Britaniya mediası erməni yalanlarını ifşa edirBöyük Britaniyanın “London Post” nəşri “VMedia” Yutub kanalının erməni təbliğatını və “tarix elminin” meqafeyklərini ifşa edən “Milyard dollarlıq mərc” adlı layihəsi barədə yazıb.

Axar.az xəbər verir ki, layihənin müəllifləri, gətirdikləri faktları təkzib edə biləcək hər kəsə bir milyard dollar verməyə hazırdır.

Layihənin yaradıcıları düşünür ki, bir milyard dollarlıq əhəmiyyətli məbləğ rəsmi erməni tarixşünaslığı və təbliğatının ifşa edilmiş saxtakarlıqların miqyasını vurğulamaq üçün nəzərdə tutulub. Məhz bu meqafeyklər və onlara əsaslanan erməni dövlətinin siyasəti Cənubi Qafqazda bir əsrdən çoxdur ki, qanlı müharibələrin aparılmasına və bölgənin heç bir şəkildə sülh şəraitində bir yerdə yaşaya bilməməsinə səbəb olur.

“VMedia” kanalı əmindir ki, belə bir layihəyə tələbat ilk növbədə Ermənistan cəmiyyətinin özündə mövcuddur. Məhz bu səbəbdən də layihə “Erməni cəmiyyətinə məlumat və təhsil dəstəyi çərçivəsində” efirə çıxır.