Pandemiya nə vaxt bitəcək? - ÜST rəsmiləri aydınlıq gətirirÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus pandemiyasının nə vaxt bitməsi ilə bağlı məsələyə aydınlıq gətiriblər.

ÜST rəsmilərinin təqdim etdiyi məqaləni diqqətinizə çatdırırıq:

Yay fəslində olsaq da, pandemiya hələ də bizimlədir. Pandemiya yorğunluğu psixi sağlamlığımıza mənfi təsir göstərib. Çətin bir dövrdən keçdikdən sonra insanların rahatlıq əldə etmək istəyi təbii bir haldır. Keçən yay da biz bu vəziyyətdə idik. Məhdudiyyətlər çox tez bir zamanda götürüldükdən sonra region üzrə yoluxma və ölüm hallarının sayının kəskin şəkildə artmasının şahidi olduq və bu da yenidən qapanmaya səbəb oldu. İndi, bir ildən sonra səhiyyə sistemlərimiz, təhsilimiz, dolanışığımız, iqtisadiyyatımız, fiziki və psixi sağlamlığımız üzərində bu qədər təzyiqlərdən sonra eyni səhvi edə bilmərik.

Peyvəndləmə Avropa regionu üzrə sürətlə davam etsə də, yüksək sürətlə ötürülən ştammların sirkulyasiya etdiyi bu dövrdə əhalinin əksəriyyəti hələ də peyvənd olunmamış qalır. Eyni zamanda, ictimai səhiyyə və sosial tədbirlərə riayət olunmaması COVID-19-a yoluxma hallarının artmasına gətirib çıxarır, peyvəndləmə nisbətinin aşağı olduğu yerlərdə, xüsusən də həssas qruplar arasında xəstəxanaya yerləşdirmə, səhiyyə sistemlərinin yüklənməsi və insan itkisi ilə nəticələnir.

Bu il insanların yay fəslini ən yaxşı şəkildə keçirməsini istəməklə yanaşı, yay fəslinin hamı üçün daha təhlükəsiz olmasına, daha çox insanın xəstələnməsinin və ölməsinin qarşısını almağa və bu pandemiyaya bir an öncə son qoymağa çağırırıq. Bunu bir neçə yolla edə bilərik: birincisi, tam peyvənd olunun. İkincisi, səyahət etmək istəyirsinizsə, bunun sizin üçün nə qədər zəruri olduğunu bir daha nəzərdən keçirin. Səyahət etmək qərarına gəlsəniz, bunu təhlükəsiz şəkildə edin.

Təhlükəsiz səyahət evdən çıxdığımız andan etibarən təyinat nöqtəsinə çatana qədər COVID-19-a nə qədər məruz qalmağımızı ölçmək deməkdir. Hər kəs özünün risk meneceri olmalı, riskləri qiymətləndirməli və hər addımda fiziki məsafəni saxlamaq, kütləvi məkanlardan çəkinmək və maska ​​taxmaq kimi qoruyucu tədbirləri tətbiq etməlidir.

Bunlardan çəkinin: qapalı, dar və izdihamlı məkanlar. Açıq havada və ya yaxşı havalandırılmış məkanlarda insanlarla görüşməyimiz özümüzü virusdan qorumağa kömək edir və virusa yoluxma ehtimalını azaldır. Tədbirlər zamanı ictimai səhiyyə və sosial tədbirləri gücləndirərək, böyük idman tədbirlərinin və festivalların virusun yayılmasına səbəb olan hadisələrə çevrilməsinin qarşısını almaq vacibdir.

Peyvəndlər artıq öz təsirini göstərir və hətta xəstəxanaya yerləşdirmə, ölüm hallarının sayının və səhiyyə sisteminə təzyiqin azalmasını vəd edir. Milyonlarla peyvəndin ən böyük risk altında olan insanlara çatdırılması lazımdır, onların çoxu hələ də peyvəndin birinci dozasını gözləyirlər. Əgər biz xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayında azalma görməyə davam etmək istəyiriksə, səhiyyə işçiləri, yaşlılar və yanaşı xəstəliyi olan insanların peyvəndlərə əlçatanlığını təmin etməliyik.

Hazırda, Avropa bölgəsinin əhalisinin 42.7%-i birinci doza qəbul edib, 31.3% isə tam peyvəndlənib. Məlumatlar aydındır – pandemiya bitməyib, hətta yüksək peyvəndləmə dərəcəsinə malik ölkələrdə belə. Regionda peyvəndlərin qeyri-bərabər bölgüsü bizim ən böyük problemlərimizdən biri olaraq qalır. Virusun daha sürətlə yayılan Delta ştamı yoluxma və xəstəxanaya yerləşdirmə hallarının artmasına səbəb olur. Buna görə yayılmanın qarşısını almaq və həyatlar xilas etmək, ictimai səhiyyə və sosial tədbirləri yerli kontekstə uyğunlaşdırmaq, sürətli və bərabər peyvəndləmə üçün əlimizdə olan imkanlardan istifadə etmək vacibdir.

ÜST-nin fövqəladə hallarda istifadə siyahısında olan bütün peyvəndlər təhlükəsizdir və hazırda mövcud olan ştammlar da daxil olmaqla, COVID-19-dan ağır xəstələnmənin qarşısının alınmasında effektivdir. Bizdən tez-tez soruşurlar ki, bu pandemiya nə vaxt bitəcək? Qısa cavab odur ki, bu, sizdən asılıdır. Bu, fərdlərdən və hökumətlərdən asılıdır. Nələrin işə yaradığını bilirik; sübutumuz var. Ümid var. Özünüzü və digər insanları qorumaq pandemiyanı nəzarət altına almaq və tədricən sona çatdırmaq üçün çox vacibdir. Uzun yol qət etmişik və çətinliklərə davam gətirmişik. İndi ehtiyatı əldən verə bilmərik".report

Polis şöbəsinə aparıldı, halı pisləşdi, öldüSiyəzən rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxsin polis şöbəsində halı pisləşib və yerləşdirildiyi xəstəxanada vəfat edib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, 1990-cı il təvəllüdlü Tural İsmayılovdan metamfetamin aşkar olunaraq götürülüb: "Həmin şəxs Siyəzən RPŞ-yə gətirilib. Dünən axşam saat 22 radələrində şöbədə onun halı pisləşib. Dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə aparılıb, orada vəfat edib".

Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, T. İsmayılovun narkotik vasitələrin aludəçisi olduğu bildirilir. (qafqazinfo.az)
Cahit Bağçı Azərbaycana təşəkkür etdi“Azərbaycandan yola saldığımız 53 nəqliyyat vasitəsi və 250 nəfərdən ibarət yardım karvanı doğulduğum şəhər Çorumdan keçərək Ankara istiqamətində irəliləyir. Yanğında yanımızda olan bacı və qardaşlarımıza ürəkdən təşəkkür edirik”.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi Tvitter səhifəsində paylaşım edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Eldəniz Səlimov bu gün həbs olunur? – ProfessorXaçmazda yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşının qanuni tələblərinə tabe olmayan və ona ağır fiziki xəsarət yetirən deputat Eldəniz Səlimovla bağlı ötən gün Milli Məclisin İltizam Komissiyasının rəyinin açıqlanması bəzi müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, rəydə komissiya üzvlərinin hamısının (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs verdiyi bildirilib. Eyni zamanda vurğulanıb ki, Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu isə cəmiyyətdə anlaşılmazlıq yaradıb. Belə ki, E.Səlimova qarşı yalnız CM-nin 309.2-ci maddəsi ilə artıq ittiham elan edildiyi haqda təsəvvür yaranıb.

Sosial şəbəkələrdə yayılan bu müzakirələrlə bağlı saytımıza açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, E.Səlimovun deputat toxunulmazlığının ləğvinə hələ bu gün Milli Məclisin plenar iclasında baxılacaq. Ona görə də Baş Prokurorluq CM-nin 309.2-ci maddəsi ilə, fakt üzrə cinayət işi açıb və bu, ittiham irəli sürmək deyil:

“Baş Prokurorluq deputatın əməlində cinayət tərkibinin yarandığına dair tutarlı dəlillərə sahib olduğu üçün Baş prokuror Milli Məclisə təqdimat göndərib və onun deputat toxunulmazlığının ləğvini istəyib. Yalnız E.Səlimovun deputat toxunulmazlığı ləğv edildikdən sonra ona qarşı cinayət işi açıla və ittiham elan oluna bilər”.

Professorun sözlərinə görə, E.Səlimovun əməli CM-nin yalnız bir maddəsi ilə əhatələnmir:

“E.Səlimovun törətdiyi əməl CM-nin 221-ci (xuliqanlıq), 309.2 (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda və bu əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), həmçinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və s. maddələrə tövsif olunur. Burda digər ağırlaşdırıcı amillər – pandemiya qaydalarının pozulması və s. də var, eyni zamanda polis əməkdaşının ağır xəsarət alması da nəzərə alınır.

Bütövlükdə CM-nin bu 3 maddəsi öz arasında ideal cəm yaradır. Ona görə də E.Səlimova bu maddələrin ən ağırı – 309.2 ilə məhkəmədə cəza verilə bilər”.

F.Mehdiyev deyib ki, bu maddələrin hər biri həbs nəzərdə tutur:

“315-ci maddə - iki ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 5 ilədək həbs, 309.2-ci maddə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə, 221-ci maddə - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırmanı nəzərdə tutur. Yəni E.Səlimov barəsində Baş Prokurorluq istintaq müddətində həbs qətimkan tədbiri seçə də bilər”.
Biləsuvar sakini intihar edibBiləsuvar rayonunda intihar hadisəsi olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Bəydili kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü M.Mirzəyev özünü yarımtikilidə asaraq intihar edib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Rəisinin andiçməsinə 10 prezident qatılacaqİranın yeni prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində 73 ölkədən 115 nümayəndə iştirak edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin idarə heyətinin nümayəndəsi Nizaməddin Müsəvi bildirib.

Onun sözlərinə görə, parlamentin binasında keçiriləcək mərasimdə tibbi protokola ciddi nəzarət olunacaq.

10 dövlətin prezidenti mərasimdə iştirak edəcəyini bildirib.

Avqustun 5-də keçiriləcək mərasimə 20 dövlətin parlamentinin sədri, 11 xarici işlər naziri, 10 müxtəlif səviyyəli nazir və dövlət başçılarının xüsusi nümayəndələri qatılacaqlar.

Bunlarla yanaşı, mərasimdə BMT-nin Baş katibi, Avropa İttifaqının, Avrasiya İqtisadi Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının təmsilçiləri də iştirak edəcəklər.
Spiker İrana gedirAzərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi yerli mətbuata açıqlamasında deyib.

Diplomat bildirib ki, xanım spikerin başçılıq etdiyi nümayəndə heyəti avqustun 5-də keçiriləcək innoqrasiya mərasiminə qatılacaq.

Səfirin sözlərinə görə, nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan XİN rəhbərinin müavini və bir neçə yüksək vəzifəli şəxslər olacaq.
Türkiyədə meşə yanğınları davam edir: son durum2021.08.02 - 19:36

Alovların yaşayış məntəqələrinə yaxın ərazilərə çatması səbəbindən Antalyanın Gündoğmuş bölgəsində əhalinin təxliyəsinə qərar verilib.

Avrasiya.net xəbər verir ki, alovların evlərə yayılıb-yayılmadığı ilə bağlı hələ məlumat yoxdur. Adıgedən əraziyə giriş-çıxışlar qadağan edilib. Bölgəyə əlavə qüvvə, o cümlədən helikopterlər cəlb olunub.

Yanğının yaxınlaşması ilə dağın ətəyində yerləşən 2100 nəfər əhalisi olan Gündoğmuş kəndinin boşaldılmasına qərar verilib. Bölgədəki məscidlərdən evakuasiya elanları verilməyə başlanıb.

Bölgədə əsən güclü külək alovları və tüstünü rayon mərkəzinə yönəldib.

***

Türkiyədə 138 yanğın ocağından 129-u nəzarət altına alınıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

***

İzmirin Qaziəmir rayonunda da meşə sahəsində yanğın baş verib.

Havadan və qurudan yanğına müdaxilə edilir.

***

Muğla vilayətinin Marmaris bölgəsində yanğınların əhatəsi və şiddəti güclənib.

Havaların kəskin isti keçməsi və dəyişən istiqamətli külək söndürülmüş ocaqlarda soyutma və lokallaşdırma işlərini çətinləşdirir. Bir sıra hallarda göstərilən səbəblərdən sönmüş sahələrdə təzədən alovlar yüksəlir.

Hisarönü məhəlləsində yanğınların yaşayış məskənlərinə doğru səmt alması əhalini təşvişə salıb. Hazırda bu bölgə helikopterlərin intensiv çalışdığı ərazilərdəndir.

***

32 əyalətdə 137 yanğın ocağı nəzarət altına alınıb, 6 əyalətdə isə 13 yanğın davam edir.

Bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli deyib
İrandan Böyük Britaniyaya notaBöyük Britaniyanın İrandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Axar.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər nazirinin körfəzdəki qeyri-sabit vəziyyətin yaranmasında İranı təqsirkar hesab etməsi rəsmi Tehranın etirazına səbəb olub.

Müvəqqəti işlər vəkilinə İranın etirazı çatdırılıb və izah edilib ki, körfəz İran üçün strateji xarakter daşıyır və rəsmi Tehran burada qeyri-sabit vəziyyətin yaranmasında maraqlı deyil. Tam əksinə İran dəniz sərhədlərində sabitliyin hökm sürməsini istəyir. Körfəzdə sabitliyi İran deyil, uzaq ölkələrdən bura hərbi gəmilər göndərənlər pozmaq istəyirlər.
Pandemiya bitəcək, bu isə bitməyəcək - QeytsMeşə yanğınlarının yaratdığı iqlim böhranı koronavirusdan daha təhlükəlidir, pandemiya bitəcək, ancaq bu böhran sona çatmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri “Maykrosoft”un təsisçisi Bill Qeytsin "İqlim fəlakətinin qarşısını necə önləyə bilərik?" kitabında qeyd edib.

"Dünya başqalarının nə etməli olduğuna dair böyük fikirləri olan və ya texnologiyanın hər hansı bir problemi həll edə biləcəyini düşünən zəngin insanlardan xali deyil. İqlim dəyişikliyinə gəldikdə yoxsulların itirəcəkləri çox şey var", - kitabda vurğulanıb.