Afina geri çəkildi: Türkiyəyə yardım etməyəcəyik!Yunanıstan Türkiyəyə meşə yanğınları ilə əlaqədar daha öncə söz verdiyi yardımı edə bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyindən Türkiyənin Afinadakı səfirliyinə bildirilib.

Vurğulanıb ki, Afina Yunanıstanda da davam edən meşə yanğınları səbəbindən Türkiyəyə yardım edə bilməyəcək.

Daha öncə isə Yunanıstan tərəfi yardım təklif etdiklərini, ancaq Türkiyənin müsbət cavab vermədiyi üçün geri çəkildiklərini bəyan etmişdi. Türkiyə rəsmiləri isə bu açıqlamanı yalanlamışdı.

Qeyd edək ki, iyulun 29-da Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edən Yunanıstan XİN rəhbəri Nikos Dendias yanğınla mübarizədə yardıma hər an hazır olduqlarını söyləmişdi.
Bu gün Eldəniz Səlimovun məsələsi həll olunscaqBu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək.

Avrasiya.net xəbər verir ki, iclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunacaq.

Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.

Polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun özü də iclasda iştirak edib.

Müzakirələrdən sonra İntizam komissiyası deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv olunması ilə bağlı təqdimatı qəbul edib. Məsələ baxılması üçün parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova 53 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.