyətinə Xocalı soyqırımını, Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətləri çatdırması zəruridir.

Bununa belə komitə sədri vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ədalətin bərqərar olmasında müstəsna rol oynayıb: "Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün təməl hüquqlarından biri - güc tətbiq etmək hüququndan yararlandı və növbəti dəfə sübut olundu ki, hazırki beynəlxalq münasibətlər sistemində, təəssüf ki, ədaləti bərqərar etməyin ən yaxşı yolu elə budur".

Sadiq Qurbanov Birinci-vitse prezident Mehriban Əliyevanın Xocalı soyqırımı haqqında dediyi fikirlərdən misal çəkib: "Mehriban xanım çıxışlarının birində demişdi ki, düşmən Xocalı soyqırımını törətməklə bizim mübarizə əzmimizi sındırmağa çalışmışdı, amma buna nail ola bilmədi. Azərbaycan xalqı toparlanıb düşmənə layiqli cavabı verdi və ədaləti bərqərar etdi".

Komitə sədrinin sözlərinə görə, Xocalı soyqırımının tanınmasına qarşı müqavimətdə ikili standartlar, o cümlədən "xristian həmrəyliyi" mühüm rol oynayıb. "Bu baxımdan, gərək, müsəlman ölkələri bu məsələdə birlik nümayiş etdirsinlər, ədalətdən yana olsunlar. Sahibə xanım Qafarovanın İran parlamentinin sədrinə Xocalı çağırışı etməsi müstəsna əhəmiyyət daşıyır. Hesab edirəm ki, həm İran, həm də soyqırımı parlament səviyyəsində tanımayan, bu barədə sənəd qəbul etməmiş ölkələr də, nəhayət, müvafiq addımlar atacaqlar", - deyə millət vəkili vurğulayıb.

Şəmkirdə evə basqın: Ev sahibini döydülər...Şəmkir Rayon Polis Şöbəsinə avqustun 7-də Yuxarı Seyfəli kəndi ərazisində 2 maskalı şəxsin bir evə açıq qalan qapıdan girib, ev sahibini döyərək ağzını, əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb pul və qızıl əşyalar tələb etmələri, lakin pul və qızıl əşyalar tapa bilmədikləri üçün onun cibindən 6 manat pulunu götürüb oranı tərk etmələri barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Könüllü kənd sakinləri S.Mustafayev və qardaşı oğlu E.Mustafayev saxlanılıb, daha 2 nəfər müəyyən edilib.

S.Mustafayevin evinə baxış zamanı oradan “TT” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Paşinyanı parlamentdə öldürə bilərlərErmənistanda yeni parlament formalaşandan sonra jurnalistlərin qanunverici orqanın binasında fəaliyyəti üçün bir sıra məhdudiyyətlər və sərt qaydalar tətbiq olunub. Artıq yerli saytlarda parlament rəhbərliyinin media üçün qoyduğu yeni məhdudiyyətlərə görə, tənqidi yazılar da dərc olunur.

Avrasiya.net Azvision.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı "Hraparak"ın məqaləsi daha çox diqqət çəkib.

"Sentyabr ayından etibarən rəhbərlik parlamentin girişində jurnalistlər üçün ayrıca bir otağın yaradılmasını planlaşdırır. Bu da media nümayəndələrinin parlament binası daxilində sərbəst hərəkət edə və istədikləri adamla müsahibə apara bilməməsinə hesablanıb. Bundan əlavə parlamentdə yeni təhlükəsizlik tədbirləri də nəzərdə tutulur. Xüsusən də salonun giriş foyesi hər iki tərəfdən şüşələrlə örtüləcək, xsusi keçid məntəqələri quraşdırılacaq. Deputatlara məhz bu qorunan ərazilərdən zala daxil olmaları üçün çipli buraxılış kartları paylanacaq.

Bütün bu fövqəladə tədbirlərin izahına gəlincə, hakimiyyət daxilində belə bir şaiyə dolaşır ki, Milli Təhlükəsizlik Xidmətinə baş nazir Nikol Paşinyana qarşı terror aktının hazırlanması barədə məlumat daxil olub . Parlamentdə belə sərt təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi isə terror riskinin qarşısını almaq məqsədi daşıyır", - "Hraparak" yazıb.