Azər Süleymanov siyasi fəaliyyətini dayandırıb Vahid Milli Hərəkat Partiyasının (VMH) liderlərindən olan Gürcüstan parlamentinin keçmiş azərbaycanlı deputatı Azər Süleymanov partiyadan ayrılıb.

Bu barədə Avrasiya.net-ə açıqlama verən soydaşımızın fikrincə, asan olmasa da mən bu gün çox çətin bir qərar verməli oluram: "İllərdir siyasi yolda birlikdə olduğum Vahid Milli Hərəkat partiyasını tərk edirəm. Bundan sonra siyasi fəaliyyətimi müvəqqəti olaraq dayandırıram. Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməməsi oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir.
Mənim partiyada olan çoxlu sayda dostlarıma olan hörmətim naminə bəzi detalları açıqlamaq istəmirəm. Düşünürəm ki, bütün bunlara rəğmən VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim onlara qarşı haqsızlıq olar".

Sədrdən deputata: Kabinetdən çıxacam, siz qulaq asarsızBu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək, rayonlara gedəndə polis bizə hərbi salam verirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - o vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın yiyəsi xalqdır:

“Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm kabinetdən çıxacam, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.
İranın yeni Prezidenti and içdiİranın yeni seçilən Prezidenti İbrahim Rəisi avqustun 3-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Avrasiya.net “Mehr” agentliyinə istinadən xəbər verir ki, avqustun 3-də İbrahim Rəisi 8-ci Prezident kimi Tehranda İmam Xomeyni məscidində and içib.

Andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, Xarici işlər naziri Məhəmmədcavad Zərif, islam Respublikası ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti, Milli Təhlükəsizlik Şurasının keçmiş katıbı, prezidentliyə keçmiş namizəd Səid Cəlili, keçmiş deputat, prezidentliyə keçmiş namizəd Əlirza Zakani, prezidentliyə keçmiş namizəd, keçmiş deputat Möhsün Mehrəlizadə, prezidentliyə keçmiş namizəd, Mərkəzi Bankı keçmiş direktoru Əbdülnasir Himməti, Silahlı Qüvvələrin komandanları və dövlətin başqa rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, iyunun 18-də İranda növbəti, 13-cü prezident seçkisi keçirilib. İbrahim Rəisi seçkidə iştirak edən 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini (61,95 faiz) qazanaraq qalib elan olunub. Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizadə-Haşimi, İran Mərkəzi Bankının keçmiş rəhbəri Əbdülnasir Himməti arasında gedib.

İranın hazırkı Prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etməyib.
Komitə sədri: “Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”“Təəssüflər olsun ki, bu gün biz müzəffər Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”.

Avrasiya.net xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, belə bir məsuliyyətsiz hərəkətin tödərilməsi deputatların hər birinin nüfuzuna xələl gətirir: “Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi daha yaxşı olardı. Biz o insanla YAP-da da siyasi həmfikir olmuşuq. Hesab edirəm ki, cəmiyyətin də diqqəti bu müzakirələrdir. Cəmiyyət də görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”.
Baş prokurordan polisi döyən deputatla bağlı açıqlamaBütün dünya COVID-19 pandemiyası ilə üzləşib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə çox ciddi işlər aparılır. Bütün vətəndaşlarımız da COVID-19-la mübarizədə birləşib. Bu sahədə ağır məsuliyyət bizim hüquq-mühafizə orqanlarının üzərinə düşür.

Avrasiya.net Report-a istinadən xəbər verir ki ,bunu Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatı deputatların diqqətinə çatdıran zaman deyib.

“Təəssüflər olsun ki, Milli Məclisin deputatı 29 iyulda qohumuna məxsus kafeyə gəlib və ondan sonra isə hadisə baş verib. Artıq cinayət işi başlanılıb. Polis zabiti dərhal hadisə ilə bağlı rəhbərliyinə məlumat verib. Tərəfimizdən ilikin araşdırma aparılan zaman fakta görə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub”, - o vurğulayıb.
Sadəlik öz gücünü Tanrıdan alırSadiq Qurbanov
Millət vəkili


İnsanın şəxsiyyətinin və mənliyinin dəyəri tutduğu əməllərin nəticəsi ilə ölçülür.

Əgər insan cəmiyyət arasında öz hörmətinin azlığından narazıdırsa, heç kəsdən yox, birinci növbədə özündən küsməlidir. Çünki insan öz yerini hərəkət və davranışları ilə özü müəyyənləşdirir.

Hər bir kəs öz həyatını, hərəkət və davranışlarını elə nizamlamalıdır ki, nə özünə, nə də başqalarına ziyan dəyməsin, əksinə, hər kəs xeyir götürsün. Belə xoş niyyətli insan olmaq, belə pak amallarla yaşamaq özü də bir gözəllik və xoşbəxtlikdir. Gözəllik isə sadəlikdən doğur və ailə tərbiyəsi, elm, əhatə və.s ilə də sıx bağlıdır. Geniş mənada insanın sadəliyi ağıl və ürəyin eyni məqsədlərə qulluq etməsindən, mənəvi kamillikdən, həyatı daha düzgün və dolğun başa düşməkdən irəli gəlir. Sadəlik - daxili saflığın zahiri nəticəsidir və öz gücünü Tanrıdan alır, ona görə də paxıllıqdan, eqoistlikdən və başqa mənfi əlamətlərdən uzaq olur.

Qeyd etdik ki, sadəliyin yaranmasının mühüm amillərindən biri də elmi biliklərə yiyələnməkdir. Ağıllı, kamil insan nə qədər çox elmlərə yiyələnirsə, anlayır ki, hələ bilmədiyi, öyrənmədiyi çox şeylər var, onun gücü bizi əhatə edən ilahi güclər qarşısında heç maddi nöqtə də deyil və elə ona görə də Yaradana tabe olaraq, sadəliyi üstün tutur.

Zəif dünyagörüşlü, dayaz düşüncəli, yarımçıq elmli insanlar isə təkəbbürlü, lovğa, eqoist olur və hər fürsətdə özlərini bilikli, dolğun düşüncəli insan kimi göstərməyə çalışırlar. Vay o günə ki, belə adamlar dövlət idarəçiliyində mühüm vəzifə tutalar...

Təəssüf ki, ölkəmiz, vətəndaşlarımız zaman-zaman belə idarəçilərlə üzləşib. Təkəbbürlü, lovğa, eqoist insanlar tutduğu həyat sükanını sabit saxlamaq üçün yeri gələndə insanlıq xüsusiyyətlərindən imtina edərək, bir halda əzazil, zülmkar olur, başqa halda isə itaətkara çevrilərək başqalarının qarşısında qul kimi əmrə müntəzir dururlar. Sadə, amma kamil insanlar isə heç vaxt qul ola bilməz, başqalarının əleyhinə heç bir addım atmazlar, tam əksinə. Çünki daxilində daşıdığı sadəlik insanı digər insanlara daha da yaxınlaşdırır, onlar arasında dostluq, səmimilik əlaqələri yaradır. Belə adamar həmişə sözünə və əqidəsinə bütöv olur, heç vaxt başqalarını darda qoymur. Təkəbbürlü, lovğa, eqoist adamların sözü isə heç vaxt bütöv olmur, çətinə düşəndə öz dostlarını, yaxınlarını belə meydanda qoyub qaçırlar.

Amma sadaladığımız xüsusiyyətlər arasında müasir cəmiyyətin formalaşmasında heç də az rol oynamayan laqeyidlik anlayışı da mövcuddur.
Laqeyidlik haqda belə bir fikir var: “Laqeyidlik - insanın mənəvi cəhətdən yaxşı yetişməməyinin sübutudur”. İnsan gördüyü və hiss etdiyi şeylərə qarşı fəal münasibət bəsləməlidir.

Laqeyidlik, insan cəmiyyətinin böyük bəlasıdır.
Laqeyidlik - məsuliyyətsizlik deməkdir.
Əgər bir şəxs öz şəxsi mənafeyini güdüb, insan cəmiyyətinə ziyan vura biləcək hər hansı bir şeyə laqeyidlik göstərirsə, o insan əsil insanlıq simasından uzaqdır.

Doğrudur, insanlarda laqeyidliyin meydana gəlməsinə səbəb olan amillər, bəzən ətraf mühitin təsiri ilə də əlaqələndirilir. Əsil insan ətrafında baş verən hadisələrə göz yummamalı, mübariz və mətin olmalıdır. Dövlətə və insan cəmiyyətinə ziyan vuranlara qarşı laqeyid qalmaq, sənin də cəmiyyətimiz üçün faydasız olduğuna bir işarədir. Bu isə əsil insanlıq adına ləkədir və sənin prinsipial olmadığını nümayiş etdirir.

İnsan görəcəyi işin xeyirxahlığına və düzgünlüyünə inanmalıdır ki, prinsipial olsun. Prinsipiallıq məqsəd saflığı, məqsəd birliyi deməkdir. Doğrudan da, əgər sənin uğrunda mübarizə apardığın iş faydalıdırsa, sən çəkinmədən hamının qarşısında öz məqsədini müdafiə etməlisən. Amma bu dediklərimiz o qədər də asan başa gəlmir, mübarizə tələb edir.

Doğrudur, həyatla mübarizə aparmaq çox çətindir, lakin mübarizəsiz də yaşamaq mümkün deyildir. İnsan mübarizələrlə mətinləşir, bərkiyir, öz taleyini, bəzən isə bütöv bir xalqın taleyini müəyyənləşdirmək iqtidarında olur. Həyat, bəzən belə insanları çox çətin sınaqlara çəkir. Öz məqsədi uğrunda mübarizə aparan kəs həm də uzaqgörən olmalıdır, çünki bəzən qələbədən qabaq müvəqqəti çətinliklərin sonrakı nəticələrini belə kəslər duyub, hiss edə bilirlər.

Məsələn, ümummilli liderimiz Heydər Əliyev və xalqımızın, eyni zamanda müasir dünyanın ən güclü liderlərindən olan İlham Əliyevi xüsusi qeyd etmək yerinə düşər. Hər iki lider tarixin ən çətin sınaqlarından şərəflə keçərək, dünya tarixinə yeni bir səhifə yazmağı, dövlətini və xalqını ən yüksək zirvəyə qaldırmağı bacardı.

Dar düşüncəli, öz burnundan uzağı görməyən şəxslər müəyyən məqsəd uğrunda apardığı mübarizədə elə ilk uğursuzluqda ya ruhdan düşüb süstləşirlər, ya da başqalarının uğurlarına kölgə salmağa çalışırlar.

İnsan, insanlıq borcunu heç zaman unutmamalı, cəmiyyət və bəşəriyyət qarşısında öz vəzifəsini başa düşməlidir. Vətənə, Anaya məhəbbət, darda qalanın əlindən tutmaq, ümidsizə kömək etmək, uşaqlara və qocalara qayğı göstərmək, təbiəti mühafizə etmək və. s insanın əsas borcu və vəzifəsi olmalıdır.

Düzdür, həyat hər bir kəsin öz dəyərini müəyyənləşdirir və insanın cəmiyyət arasında mövqeyini dəqiq təyin edir. Həyatda yaxşı mövqe tuta bilməyənlər öz hərəkət və fəaliyyətlərini düzgün istiqamətləndirməyi bacarmayanlardır. Zamanın dəyərini qiymətləndirməyi bacarmaq, yaşanan ömrün dəyərini qiymətləndirməyi bacarmaq deməkdir.

Həyat, xoşbəxt yaşamağı bilənlər üçün Tanrı nemətidir, xoşbəxt yaşamağı bacarmayanlar üçün isə bir məzardır.

Xoşbəxt olun!
Şahidlər Niyaz Niftiyevin əleyhinə ifadə vermədilərÖtən ilin aprelində keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkmə iclasında 5 şahid dindirilib, onlar Niyaz Niftiyevin xeyrinə ifadə veriblər.

Niyaz Niftiyevin vəkili Ənnağı Məmmədli Yenicag.az-a açıqlamasında məhkəmə istintaqının qurtardığını qeyd edib:

“Bu gün beş şahid dindirildi, onların hər biri ayrı-ayrılıqda ifadə verdilər. İfadələrində bildirdilər ki, bələdiyyədən aldıqları arayışlar Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yaşamaları və sahibkarlıq fəaliyyətilə məşğul olmaları ilə bağlı olub. Üç şahid bildirdi ki, məişət tullantılarına görə borcları olmadığı üçün onlardan arayışla bağlı hər hansı məbləğdə bul alınmayıb. Digər ikisi isə məişət tullantısı ilə bağlı on səkkiz manat borcları olduğu üçün onu ödəyiblər, əlavə pul verməyiblər. Şahidlərdən biri oxuma bacarığının olmadığını, ifadəsi alınarkən nə yazıldığını bilmədiyini və müstəntiqin ona qol çəkdirdiyini qeyd etdi. İfadə elan olunduqdan sonra məlum oldu ki, həqiqətən də, onun oxuma qabiliyyəti yoxdur. Məhkəmə istintaqının qurtarması elan olundu, sənədlərin tədqiqi prosesinə başlanıldı”.

Qeyd edək ki, növbəti məhkəmə iclası avqustun 9-na təxirə salınıb.

Xatırladaq ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.
Arvadını öldürən hakimin işi məhkəməyə göndərildi30 may 2021-ci il tarixdə paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, istintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Deputatlar yerli vergiləri ödəyirmi?Sosial mediada dostluğumda olan 40 nəfərə yaxın Milli Məclis üzvünə ünvanlanan beş iyul tarixli müraciətimi hələki yalnız xanım Qənirə Paşayeva cavablandırıb. Xanım Qənirə Paşayeva mütəmadi olaraq yerli vergiləri ödədiyini qeyd edib.

Xanım deputatımıza yerli vergilərini vaxtlı-vaxtında ödədiyinə görə təşəkkür edirəm.

Qeyd edim ki, müraciət ünvanladığım digər deputatlar sırasında vaxtı ilə bələdiyyədə çalışmış və ya üzv olmuş və yaxından tanıdığım insanlar da var. Bəzi deputatların köməkçilərindən şifahi şəkildə reaksiya gəlsə də, hələ ki rəsmi cavab gəlməyib.

Hər halda təəssüf edirəm ki, bir çoxları özlərinə rəva görüb müraciəti oxusalarda reaksiya verməyiblər. Sual olunur niyə?

Bəlkə yerli vergiləri ödəyib sonra cavab verəcəklər. Əgər belədirsə, onda bəyənilsin. Ancaq təəssüf edirəm ki, əldə etdiyim məlumatlar tam əksini deyir. Yəni bəzi deputatlar özlərinin və qohum-əqrabasının adlarına olan əmlaka yerli verginin verilməməsi üçün bələdiyyə sədrlərinə deyil, rayonun icra başçısına zəng etməyi özlərinə rəva görüblər.

Təəcüblüdür, deyilmi? Belə çıxır ki, Milli Məclisin bəzi üzvləri qəbul etdikləri qərara etinasız yanaşır?

Hər halda bizim ölkəmizdə “Şah qanun deyil, qanun şahdır.”

Öz addımıyla ölkə başçısı da bu məqamı daim öz çıxışlarında vurğuladığını hələlik adı çəkilməyən yoldaşlar da bilməmiş deyil...

Son olaraq qeyd edim ki, müraciəti bir daha paylaşaraq MM üzvlərindən həm suallara cavab verilməsini, həm də yerli vergilərini şəxsən ödəmələrini xahiş edirəm.

Bizlər nümunə olmalı, yerli vergilərimizi vaxtında ödəməli və bununla da digər seçkili orqanın inkişafına dəstək göstərməliyik.

Göstərdiyimiz dəstək nəticə etibariylə bizim ümumi problemimizin həlli kimi başa düşülməlidir.

Belediyye.info

"Bu ölkələr yer üzündən silinəcək" - Vanqanın proqnozlarıDünya mediası, araşdırmaçı jurnalistlər artıq gerçəkləşməyə başlayan əfsanəvi bolqar görücü Vanqanın proqnozlarını yayırlar.

Bolqar görücü Suriyadakı hərbi qarşıdurmanı əvvəlcədən görüb. Nəşrin yazdığına görə, bu fakt qorxunc görünür, çünki Vanqa da bundan sonra Üçüncü Dünya Müharibəsinin başlayacağını və Avropanın yer üzündən tamamilə silinəcəyini söyləyib. Amerika Birləşmiş Ştatları da mövcudluğuna son qoyacaq.

Bundan əlavə, Çinin dünyanın supergücü statusunu alacaq. Bu ölkə yer üzündə uça bilən nəqliyyat icad edcək. Onun sözlərinə görə, Rusiyanın iqtisadi problemləri olacaq, amma sonda Rusiya Federasiyasından olan hökmdar dünyanı xilas edəcək.
Bundan əlavə, Vanqa neftin əhəmiyyətini itirəcəyini və nəticədə hasilatının dayanacağını proqnozlaşdırıb. Bunun səbəbi yəqin ki, yeni yanacaq növünün kəşfindən sonra ölkələr arasındakı münasibətlərdə təcavüzün aradan qalxması olacaq.///sia.az