Qardaş Türkiyəyə Fövqəladə dəstəyimizQardaş Türkiyəni başına alan yanğınlar əslində təbii fəlakət hesab edilməməlidir. Baş vermiş yanğınların hansı səbəbdən baş verməsini Türkiyənin müvafiq orqanları yəqin ki ləngitmədən araşdıracaq.

Fikrimcə, bu proseslərdə insan faktorunun rolu daha böyükdür. Üstəlik təxribat ehtimalı da yüksəkdir. Heç bir canlı və texniki qüvvə sərf etmədən ölkəyə daxilən elə bir formada zərbə vurulur ki, iqtisadiyyatı ciddi zərbə alır və insan tələfatı ilə müşaiyət olunur. Bu bəlkə də hansısa qara qüvvələrin yeni müharibə növünün Türkiyədə tətbiqidir. Ehtimal olsa da, hər halda düşünməyə dəyər.

Ancaq mətləbdən uzaqlaşmayım. Bizim 44 günlük Vətən müharibəsində qələbəmizdə qardaş Türkiyənin və onun prezidenti Rəcəb Tayib Ərdoğanın əlahiddə dəstəyi oldu. Danılmaz və müqayisə olunmaz bu dəstəyi bizlər heç vaxt unutmarıq. Bu dəstək ötən əsrin 18-20-ci illərində də olmuşdu. Ancaq o vaxt Türkiyənin də özünün bir dövlət olaraq varlığı az qala sual altında idi. Bu gün isə Türkiyə güclü, çəkili, səviyyəli və ən əsası minillik dövlətçilik tarixini yaşadan bir dövlətdir.

İndiki yanğınların baş alıb getdiyi bir vaxtda Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin dəstəyi məni bir vətəndaş olaraq qürurlandırdı. Ölkəmlə bir daha fəxr etdim.

Tam hazırlıqlı, peşəkar, yüksək texniki təchizatla qardaş dəstəyini göstərməyi hər kəs belə cətin vəziyyətdə bacarmazdı ki, Azərbaycan bacardı, ürəkdən can yandırdı. Sanki qardaşımıza bir can borcumuzu qaytardıq.

Bu işdə isə daim Vətəninə, Dövlətinə və Prezidentinə sədaqətiylə seçilən hörmətli Kəmaləddin Heydərovun xüsusi xidməti olduğunu danmaq olmaz. Nazirliyin tam tərkibdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığını yüksək dəiqiqlik və peşəkarlıqla yerinə yetirməklə ölkəmizin adına şərəf gətirməsi qürurvericidir.

Qardaş Türkiyəyə Fövqəladə dəstəyimiz K.Heydərovun idarəçilik məharətini bir daha ortaya qoydu. Prezdentin etimadını doğrultmaqla Azərbaycanın adını daha bir zirvəyə ucaltdı.

Vüqar Tofiqli
Karateçi deputatın diplomu saxta çıxdıXaçmazın deputatı Eldəniz Səlimovun ətrafında baş verən hadisələrdən sonra xüsusilə nisbətən gənc millət vəkillərinin bioqrafiyası, təhsili və deputatlığa qədərki karyerası cəmiyyətdə daha çox maraq doğurmağa başlayıb.

Xatırladaq ki, Eldəniz Səlimovla bağlı qalmaqaldan sonra onun bioqrafiyasına nəzər salındıqda məlum olmuşdu ki, bu deputatın ali təhsilli olduğu Dağıstan Dövlət Universitetindən aldığı diplom əsasında təyin edilib. O ali təhsil müəssisəsi ki, onun diplomlarını Azərbaycan tanımır və uzun illər Dağıstandakı “ali məktəblər” bir çox həmvətənimizin pul verib diplom aldığı təhsil müəssisələri kimi tanınıb.

Bu mövzuyla əlaqədar Eldəniz Səlimovun bioqrafiyası və təhsililə bağlı “AzPolitika.info” -da ötən gün dərc olunan məqaləyə oxucularımızdan birinin yazdığı şərh xüsusi olaraq, diqqət cəlb etdi. Həmin şərhdə deyilirdi: “Siz bir maraqlanin, görək, Şəkinin deputatı Vuqar İskəndərov Gürcüstan diplomu ilə və əsgərliyə getmədiyi halda necə deputat seçilib? Bütün Şəki bunu bilir, yalnız lazımi şəxslərdən başqa...”

Həmin bu şərhdən “yola çıxaraq”, 113 saylı dairədən deputat olan Vüqar İskəndərovun internetdəki açıq mənbələrdə yer alan bioqrafiyası ilə maraqlanıldı.

Məlum oldu ki, doğrudan da 1972-ci il təvəllüdlü V. İskəndərovun tərcümeyi-halında onun 1996-cı ildə, yəni 24 yaşında Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun Hüquq Fakültəsinə daxil olduğu və qiyabi təhsillə 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdiyi göstərilib. Düzdür, tərcümeyi-halda təhsilin qiyabi olduğu göstərilməyib. Amma təhsil illərində onun Şəkidə müxtəlif vəzifələrdə işləməsi bundan xəbər verir. Tərcümeyi-halında Vüqar İskəndərovun 2012-ci ildə, yəni 40 yaşında Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olduğu və 2014-cü ildə (cəmi iki ilə...) həmin universiteti iqtisadçı ixtisası üzrə bitirdiyi də qeyd olunur. Bu, deputatımızın ikinci ali təhsilidir. İkinci ilə işimiz yoxdur, amma birinci təhsilin saxta olduğuna çox böyük şübhə var.

Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsinin 16.05.2017-ci il tarixli siyahısında diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı göstərilib. Orada 34 ölkənin 600 universitetinin adı var. Həmin siyahıdan məlum olur ki, ölkəmizdən ən çox təhsil almaq üçün üz tutulan Rusiyanın 58, Türkiyənin 13, Ukraynanınsa cəmi 2 ali təhsil müəssisəsinin diplomunu Təhsil Nazirliyi tanıyır. Siyahıdan da göründüyü kimi 2017-ci ilə qədər Azərbaycan Gürcüstan universitetlərinin diplomlarını tanımayıb.

Hələ onu da nəzərə almaq lazımdır ki, deputatın guya bitirdiyi universitet heç olmasa paytaxt Tbilisidə də yox, hansısa Laqodexi şəhərində yerləşir. Həmin bu Laqodexi şəhərinin cəmi 5900 nəfər əhalisi var. Yəni ki, şəhərdən çox qəsəbə sayıla bilər. Həmçinin, bu şəhərlə bağlı “Vikipediya”da göstərilir ki, orada bir tütün, bir də şərab zavodu var. Təhsil müəssisələrindən isə yalnız kənd təsərrüfatı texnikumu mövcuddur. Yəni “Laqodexi Elmi Tədris İnstitutu” adında hansısa ali məktəbin varlığına dair heç bir məlumat yoxdur...

Məlum olduğu kimi, uzun illərdir Təhsil Nazirliyi xarici ölkələrdən saxta yollarla alınan diplomlarla bağlı mübarizə tədbirləri görür və bu işdə ən əsas istiqamətlərdən biri məhz Gürcüstanın ali məktəbləridir. Çünki bu ölkədən məlum yollarla saxta diplomların alınması adi haldır. Odur ki, Vüqar İskəndərovun da ali təhsili, yumşaq desək, şübhəli görünür və öz “parlaqlığına” görə həmkarı Eldəniz Səlimovun təhsilindən geri qalmır...

Onu da qeyd edək ki, Vüqar İskəndərovla Eldəniz Səlimovun bənzərliyi təkcə diplomları ilə məhdudlaşmır. Əvvəla, İskəndərov da Səlimov kimi YAP-ın siyahısından deputat olanlardandır. Digər yandan, bioqrafiyası və müxtəlif mənbələrdən aldığımız məlumatlar göstərir ki, E.Səlimov Xaçmazın o vaxtkı icra başçısı Şəmsəddin Xanbabayevin adamı olaraq parlamentə düşdüyü kimi, V.İskəndərov da Şəkinin icra başçısı Elxan Usubovun xəttilə Milli Məclisə yol tapıb. Belə ki, V.İskəndərovun tərcümeyi-halında onun 1991-ci ildə Taekvando döyüş növü üzrə keçirilən respublika turnirində ikinci yerə çıxdığı (eyni zamanda göstərilir ki, həmin il, yəni 1991-ci ildə Sovet ordusunda hərbi xidmətdə olub(?)...), 1996-cı ildə Dünya kubokunda bürünc medal qazandığı, 2003-cü ildə Şotokan karate-do üzrə Avropa çempionu olduğu və s. göstərilib. Bu məlumatları araşdırmaq, yaxud həqiqiliyinə şübhə etmək üçün hər hansı mənbəyə malik deyilik. Lakin hər halda, respublika səviyyəsində də olsa bu şəxsin hansısa böyük, səs-küylü idman nailiyyətlərinə, yaxud yetirmələrinin uğurlarına dair hər hansı məlumata rast gələ bilməmişik.

Daha sonra qeyd olunur ki, V.İskəndərov 1995-1998-ci illərdə “Müstəqil Nəqliyyat Birliyi”ndə texniki təhlükəsizlik üzrə mühəndis, 1998-1999-cu illərdə Şəki 62 nömrəli Təmir-tikinti idarəsində iqtisadçı, 1999-2000-ci illərdə Şəki rayon Kooperativlər İttifaqında hüquqşünas, 2001-2005-ci illərdə isə Şəki Mərkəzi Rayon Xəstəxanasında hüquq məsləhətçisi işləyib. Və necə olubsa, 2005-ci ildə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəis təyin olunub. Xatırladaq ki, həmin illərdə Şəki hazırda həbsdə olan Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin kurasiyasında olub və rayonun icra başçısı Nazim İbrahimov da onun adamı sayılıb. Gənclər və İdman İdarəsinin rəisinin təyinatında isə icra başçısının rolu danılmazdır...

Maraqlıdır ki, V.İskəndərov bu “parlaq” təhsili ilə hələ 2010-2015-ci illərdə Şəki Pedaqoji Kollecinin Dövlət İmtahan Komissiyasının sədri də olub. Həmin kollecin vəziyyətini təsəvvür etmək çətin deyil...

Nəhayət, İskəndərov 2020-ci ilin növbədənkənar parlament seçkisində YAP siyahısı ilə 113 saylı Şəki şəhər Seçki Dairəsindən deputat seçilib. Bu cür təhsilə və tərcümeyi-hala malik şəxsin parlamentdə oturdulması bir daha E.Səlimov nümunəsində olduğu kimi, YAP-ın bəzi dairələrdə namizəd seçimində tətbiq etdiyi “kriteriyalar”ın heç bir tənqidə dözmədiyini göstərir.

Onu da xatırladaq ki, rəsmi rəqəmlərə görə 10 min 76 seçicinin səsini alıb, 52. 9 faizlə qalib elan olunan V.İskəndərovdan əvvəl 113 saylı Şəki şəhər Seçki Dairəsindən YAP-ın deputatı akademik Yaqub Mahmudov olub. Əlbəttə ki, Y. Mahmudov da nə seçiciləri, nə də bütünlükdə cəmiyyət üçün ideal deputat olmayıb və ondan da narazılıqlar kifayət qədər çox idi. Ancaq hər halda, Y.Mahmudov tanınmış tarixçi, elm adamı, nəhayət, akademik idi. Bəs, V.İskəndərov savadına, adına, nüfuzuna və s. görə onunla müqayisə oluna bilərmi? Təbii ki, yox. Belə olan halda sözügedən dairəni necə deyərlər, akademikdən alıb normal ali təhsili belə olmayan ortabab karateçiyə verəndə YAP-ın hansı məntiqə, hansı məqsədə kökləndiyini anlamaq çətindir. Yəni doğrudanmı, hakim partiya bu dərəcədə kadr qıtlığı yaşayır ki, akademiki heç düz-əməlli ali təhsili olmayan, hətta idman nailiyyətləri belə mübahisəli olan bir şəxslə əvəzləməyə məcbur olub? Yəqin ki, yox! Elə isə siyasətlə uzaqdan-yaxından əlaqəsi olmayan bu natamam təhsilli adamları parlamentə göndərməyin məqsədi nədir?

Hə, bir də hörmətli deputatımızın haqqına girmədən onu da qeyd edək ki, nə qədər ironik görünsə də, V.İskəndərovun tərcümeyi-halında onun nailiyyətləri sırasında 2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunduğu xüsusi qeyd edilib...

Yenisabah.az
Ucarda intihar: Toy yasa döndüUcar sakini dəvət olunduğu toya gəlib və intihar edib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Bakı şəhərində oğlanları ilə birgə yaşayan Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1960-cı i təvəllüdlü Fatma Qasım qızı Mikayılova bu gün keçirilməsi nəzərdə tutulan qaynının toy məclisinə dəvət alıb.

Ötən gün axşam saatlarında kəndə gələn F. Mikayılova bu gün səhər saatlarında baş yaylığı ilə evində özünü asaraq intihar edib.

F. Mikayılova yazıb qoyduğu məktubda səhhətində yaranmış problemlə bağlı intihar etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.
Səfir baş həkimə Prezidentin ən yüksək mükafatını təqdim edibHindistanın Bakıdakı səfirliyi 6 avqust 2021-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən hindistanlı həkim, Hind Klinikasının baş həkimi, doktor Racani Çandra D'Melloya “Pravasi Bharatiya Samman” mükafatının (PBSA) təqdim edilməsi ilə bağlı tədbir keçirib.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, “Pravasi Bharatiya Samman” mükafatı xaricdə fəaliyyət göstərən hindistanlılara Hindistanın möhtərəm Prezidenti tərəfindən verilən ən yüksək mükafatdır.

Doktor Racani Çandra D’Mello tibb sahəsinə verdiyi töhfələrinə görə bu mükafata layiq görülüb. O, 9 yanvar 2021-ci il tarixində keçirilən virtual mərasim zamanı PBSA mükafatına layiq görülmüş xaricdə fəaliyyət göstərən 30 Hindistan vətəndaşı və təşkilatı sırasında yer alıb.

Doktor Racani Çandra D'Mellonu təbrik edən Hindistanın səfiri B. Vanlalvavna, onun müxtəlif sahələrə, xüsusilə də tibb sahəsinə verdiyi töhfələrdən və nailiyyətlərindən danışıb. Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etdiyi xatırladan səfir ümidvar olduğunu bildirib ki, doktor Racani Çandra D'Mellonun əldə etdiyi müvəffəqiyyətlər Hindistanın tibb və tibb elmləri sahəsindəki uğurları barədə məlumatların Azərbaycanda daha da geniş auditoriyaya çatdırılmasına kömək edəcək.

Tədbirdə çıxış edən doktor Racani D'Mello Hindistan hökumətinə mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib və bu mükafatı qazanmaqda ona göstərdiyi bütün dəstəyə görə ailəsinə və Azərbaycandakı dostlarına təşəkkür edib.

Hindistan diasporunun liderləri və Hindistanın dostları da bu münasibətlə doktor D'Mellonu təbrik ediblər.
Deputatın oxuduğu ali məktəbin diplomu hazırda tanınmır - RəsmiGürcüstan Respublikasının Laqodexi Elmi-Tədris İnstitutunun diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən vaxtilə tanınıb.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, Laqodexi Elmi-Tədris İnstitutunun 1992-2005-ci illər ərzində akkreditasiyası olub.

Qeyd edək ki, yerli media deputat Vüqar İsgəndərovun ilk təhsil aldığı məkanın o qədər də tanınmayan ali məktəb olduğunu, diplomunun isə hazırda tanınmadığını qeyd edib.

Deputat Vüqar İsgəndərovun tərcümeyi-halında onun 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun Hüquq fakültəsinə daxil olduğu və qiyabi təhsillə 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdiyi göstərilib.

Beləliklə, onun təhsil aldığı dövrdə sözügedən ali məktəbin diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınırmış, hazırda isə doğrudan da tanınmır.
Rafael Ağayev finalda uduzduAzərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Avrasiya.net xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu - dördüncü döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib.

Beşqat dünya və onbirqat Avropa çempionu görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

O, yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə görüşəcək.

***

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn beşqat dünya və onbirqat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.

***

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

75 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı Luici Busa ilə üz-üzə gəlib.

B qrupundakı son görüşündə Busaya uduzan Ağayev bu dəfə də rəqibi ilə bacarmayıb - 0:1. Beləliklə, 36 yaşlı karateçi gümüş medalla kifayətlənib.
Qaradağda istirahət mərkəzinin rəhbəri həbs olunduQaradağ rayonu Sahil qəsəbəsində dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq müştərilərə qəlyan təklif edən obyekt aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən xəbərə görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı Sahil qəsəbəsində yerləşən "Nur" istirahət mərkəzində karantin rejimi qaydalarına zidd olaraq qəlyan təklif edildiyi məlum olub. Həmin obyektin sahibi Hüseyn Mənsimov qaydaları pozduğu üçün polislər tərəfindən barəsində inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib. Obyektdə qəlyandan istifadə edən 2 müştəri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat məbləğində cərimə ediliblər.

Qaradağ rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunması nəzarət məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Rafael Ağayev finala vəsiqə qazandıAzərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Avrasiya.net xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu - dördüncü döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib.

5 qat dünya və 11 qat Avropa çempionu görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

O, yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə görüşəcək.

***

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.

Ölkəmizdə koronaya yoluxanların sayı 1200-ü keçdiAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib. 10 007 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, bu günə qədər isə ümumilikdə 4 094 565 test icra olunub.
Azərbaycan və Pakistanın Misirdəki diaspor təşkilatları daha sıx əməkdaşlıq edəcəklərAzərbaycan və Pakistanın Misirdəki diaspor təşkilatları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirovun Pakistanın Misirdəki səfirliyinin əməkdaşı Raca Uzayir ul-Həqq və bu ölkədə yaşayan pakistanlılarla görüşündə iki qardaş ölkənin diaspor təşkilatları arasında daha sıx əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparılıb.

Pakistanlı diplomat və tələbələr qardaş ölkənin Misirdə təhsil alan gənclərinə Azərbaycan diaspor mərkəzi tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycan diasporu pakistanlı tələbələrin məişət problemlərinin həllində də dost köməyini əsirgəməyib.
Görüşdə Azərbaycan və Pakistanın diaspor təşkilatları arasında mütəmadi görüşlərin, məsləhətləşmələr keçirilməsi, birgə tədbirlərin təşkili barədə razılıq əldə olunub.