"Yeni Klinika”nın daha üç əməkdaşı həbs olunduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” publik hüquqi şəxsin direktoru Pərviz Abbasov, onun işçiləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslər Q.Nəcəfov, Ə.Hüseynov və S.Mirzəyevin barələrində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib. Həmin şəxslər məhkəmə zalında həbs edilib.

Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.

Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
“Bakı Bəyannaməsi” beynəlxalq hüquq baxımından çox vacib nəticələri ortaya qoyacaq"İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən qardaşlığımızın, dostluğumuzun əyani təcəssümü olan "Bakı Bəyənnaməsi" imzalanıb. İmzalanan bəyannamə həmçinin ölkələrimiz arasında olan münasibətlərin daha da dərinləşdirməsinə, habelə parlament səviyyəsində də əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Qaqfqaz Strateji Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oktay Avrasiya.net-ə bildirib ki, ilk Qarabağ müharibəsi nəticəsində Pakistan böyük bir strateji manevr etdi və 30 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq sistemin nəzarəti altına alınmasına dəstək oldu. Bu gün çatdığımız nöqtədə Pakistanın bu münasibəti o dövrün şərtlərində böyük bir cəsarət nümunəsi kimi qəbul edilir: “Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edibsə, bunu Pakistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında verdiyi qərara uyğun olaraq həyata keçirib. Sovet İttifaqının dağılmasından sonra ərazi bütövlüyü və sərhəd anlayışının az qaldığı bir coğrafiyada Azərbaycanın sərhədlərini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarları ilə rəsmiləşdirmək çox vacib idi. Əlbəttə ki, Türkiyə-Azərbaycan-Pakistan münasibətləri Birləşmiş Millətlər Təşkilatı toplantısından sonra gözlənilən inkişafı göstərə bilmədi. Bununla birlikdə, 44 günlük Qarabağ müharibəsində Pakistanın Azərbaycana açıq dəstəyi Türkiyə-Pakistan-Azərbaycan münasibətlərini yenidən gündəmə gətirdi. İndi Bakıda keçirilən üçtərəfli görüş və “Bakı Bəyannaməsi” beynəlxalq hüquq baxımından çox vacib nəticələri ortaya qoyacaqdır. Hər şeydən əvvəl, Pakistanın 93-cü ildə etdiyi bu möhtəşəm addımın bu gün nə demək olduğunu görmək və bu hərəkəti “Bakı Bəyannaməsi” ilə nəticələndirməsi bölgədəki siyasi və sosial hadisələr baxımından çox vacibdir. Türkiyə-Azərbaycan-Pakistan birliyinin əhali baxımından 300 milyon potensialı var. Bu əsas quruluş ətrafında Türk və İslam dünyasına əlavə etdiyiniz zaman, böyük bir gücün Azərbaycanın haqlı işinin yanında olduğunu göstərmək baxımından son dərəcə vacibdir. Bu münasibətləri getdikcə davam etdirmək lazımdır. Bu bəyannamə son günlərdə hələ də Dağlıq Qarabağ üzərində status gözləyən dövlət üçün son dərəcə vacibdir”.
"Qlobal sülh bu əməkdaşlıqdan başlayacaq"Ötən gün Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşünün yekun sənədi olaraq “Bakı Bəyannaməsi” imzalanması yeni bir mərhələnin başlanğıcı olacaq.

Bunu Avrasiya.net-ə ekspert Əkrəm Bəydəmirli bildirib.

O, qeyd edib ki, «Bunu “Şuşa Bəyannnaməsi”nin davamı da hesab etmək olar: "Çünki hər iki sənəd regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsini, iqtisadi, siyasi əməkdaşlığın dərinləşməsini və digər strateji hədəfləri özündə ehtiva edir. Həmçinin “Bakı bəyannaməsi” və ümumilikdə Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığının dərinləşməsi qlobal sülhə təkan verən amillərdən biri olacaq. Ən önəmli məqamlardan bir odur ki, bu üçtərəfli əməkdaşlıq hər hansı dövlətlərə qarşı yönəlmiş addım deyil. Əməkdaşlığın yeni modeli olan “Bakı bəyannaməsi” gələcəkdə müharibə təhdidlərinin, təhlükəsizliyə qarşı yarana biləcək təhlükəli məqamların zamanındaca qarşısının alınmasına təminat verəcək əhəmiyyətli sənəddir. Əslində postmüharibə dövründə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək amillərdən biri məhz bu üçtərəfli əməkdaşlıq olacaq. "Bakı Bəyannaməsi"nin tarixi nailiyyəti ondan başlayacaq ki, üçtərəfli əməkdaşlıq gələcəkdə əhatə dairəsini və coğrafiyasını genişləndirəcək».
Hindistanın zəngin mədəni irsi Qobustana gələn qonaqlara təqdim ediləcəkHindistanın müstəqilliyinin 75 illiyinin qeyd olunması münasibətilə təşkil olunan tədbirlərin tərkib hissəsi olaraq Hindistanın Bakıdakı Səfirliyi Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə birlikdə Hindistan abidələri və irs məkanlarını Qobustanda nümayiş etdirəcək Hindistan Qalareyasının açılışı münasibətilə tədbir təşkil edib. Sərgi Hindistanın müstəqilliyinin 75-ci illiyinin qeyd olunması tədbirləri silsiləsinə daxildir.

Tədbirdə çıxış edən Hindistan Səfiri B. Vanlalvavna, Azərbaycanın ən ikonik tarixi məkanlarından biri olan Qobustanın Hindistanın ən məşhur tarixi abidə və məkanlarının bəzilərinin nümayiş olunduğu 16 şəkil plakatından ibarət sərgi üçün çox uyğun bir məkan olduğunu bildirib. Səfir, sərginin məşhur Tac Mahal, Qırmızı Qala və Cənubi Hindistanın məbədləri və s. kimi məkanları əhatə etdiyini və Qobustan kimi bu abidələr və məkanların Hindistanın UNESCO Ümumdünya İrs Siyahısına daxil edilmiş 40 məkanı sırasında olduğundan sərginin Qobustanda keçirilməsinin bu məkanlara yaraşan təqdir göstəricisi olduğunu vurğulayıb. Səfir həmçinin, sərginin Hindistanın zəngin mədəni irsini Qobustana gələn qonaqlara təqdim edəcəyini və ölkələrimiz arasında mövcud olan ortaq zəngin mədəni irsimiz arasında bağlantı rolunu oynayacağını bildirib.

Səfir həmçinin Hindistanın 75 illiyi münasibətilə təşkil olunan tədbirlər haqqında danışaraq Hindistanın 15 avqust, 2022-ci ildə müstəqil ölkə kimi 75 ilini tamamlayacağını və Hindistan höküməti və xalqının bu ilin mart ayından etibarən bu önəmli tarixi hadisənin qeyd olunması münasibətilə 2023-cü ilin avqust ayına qədər daha iki il müddətində davam edəcək tədbirlər silsiləsi başlatdığını qeyd edib. O bildirdi ki, Azadi ka Amrut Mahotsav təşəbbüsü çərçivəsində həyata keçirilən tədbirlərin mütərəqqi Hindistanın 75 ilinin, Hindistan xalqının şanlı tarixinin və mədəniyyətinin və dünyanın ən böyük demokratiyası kimi mövcudluğunun təntənəli şəkildə anılması bayramıdır.

Səfir, illər ərzində Hindistanın dünyanın 5-ci ən böyük iqtisadiyyatına çevrildiyini və qlobal iqtisadiyyatın stabilliyinə və inkişafına əhəmiyyətli şəkildə töhfə verdiyini diqqətə çatdırıb və bildirib ki, Hindistanın kənd təsərrüfatı sektorunda əldə etdiyi əhəmiyyətli inkişaf və əczaçılıq və informasiya texnologiyaları sektoru da daxil olmaqla elm və texnologiyada irəliləyişi Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif hissələrində tanınır. O, Hindistanın dünya ölkələrində sayı 30 milyondan çox dolan diaspora nümayəndələrinin bir çox sahələrdə uğurlar əldə etməsini və yaşadıqları cəmiyyətə müsbət töhfələr verməsini mədh edib. Səfir, Hindistanın 75-ci ildönümü məqsədilə planlaşdırılan müxtəlif tədbirlərin təbliğinə media nümayəndələrini qoşulmağa dəvət edib.


Pakistan, Azərbaycan və Türkiyə arasındakı ittifaq düşmənləri qorxuya salıbİyulun 27-də Milli Məclisdə qardaşlığımızın, dostluğumuzun əyani təcəssümü olan "Bakı Bəyənnaməsi" Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər tərəfindən imzalanıb. İmzalanan bəyannamə həmçinin ölkələrimiz arasında olan münasibətlərin daha da dərinləşdirməsinə, habelə parlament səviyyəsində də əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Maraqlıdır, Azərbaycan, Türkiyə və Pakistan parlament spikerlərinin indiki məqamda bir araya gəlməsinin iştirakçı ölkələrin maraqları baxımından siyasi əhəmiyyəti nədir? Bu bəyannamə regionda hansı siyasi dəyişikliklər vəd edəcək, hər üç qardaş ölkənin düşmənləri tərəfindən necə qarşılanacaq?

Pakistanda yaşayan beynəlxalq məsələlər üzrə ekspert, Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli Avrasiya.net-ə bildirib ki, bu bəyannamə bölgəyə siyasi təsir göstərməyəcək, çünki bu üç ölkə bir-birindən uzaqdır: "Azərbaycan və Türkiyə Avrasiya bölgəsində, Pakistan isə Cənubi Asiyada yerləşdiyindən Pakistan, Azərbaycan və Türkiyə arasında əməkdaşlığı gücləndirəcəkdir. Bununla belə, regional baxımdan təsir yaratmayacaq, çünki Avrasiya bölgəsində Rusiya və Amerika Birləşmiş Ştatları və Avropa Birliyi mühüm rol oynayır. Cənubi Asiyadan danışsaq Çin, ABŞ və Rusiya regional siyasətdə əhəmiyyətli rol oynayır. Düşünürəm ki, bu sənəd üç ölkə arasında yalnız siyasi, iqtisadi və ticarət əməkdaşlığını gücləndirəcəkdir".

Tanoli onu da qeyd edib ki, Pakistan, Azərbaycan və Türkiyə arasındakı ittifaqın ancaq qarşıdurma yaşadığımız ölkələrə təsir göstərə bilər: "Regional siyasət bir-birindən uzaqda yerləşən üç ölkənin ittifaqı ilə deyil, böyük güclər tərəfindən formalaşır. Bu ittifaqa digər ölkələri də cəlb edə bilərik, lakin bu, digər ölkələr üçün bir təhlükə olacaqdır. Pakistan, Azərbaycan və Türkiyə arasındakı bu əməkdaşlıq bölgədə və dünyada deyil, Ermənistan və Hindistan kimi ölkələr üçün təhlükə kimi qəbul edilə bilər.

Dünyaya və ya böyük güclərə heç bir təsir yaratmayacaq, çünki Pakistan, Azərbaycan və Türkiyə arasındakı ittifaq NATO kimi bir hərbi ittifaq deyil, siyasi, iqtisadi və ya ticarət əməkdaşlıqları üçündür. Pakistan, Azərbaycan və Türkiyə arasındakı ittifaq müsbət təsir göstərəcək və bura Orta Asiya dövlətləri ilə yanaşı Orta Şərq ölkələrini də cəlb edə bilərik. Fikrimcə, burada Mərkəzi Asiya ölkələrinin iştirakı ticarət, iqtisadi və siyasi əməkdaşlığın gücləndirilməsində çox vacib rol oynayacaqdır".

Tanolinin fikrincə, hər üç ölkələrin parlamentləri arasında çox güclü əməkdaşlıq mövcuddur.

Tanoli həmçinin qeyd edib ki, Milli Məclisdə keçirilən görüş və imzalanan Bəyənnamə yalnız parlament əməkdaşlığını gücləndirməyə deyil, həm də ümumi əlaqələri, milli məsələlərdə qarşılıqlı dəstəyi artırmağa xidmət edir. “Üç qardaş ölkə arasında siyasi əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcək. Çünki bundan öncəki son görüş “İslamabad bəyannaməsi”nin imzalanması ilə başa çatdı və orada üç ölkənin siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək istədikləri bildirildi”.

Onun fikrincə, Bakı görüşünün siyasi əhəmiyyəti də böyükdür. Bu ölkələr siyasi müstəvidə demək olar ki, birlikdə hərəkət edirlər. Bu baxımdan parlament rəhbərlərinin görüşü üç dövlətin qanunverici orqanları arasında əməkdaşlığa öz töhfəsini verəcək.
Ermənistan Putinin hərbi blokundan yardım istəyə bilər?Ermənistan parlamentinin deputatı, “Mənim addımım” blokunun üzvü Ruben Rubinyan təmas xəttində bu gün yaşanan gərginliyə toxunub.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

“Müraciətlə bağlı proses davam edir”- deyə Ruben Rubinyan jurnalistin sualına cavab verib.
Bayden: Gələcək savaşlar bunun uğrunda olacaqABŞ və dünya üçün qeyri-stabillik riskini qlobal istiləşmə daşıyır.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib. O, gələcəkdə konfliktlərin əkin sahələri üstündə başlaya biləcəyini vurğulayıb:

“İqlim dəyişikliyi ilə əlaqədar olan çağırışlar bütün dünyada, o cümlədən ölkəmizdə qeyri-stabilliyin artmasına şərait yaradır. Bu, getdikcə daha tez-tez baş verən və daha ölümcül olan ekstremal hava şəraiti, qida və su təhlükəsizliyinin mövcud olmaması, dəniz səviyyəsinin qalxmasıdır ki, o da öz növbəsində miqrasiyanı artırır, əhalinin həssas təbəqləri üçün fundamental risklər yaradır”.

Bayden Amerika hərbçilərinin iqlim dəyişikliyini ABŞ üçün ən böyük təhdid saydıqlarını deyib.

ABŞ liderinin sözlərinə görə, əgər dəniz səviyyəsi 0,7 metr qalxsa, milyonlarla insan öz yaşayış yerini tərk edəcək və kənd təsərrüfatı üçün sərfəli olan torpaqlar uğrunda savaşmağa başlayacaq.
Zakir Həsənov sərhəddəki insidentdən danışdıAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də ABŞ-ın Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan müdafiə naziri azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş vermiş bu günkü insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

General-polkovnik Z.Həsənov əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluğunu ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Oklahoma Ştatının qubernatoru C.K.Stitt Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Ötən il qazanılan qələbənin Azərbaycan Ordusunun yüksək hazırlığının göstəricisi olduğunu qeyd edən Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor M.Tompson şəhid olanların ailələrinə baş sağlığı verib.

Görüşdə tərəflər Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparıblar.
İyrənc hadisə: Şəhidin 3960 manatını oğurladılarİyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Avrasiya.net xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
Daha bir vəzifəli şəxs SOCAR-dan getdiDövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib.

Bu barədə məlumatı Report-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təsdiq edib.

Onun sözlərinə örə, V.Əliyev öz ərizəsi ilə vəzifəsini tərk edib.