Şirvan Şəhər Xəstəxanasının direktoruna cinayət işi açıldı"Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla PHŞ-in direktoru İlham Mustafayevin 24.04.2021-ci il tarixdən hazırki vaxtadək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti nəqliyyat vasitəsi kimi sənədləşdirilmiş VAZ21063 markalı avtomaşının faktiki işləmədiyi halda Aqşin Əhmədov adlı şəxsin adına rəsmiləşdirməklə iş funksiyasını icra etmədiyi halda ona 1 054 manat məbləğində əmək haqqının ödənilməsini, həmçinin “Elxan Fərəcov” MMC-dən 4 980 manat dəyərində texniki avadanlığın alınmasının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən həmin məbləğdə pul vəsaitinin köçürülməsini təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Bakıda narkotik satışı ilə məşğul olan 5 nəfər saxlandıPolis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı, həmçinin oğurluqla məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər tutulub.

Belə ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Fərhad Sadıqov, Taleh Baxşəliyev və Əjdər Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Bu şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında psixotrop maddə olan metamfetamindən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən marketlərdən birindən müştərinin içərisində 890 manat və 100 dollar olan əl çantasını oğurlayan Yeganə Qurbanova, həmçinin tanışı Nicat Musayev də saxlanılıb. Şəxsi axtarış zamanı Nicat Musayevdən heroin və metamfetamin də aşkar edilib. Nicat Musayev ifadəsində narkotik maddələr əldə etmək üçün oğurluq etdikləri bildiriblər.

Qeyd edək ki, Yeganə Qurbanova və Nicat Musayevin marketdən oğurluq etməsi obyektin müçahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib və adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
ANAMA əməkdaşı minaya düşdüANAMA-nın əməkdaşı minaya düşüb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hadisə Ağdamın işğaldan azad olunan Uzun Dərə adlı ərazisində baş verib.

Ağdama çəkiləcək yeni yolu minalardan təmizləyən Fərid Əliyev adlı minatəmizləyən aldığı müxtəlif yaralarla xəstəxanaya aparılır
Bakıda 13 yaşlı qız özünü 4-cü mərtəbədən atıbBakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü A.V özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub.

Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.
Fransada təyyarə qəzası: ölənlər varFransanın cənub-şərqində, Savoya departamentində yüngülmühərrikli turist təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Savoyya prefekturasına istinadən yazıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 14:30 radələrində baş verib. Təyyarədə dörd nəfər olub, xəsarət alan sərni
Hacı Əliyev qələbə qazandıAzərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Avrasiya.net-in məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn H.Əliyev 1/4 finala vəsiqə qazanıb.

O, növbəti raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşəcək.
ABŞ-da təyyarə qəzası: Bütün sərnişinlər öldüAlyaskanın Ketçikan şəhəri yaxınlığında "Southeast Aviation" şirkətinə məxsus kiçik təyyarə qəzaya uğrayıb.

Avrasiya.net TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sahil mühafizəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində pilot və beş sərnişin həlak olub.

Hadisənin səbəbi barədə hələ məlumat verilməyib, lakin Sahil mühafizəsi havanın dumanlı olduğunu və yağış yağdığını qeyd edib.
Tokio-2020-də medal sıralamasıTokio-2020 XXXII Yay Olimpiya Oyunlarının 14-cü günündə 88 ölkənin idmançıları medal qazanıblar.

Avrasiya.net xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 34 qızıl, 24 gümüş və 16 bürünc medal qazanıblar.

İkinci pillədə 29 qızıl, 35 gümüş və 27 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 22 qızıl, 10 gümüş və 14 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.

Avstraliya 17 qızıl, 5 gümüş, 19 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 16 qızıl, 22 gümüş və 20 bürünc medalla beşincidir.

Digər pillələrdə Böyük Britaniya (16-18-17), Almaniya (9-9-16), Fransa (7-11-9), İtaliya (7-10-18) və Niderland (7-9-10) qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası Tokio-2020-də üç bürünc medal qazanıb.
Bakıda partlayışda yaralanan polis vəfat etdiİyunun 27-də Bakının "Maşın bazarı"nda axtarışda olan şəxsin özünü qumbara ilə partlatması nəticəsində xəsarət alan polis əməkdaşlarından biri vəfat edib.

Axar.az xəbər verir ki, partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Onlardan polis kapitanı Elçin Səfərov bu gün bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Xatırladaq ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb. Nəticədə M.Ələsgərov ölüb.

Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.