Rus hərbçiləri ermənilərə yardım askiyası keçirdiAzərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları 120-dən çox erməniyə tibbi yardım göstərib.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rus sülhməramlıları humanitar-tibbi aksiya çərçivəsində “ucqar yaşayış məntəqəsi”nin sakinlərinə yardım göstəriblər. Onlar ümumi çəkisi 4 tondan çox olan ərzaq və mətbəx avadanlıqlarını Çapar kəndinin əhalisinə veriblər.

Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin Xüsusi Təyinatlı Tibbi Bölməsinin mütəxəssisləri standart pnevmatik çərçivəli çadırda vətəndaşların qəbulunu keçiriblər. Hərbi həkimlər xüsusən terapevtik, cərrahi və oftalmoloji yardım göstəriblər.
Sabah jurnalistlərin növbəti vaksinasiyası keçiriləcəkSabah, avqustun 5-də Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyası əleyhinə növbəti vaksinasiyası keçiriləcək.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Azərbaycan Mətbuat Şurası ilə TƏBİB arasında razılığa gəlinib.

Sabah bu il iyunun 29-da peyvəndin birinci dozası vurulmuş jurnalistlərə ikinci doza tətbiq ediləcək.

Eyni zamanda ümumən vaksinasiyadan keçməmiş digər jurnalistlər də aksiyada iştirak edə bilərlər.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.
Masallı-Cəlilabad-Biləsuvar KOB İnkişafı Mərkəzində ilk təlimlər keçirilibMasallı-Cəlilabad-Biləsuvar KOB İnkişafı Mərkəzinin(KOBIM) təşkilatçılığı və Gənclərin İnkişafı və Karyera Mərkəzinin müvafiq nümayəndəliklərinin təşkilati dəstəyi ilə 2-3 avqust tarixlərində Masallı, Cəlilabad və Biləsuvar rayonlarında "Öz biznesini başla" mövzusunda təlimlər keçirilib.

Masallı, Cəlilabad və Biləsuvar rayonlarında biznesə başlamaq istəyən gənclər üçün bilik və bacarıqlarının artırılması məqsədilə KOB İnkişaf Mərkəzinin açılışından sonra ilk təlimdə lazım olan məlumatlar verilib.

Təlimlərdə biznesə başlamaq istəyən gənclərə SWOT analizi və ideyanın qiymətləndirilməsi istiqamətində, eləcə də biznesin qurması zamanı rastlaşa biləcəkləri çətinliklər barədə danışılıb.

Eyni zamanda təlimdə KOBİM-in peşəkar təlimçiləri tərəfindən biznes planın hazırlanması, satışın proqnozlaşdırılması, məhsulun təsviri və bazar araşdırılması üsulları haqqında məlumatlandırılıb.

100-ə yaxın gəncin iştirak etdiyi silsilə təlimlərdə mövzu ilə bağlı suallar cavablandırılıb və təlimi uğurla başa çatdıran iştirakçılara sertifikatlar təqdim edilib.
Ağsaqqallar Şurasının sədri “KORİFEY” ordeni ilə təltif edildiRespublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin “Qlobal qida təhlükəsizliyi: həqiqətlər, çağırışlar və perspektivlər” (“Global food security: realities, callings and perspectives”) kitabı Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr olunub və Birləşmiş Millətlər Kitabxanasına daxil edilib.

Avrasiya.net verir ki, İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatı professor Eldar Quliyevin kitabını daşıdığı mühüm elmi dəyərə görə, həmçinin onu BMT-nin elm və sülh səfiri kimi 70 illik yubileyi münasibətilə “KORİFEY” ordeninə layiq görüb.

Azərbaycan Ağsaqqallar Şurasında UNCOPA təşkilatının prezidenti professor M.Guzel tərəfindən ordenin təqdimatı həyata keçirilib.

Təşkilatın rəhbəri Azərbaycanda ilk olaraq Eldar Quliyevin “KORİFEY” ordeni ilə təltif olunduğunu məmnunluq hissi ilə bildirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı professor Eldar Quliyev də öz növbəsində onun əməyini yüksək qiymətləndirən UNCOPA təşkilatının prezidentinə minnətdarlığını ifadə edərək, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən ölkəmizin çiçəklənməsi naminə bundan sonra da bir alim və ictimai-siyasi xadim kimi var qüvvəsi ilə çalışacağını vurğulayıb.

Qeyd edək ki, kitabın dünyada ərzaq təhlükəsizliyində böyük önəmi və populyarlığı nəzərə alınaraq bir neçə dilə tərcümə edilib və Almaniya, İtaliya, İsveçrə, Rusiya, Türkiyə və digər ölkələrin qida təhlükəsizliyi araşdırmalarında istifadə olunub.

Türkiyədə yanğınlarla bağlı SON DURUMTürkiyədə meşə yanğınları ilə mübarizənin 8-ci günüdür.

İndiyə qədər 32 rayonda baş verən 152 yanğın nəzarət altına alınıb. Balıkesirin də daxil olduğu 6 rayonun 11 fərqli nöqtəsində yanğınlara müdaxilə davam edir.

Yanğınların davam etdiyi əyalətlər:

Antalya: Manavqat, Gündoğmuş

Muğla: Marmaris, Köyceğiz, Milas, Kavaklıdere, Yılanlı

İsparta: Sütçüler

Dənizli: Tavas

Balıkesir: Savastepe

Manisa: Akhisar

Manavqat

Manavqat rayonunda bir həftədir davam edən meşə yanğınının söndürülməsi üçün işlər davam edir.

Gündoğmuş

Gündoğmuş mahalındakı yanğını 3 vertolyot söndürməyə çalışır. Yanğının yaşayış məntəqələrinə çatmasının qarşısını almaq üçün səylər göstərilir.

Marmaris

Meşə yanğınlarının 8-ci günündə yanğınla mübarizədə qurudan və havadan müdaxilə edilir.

Köyceğiz

Köycegizin rayonunda meşə yanğını səbəbilə 5 məhəllə boşaldılıb.

Milas

Muğlanın Milas rayonunda günlərlə davam edən meşə yanğını bütün səylərə baxmayaraq, Kemerköy İstilik Elektrik Stansiyasının 1 kilometrliyinə yaxınlaşıb.

Kavaklıdere

Yanğınsöndürənlərimiz Kavaklıderedəki söndürmə işlərinə dəstək verir.

Yılanlı

Seydikemer Eşen Mahallesi və Yılanlı Sunqurda 2 ayrı meşədə və 5 fərqli nöqtədə yanğınlar davam edir. Komandaların alovlara qarşı mübarizəsi fasiləsiz davam edir.

Sütçüler

Sütçüler rayonunun Çandır kəndində baş verən yanğından dərhal sonra hərəkətə keçən İsparta bələdiyyəsi bölgəyə 100-dən çox şəxsi heyət, 2 yük maşını su və əsas təchizat göndərib.

Tavas

Tavas rayonunda meydana gələn meşə yanğını qismən nəzarət altına alınarkən, Dənizli Qubernatorluğunda yenidən vertolyotların dəstəyi ilə soyutma işlərinin aparılacağı bildirib.

Savaştepe

Savaştepe rayonundakı meşə yanğını nəzarət altına alınıb.

Akhisar

Manisa Böyükşəhər Bələdiyyəsi Akhisar rayonun Selçikli məhəlləsində baş verən yanğını söndürmək üçün bütün komandalarını səfərbər edib.
Dünyada yoluxma sayı 200 milyonu ötdüDünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

Avrasiya.net Worldometers saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə yoluxma hallarının sayı 200 milyon 280 min 632 nəfərə çatıb.

Son məlumatlara əsasən, pandemiya qurbanlarının ümumi sayı 4 milyon 258 min 927 nəfərdir. İndiyədək 180 milyon 544 min 399 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Hazırda 92 min 874 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Ötən gün daha 2119 nəfər şənliyə buraxılmadıAvqustun 3-də Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 276 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Avrasiya.net-ə verilən məlumata görə, monitorinq 224 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 71 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Nikolun hiyləgər planı: KTMT sərhədə gəlsin...Azərbaycan və Ermənistan sərhədində KTMT müşahidə məntəqələrinin yerləşdirilməsi ehtimalı azdır.

Bu sözləri Axar.az-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsində belə maddələr nəzərdə tutulmayıb:

“Məsələn, NATO-nun Belarus, islamçı silahlı birləşmələrin Tacikistan sərhədlərinə təzyiqi şəraitində belə bu ölkələrin sərhədlərində Nikol Paşinyanın bəhs etdiyi müşahidə məntəqələrinin yaradılması KTMT üçün müzakirə mövzusu olmayıb. Və ən əsası, Rusiya ordusunun Azərbaycan və Ermənistan ordularının təmas xəttinə çıxması yalnız rəsmi Moskva, Bakı və İrəvan arasında üçtərəfli razılaşma çərçivəsində mümkündür”.

Perenciyev bildirib ki, Nikol Paşinyanın KTMT-nin müşahidə məntəqələri ilə bağlı bəyanatı rəsmi İrəvanın üçüncü qüvvələri münaqişəyə cəlb etmək üçün hiyləgər planıdır.
Müdafiə nazirinin evinə hücum: 4 nəfər öldüKabildə Əfqanıstanın müdafiə naziri general Bismillah Xan Məhəmmədinin evinə edilən hücum nəticəsində 4 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə "Agence France-Presse" təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hücum edənlərin və ya mülki şəxslərin itkiləri ilə bağlı məlumat dəqiqləşdirilməyib.