Türkiyənin məşhur sənət adamları gənclərimizlə təcrübələrini bölüşüblərBir neçə ay əvvəl, yəni 17 Aprel 2021-ci il tarixdə Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə (MTST) Türkiyənin Eslem Film Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin YETİŞDİRİLƏRƏK ÜZƏ ÇIXARILMASI məqsədilə “Sənət Akademiyası”- adlı TƏHSİL MƏRKƏZİ təsis edilmişdi.

Akademiyanın fəaliyyət istiqaməti mədəniyyətin bütün sahələrini əhatə etməyi hədəfləsə də ilk addım aktyorluq dərslərindən başladı.

Artıq bir neçə aydır ki, qardaş Türkiyədən dəvət edilən məşhur sənət adamları azərbaycanlı gənclərlə öz səhnə təcrübələrini bölüşürlər. Akademiyada aktyorluq dərsləri keçən tələbələr bu şansdan maksimum faydalanmağa çalışırlar.

Əslində akademiyanın fəaliyyəti təkcə tədrislə kifayətlənmir, eyni zamanda film və serial istehsalı ilə bağlı da planlamalar hazırlayır.
Yəni bir yandan akademiyada tanınmış türk ulduzlar həm aktyorluq dərsləri keçirlər digər yandan da film istehsalı ilə bağlı ciddi çalışmalar aparılır.

Məhz buna görə də qısa zaman içərisində Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak, şirkətin Baş Koordinatoru Yalçın Çoban, rejissor İbrahim Bülbül və əsas texniki heyət gecikmədən Bakıda çəkilişlərə başladılar.

Görülən işlər barədə yerli mediaya “Sənət Akademiyası”nın direktoru Səbuhi Zaman və Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufak dəvət aldıqları televiziya proqramlarında və digər online media orqanlarında ətraflı açıqlamalar da vermişdilər.

Bu başlangıcla da Azərbaycan kino sahəsinə yeni nəfəs gətirilmiş oldu. Eslem Film Yapım Şirkətinin ilk layihəsi olan və artıq çəkilişləri bitmiş olan “NİSAN” adlı film artıq hər kəsin marağına səbəb olub. 
İstehsalçısı və təşəbbüskarı Yalçın Çoban, rejissorluğu isə İbrahim Bülbülə aid olan bu möhtəşəm layihədə hər iki qardaş ölkədən tanınmış isimləri görmək mümkündür.

Türkiyənin dünyaca məşhur Kurtlar Vadisi serialından tanıdığımız Erhan Ufakın (Erhan Güllü) baş rol aldığı bu film layihəsində, Güllü Ərhanı tamam fərqli bir xarakterdə görəcəkləri üçün onu sevən heyran kütləsi artıq günləri saymağa başlayıb. Filmin digər baş rol oyuncusu isə əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirovadır.

Çəkilişlər bitdikdən sonra Almaniyaya qayıdan Canan Nəzirovanın filmin təqdimat gecəsində yenidən Azərbaycana gələcəyi deyilir. 
Xatırladaq ki, “Nisan” adlanan filmdə Azərbaycandan da tanınmış isimlər rol alıblar.

Erhan Ufak
Canan Nezirova
Rəşad Kəsəmənli,
Murad Abdullayev,
Sebuhi Zaman,
Şahin İmaməliyev,
Elmira Qocayeva
Vurğun Həsənov,
Novruz Cəfərov,
Tural Sadiqov

Sənət Akademiyasında hal-hazırda təhsil alan tələbələr də iştirak ediblər.

Qeyd:
Azərbaycandakı fəaliyyətini hər kəsin yaxından izlədiyi Türk şirkətinin “NİSAN” adlı filmi üçün çox yaxın tarixlərdə möhtəşəm təqdimat gecəsi planlaşdırılır. Bu barədə ətraflı açıqlamalar avqust ayının 6-da təşkil ediləcək mətbuat konfransında veriləcək.?????
Eldəniz Səlimov həbs edildi - FotoBu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib.

Avrasiya.net xəbər verir ki, məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
Bakıda 24 yaşlı gəlin qaçıb qonşuda gizləndi - Əri amansızlıqla öldürdüAvqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon Prokurorluğuna istinadən xəbər veririk ki, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Vilayət Eyvazov iki polis rəisini işdən çıxardıBakı şəhəri Nərmanov rayon Polis İdarəsinin rəis vəzifəsini müqəvvəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin daha bir əmri ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.

F.Vəliyev və İ.Yusifli rayon ərazisində karantin rejimi qaydalarının mühafizəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki faktı “Report”a təsdiqləyib.
Dövlət Komitəsinin sədri Türkiyənin ölkəmizəki səfiri ilə görüşübDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Komitədən Avrasiya.net-ə verilən məlumata görə, qardaş ölkənin səfirini Azərbaycandakı təyinatı münasibətilə təbrik edən Mübariz Qurbanlı hər sahədə yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətlərinin daim gücləndiyini, eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olan iki ölkənin xalqları arasında əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, Türkiyə-Azərbaycan arasında tarix boyu formalaşmış qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, bütövlükdə türk-İslam dünyasının mədəni-mənəvi vəhdətinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunda iki ölkə hər zaman səy göstərib və göstərməkdə də davam edəcək.

Son günlər Türkiyənin bir sıra regionlarını əhatə edən yanğınlara görə dərin kədər və üzüntüsünü dilə gətirən M.Qurbanlı bu çətin günlərdə də Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu deyib, həlak olanların doğmalarına başsağlığı verib.

Komitə sədri 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdə - Azərbaycanın haqlı mübarizəsində də Türkiyənin həmişə olduğu kimi xalqımızı yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etməsini, “bir millət, iki dövlət” prinsipinə sadiq olaraq müharibə dövründə həm mənəvi, həm də siyasi müstəvidə ölkəmizin yanında olmasını bildirib.

Eyni zamanda, görüş zamanı Dövlət Komitəsinin sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.

Səfir də öz növbəsində Dövlət Komitəsinin sədrinə səmimi təbriki üçün təşəkkür edib. O, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam və davamlı inkişafından danışaraq bildirib ki, fəaliyyət göstərəcəyi müddət ərzində bu əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcək. Son günlər Türkiyədə baş verən meşə yanğınlarına toxunan Cahit Bağçı Türkiyənin güclü dövlət olduğunu və bu sınaqdan üzüağ çıxacağını, Azərbaycan dövlətinin yanğınların söndürülməsinə ilk günlərdən göstərdiyi dost və qardaş dəstəyinin təqdirəlayiq olduğunu vurğulayıb.

Səfir eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ölkələrimiz arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətinə toxunub.

Dövlət Komitəsinin fəaliyyəti barədə danışan Səfir bu sahədə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşün sonunda Səfirə Dövlət Komitəsinin nəşr etdirdiyi Azərbaycanın multikultural və milli-mənəvi dəyərlərindən bəhs edən kitablar hədiyyə edilib.

Bakıda "patı" satan ana-bala tutuldu - FotoSabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramana qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni “patı”nın satışı ilə məşğul olan 2 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini olan Dövlətəli Xudaverdiyev saxlanılıb. Onun üzərindən 86 qram heroin və 27 qram metamfetamin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində anası ilə birgə Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Dövlətəli Xudaverdiyevlə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan anası paytaxt sakini Mahirə Cavadova da tutularaq istintaqa təqdim edilib.

Polis Şöbəsində üzərinə baxış zamanı ondan 605 qram heroin, 3 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Mahirə Cavadova aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İlham Əliyev ASAN Xidmət mərkəzinin açılışında - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

Təsadüfi deyil ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

Məlumat verildi ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

Bildirildi ki, hazırda fəaliyyət göstərən 20 "ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin və yaralıların 1152 müraciəti üzrə 3,8 milyon manat kreditləri “YAŞAT” Fondu tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında imzaladığı Sərəncama uyğun olaraq yaradılan vahid məlumat bazasında Vətən müharibəsi zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı ətraflı məlumat yerləşdirilib.

Dövlətimizin başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verildi. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. #karabakhisazerbaijan həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumat verildi.
Eldəniz Səlimova cinayət işi açıldı - Baş prokuror elan etdiMilli Məclisdə deputat Eldəniz Səlimovun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deputatlar çıxış edərək münasibətini bildirib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, yekunda Baş prokuror Kamran Əliyev səslənən fikirlərə münasibətini bildirib, sualları cavablandırıb.

Baş prokuror K.Əliyev deputat Erkin Qədirlinin sualına cavabında bildirib ki, həmin vaxt polis zabiti vəzifəsini icra etməyib, sadəcə zəng edib onu çağırıblar. Buna görə də faktla bağlı 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) yox, 309-cu maddənin 2-ci hissəsi (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda və bu əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb. Baş prokuror deyib ki, burada dövlətin nüfuzundan da söhbət gedir.

K.Əliyev deputat Qüdrət Həsənquliyevin əvvəllər E.Səlimova qarşı hansısa təhdidlərin olub-olmadığı barədə sualına cavabında bildirib ki, hələlik deputatla bağlı istintaq başlamadığı üçün onu dinləmək imkanı olmayıb:

“Təbii ki, bu kimi hallar araşdırılacaq. Belə hallar varsa, hüquqi qiymət veriləcək. Ancaq əgər belə hallar olsa da, bunun üçün qanuni yollar var”.

Baş prokuror deputat Tahir Kərimlinin tərəfləri barışdırmaqla bağlı çağırışına reaksiyasında bildirib ki, bu, artıq başqa məsələdir və barışıq məsələsi deyil.
Fuad Muradov nə işlə məşğuldur?"Diasporlarla İş üzrə Dövlət Komitəsinin istər keçmiş rəhbəri, istərsə indiki rəhbəri Fuad Muradov nə işlə məşğuldur? Vaxtı ilə Rusiyada Ümumrusiya Azərbaycanlılatı Konqresi (ÜAK) adında bir təşkilat vardı. İş adamlarından pul yığmaqla məşğul idi. Sonra da o pullar ÜAK-ın rəhbərliyinin cibinə getdi. Bununla da iş adamlarını uzaqlaşdırdılar. İndi də orada diaspora quruculuğu işi bərbaddır".

Bunu Avrasiya.net-ə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev RLDP lideri V.Jirinovskinin Azərbaycana qarşı söylədiyi sərsəmləmələrinə münasibətində deyib.

O, qeyd edib ki, komitə xaricdə, xüsusilə Rusiyada yaşayan azərbaycanlılarla iş apara bilmir, diaspor quruculuğu sahəsində naşıdır: "44 gün Vətən müharibəsində nə işlər görüblər? Müharibədən qabaq, müharibədən sonra nə iş görülüb? Hətta nəsə etsələr belə, təbliğat işləri çox zəif olduğuna görə, bu məlumatlar mənim rastıma çıxmayıb. Çünki kadırlar yerində deyil. Bundan qabaq deyirdilər ki, hakimiyyətin gənc kadırları xaricdə təhsil alıblar. Xaricdə oxuyub Azərbaycana qayıtdıqdan sonra olan mühüti bilməlisən. Bunlar bu incəlikləri bilmirlər. Bunlar təşkilatçılıq nə olan şeydir bilmilər".

ALDP sədri onu da bildirib ki, Rusiya kimi böyük dövlətdə diaspora quruculuğu işi aparılmalıdır, soydaşlarımız təşkilatlanmalıdır: "Bu komitənin marağında deyil. Komitə rəhbərliyi gücünü verib Avropaya. Komitə rəhbəri və rəsmilər Avropanın yolunu döndəriblər Bakı-Quba yoluna. Avropada antiAzərbaycan fikirlər səsləndirilsə də, orada olan soydaşlarımız, vətənpərvər vətəndaşlarımız dərhal reaksiya bildirirlər. Amma Rusiyada belə deyil. Rusiyada normal və güclü diaspora təşkilatımız yoxdur ki, Jirinovski kimilərin cavabını verə bilsin. Fuad Muradov Avropaya səfərlər edib, dövlətin vəsaitini lazımsız yerlərə xərcləməkdənsə, qonşu ölkəyə səfər etsin. Edə bilmir, çünki ehtiyat edir. Nədən, bilinmir. Rusiyada milyonlarla soydaşımız yaşayır, işləyir. Onları bir bayraq altında birləşdirmək lazımdır, dağılıblar, pərakəndə şəkildə fəaliyyət göstərirlər. Komitə bu sahəni diqqətdə saxlamalıdır. Jirinovski kimilərə qarşı ideoloji mübarizə aparmaq lazımdır".