Hərbi xidmətə çağırış başladıPrezident İlham Əliyevin iyunun 17-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncama əsasən, bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.

Avrasiya.net xəbər verir ki, sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Artıq müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar iyunun 25-30 tarixlərində Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, videoformatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

İclasda işğaldan azad edilmiş ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədilə ərzaq, əczaçı dükanları, bankomatların və s. açılması məqsədilə iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili ilə bağlı məsələ müzakirə edilib, səfərin proqramı və marşurutunun hazırlanması, həmçinin təhlükəsizlik məsələlərinin təmin olunmasının vacibliyi qeyd edilib.

Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə sözügedən nazirliyin rəsmisi hesabatı dinlənilmişdir. Hesabatda qeyd edilir ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb. 1 525 km avtomobil yolunun, 292 km elektrik verilişi xəttinin, 45 km qaz təchizatı xəttinin, 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin ilkin inventarlaşdırılması başa çatdırılıb. Bundan əlavə 533 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq elektron məlumat bazasına daxil edilib.

Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici ekspertlərlə əməkdaşlığa start verilib. Bu istiqamətdə AMEA-nın İqtisadiyyat İnstitutu və “Boston Consulting Group” məsləhətçi şirkəti ilə birgə müvafiq işlər aparılmaqdadır.

İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Hazırki dövrə qədər 600-dən artıq müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi öz hesabatında bildirib ki, turizm resurslarının qiymətləndirmə metodologiyası əsasında turizm resurslarının qiymətləndirilməsi turizm və rekreasiya zonaları, nəqliyyat dəhlizləri və tematik mövzular üzrə (turizm marşrutları üzrə) aparılır. Turizm məhsullarının inkişaf etdirilməsi istiqamətində “Yolumuz Qarabağa” turizm marşrutunun konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” tur proqramlarının layihələri hazırlanıb. Bölgənin ”Milyon ürək, bir bağ” turizm destinasiya brendinin yaradılması istiqamətində işlər aparılıb, həmçinin regionun turizm potensialının 2021-ci il may və iyun ayında Dubay və İstanbul şəhərində keçirilən beynəlxalq sərgilərdə təbliğ edilib.

Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə edilib və tövsiyələr verilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Bələdiyyə sədri “avtoşluq” etdi, polisə aparıldıŞabranın Uzunboyad bələdiyyəsinin sədri Rafiq Tofiq oglu Muradov “avtoşluğa” görə cərimələnib. Olay ötən ay baş verib. Rafiq Muradov rayon ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozub. Dövlət Yol Polisi İdarəsinin Şabran rayon şöbəsinin əməkdaşlarının saxla əmrinə tabe olmayıb. “Avtoş” bələdiyyə sədrinin saxlanılması üçün tədbir görülüb, rayon ərazisində Rafiq Muradovun idarə etdiyi avtomobil saxlanılıb. Bələdiyyə sədri canını cərimə ödəməklə qurtara bilib.

Rafiq Muradovun adı mətbuatda 2018-ci ildə də hallanmışdı. Həmin ilin noyabrında bələdiyyə sədrinin oğlu, 2004-cü il təvəllüdlü Tofiq Rafiq oğlu Muradov idarə etdiyi “VAZ-2107" markalı, Az 90 XF 512 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 2005-ci il təvəllüdlü Səkinə Ramin qızı İsmayılovanı vurub. S.İsmayılova təcili tibbi yardım avtomobili ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ayağının baldır nahiyəsinin sınığı diaqnozu qoyulub, yaralı tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Həmin vaxt bələdiyyə sədrinin oğlunun idarə etdiyi avtomobillə 2 nəfərin vurulması xəbəri vardı. Lakin o dövrdə Rafiq Muradovun qrup yoldaşı, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin müdaxiləsi ilə qəzanın miqyası kiçildilib, bələdiyyə sədrinin oğlu cəzadan kənar saxlanılıb.

Bundan başqa, Rafiq Muradovun Uzunboyad kəndində əhalinin narazılığına səbəb olan bir neçə addım atdığı haqda da xəbərlər var. 44 günlük Vətən müharibəsində şəhid olan Uzunboyad sakinlərinə həmkəndliləri xatirə parkı tikmək qərarı veriblər. Park üçün kəndin mərkəzində boş torpaq sahəsi seçilib. Bələdiyyə sədri Rafiq Muradov buna qarşı çıxıb, kəndin kənarında bir yer göstərməklə parkın tikintisinin orada aparılmasına çalışıb. Sakinlərin etirazlarından sonra isə bələdiyyə sədri ortaya bir sənəd çıxarıb ki, bəs bu torpaq sahəsi mənimdir. Sakinlərin ciddi təpkisindən sonra məsələyə rayon rəhbərliyi qarışıb, sonda bələdiyyə sədri geri çəkilməli olub. (musavat.com)
PKK-dan DƏHŞƏTLİ ƏMƏL: 67 nəfər işgəncə ilə öldürüldü, 3417 nəfərdən isə xəbər yoxdurYPG/PKK terror təşkilatı son 5 ildə Suriyada saxladığı şəxslərdən ən az 67 nəfərə işgəncə verərək öldürüb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Dinc vətəndaşlara qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Haqları Mərkəzi separatçı terror təşkilatının Suriyada işğal olunmuş bölgələrdə mülki şəxslərə qarşı törətdiyi cinayətlər barədə hesabat yayıb.

Mərkəzin hesabatında Suriyadakı vətəndaş müharibəsində YPG/PKK üzvü terrorçuların 2016-cı ildən bəri biri uşaq və ikisi qadın olmaqla ən azı 67 nəfərə işğəncə verərək öldürdüyü qeyd edilib.

Terror təşkilatının işgəncələrində qisas izlərinin yer aldığı hesabatda məhbuslara müxtəlif işgəncələrin verildiyi vurğulanıb.

Hesabatda həmçinin son 6 ayda ən azı 6 nəfərin təşkilatın işgəncəsi nəticəsində həyatını itirdiyini bildirilir. Qeyd edilir ki, həbsxanalarda saxlanılan ən azı 3417 nəfərin taleyindən isə xəbər tutmaq mümkün deyil.
Kəlbəcərə keçmək istəyən 6 nəfər SAXLANILDIDaxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, iyunun 29-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanılıb. Həmin şəxslər polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.

Kəlbəcərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərənlər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
ABŞ banan respublikasına çevriləcək - Trampİndiki seçki sistemi ilə ABŞ banan respublikasına çevriləcək.

Avrasiya.net xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, son seçkidə əvvəlkinə nisbətən daha yaxşı səs yığmışdı:

“Ancaq səslərin sayılmasından sonra nəticələr bu dəfə bir qədər onların lehinə oldu. Seçki sistemimizi qaydaya salmalıyıq, çünki əks halda ölkəmizi əldən verəcəyik. Tezliklə bura banan respublikası, dünyanın üçüncü ölkəsi olacaq”, - Tramp bildirib.

Azar.az
İmran Xandan tarixi çıxış: ABŞ məğlub oldu!Pakistan və ABŞ sülh üçün partnyor ola bilər, müharibə üçün yox!

Avrasiya.net xəbər verir ki, bu sözləri Pakistan Baş naziri İmran Xan deyib.

O, Pakistan və ABŞ-ın Əfqanıstana qarşı müharibə başlatmaması gərəkdiyini bildirib:

“ABŞ üçün baza yaradılması məsələsində mənə müraciət edildi. ABŞ Əfqanıstanda məğlub oldu və bu məğlubiyyətin günahını bizim üstümüzə atmağa çalışdılar. Pakistan suverenliyi məsələsində güzəştə getməyəcək”.

Qeyd edək ki, Pakistan ABŞ-ın Əfqanıstandan ordunu çıxarmaq üçün bu ölkədə baza qurmaq təklifini qəbul etməyib.
Appaturay Tiflisdən elan etdi: Rusiya anlamalıdır...NATO Qara dənizdə öz varlığını qoruyur və regionda partnyorlarla əməkdaşlığı gücləndirəcək.

Bunu Tiflisdə səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

"Naviqasiya azadlığı və Krımın Rusiyanın deyil, Ukraynanın olması faktında NATO qəti mövqeyə sahibdir. İnsident zamanı NATO müttəfiqləri prinsipləri qorumaqda qətiyyət nümayiş etdirdilər. Rusiya tərəfi anlamalıdır ki, NATO müttəfiqləri bu məsələdə geri çəkilmir".

Qeyd edək ki, bundan öncə Britaniyanın "Defender" gəmisi Krım yaxınlığında Rusiyanın atəşinə məruz qalmışdı. Rusiya bunu gəminin onun dövlət sərhədini pozmasıyla əlaqələndirmişdi.