Bu gün Ermənistanın Lori vilayətində erməni hərbçilər qəzaya düşüb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, Hamamlı (Spitak)-İrəvan yolunun 9-cu kilometrliyində BMV markalı maşın yoldan çıxaraq bir neçə dəfə aşıb.

Qəza nəticəsində Ermənistan ordusunun muzdlu əsgərləri, 30 yaşlı Mger Qriqoryan və 34 yaşlı Artyom Akopyan ağır xəsarətlər alıb.

Qeyd edək ki, bu gün Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində erməni ordusunun təxribatı baş verib və Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Ordumuzun cavab zərbəsi nəticəsində Ermənistan MN-in yaydığı son məlumata görə, 3 erməni əsgər məhv edilib, 4-ü yaralanıb.

Ermənistan MN-dən itkilərlə bağlı yeni açıqlama: say artdı09:47

Ermənistan – Azərbaycan sərhədində baş verən silahlı atışma nəticəsində 3 erməni hərbi qulluqçu ölüb, 2-si yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bir qədər öncə Ermənistan MN yaydığı məlumatda 2 erməni əsgərin yaralandığını, daha 5 əsgərin taleyinin isə naməlum olduğunu açıqlamışdı.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gecə saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutduğunu açıqlayıb. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

***

Ermənistan MN bugünkü atışmada ölən və yaralananlarla bağlı məlumatı yeniləyib.

Bildirilib ki, Ermənistan ordusu 3 əsgər itirib, 4 əsgər isə yaralanıb.

Qeyd edilib ki, hazırda sərhəddə vəziyyət stabildir.

Xatırladaq ki, erməni Teleqram kanalları 5 erməni əsgərin məhv edildiyini yazıb.

Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir"Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Avrasiya.net-ə verilən məlumata görə, xarici işlər naziri Ceyhun Bayramov, qardaş Türkiyə Böyük Millət Məslisinin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan Milli Məclisinin sədri, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri və Türkiyə Böyük Millət Məslisinin sədri arasında ilk üçtərəfli görüşün keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop üç qardaş ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib. Mustafa Şentop, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmaq təklifini çox mühüm addım kimi dəyərləndirib. Azərbaycanın humanitar sahədə önəmli addımlar atdığını qeyd edən Türkiyə Böyük Millət Məclisinin sədri, Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsinin zəruri olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində üç qardaş ölkənin parlament rəhbərlərinin görüşü nəticəsində Bakı Bəyannaməsinin imzalanmasını məmnunluqla qeyd edib. O, bu hadisənin qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcəyindən əminlik ifadə edib. Nazir, dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını, bu əlaqələrin geniş və hərtərəfli olduğunu vurğulayıb. 2021-ci ilin yanvarında İslamabadda üç ölkənin xarici işlər nazirlərinin bir araya gədiyini xatırlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edib. Nazir, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini və qəbul olunmuş Şuşa Bəyannaməsini tarixi hadisə kimi qiymətləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən etibarən Türkiyə xalqının, başda Türkiyə Prezidenti olmaqla bütün səviyyələrdə dəstəyini hiss etdiyini və bunun yüksək dəyərləndirildiyi vurğulanıb. Nazir hazırda Türkiyənin bölgədə sülhün təmin edilməsi istiqamətində tam dəstəyini hiss etdiyimizi və bunu alqışladığımızı qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı tərəflər, eyni zamanda Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin gündəliyi üzrə, o cümlədən parlament əməkdaşlığı istiqamətində, habelə regional təhlükəsizlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər
Şəmkirdə 15 yaşlı oğlan itkin düşübŞəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

M. Vəliyevin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (070) 306-45-46 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
MN: Rusiya atəşkəs təklif etdi, Bakı qəbul etdi, ancaq...Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.
ABŞ hərbi helikopteri təcili eniş etdiABŞ-a məxsus hərbi helikopter Yaponiyanın cənub-qərbindəki Miyazaki əyalətində təcili eniş edib.

Axar.az xəbər verir ki, Yaponiya Hava Qüvvələri bu barədə məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusuna məxsus AH-1 helikopteri Nyutabaru hava bazasından səhər saatlarında havaya qalxıb.

Helikopter Miyazakinin Kuşima bölgəsindəki yaşayış sahəsindən 500 metr aralıdakı tarlaya təcili eniş edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
ANAMA əməkdaşı minaya düşdüANAMA Cəbrayılda minaya düşən əməkdaşı barədə məlumat yayıb.

Avrasiya.net məlumatın mətnini təqdim edir:

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2021-ci il 27 iyul tarixində Agentliyin əməkdaşı 26 avqust 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş vermişdir.

Nəticədə, Nəsirov Bəhruz Tapdıq oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri almış, ilkin tibbi müayinə edilərək, evə buraxılıb.

İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq".
Bakıda özünü partladan şəxsin kimliyi məlum oldu - FOTO (YENİLƏNİB)Bakıda özünü partladan şəxsin kimliyi məlum olub.

Avrasiya.net-in məlumatına görə, hadisəni törədən şəxs qanunsuz silah saxlamaqda şübhəli bilinən 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotik və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovdur.

M.Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərib və qaçmağa cəhd göstərib. Bu zaman o, üzərində olan qumbara ilə özünü partladaraq öldürüb.

Avtomaşında olan sərnişini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə məhkum olunmuş Eldar Qurbanov isə qaçarkən saxlanılıb.

Partlayışda 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

***

16:47

Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə insident baş verib. Belə ki, Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb. Hadisənin qarşısını almaq istəyən polis əməkdaşları arasında xəsarət alanların olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı İlham Babayev Modern.az-a faktı təsdiqləyib. O, hazırda məsələ ilə bağlı araşdırma aparıldığını və ictimaiyyətə məlumat veriləcəyini deyib:

“Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerindədir”.
Ata 12 yaşlı oğlunu ağaca bağlayaraq döydü - Azərbaycanda dəhşətTovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, uşağı atası Şahin Mustafayev ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb: "Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək".