Azərbaycan voleybol millisi Niderlanda uduzubVoleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərindəki beynəlxalq "Savaria" turnirində növbəti oyununu keçirib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bu dəfə rəqib Niderland yığması olub. Görüş "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:13, 25:16).

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Macarıstana uduzub - 2:3. Son oyun bu gün Çexiyaya qarşı olacaq.
Türkiyə hərbçiləri terrorçunun yerini müəyyən etdi - Dərhal məhv edildiTürkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında PKK terror təşkilatının silahlısını zərərsizləşdirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

"İraqın şimalında daha bir terrorçu zərərsizləşdirilib", - xəbərdə deyilir. Məlumata görə, onun yeri istilik sisteminin köməyi ilə müəyyənləşdirilib.

Nazirlik vurğulayıb ki, Türkiyənin təhlükəsizlik qüvvələri qruplaşmanın döyüşçülərinə qarşı güzəştsiz mübarizəni davam etdirir.
Tokio-2020: Azərbaycan ilk qızıl medalını qazana bilərTokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Avrasiya.net xəbər verir ki, bu gün Azərbaycanın 9 idmançısı gücünü sınayacaq.

Belə ki, güləşçilərimiz Hacı Əliyev qızıl, Mariya Stadnik bürünc, Şərif Şərifov isə təsəlliverici görüşlərdən sonra bürünc medal uğrunda mübarizə aparacaq.

Bu gün yarışa start verəcək İrina Zaretskanın da medal qazanmaq şansı var. Karateçimiz mübarizəyə qrup mərhələsindən başlayacaq.

Bədii gimnastika üzrə qrup hərəkətləri ilə komandamızın 5 üzvü final mərhələsinə vəsiqə üçün yarışacaq.

7 avqust

05:00. Bədii gimnastika, qrup hərəkətləri. 1-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)

06:30. Bədii gimnastika, qrup hərəkətləri, 2-ci çıxış. Azərbaycan komandası (Yelizaveta Luzan, Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Zeynəb Hümmətova)

09:28. Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Ayumi Uekusa (Yaponiya)

Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Silvia Semeraro (İtaliya)

Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska – Sofiya Berultseva (Qazaxıstan)

Karate, qadınlar. +61 kq, B qrupu. İrina Zaretska - Meltem Hocaoğlu (Türkiyə)

13:45. Sərbəst güləş, kişilər. 65 kq, final. Hacı Əliyev - Takuto Otoquro (Yaponiya)

13:45. Sərbəst güləş, kişilər. 97 kq, təsəlliverici görüş. Şərif Şərifov - Elizbar Odikadze (Gürcüstan)

13:45. Sərbəst güləş, qadınlar. 50 kq, bürünc medal uğrunda görüş. Mariya Stadnik – Namuuntsetseq Oçir (Monqolustan) / Lusiya Yepes (Ekvador) cütünün qalibi
Türkiyədə 202 yanğın nəzarət altına alınıbTürkiyənin 46 vilayətində baş vermiş 214 yanğından 202-si artıq nəzarət altına alınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edilib ki, yanğınların söndürülməsində 18 amfibiya təyyarəsi, 57 helikopter, 9 pilotsuz uçan aparat, 850 yanğınsöndürən maşın, 150 iş maşını və 5250 nəfərdən ibarət canlı qüvvə iştirak edir.
Çin gizlətdi, ABŞ isə 22 min virus bazasını ələ keçirdiABŞ xüsusi xidmət orqanları Çinin Uhan Virusologiya İnstitutunun laboratrotiyasından araşdırılan virusların genetik məlumatlarını oğurlayıb.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Sözügedən məlumatların nə vaxt oğurlanması ilə bağlı konkret informasiyanın olmadığı bildiriləsə də, bu prosesin kiberhücum sayəsində icra edildiyi istisna edilməyib.

Xəbərdə ABŞ-ın artıq Uhanda araşdırılan 22 min virusla bağlı məlumata sahib olduğu deyilir. Bildirilib ki, genetik məlumatlarla bağlı ABŞ Energetika Nazirliyinin laboratoriyasında təhqiqata başlanılacaq.

Qeyd edək ki, Çin Uhanda ətraflı araşdırma aparmaq istəyən ÜST nümayəndələrinə icazə verməmişdi.
ÜST: Dünya təhlükədədir!Peyvəndlənmə sahəsində əldə edilən ciddi uğurlara baxmayaraq, hazırda dünya böyük təhlükə ilə qarşı-qarşıyadır.

Avrasiya.net xəbər verir ki, bu sözləri ÜST rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

“Peyvəndin rekord müddətdə hazırlanmasına görə böyük irəliləyiş əldə etdik. Amma indi dünya əsl təhlükə ilə üzləşib. Daha əvvəl əldə etdiyimiz uğurların bir çoxu məhv edilir”, - deyə ÜST rəhbəri bildirib.

O əlavə edib ki, insanların sosial məsafəyə diqqət etməməsi, səhiyyə sistemlərinin düzgün çalışmaması, peyvəndlərin bərabər paylanmaması səbəbindən koronavirusa yoluxmada artım qeydə alınmaqdadır.
Putin məni Gürcüstana gəlməyə qoymur - SaakaşviliMixail Saakaşvili Moskvanı və Rusiya Prezidenti Vladimir Putini vətəninə qayıtmasına əngəl törətməkdə ittiham edib.

Avrasiya.net xəbər verir ki, bunu Mixail Saakaşvili Feysbuk səhifəsində bildirib.

Keçmiş prezidentin sözlərinə görə, Kremlin əsas qorxusu odur ki, Saakaşvili Gürcüstana qayıdacağı təqdirdə sürətli inkişaf şərtləri yaradacaq:

"Onlar üçün Gürcüstanda xaosun, iğtişaşların olması, gürcü xalqının yoxsuluq bataqlığında batması sərfəlidir. Mənə qarşı təşkil edilən bütün bu təqiblər birbaşa Putinin əmridir”.

Saakaşvili Gürcüstanın azad edilməsi uğrunda sona qədər mübarizə aparacağına söz verib.