Paytaxta xəstə ağaclar utilizasiya edilirArtıq bir müddətdir ki, paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş Eldar şamlarının quruması baş verir ki, bu da sakinlərimizi ciddi narahat edir. Məsələ ilə əlaqədar bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Botanika İnstitutu və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Qida Təhlükəsizlıyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya yaradılıb və müəyyən edilib ki, Abşeron yarımadasında mövcud Eldar şamlarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub.

Bu barədə Avrasiya.net-ə Bakı meriyası ndan bildirib.

Qeyd olunub ki, bu kimi hallar tək ölkəmizdə deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib.
Komissiyanın ilkin rəyinə görə xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən artıq belə qərar qəbul edilib.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Komisiya yaradılıb və xüsusi proqram hazırlanıb. Problemin aradan qaldırılması üçün birinci növbədə xəstə, qurumuş ağaclar çıxarılaraq utulizasiyaya göndərilir və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Utilizasiya edilən ağacların yerinə əkin mövsümündə yeni ağaclar əkiləcəkdir.

Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utulizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcəkdir.
İqtisadiyyat Nazirliyi sahibkarlara xəbərdarlıq etdiNazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli ərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin sahibkarlara ünvanladığı xəbərdarlıqda bildirilir.

Qurum bəyan edib ki, 1 sentyabr 2021-ci il tarixdən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxlərin işçilərinin (əmək və yaxud mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80%-nin COVID-19-a qarşı I doza, 1 oktyabr tarixindən isə II doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Həmin iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-dək fəaliyyət sahəsi aiddir. Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq qərarının əlavəsində tanış olmaq mümkündür.

Artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvafiq sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin elektron qutularına maarifləndirmə xarakterli bildiriş göndərməyə başlayıb. Bildirilir ki, fəaliyyətləri işçilərinin peyvənd olunması (və ya immunitet sertifikatına malik olması) tələb edilən iş və xidmət sahələrinə aid olduğu halda, vergi ödəyiciləri bu məsələlərə xüsusi diqqət yetirməlidir.

Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Güləşçimiz finala çıxdıBu gün güləşçilərimiz Hacı Əliyev və Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala yüksəliblər.

Avrasiya.net xəbər verir ki, 65 kiloqram çəki ilə çıxış edən Hacı Əliyev 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. Əliyev növbəti raundda hindistanlı Bacranq Puniya ilə qarşılaşacaq.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 50 kiloqram çəki ilə 1/8 finalda rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.

Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, bu mərhələdə tunisli Sarra Hamdini 10:0 hesabı ilə üstələyərək yarımfinala çıxıb. Stadnik finala gedən yolda yaponiyalı Yui Susaki ilə üz-üzə gələcək.

***

H.Əliyev yazımfinalda hindistanlı Bacranq Puniya ilə qarşılaşıb və 12:5 hesabı ilə qalib gələrək finala çıxıb.

Qeyd edək ki, final sabah keçiriləcək. Onun rəqibi yaponiyalı Takuto Otoquro olacaq. Bu, üçqat dünya çempionumuz Hacı Əliyevin ilk Ollimpiya finalıdır. O, Rio-2016-da isə bürünc medal qazanmışdı.
İlham Əliyev Ərdoğana zəng etdiAvqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi və həmrəyliyini ifadə edib.

Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.

Prezident İlham Əliyev əlavə 40 ədəd yanğınsöndürən maşının artıq yola çıxdığını və sabah yanğın zonasına yetişəcəyini qeyd edərək ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını bildirib. Dövlət başçısı yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını deyib.

Prezident Rəcəb Tayyib Ərdoğan bu əlavə dəstəyə görə təşəkkürünü bildirib və bu dəstəyin Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təcəssümü olduğunu diqqətdə çatdırıb.

Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verib və Azərbaycan ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib.

Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi aparıblar.
Prezident “Suraxanı” yarımstansiyasının açılışındaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparılıb.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına məlumat verib ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.

Dövlət başçısı yarımstansiyanı işə salıb.

Hazırda dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastrukturun daha da müasirləşdirilməsi, əhalinin sosial məsələlərinin həlli istiqamətində icra olunan layihələr uğurla və ardıcıl şəkildə davam edir. Bu layihələr arasında əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən işlər xüsusi yer tutur. Son illərdə yeni müasir elektrik yarımstansiyalarının yaradılması, mövcudlarının əsaslı yenidən qurulması bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsində mühüm rol oynayır və nəticədə istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını təmin edir.

“Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıq quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb. Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsinə nail olunub.
Sahibə Qafarovadan İran parlamentinə ÇAĞIRIŞAzərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan İran parlamentinin spikeri dost və qonşu ölkənin nümayəndə heyətini Tehranda görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir. İranda Azərbaycanı çox sevirlər və orada gedən prosesləri yaxından izləyirlər.

Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova İranla dost və mehriban qonşuluq münasibətlərimizdən məmnunluğunu ifadə edib. Vurğulayıb ki, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin bərqərar olmasında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı imzalanmış sənədlər qarşılıqlı əlaqələrimizin hüquqi bazasını təşkil edir. Sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunub.

İki ölkə arasında parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır. Deputatlarımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları parlamentlərimiz arasında körpü rolunu oynayırlar.

Söhbət zamanı Milli Məclisin sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Spiker Sahibə Qafarova deyib ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıtmış, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir etmişdir.

Münaqişə başa çatsa da, bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı və Vətən müharibəsində azad etdiyimiz torpaqlarımızda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Beləliklə, onlar məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmasına mane olmaq istəyir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atırlar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. Bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə də verilməsi çox vacibdir. Spiker xatırladıb ki, bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzləşməkdən qoruya bilər.

Sonra görüşdə iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycan-İran münasibətlərinə dair fikirlərini bildiriblər.

Görüşün sonunda hər iki ölkənin spikerləri bir-birilərini qarşılıqlı rəsmi səfərlərə dəvət ediblər.
DTX-nin həbs etdiyi rəis 4 milyon zərəri nağd pulla ödədiMədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb. Dövlət Xidməti məhkəməyə mülki iddia təqdim edib.

Məlum olub ki, Zakir Sultanov tərəfindən zərər tam olaraq ödənilib. Zərər 5 milyon manatdan çoxdur.

Z.Sultanov zərərin 4 milyon manatını nağd şəkildə ödəyib. Onun 600 min dollarlıq əmlakı və daha 130 min, 10 min, və 20 min dəyərində olan əmlaklarına da həbs qoyulub.

Z.Sultanov həmin əmlakların zərərin əvəzi kimi hesablanmasına razılıq verib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Z.Soltanovun Bakı İstintaq Təcridxanasına Köçürülməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edilib. Məhkəmə vəsatəti təmin edib.

Prosesdə vəkillər Zakir Sultanovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət də veriblər. Bildiriblər ki, Z.Sultanov zərəri tam ödədiyi üçün ev dustaqlığına buraxıla bilər.

Məhkəmə vəsatəti təmin etməyib və baxış iclası avqustun 13-nə təyin edilib.

Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.

Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Türkiyədə 196 yanğın nəzarətə alındıTürkiyənin 44 əyalətində davam edən 208 yanğından 196-sı nəzarət altına alınıb.

Avrasiya.net xəbər verir ki, Antalya, Muğla, Adana, Aydın, İsparta və Dənizli bölgələrindəki yanğınların söndürülməsi üzrə işlər davam etdirilir.

Günlərdir davam edən Manavqat ərazisindəki yanğın səhər saatlarında nəzarət altına alınıb.

Qeyd edək ki, Türkiyədə 10 gündür meşə yanğınları ilə mübarizə davam edir.
Taleh Mahmudov-60Krasnoyarskdakı diaspor rəhbərinin doğum günüdür

Avqustun 7-də Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun 60 yaşı tamam olur. Taleh Mahmudov, həmçinin Krasnoyarsk şəhərində yerləşən “Bionika” bərpa terapiyası klinikasının təsisçisidir. O, İdman ustası, Krasnoyarsk vilayətinin Ağır Atletika Federasiyasının prezidentidir.

Xatırladaq ki, Taleh Sədi oğlu Mahmudov 1961-ci il avqustun 7-də Ağsu rayonunun Göydəlləkli kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra təhsilini Bakıda Maliyyə-iqtisad texnikumunda davam etdirib. 1979-cu ildə hərbi xidmətə çağırılıb və 1981-ci ilə qədər Xabarovskda Sovet Ordusunda xidmət edib. 1982-ci ildən indiyədək Krasnoyarsk şəhərində yaşayır və orada işləyir. Dəmir yollarının tikintisi idarəsində onun yolu iş icraçısından keçərək, tikinti-montaj idarəsinin rəisi vəzifəsinə qədər gedib çıxıb. Krasnoyarsk şəhərindəki bir sıra əhəmiyyətli memarlıq obyektləri bilavasitə Taleh Mahmudovun iştirakıyla tikilib, istifadəyə verilib.

Onlardan “Lokomotiv” stadionunu, çoxmənzilli yaşayış evlərini, sosial təminat obyektlərlərini, Kemçuq dəmiryol stansiyasının binasını və s. misal göstərmək olar. O, 1992-ci ildə Krasnoyarsk Mühəndis-inşaat institutunu bitirib. 1998-ci ildən Taleh Mahmudov aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib. 1998-ci ildə bilavasitə onun iştirakı ilə Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı yaradıldı. 2004-cü ildən həmin təşkilatın sədridir. Taleh Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk vilayətinin, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. Həmvətənlərinə, o cümlədən Azərbaycandan gələnlərə kömək edir.

Milli mədəni ənənələrin qorunması və tanıdılmasına çalışır. 2016-cı ildə Taleh Mahmudov Krasnoyarsk vilayətindəki Azərbaycan icmalarının nümayəndələri ilə böyük bir iş aparıb. Bu işin nəticəsində vilayətin azərbaycanlı icmalarının nümayəndələrinin konqresi keçirilib, orada yeni bir ictimai təşkilatın yaradılmasına qərar verilib – Krasnoyarsk vilayəti Regional azərbaycan milli-mədəni muxtariyyəti. Toplantı iştirakçıları yekdilliklə Taleh Mahmudovun sədrliyinə səs veriblər. Taleh Mahmudovun rəhbərliyi altında muxtariyyət milli mədəniyyətin qorunması və inkişafı üçün böyük iş görür. Krasnoyarsk vilayətində və Krasnoyarsk şəhərində Azərbaycanın Respublika günü, Novruz bayramı və başqa əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi ənənə xarakteri alıb. Muxtariyyətin təmsilçiləri vilayətdə və şəhərdə keçirilən mədəni tədbirlərdə iştirak edirlər. Azərbaycan muxtariyyətinin nəzdində uşaqlardan, həmçinin böyüklərdən ibarət bir neçə yaradıcı kollektiv də fəaliyyət göstərir.

Taleh Mahmudovun sayəsində Rusiyasnın azərbaycan Gənclər Təşkilatının Krasnoyarskda şöbəsi açılıb. Təşkilatın məqsədi mədəniyyət, idman, təhsil və elmi inkişaf baxımından azərbaycanlı gənclərin inkişafı, mənəvi dəyərlərin dəstəklənməsidir. Azərbaycan muxtariyyətinin gənclərdən ibarət “Odlar Yurdu” adlı KVN komandası vilayətdə milli-mədəni ictimai təşkilatların komandaları arasında ən yaxşılardan biridir. 2016-cı ilin mayında “Odlar Yurdu” KVN üzrə Millətlər liqasının gümüş mükafatçısı, 2017-ci ilin noyabrında isə turnirin qalibi olub. 2017-ci ildə Taleh Mahmudovun dəstəyilə 1941-45-ci illərdə müharibədən bəhs edən “Azərbaycandan cəbhəyə” adlı kitab ərsəyə gəlib və təqdimat mərasimi keçirilib. Bu kitab vilayətin elmi-tədqiqat kitabxanasında layiqli yer tutur.
“Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri olaraq, Taleh Mahmudovun Krasnoyarskda başqa milli-mədəni ictimai birliklərin rəhbərlərilə sıx əlaqələri var. Taleh Mahmudov azərbaycanlıların ümumrusiya sosial-mədəni məkana inteqrasiyası üçün də böyük iş görür, Azərbaycanla Krasnoyarsk vilayəti arasında işgüzar və mədəni əlaqələrin qurulmasına, inkişafına töhfəsini verir. İctimai fəaliyyətlə yanaşı, Taleh Mahmudov idman və sağlam həyat tərzinin təbliğinə də xüsusi diqqət yetirir. 2000-ci ildə onun rəhbərliyi altında Krasnoyarsk regional ictimai təşkilatı olan Ağır Atletika Federasiyası yaradılıb. İndiyə qədər federasiyaya o, rəhbərlik edir. Federasiya daimi əsaslarla fəaliyyət göstərir, şəhər və regional səviyyədə yarışlar təşkil olunur, istedadlı idmançılar yetişdirilir. Onların arasında beynəlxalq səviyyəli yarışların mükafatçıları var. Bundan əlavə, Rusiya Federasiyasının regionları ilə bədən tərbiyəsi və idmanla bağlı sıx qarşılıqlı əlaqələr yaradılıb. Taleh Mahmudov bu fəaliyyətinə görə 2018-ci ildə təltif olunub.

İctimai fəaliyyətlə yanaşı, T.Mahmudov krasnoyarsk vilayətində özəl və çatımlı tibbin inkişafı istiqamətində də aktiv fəaliyyət göstərir. 2003-cü ildə o, “Bionika – bərpa terapiya klinikası” adlı MMC-ni təsis edib. Bu klinika 15 ildən çoxdur ki, Krasnoyarskda tibbi xidmətlər sahəsində uğurla fəaliyyətini davam etdirir. Krasnoyarsk vilayətinin və Krasnoyarsk şəhərinin ən böyük çoxprofilli özəl klinikalarından biri olan “Bionika”da demək olar ki, tibbi ixtisaslaşmanın demək olar ki. bütün sahələri üzrə mütəxəssislər fəaliyyət göstərir. İnsanların keyfiyyətli cərrahiyyə yardımı ala bilməsi üçün Taleh Mahmudovun rəhbərliyi altında bu klinikada xüsusən cərrahiyyənin inkişafı prioritet qoyulub. Endoskopik cərrahiyyə, o cümlədən artroskopiya, histeroskopiya, diaqnostik laparoskopiya, miomektomiya və başqa cərrahiyyə əməliyyatları uğurla həyata keçirilir. Krasnoyarsk şəhərində özəl klinikalardan ilk dəfə “Bionika”da 2017-ci ildə unikal tək-portlu xolesistektomiya, həmçinin eyni vaxtda laparoskopik əməliyyatlar uğurla həyata keçirilib.
2018-ci ildə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan soyadımız Taleh Mahmudov Krasnoyarsk şəhər Deputatlar Şurasına deputat seçilib. Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşı olan Taleh Mahmudov 2018-ci ildə Vahid Rusiya partiyasına üzv olub.

Taleh Mahmudov 2019-cu ilin 5 aprelində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla təltif olunub. Sərəncam Rusiyanın hüquqi informasiya üzrə dövlət sisteminin rəsmi saytında dərc olunub. Həmyerlimiz Rusiya Prezidenti tərəfindən əmək nailiyyətlərinə, aktiv ictimai fəaliyyətinə və çoxillik vicdanlı işinə görə bu mükafata layiq görülüb. Bundan əvvəl Taleh Mahmudov Krasnoyarsk vilayətinin qubernatoru, vilayətin qanunverici orqanı, Krasnoyarsk şəhərinin başçısı, Səhiyyə Nazirliyi və başqa qurumlar tərəfindən tərəfindən dəfələrlə təşəkkür məktublarına, mükafatlara layiq görülüb.

Ötən il Taleh Mahmudovun təşəbbüsü ilə pandemiya dövründə də Krasnoyarskda xeyriyyə aksiyası keçirilib. Belə ki, Taleh Mahmudov və dini lider Mütəllib İbişev başda olmaqla Krasnoyarsk şəhərinin vətəndaşlarına özünütəcrid dövründə xeyriyyə yardımı aksiyası təşkil ediblər. Aksiyadan məqsəd milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq ehtiyacı olan hər kəsə ərzaq yardımının təqdim edilməsi olub. Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyəti əvvəllər də belə aksiyalar keçirib.

Taleh Mahmudov deyib: “Biz, Krasnoyarsk şəhərinin sakinləri özünütəcrid rejiminə riayət etməliyik. Biz başa düşürük ki, bir çoxları bu dövrdə müvəqqəti işindən məhrum olub, çıxılmaz şəraitə düşüblər və çətin vəziyyətdədirlər. Bununla bağlı biz 50-dən çox ailəyə yardım vermək və maksimum dəstəkləmək qərarını qəbul etdik”.

Talaeh Mahmudovun rəhbərliyi ilə Krasnoyarsk diyarında yaşayan Azərbaycan diasporunun nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı Vətənə maddi və mənəvi yardım ediblər. Belə ki, soydaşlarımız yaralanmış azərbaycanlı hərbçilərin müalicəsi üçün 52 ədəd İlizarov aparatına vəsait toplayıblar. Xatırladaq ki, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov adından Dövlət Sərhəd Xidməti Hərbi Hosbitalının rəhbərliyinə yardımla bağlı məktub ünvanlanıb. Məktubda bildirlib: “Biz, Krasnoyarsk ərazisində yaşayan azərbaycanlılar yaralı əsgərləri dəstəkləmək məqsədilə vəsait toplamaq aksiyası keçirmişik və müvafiq hərbi tibb müəssisələrinə 52 pasiyent üçün İlizarov üzrə xarici təsbit aparatlarının dəstini təqdim etmək qərarına gəlmişik.

Baxmayaraq ki, bu hədiyyə cəsur Azərbaycan əsgərinin igidliyi ilə müqayisə olunsa da, ümid edirik ki, adıçəkilən aparatlar yaralı əsgərlərimizin tezliklə sağalması üçün öz tətbiqini tapacaqlar! Allah, Cənab Ali Baş Komandanı və Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Allah şəhidlərimizə rəhmət etsin!”
Qeyd edək ki, artıq Krasnoyarskdan göndərilən 52 ədəd İlizarov aparatı Dövlət Sərhəd Xidməti Hərbi Hosbitalına təhvil verilib.

Ötən il Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib. Təltif olunan soydaşlarımız arasında Taleh Mahmudov da var.

Taleh Mahmudov bu diqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür edib. O qeyd edib ki, bundan sonra da Krasnoyarskı diyarı ilə Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsinə, Azərbaycan tarixinin, mədəniyyətinin təbliğinə səylə çalışacaq.
Taleh Mahmudovu 60 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, ictimai-siyasi fəaliyyətidə müvəffəqiyyətlər diləyirik.
Azərbaycan və Ermənistan sülh müqaviləsinə hazırlaşır – Erməni politoloq“Azərbaycan və Ermənistan son nəticədə sülh müqaviləsinə gətirib çıxaracaq sənədləri qəbul etməyə hazırlaşır”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Viqen Akopyan açıqlama verib. Onun sözlərinə görə, erməni cəmiyyəti danışıqlar prosesi ilə bağlı çox məqamı Azərbaycan prezidentinin sözlərindən xəbər tutur.

“İlham Əliyev bəzən danışıqların detallarını açıqlayır. Keçmişdə də çox şeyləri onun sözlərindən öyrənmişik. Bəzi məlumatlar isə Azərbaycan, yaxud üçüncü ölkə mənbələri ilə yanaşı, müxalifət tərəfindən də açıqlanır. Yerevan informasiyanı gizli saxlamağa üstünlük versə də, həmişə fakt qarşısında qalır”, - deyə politoloq söyləyib.