"Qarabağ" AEL-lə heç-heçə etdiKiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başa çatıb.

Avrasiya.net xəbər verir ki, qarşılaşmada 2 qol qeydə alınıb. Belə ki, 68-ci dəqiqədə ev sahibləri penaltidən hesabı açıblar. "Qarabağ"ın heyətində Abdullah Zubir 90+3-cü dəqiqədə bərabərlik qolunu vurub
"Heç zaman xarici vətəndaş Azərbaycanın bayrağı altında döyüşəndə ona can yandırmayacaq"Rusiyada yaşayan azərbaycanlı deputat Jirinovski və Azərbaycanın idman sahəsindəki neqativlərdən danışdı
Rusiya Federasiyasının Tuva Respublikasının Azərbaycan diasporu və onun fəal üzvlərindən olan, Tuva respublikasinin parlamentinin üzvü, idman və gənclər komitəsinin sədri, Tıva Karate Federasiyasının rəhbəri, yığma komandanın baş məşqçisi, Əməkdar idman xadimi və Əməkdar idman müəllimi, ictimai xadim Çingiz Əliyev ölkədə baş verən gündəm məsələləri ilə bağlı Moderator.az-ın suallarını cavablandırdı.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğu üçün Rusiyanın iradəsi ilə hər kəsin hesablaşmalı olduğunu iddia edib. Eyni zamanda Azərbaycanı rus əsgərləri ilə təhdid edib. Rusiyada fəaliyyət göstərən yerli siyasətçi kimi bu mövzu ilə bağlı fikirlərinizi eşitmək istərdik.

– Bir neçə gündür ki, Azərbayacnda sosial şəbəkələrdə gündəm olan və KİV-də böyük narazılıqlar doğuran Rusiya Liberal partiyasının sədri Jirinovskinin dediyi sözlər müzakirə edilir. Uzun müdətdir ki, Rusiyada yaşayan və buranın deputatı olaraq qeyd etmək istəyirəm ki, onun dediyi sözləri o qədər də ciddiyə almaq lazım deyil. Bir aydan sonra Rusiya qanunverici dumasına seçkilər keçiriləcək və Vladimir Jirinovski də Liberal partiyanın sədri olaraq bu seçkilərə hazırlaşır.

– Demək istəyirsiniz ki, Jirinovskinin fikiləri məhz seçkilərə hesablanıb?

– Vladimir Jirinovski bir sözü deyir, daha sonra vəziyyətdən çıxır. O, Bakıda olan zaman yerli və rus mediasında Azərbaycanı, Prezidentimiz İlham Əliyevi, onun qurduğu dövlətçilik siyasətini müsbət qiymətləndirərək, məətəl qaldığını qeyd etmişdi. Hətta Rusiyada bir neçə “tok-şou”-larda danışırdı ki, Azərbaycanda rus dilinə böyük yer verilir və bu ölkədə kiçik uşaqlar belə, rus dilini mükəmməl bilir: “İlham Əliyev rus dilində elə danışır ki, rus siyasətçiləri rus dilində elə danışa, fikir bildirə bilmir”. Bu sözlərin müəllifi olan Jirinovski bu gün dediyi sözləri danır və seçkiqabağı xal qazanmaq üçün bu üsuldan istifadə edir. Məhz bu səbəbdən qeyd etdim ki, onun radikal çıxışlarına fikir vermək lazım deyil. Şübhəsiz ki, Jirinovskinin dediyi sözlər Rusiyanın mövqeyi deyil. Hamı bilir ki, Jirinovski öz mövqeyi üçün danışan insandır. Yəqin ki, o, yadından çıxarıb ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sovetlər birliyi dağılandan ilk müstəqil dövlət olan Azərbaycanın bugünkü günə kimi Rusiya ərazi bütövlüyünü təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib. Rusiya Azərbaycanın dostdur, bu gün onlar birlikdə hərəkət edirlər. Beynəlxalq siyasi forumlarda Azərbaycan və Rusiya hər zaman bir- birinə dəstək olub. Azərbaycan Rusiya üçün ən strateji tərəfdaşlardan biridir. Heç bir siyasətçinin dediyi sözlər buna zərbə vura bilməz. Rusiya dövlətinin başında duranlar ağıllı siyasətçilərdir, onlar öz işlərini yaxşı bilirlər.

Gündəmin digər mövzusu Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycanın performansının qənaətbəxş olmamasıdır. Bir mütəxəssis kimi bu performansı necə qiymətləndirirsiniz? Sizcə, bu uğursuzluğun arxasında dayanan səbəblər nələrdir?

– Azərbaycanda idman ən inkişaf etmiş sahələrdən biri idi. Bu sahədə son zamanlar bir çox problemlər özünü göstərir. Mənə belə gəlir ki, Gənclər və İdman Nazirliyi bütün səlahiyyətləri idman federasiyalarının öhdəsinə buraxıb. Federasiyalarda rəhbər vəzifə tutan şəxslərin əksəriyyətinin isə idmandan anlayışı yoxdur. İdmanla yaxından məşğul olan biri kimi deyə bilərəm ki, Gənclər və İdman Nazirliyinin akkreditasiyası olmasa, federasiyalar normal işləyə bilməz. Federasiyada rəhbər tanış-bilişlə işə cəlb edilməməlidir, pul marağı olmadan bu işlər olmalıdır. Ən böyük problemlərimizdən biri də budur.

– Hesab edirsiniz ki, indi idman federasiyalarında gənc idmançılar yetişdirilmir?

– Mənim indi Rusiyada çalışdığım federasiyada hər 5 ildən-bir 20 idmançı öhdəliyə götürülür. Həmin gənclərlə müəllimlər məşğul olur, sponsorlar onların necə yetişdirilməsi ilə yaxından maraqlanır. Rusiyada gənc idmançılar bu üsulla yetişdirilir. Tək pul verməyi ilə iş bitmir. İdman nazirliyi tərəfindən tam nəzarət olur. Niyə nəticə yoxdur və səbəbləri nədir? Federasiya pis işləyirsə, yeniyetmə idmançılar boyümürsə rəhbərin səlahiyyəti alınır, yenidən seçki olur. Bu belə görünür ki, Azərbaycanda isə idman federasiyalarının başında oturanlar üçün medal lazımdır, idmançı yox. burada dövlətə sağlam idmançı yetişdirilməlidir. O idmançılar da dövlət üçün lazımlı gənclərə çevrilməlidir.

– Məğlubiyyətimizin səbəbi bundan qaynaqlanır?

– Bu əsas məsələlərdən biridir. Digər məsələ isə bu yarışlara ölkəni təmsil etmək üçün xaricilərə müraciət edilməsidir. Ölkəmizi təmsil edən xarici vətəndaş Azərbaycanın adından çıxış edir, pul aldığı, döyüşdüyü komandanın adı üçün can yandırmır. Xarici idmançı niyə gəlir? Aydındır ki, onlar pul üçün gelir. Heç zaman xarici vətəndaş Azərbaycanın bayrağı altında döyüşəndə ona can yandırmayacaq. O, pulunu alıb döyüşəcək. Mənə bir neçə dəfə üzümə deyiblər ki, sizin idmançı yoxdur, milli komandalarınız xaricilərdən ibarətdir. Bəs, hər dəfə beynəlxalq yarışlarda xariciləri Azərbaycanı təmsil etmək üçün çıxaranda utanmırlarmı? Bunun da məsuliyyəti baş məşqçilərdədir. Dövlətimizin gənclərini niyə sındırırlar, xaricilərin yanında əzirlər? Özləri gənc idmançılar yetişdirə bilmirlərmi? Bu il yarışda Ukraynanı təmsil edən azərbaycanlı gənc finala çıxdı, keçən il olimpiadada Qazaxıstanda azərbaycanlı gənc çempion oldu. Niyə Azərbaycanın gəncləri digər dövlətləri təmsil edib medal qazanmalıdır? Bizim belə istedadlı gənclərimiz ola-ola niyə bizi beynəxlalq arenada zənci təmsil etməlidir? Bu, adama təsir edir. Buna görə də nəticə budur. Beynəlxalq yarışlarda Azərbaycan bayrağının altında məhz o qanı daşıyan gənclər mübarizə aparmalıdır. Həmin idmançı əsgər kimi öz dövlətini təmsil etməlidir.

Ancaq bizim idman federasiyalarımız pulun, medalın dalınca qaçırlar. Undurlar ki, dünyada bayrağımızı ucaldan məhz idmançılarımızın özüdür. Zənci niyə Azərbaycan bayrağını qaldırmalıdır? Azərbaycanın bugünkü gəncləri 44 gün ərzində 30 ildir həsrətində olduğumuz Qarabağı düşməndən azad etdi. Qayalarla Şuşaya qalxıb, əlbəyaxa döyüşdə düşməni məhv edib Azərbaycanın bayrağını Şuşada qaldıran bizim gənclərdir. Niyə siz bu beynəlxalq yarışlarda o oğulları sındırısınız? Bizim gənc oğullarımız kimi dünyada cəsur, mərd, döyüşkən adam yoxdur. Bunu əlimi ürəyimə qoyub deyirəm. Belə alınır ki Federasiyanın başında duranlar medal lazımdır, idmançı yox. Bu utancverici haldır.

Dövlət idmana böyük dəstək göstərib, dövlətin prezidenti şəxsən özü idmana o qədər dəstək verir, bunu dəfələrlə görmüşük dövlət tərəfindən bu qədər maliyyə ayırır. Nəinki paytaxtda, bölgələrdə, rayonlarda belə müasir olimpiya kompleskləri var. Bu idman komplekslərində gənclərin yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Təsəvvür edin ki, burada idmançılara yarışda iştirak etməsi üçün buqer desek olunmur, nəinki məşq etmək üçün müasir idman kompleksləri tikilsin. Azərbaycanda idmançılara yaradılan şərait heç bir ölkədə yoxdur. Bir problem var ki, o da idman federasiyalarının başına idmançıların gətirilməməsidir. Mən 2003-cü ildən Azərbaycanın Karate Federasiyasının fəaliyyətini izləyirəm. Azərbaycanda gənc, istedadlı, qüvvətli karateçilər var. İnanın ki, dünya azərbaycanlılarının onların çıxışını gözləyir hər zaman. Onları bütün dünya tanıyır. Bu federasiyanı kim yaratdı? Azərbaycanlilar, orada xarici yoxdur. Məsələn, 14 il Azərbaycan karatesi dünyada səs saldı. Bugünə kimi dünyanın ən güclü komandalarından biridir. Onlar məhz Azərbaycanın övladlarıdır. Bizim çox mərd, vətənpərvər oğullarımız var. Qarabağda əlbəyaxa döyüşərək düşmənə qan udduran bu gənclər beynəlxalq arenada da öz gücünü göstərməyə qadirdir. Bu millətin elə oğulları miliyonlarladır. Ona görə də öz idmançılarımızı yetişdirmək lazımdır, bu da federasiyaların işidir.

– Sizcə Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycanın axrıncı yer tutmasında bu amillərin rolu varmı?

– Əlbəttə. Hələ olimpiyada qurtarmayıb. Çox inanıram ki, Azərbaycan idmançıları öz güclərini göstərəcəklər. Amma bugünə kimi həmin oyunlara baxanda utanıram. Azərbaycanda elə idmançılarımız, var ki…. Nə oldu? Nəticə etibarı ilə biz yarışda axrıncı yerdəyik, bir dənə də olsun finalımız yoxdur. Gənclər və İdman Nazirliyi bundan dərs götürməlidir. İdman federasiyalarına nəzarət etməli və orada “təmzilik” aparmalıdır. Vətən üçün çalşan, ürəyi torpağı ilə döyünən, medala görə deyil, bayrağının məhz o arenada qürurla dalğalandıran, himnini fəxrlə səsləndirən oğullarımız olmalıdır. Yalnız o zaman biz beyəxlalq yarışlarda qalibliyyt əldə edə bilərik. Tokio-2020 Olimpiya Oyunlarında göstərilən nəticə ürəkaçan deyil. İnşallah, güləşçilərimiz və karateçilərimiz bizi sevindirərlər.
Yoluxma sürətlə artır - 1200Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 333 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib. Aktiv xəstə sayı 9118 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 046, bu günə qədər isə ümumilikdə 4 083 746 test icra olunub.
Makron İlham Əliyevə zəng etdiAvqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net xəbər verir ki, söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.
Kuzey Kıbrıs Azərbaycana yeni təmsilçi təyin edibKuzey Kıbrıs Türk Cümhuriyyəti Bakıya yeni təmsilçi təyin edib.

Bakıdakı təmsilçilikdən verilən xəbərə görə, bu, Mustafa Kemal Beyazbayram adlı təcrübəli diplomatdır.

M.K.Beyazbayram 1 avqust 1970-ci ildə anadan olub. Orta məktəbi Kuzey Kıbrısda bitirdikdən sonra 1993-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsindən məzun olub. 1994-cü ildə isə həmin Universitetdə BMT və beynəlxalq qurumlar istiqaməti üzrə müdafiə edib.

Yeni təmsilçi ana dili türkcə ilə bərabər azərbaycan, ingilis və rus dillərində də sərbəst danışır.

1999-cu ildən KKTC Xarici İşlər Nazirliyi sistemində işləyən M.K.Beyazbayram bir müddət Bakıdakı Türkiyə səfirliyində təhsil, mədəniyyət, idman və Kıbrıs işlərindən sorumlu ikinci katib olaraq işləyib: 2003-2007.

2007-2011-ci illərdə KKTC XİN-də İslam Konfransı Təşkilatı, iqtisadi, mədəni və sosial işlər müdirliyində işləyib.

M.K.Beyazbayram 2011-2015-ci illərdə KKTC London təmsilçiliyində konsul olaraq çalışıb.

2015-2017-ci illərdə yenidən KKTC XİN-də işlədikdən sonra Türkiyənin Antalya şəhərinə baş konsul olaraq göndərilib. Azərbaycana təyinat alanadək ölkəsini bu vəzifədə təmsil edib.

Təmsilçilikdən verilən xəbərə görə, diplomat artıq Bakıda yeni vəsifəsinin icrasına başlayıb.
İlk səfərini İrana edən Paşinyanın ƏSAS MƏQSƏDİ - Politoloq DETALLARI AÇDI“Ermənistan Baş naziri Nikol Paşinyan vəzifəsini rəsmiləşdirdikdən sonra ilk xarici səfərini İrana reallaşdırır. Doğrudur, bu özəl səfər deyil, Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə qatılır. Amma Paşinyan İrandakı mərasimə başqa vəzifəli şəxsi də göndərə bilərdi. Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə şəxsən qatılmaqla bu ölkə ilə münasibətlərə verdiyi əhəmiyyəti ortaya qoyub”.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, Paşinyan sonuncu dəfə İranda rəsmi səfərdə 2019-cu ilin fevralında olub:

“Bu, Paşinyanın baş nazir vəzifəsində İrana ilk rəsmi səfəri idi. Paşinyan həmin səfərə hakimiyyətə gəldiyi ilk gündən hazırlaşırdı. Səfərdən əvvəl İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirmişdi ki, 1991-ci ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz Paşinyanın ilk hakimiyyət dövründə qeydə alınmışdı. Söhbət 364 milyon dollarlıq ticarət mübadiəsindən gedirdi. Əslində rəqəm böyük deyildi, amma faktın özü maraqlıydı ki, bu, iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstərici sayılır. Təsadüfi deyil ki, Nikol Paşinyan 2018-ci ildə baş nazir kürsüsündə xarici siyasətlə bağlı ilk geniş nitqində İranın adını Rusiyadan çox çəkmişdi.

Paşinyan İranla iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmağı arzulayırdı. Alınmadı, verilən vədlər həyata vəsiqə qazanmadı. Paşinyanın İrana həmin səfəri qalmaqalla yadda qaldı. Paşinyan Tehranda “Ararat” idman-sağlamlıq mərkəzində erməni icmasının nümayəndələri ilə görüşərək arxa planda “DQR-in bayrağı” və “Qarabağ Ermənistandır” şüarı asılmış selfisini yaydı. Rəsmi Bakı Tehranda bu toplantıya aydınlıq gətirməsini tələb etdi. Çünki həmin zalda açıq-aşkar Azərbaycan və İran-Azərbaycan əməkdaşlığına qarşı təxribat həyata keçirilmişdi. İrandan qeyri-rəsmi kanallarla xəbər yayıldı ki, “Qarabağ Ermənistandır” şüarını zalda qaldıran şəxslər saxlanılıb və onlar sorğu-sual ediliblər. Bunu yoxlamaq çətin olsa da, hər halda Tehranda anladılar ki, İran ermənilərinin Paşinyanın selfisi ilə birgə həyata keçirdiyi təxribat İranın özünün əleyhinə işlədi.

Nikol Paşinyan Tehrandakı çıxışında bunları demişdi: “Mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız” sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin. Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox, bütün dünya ermənilərini görəcək”.

Elxan Şahinoğlu qeyd edib ki, bu açıqlamadan təxminən il yarım sonra Azərbaycan müharibədə qələbə çaldı və Nikol Paşinyanın Tehrandakı çıxışının mənasız olduğu aydınlaşdı:

“Paşinyan bu dəfə Tehranda geniş nitq söyləməyəcək, andiçmədə iştirak edib və İran rəsmiləri ilə görüşüb geri qayıdacaq. Paşinyanla görüşəcək İbrahim Rəisi praqmatik siyasətçidirsə, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə bitdiyini anlamalı, ermənilərin İran üzərindən təxribatlarının qarşısını almalı və yeni xarici işlər nazirinə tapşırmalıdır ki, İranın Ermənistandakı səfiri qeyri-diplomatik hərəkətlər etməsin”.


İranın yük dolu 5 ticarət gəmisi yandıİranın Buşehr əyalətinin cənubunda yerləşən Qanava limanında 5 ticarət gəmisi yanıb.

Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Hadisə bu gün səhər saat 5 radələrində baş verib. Əraziyə dərhal xilasetmə qrupları olunub. Yanan beş gəminin dördündə ticarət malları olub. Digəri isə boş olub.

Hadisənin səbəbləri araşdırılır.
Eldəniz Səlimovun mandatı nə vaxt alınacaq? – MSKHəbs olunan deputat Eldəniz Səlimovun mandatının geri alınması ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.

Bu sözləri Axar.az-a MSK-nın katibi Mikayıl Rəhimov deyib.

“Eldəniz Səlimov barəsində cinayət işi qaldırılıb. Məhkəmə araşdırması aparılır. Məhkəmənin qərarından sonra E.Səlimovun mandatının geri alınıb-alınmamsı məsələsinə aydınlıq gətiriləcək”, - M.Rəhimov bildirib.

Qeyd edək ki, Eldəniz Səlimov iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xəsarətlər yetirib. Məsələ ilə bağlı Baş prokurorun təqdimatı əsasında Milli Məclis onun toxunulmazlığını ləğv edib. Bundan sonra E.Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.
Ermənistanın sərhəddə təxribatları məqsədlidirNail Cəlil: “Qarşı tərəf Minsk Qrupunu yenidən diriltməyə, sülh müqaviləsi imzalamaqdan yayınmağa çalışır”

“Ermənistanın son günlər sərhədin müxtəlif istiqamətlərində atəşkəsi vaxtaşırı pozması məqsədlidir və Azərbaycanın silahlı qüvvələrini təxribata çəkmək niyyəti güdür. Düşmən sözsüz ki, hər dəfə layiqli cavabını artıqlaması ilə alır. Ordumuz qarşı tərəfi anında, zamanında susdurur, təhlükəsizliyin təmin olunması üçün vacib olan bütün zəruri tədbirləri həyata keçirir. Erməni kütləvi informasiya vasitələrinin sərhəddə və sülhməramlarının nəzarət bölgəsində “şiddətli döyüşlərin getməsi” barədə dezinformasiya xarakterli, yalan məlumatlar yayması isə Minsk Qrupu üçlüyünü “yenidən diriltməyə” xidmət edir”.

Bu fikirləri Ermənistanla sərhəddə, eləcə də Kəlbəcər rayonu istiqamətində atəşkəsin Ermənistan tərəfindən pozulmasına münasibət bildirərkən, “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında politoloq Nail Cəlil söyləyib.

Siyasi ekspert vurğulayıb ki, rəsmi İrəvanın atəşkəsi pozması ABŞ, xüsusən, Fransanın regionda nüfuz dairəsini genişləndirmək, təsir rıçaqlarına malik olmaq istəyi ilə sıx bağlıdır: “Ermənistanın indiki siyasi rəhbərliyinin Qərbə meyilli olması, erməni lobbisinin cəfəng iddialarını həyata keçirməyə çalışdığı bəllidir. Digər tərəfdən, rəsmi İrəvan uğursuz bir şəkildə əsas beynəlxalq güc mərkəzləri sayılan ABŞ, Avropa Birliyi və Rusiya arasında manevr etməyə çalışır. İstisna deyil ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan seçkidən sonra lokal savaşlarla siyasi möhtəkirlik etməklə daxili ictimai rəydə üstünlüyünü möhkəmləndirməyə çalışır: “Ancaq bu, müvəqqətidir və rəsmi İrəvan istənilən halda üçtərəfli 10 noyabr sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməli olacaq”.

Politoloq qeyd edib ki, sərhəddə vəziyyəti gərginləşdirməklə, təxribatlara əl atmaqla Ermənistan daha çox itirir, regionda özünü təcrid edir: “Ermənistanda bunu başa düşən, az-çox sağlam, rasional düşüncəsi olan qüvvələr yox deyil. Bununla yanaşı, erməni toplumunun müəyyən kəsimi hələ də qisasçılıq hissləri və revanş arzusu ilə yaşayır. Qərbdə müəyyən dairələr radikal kəsimin bu hissləri ilə manipulyasiya edərək, “ermənilərin müqaviməti” üzərindən geosiyasi maraqlarını həyata keçirməyə çalışırlar. ABŞ, Fransa, eləcə də Avropa Birliyi təmsilçilərinin bir sıra açıqlamaları və bəyanatları da ikili standartların bitmədiyini, hələ də davam etdiyini göstərir”.

Nail Cəlilin sözlərinə görə, əks halda, Azərbaycan ərazisinin 20 faizə qədərinin uzunmüddətli işğalına, ölkəmizə bu səbəbdən dəyən ziyana görə, 300 milyarddan çox təzminat ödəməli olan Ermənistana 2,6 milyard həcmində yardımın ayrılmasının başqa izahı yoxdur: “Qərbdə, Avropada yaxşı bilirlər ki, müharibə faktiki olaraq, Azərbaycan ərazisində gedib. İşğala, böyük dağıntılara, etnik təmizləməyə məruz qalan, nəhayət, 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilən məhz Azərbaycan torpaqlarıdır. Buna baxmayaraq, yardım Azərbaycana deyil, Ermənistana edilir. Azad edilmiş ərazilərimizin böyük hissəsinə ermənilər tərəfindən milyondan artıq mina döşənməsi faktının üzərindən də Qərbdə çox tez-tez sükutla keçirlər”.

Nail Cəlil hesab edir ki, erməniləri “cəsarətləndirən, hərəkətə keçirən” də məhz bu məqamdır. İşğala görə, 30 il ərzində cəzasız qalması, sanksiyalarla üzləşməli, təzminat ödəməli olduğu halda Qərbdən davamlı milyardlarla yardım görməsi məğlub Ermənistanı qeyri-adekvat addımlara vadar edən başlıca amildir: “Son günlər Ermənistan tərəfindən atəşkəsin davamlı olaraq pozulması bunu bilavasitə təsdiqləyir. Diqqəti çəkən odur ki, bütün bunların fonunda rəsmi İrəvan Azərbaycan və Türkiyə əleyhinə ritorikanı da kəskinləşdirməyə çalışır. Bunu labüd məğlubiyyətdən sonra erməni cəmiyyətində yaşanan postravmatik isteriyanın və hərbi-siyasi aqoniyanın təzahürü kimi də dəyərləndirmək mümkündür. Ola bilər ki, Paşinyan iqtidarı növbədənkənar seçkilərdə qələbədən sonra vəziyyəti bilərəkdən gərginləşdirir. Atəşkəsi pozmaqla həm Azərbaycanı sərt, qəti cavab tədbirlərinə təhrik etməyə çalışır, həm də ermənilərə 9 ay əvvəl faktiki kapitulyasiya aktına imza atdığını unutdurmaq istəyir”.
Politoloq qeyd edib ki, Ermənistanın vaxtaşırı sərhəddə vəziyyəti gərginləşdirməsi həm də 30 illik işğala görə, təzminat məsələsindən diqqəti yayındırmaq məqsədi güdür. Bu müddət ərzində işğalçı ermənilər tərəfindən Azərbaycana azı, 300 milyard dollardan artıq zərər vurulub: “Müstəqil ekspertlərin hesablamalarına görə, təkcə kənd təsərrüfatına dəyən ziyan 84 milyarddan çoxdur. Bu, ilkin hesablamalardır. Dəqiqləşdirmələr zamanı söylənilən rəqəmlərin iki dəfədən çox artması istisna deyil. İndiki halda Ermənistan sərhəddə vəziyyəti gərginləşdirməklə təzminat məsələsini yubatmağa çalışır. Məqsəd həm də Azərbaycan tərəfinin israr, təkid etdiyi sülh müqaviləsini imzalamaqdan yayınmaqdır”.

Nail Cəlil onu da vurğulayıb ki, ağır məğlubiyyətə baxmayaraq, rəsmi İrəvan daxili ictimai rəyin təzyiqi ilə diplomatik manevrlər etməyə, münaqişə vəziyyətini uzatmağa çalışır. Rusiyanın vasitəçiliyi ilə sərhəddə atəşkəş bir müddət bərpa olunsa da, Ermənistan vaxtaşırı onu pozmaqda davam edir. Bəlli olan odur ki, Ermənistanın sərhəddə atəşkəsi pozması, 44 günlük müharibənin nəticələrinə və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəlarına qətiyyən uyğun deyil. Siyasi ekspertin sözlərinə görə, əslində, rəsmi İrəvan elə ilk gündən 10 noyabr anlaşmasını pozmağa, öhdəlikləri icra etməkdən yayınmağa çalışıb, lakin buna müvəffəq ola bilməyib.

Buna baxmayaraq, Azərbaycan hərbi-siyasi güc müstəvisində şərtləri diktə etməyi və bəyanatın əsas müddəalarının icrasını təmin etməyi bacarıb. Politoloq onu da bildirib ki, hazırda Azərbaycanın haqq işini fəal şəkildə dəstəkləyən ölkələrə - qardaş Türkiyəyə, Pakistana, Ukraynaya, hətta İsrailə qarşı müəyyən təxribatlar törədilir, qara piar aparılır. Başqa sözlə, Ermənistan və onu savaşa təhrik edən müəyyən dairələr regionda gərginliyi saxlamağa, bununla da prosesləri idarə etməyə, tərəflərə təsir imkanlarını qoruyub saxlamağa çalışırlar. Ermənistanın proseslərin pozulmasına xidmət edən yeni iddialarının başqa izahı yoxdur. Onlar tərəfindən cəfəng, yerinə yetrilməsi mümkün olmayan, 10 noyabr bəyanatına zidd tələblərin irəli sürülməsi də bunu sübuta yetirir: “Hazırda Türkiyənin regionda fəallığının azaldılmasına, neytrallaşdırılmasına yönələn səylər aşkar hiss olunur. ABŞ-da “Türk Demokratiya Layihəsi”nin (Turkish Democracy Project) işə salınması Türkiyəyə qarşı yönələn açıq təzyiqlərin nümunəsidir. Türkiyədə geniş ərazilərdə baş verən meşə yanğınlarının ekoloji terror olması, ölkə xaricində planlaşdırılması ehtimalı da kifayət qədər realdır. Beləliklə, Qərbdə anti-Türkiyə mexanizminin yenidən işə düşdüyünü söyləmək mümkündür. Məsələn, ABŞ-da prezidentin milli təhlükəsizlik müşaviri olmuş Con Boltonun timsalında “Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsinin faydalı olmadığı”nı iddia edənlər də tapılır”.

Politoloq Nail Cəlil əlavə edib ki, Ermənistan sərhəddə mövqelərimizi vaxtaşırı atəşə tutmaqla, Azərbaycanı təxribata çəkməyə, ordumuzun təhlükəsizlik tədbirləri səbəbindən bu ölkənin ərazisinə daxil olmasına çalışır. Sərhəddə gərginlik yaratmaqla yanaşı, onlar beynəlxalq ictimaiyyəti aldatmağa yönələn əks təbliğatı da intensivləşdiriblər. İş o yerə çatıb ki, kimlərsə Azərbaycanı qoşunlarını Ermənistan ərazisindən geri çəkməyə çağırır: “Azərbaycan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdədir. Əksinə, Ermənistan Azərbaycan ərazisinin müəyyən hissəsindən geri çəkilmək istəmir. Məsələn, Qazax rayonunun 7 kəndi, Naxçıvan Muxtar Respublikasının Kərki kəndi hələ də Ermənistanın işğalındadır”.
Vacib məqam odur ki, Azərbaycan tərəfi hər dəfə düşmənin layiqli cavabını verir. Azad olunmuş ərazilərdə, eləcə də Ermənistan sərhəddində möhkəmlənməkdə davam edir. Ermənistan belə təxribatlarla, atəşkəsi pozmaqla öz vəziyyətini pisləşdirir, daha çox itkilərə məruz qalır: “Qarşı tərəf hər dəfə həlak olanlar və yaralılar barədə rəsmi açıqlama verməli olur. Yəni, Azərbaycan Ordusu bu gün sərhədlərimizi qorumağa, ərazi bütövlüyümüzü təmin etməyə qadir, qalib, müzəffər ordudur. Düşmənin təxribat cəhdlərinin qarşısı, bu mənada, ciddi və qətiyyətli bir şəkildə alınır”.

Siyasi ekspertin fikrincə, fakt odur ki, Ermənistan regionda militarist, destruktiv mövqeyi ilə müstəqil, suveren dövlət deyil, forpost olmaqda maraqlıdır: “Bu ölkənin Rusiyanın forpostu olmaqla Azərbaycan torpaqlarını işğalda saxlamaq, hətta təkrar bizim ərazilərimiz hesabına yenidən genişlənmək səyləri fiaskoya uğrayıb. İndi onlar oxşar ssenarini əsasən, Qərb ölkələrinə, xüsusən, ABŞ-a, Fransaya “sığınaraq” həyata keçirmək istəyirlər. Hətta əhalisinin sayına görə, dünyada ikinci olan Hindistanda özlərinə dayaq axtarırlar”. Lakin hüquqi, hərbi-siyasi istiqamətlərdə olduğu kimi, diplomatik müstəvidə də Azərbaycan yetərincə güclüdür, qarşı tərəfin uğursuz əks-piarını dəf etməyi, həqiqəti bütün dünya ölkələrinə çatdırmağı bacarır.

Nail Cəlil belə bir fakta diqqəti çəkib ki, Azərbaycan hərbi-siyasi müstəvidə olduğu kimi, beynəlxalq münasibətlər səviyyəsində də Ermənistandan dəfələrlə fəaldır və güclüdür. Ölkəmiz bütün regional və transmilli problemlərin həllində BMT-nin sənədlərinə, beynəlxalq hüquqa istinad edir: “Məhz bunun nəticəsidir ki, Azərbaycan üçün hərbi-siyasi cəhətdən mürəkkəb, çıxılmaz vəziyyətdə belə, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi ilə bağlı dörd ardıcıl qətnamə qəbul etməsinə nail olub. 44 günlük Vətən müharibəsində işğal faktının aradan qaldırılması zərurətini təsdiqləyən hüquqi əsas kimi bu qətnamələrə geniş istinad edilirdi. Bundan əlavə, Azərbaycan Ermənistandan fərqli olaraq, BMT-nin Təhlükəsizlik Şurasının müddətli üzvü seçilmiş ölkələrdəndir. Bir çox regional, beynəlxalq təşkilatlarda liderlik mövqeyi ilə seçilir, fəal aktorluq edir. Məsələn, Azərbaycan hazırda Bloklara Qoşulmamaq Hərəkatına sədrlik, ev sahbilyi edir, İslam Konfransı Təşkilatının bərabərhüquqlu üzvüdür, bütün qonşu dövlətlərə yaxşı münasibətlər saxlayır, ərazi bütövlüyü və suveren sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqdir. Ətrafında olan bütün dövlətlərdən kiçik, 2,5 milyonluq əhalisi olan Ermənistanın isə hətta onunla həmsərhəd olmayan Rusiyaya belə, absurd ərazi iddiası var. Rəsmi İrəvan bunu dilə gətirməsə də, erməni politoloqlar “Rusiya bölünərsə, onun bir neçə cənub-qərb şəhəri bizə düşür” ifadəsini açıq şəkildə səsləndirməkdən çəkinmirlər”.
Səfir Cammu və Kəşmir İttifaq ərazisindəki inkişafları şərh edibHindistanın Azərbaycandakı səfiri B.Vanlalvavna Cammu və Kəşmir İttifaq Ərazisində son iki ildə baş vermiş müsbət dəyişiklikləri şərh edərkən qadınların, uşaqların və cəmiyyətin az təmin olunmuş hissələrinin sosial, iqtisadi və siyasi hüquqlarının qorunması və təşviqi üçün nəzərdə tutulmuş qanunlar da daxil olmaqla bütün Mərkəzi qanunların genişləndirilərək İttifaq Ərazisində şəffaf və məsuliyyətli idarəetmənin təmin edilməsində əhəmiyyətli irəliləyişin əldə edildiyini bildirib.

Avrasiya.net xəbər verir ki, səfir bildirdiyinə görə ot kökləri demokratiyasını gücləndirmək məqsədilə 2020-ci ilin oktyabr-noyabr aylarında Bölgə İnkişaf Şurasına seçkilər keçirilib. Bu seçkilərdə 51,7 faiz seçici fəallığı qeydə alınıb. Bir müddət öncə Cammu və Kəşmirin tarixində ilk dəfə olaraq, 2019-cu ilin oktyabrında Blok İnkişaf Şuralarına (BİŞ) seçkilər baş tutub ki, burada 98,3 faiz seçici fəallığı müşahidə olunub. İlk dəfə olaraq qadınlar əsas siyasətə gəlməyə imkan verən hüquqdan faydalanıblar.

Səfir bildirib ki, bu müddət ərzində kənd ərazilərinin internet, eləcə də elektron dövlət xidmətləri ilə təminatı üçün 44 Rəqəmsal Kənd Mərkəzi yaradılıb. “Kəndə Qayıdış” adlı unikal proqram çərçivəsində 50 min ailə dövlət tərəfindən dəstəklənən “Sağlamlıq Sığortası Proqramı” ilə əhatə edilib, qadın sahibkarlara verilmiş 4 600 kredit də daxil olmaqla ümumilikdə 15 mindən çox kredit verilib. Kəndlərdə infrastrukturun yaxşılaşdırılması üçün 20 mindən çox inkişaf işi birbaşa insanlar tərəfindən müəyyən edilib. İnteqrasiya edilmiş şikayətlərə baxma və monitorinq sisteminə 85 mindən çox şikayət daxil olub ki, bunların da 90%-dən çoxu qənaətbəxş şəkildə həll edilib.

Səfirin sözlərinə görə, 7,5 milyard ABŞ dolları həcmində sərmayə yatırımını nəzərdə tutan Baş Nazirin İnkişaf Paketi çərçivəsində təyin olunmuş 54 layihədən 20-si son iki ildə tamamlanıb, 13 layihənin 2021-ci ilin sonuna qədər tamamlanması, qalan layihələrin isə 2022-23-cü illərdək başa çatması gözlənilir. Bu layihələr sırasında tikilməkdə olan Udhampur-Srinqara-Baramulla Dəmiryolu Bağlantısını və bu bağlantı üçün Çinab çayı üzərində inşa edilən dünyanın ən yüksək dəmir yolu körpüsünü misal göstərmək olar. 2024-25-ci illərədək elektrik enerjisi istehsal gücünə 3000 MVt əlavə edilməklə gələcək 3 il ərzində elektrik enerjisi istehsalı iki dəfə artırılacaq. 350 min benefisiar üçün yeni elektrik xətlərinin çəkilməsini də əhatə edən bu son yeniliklər nəticəsində, Cammu və Kəşmirdə 100 evin elektrikləşdirilməsinə nail olunub. Əlavə olaraq, 2022-ci ilin martınadək Cammu və Kəşmirdə 1,81 milyon kənd evinin hamısının su təminatı şəbəkəsinə qoşulması təmin ediləcək.

Sənaye artımını təşviq etmək üçün İttifaq Ərazisində qurulan bütün yeni sənaye obyektlərini və əhəmiyyətli genişlənmə işləri aparan mövcud obyektləri təşviq etmək məqsədilə 2021-30-cu illər üçün Cammu və Kəşmir Sənaye İnkişaf Siyasətinə qeydlər edilib. İşsiz mühəndislər üçün təlimlər təşkil etmək məqsədilə Cammu və Baramulla şəhərlərində Hökumət və “Tata Technologies” şirkəti arasında birgə müəssisə kimi “İxtiralar, İnnovasiya, İnkubasiya və Təlim Mərkəz”ləri yaradılıb. Yaxın gələcəkdə hər biri Cammu və Srinaqarda olmaqla iki IT parkı da yaradılacaq.

Səfir Cammu və Kəşmirin pulsuz və ümumi sağlamlıq sığortası sisteminin İttifaq Ərazisində bütün sakinlərə şamil edildiyini deyib. Cammu və Kəşmir, əslində, Hindistan üzrə səhiyyə sektoruna ən yüksək büdcə təyinatlarından (5%) birinə malikdir. Əlavə olaraq, Cammu və Kəşmirdə Ümumhindistan Tibb Elmləri İnstitutunun 2 filialı, 2 xərçəng institutu, sümük institutları daxil olmaqla yeddi yeni tibb kolleci və xəstəxanası, eləcə də uşaq xəstəxanaları açılır.
Cammu və Kəşmir Hindistanda COVID-19 əleyhinə peyvəndləmə ilə əhatə olunan aparıcı ştatlardan/ittifaq ərazilərindən biridir. Səhiyyə işçilərinin 85%-dən çoxu vaksinasiya olunub. İttifaq Ərazisində 20 bölgədən 9-da birinci dozanın (yaşı 45-dən çox olanlar üçün) vurulması 100% səviyyəsində yerinə yetirilib.

Təhsil sektoruna gəldikdə isə, 20 mindən çox tələbəni əlavə imkanlarla təmin edəcək 50 yeni kollec təşkil olunur. Tibb sahəsində (MBBS) məzun olmaq üçün yerlər 500-dən 1100-ə artırılıb və İttifaq Ərazisində Ümumhindistan Tibb Elmləri İnstitutunun 2 yeni filialı, 7 yeni tibb kolleci, tibb bacılarının hazırlanması üçün 5 yeni kollec və 2 xərçəng dövlət institutu yaradılıb.
Səfirin sözlərinə görə, Kənd Təsərrüfatı sektorunu inkişaf etdirmək üçün Hindistan Milli Kənd Təsərrüfatı Kooperativləri Marketinq Federasiyası Ltd. (NAFED) yaxın beş il ərzində yüksək sıxlıqlı alma, qoz, albalı və armud əkin sahələrinə təxminən 230 milyon ABŞ dolları dəyərində sərmayə yatıracaq. 67 milyon ABŞ dolları həcmində sərmayə qoyulmaqla üç soyuducu anbar klasteri də yaradılır. İdman infrastrukturunu inkişaf etdirmək üçün Baş Nazirin İnkişaf Paketi çərçivəsində 26 milyon ABŞ dolları ayrılıb, eləcə də Cammu və Srinaqarda iki “Khelo Hindistan” Mükəmməllik Mərkəzi yaradılır.