Çoban fermeri öldürdüİyulun 29-da 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilib.

Samux rayon prokurorluğundan verilən məlumata görə, Arzu Abdullayev aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Samir Quliyev iyulun 29-u saat 23 radələrində Samux rayonunun Qarabağlar kəndi ərazisində yerləşən fermada tanışı Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən A.Abdullayev ferma sahibi olub. Hadisəni törədən S.Quliyev orada çoban işləyirmiş.
Həmsədrlərin sərhəd bəyanatı: Minsk qrupunun gündəmi dəyişir - TƏHLİLMinsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı bəyanat yayıb, tərəfləri sakitliyə dəvət edir.

Missiyası Qarabağ münaqişəsinin həlli ilə bağlı olan Minsk qrupunun sərhəd məsələsinə münasibət bildirməsi təəccüblü olduğu qədər də bəllidir: həmsədr ölkələr münaqişə bitsə də, bu institut üzərindən bölgədəki maraqlarını həyata keçirməyə çalışır, sərhəd gərginliyini yeni fürsət olaraq görürlər;

Burada iki əhəmiyyətli məqam var:

Birincisi, sərhəd gərginliyindən sonra Qarabağ məsələsinin arxa plana keçməsi, “fəaliyyət” göstərməkdə israr edən həmsədrlik institutunun da gündəminin dəyişməsidir.

İkincisi, Minsk qrupunun Qarabağdakı reallığı qəbul etməyə məcbur olmasıdır. Rəsmi Bakı Minsk qrupuna artıq ehtiyac olmadığını, fəaliyyət göstərmək istəyirsə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə biləcəyini bəyan edib. May ayında sərhəddə başlanan gərginlikdən sonra Minsk qrupu fəaliyyətini (iyunun 2-də Vyanada Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdilər və növbəti dəfə bu gün bəyanat verdilər) bu istiqamətə yönləndirir.

Bu, Bakının postmünaqişə strategiyasına uyğundur.

Diqqətçəkən məqamlardan biri də Rusiyanın Minsk qrupundakı həmsədrini dəyişməsidir: İqor Popovu İqor Kovayev əvəzlədi.

Bu əvəzləmə Rusiyanın Minsk qrupuna münasibətinin də dəyişməsi kimi qəbul edilə bilər. Çünki ABŞ və Fransa həmsədrlərini mütəmadi dəyişsə də, Popov 2010-cu ildən bu postda idi və münaqişənin həllindən sonra dəyişdirildi. Moskva münaqişənin bitdiyi və Minsk qrupunun fəaliyyətinin humanitar, ikitərəfli münasibətlərin düzəldilməsi kimi məsələlərlə məhdudlaşdırılması mövqeyini bölüşür. Yeni rusiyalı həmsədrin fəaliyyəti də Minsk qrupunu bu istiqamətdə yönləndirmək ola bilər.

Asif Nərimanlı
Türkiyənin bu ərazilərində yanğın davam edirXəbər verdiyimiz kimi, Türkiyənin Adana, Osmaniye, Mersin, Kayseri, Antalya, Aydın, Muğla bölgələrini meşə yanğınları cənginə alıb. Yanğınlar zamanı 3 nəfər həyatını itirib, ağaclar və evlər yanaraq külə dönüb.

Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ölkə daxilində 2 gündə meydana gələn 63 yanğından 42-nin nəzarət altına alındığını, 21-nin davam etdiyini açıqlayıb.

* Adanada 20 yanğından 6-sı davam edir.

* Antalyada 10 yanğından 4-ü davam edir.

* Mersində 7 yanğından 4-ü davam edir.

* Muğlada 4 yanğından 3-ü davam edir.

* Osmaniyedəki 4 yanğından 2-si davam edir.

* Kayserinin Yahyalı rayonunda yanğın davam edir.

* Digər yerlərdəki yanğınlar nəzarət altına alınıb.

Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, bu savaşda bütün xalq var gücü ilə mübarizə aparmağa davam edir.

Rusiya PUA-lar üçün raketlər hazırlayırRusiya payızda “Orion” zərbə PUA-ları üçün nəzərdə tutulan “Vixr” tank əleyhinə raketləri sınaqdan keçirəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb. Agentlik bu raketlərin döyüş meydanında “Orion”un effektivliyini artıracağını bildirib.

“Vixr”lərin döyüş meydanında hərəkət edən tankı məhv etmə qabiliyyətinin 80% olduğu vurğulanıb.
Bakı metrosunda qatarlar tuneldə qalıb"Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.

Belə ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.

Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə "Cəfər Cabbarlı" və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb.

Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.

"Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur", - deyə o, qeyd edib.
Bakı meriyası vətəndaşlara müraciət etdiBakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyulun 31-də şəhərin bütün rayonlarında geniş daxili iməclik keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcək.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Xarici jurnalistlər Qarabağa getdilərAzərbaycanda olan bir qrup xarici jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub.

Avrasiya.net xəbər verir ki, səfərdə İspaniya, İtaliya, Bolqarıstan, İordaniya, Yaponiyadan olan jurnalistlər iştirak edirlər.

Səfərdə məqsəd xarici jurnalistləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri, eyni zamanda Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.

Səfər qısa zamanda inşa olunan Zəfər yolu ilə həyata keçiriləcək.

Jurnalistlər işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Şuşa, Ağdam, eləcə də erməni vəhşiliyindən zərər görmüş Gəncə şəhəri ilə tanış olacaqlar.


Qərb islam dünyasına qarşı savaşa başlayıb - RusiyaRusiya və müsəlman dünyası Qərbin informasiya müharibəsinə qarşı durmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Bikantov deyib.

“Qlobal informasiya müharibəsi amilindən bəhs etməmək olmaz. Bu, Qərb tərəfindən başladıldı və dəyərlərə üstünlük verən ölkələrə qarşı həyata keçirilir. Bunun üçün total neqativ informasiya fonu formalaşdırlır. Rusiya, Çin, İran, müsəlman dünyası ölkələrində bütün problemlər şişirdilir və uğurlar barədə susurlar. Bütün bunların məqsədi rəqibləri qlobal informasiya məkanında maksimum nüfuzdan salmaqla zəiflətməkdir”, - Bikantov bildirib.
Müdafiə Nazirliyi ordumuza məxsus 2 PUA-nın vurulmasını TƏKZİB ETDİ"Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır".

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - deyə nazirlikdən qeyd edilib.
“Qarabağ”ın rəqibi bəlli oldu"Qarabağ" klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, bu, Kiprin AEL komandasıdır.

"Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.