Müharibə iştirakçısı anası ilə birlikdə çöldə yaşayır - VideoGöyçay rayonu Çayarxı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı Əliyev Nicat Əbilağa oğlu Avrasiya.net-ə məktub yazaraq anası ilə birlikdə çöldə, uçuq bir daxmada yaşadığından şikayətlənib.

Tərəfindən redaksiyamıza daxil olan məktubun mətnini və videonu təqdim edirik:

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib bildirirəm ki, anamla birlikd çöllərdə qalmışıq.Bizim yaşayışımızı görən dəhşətə gələr.

Belə ki, mən Vətən müharibəsində 157 saylı hərbi hissənin tərkibində Suqovşan, Talışkənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm.Qubadlının müdafiəsində olmuşam.Buna görə mən medallarla təltif edilmişəm.

Atam vəfat edib evimiz olmadığı üçün anamla birlikdə Göyçay rayonu Çayarxı kəndində çölün düzündə köhnə uçuq-sökük ticarət köşkündə yaşayırıq. Dörd kv-m ölçüsü olan həmin ticarət köşkünün döşəməsi yoxdur, tavanı damır.Gördüyünüz bu yerdə heyvan saxlamağa yaramır ancaq biz burada yaşamağa məcbur olmuşuq.10 il əvvəl borca düşdüyümüz üçün evimizi satıb köhnə ticarət köşkünü kəndin çöllüyünə qoyub yaşayırıq.

Daş bazarında fəhləlik edirəm ki, buna görə elə olur günlərlə işim olmur.Göyçay Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişəm ancaq heç bir köməklik göstərilməyib. Həttda mən Vətən müharibəsində olan zaman Göyçay rayon İcra Hakimiyyətinə zəng edib tənha qalmış anama iki ədəd çörək alıb verilməsini xahiş etmişəm.Ancaq xahişimi nəzərə almadılar bir dəfədə olsun maraqlanmadılar.

35 yaşım var evsizliyə imkansızlığa görə hələ ailə həyatı qurmamışam.Yaşadığımız daxmanın qazı və suyu yoxdur.Elektirik enerjisinə görə 700 manat borcumuz yaranıb. Bəlkədə Azərbaycan Respublikasında bizim kimi acınacaqlı şəraitdə yaşayan ikinci bir ailə yoxdur.Sağlamam və əmək qabiliyyətinə malik olsamda hələdə işlə təmin olunmamışam.Baxmayaraq ki, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. Acından ölməmək üçün Göyçayda daş bazarında fəhləlik edirəm.Bu iş isə daimi deyil bir gün olur 5 gün olmur.Həyatda arzum evimizin olması və ailə həyatı qurmağımdır ki, imkansızlığa görə bu mümkünsüz olub.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb onlardan xahiş edirəm mümkün olarsa bizim yaşadığımız evin videosuna baxasınız və bizim ailəyə imkan daxilində köməklik göstərəsiniz.
DYP-dən hərəkət iştirakçılarına müraciət: Diqqətli olun!Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-dən Avrasiya.net-ə daxil olan müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edir.

Sürücülər küləkli havada yolun kənarları qapalı olan hissəsindən və tunellərdən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, o cümlədən küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Həmçinin, piyadalar da yolun hərəkət hissəsinə çıxmamaqla yolları və küçələri yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, xüsusilə yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər".
Su etirazları böyüyür, polis nümayişçiləri güllələyirİranın etnik ərəblər yaşayan Xuzestan (Əl-Əhvaz) bölgəsində su qıtlığına görə başlayan etirazlar günlərdir davam edir və ölkənin digər şəhərlərinə də yayılıb.

Avrasiya.net xəbər verir ki, təhlükəsizlik qüvvələri Xuzestanda getdikcə böyüyən etirazları yatırmaq üçün silahdan istifadə edir, BBC Fars xidmətinin yaydığı kadrlara əsasən nümayişçilərə atəş açılır. İndiyədək Xuzestanda polislə toqquşmalarda ölənlərin sayı 10-a çatıb.

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet İran hakimiyyətinin etirazçıları dağıtmaq üçün silah tətbiq etməsini qınayıb. Komissar etirazçılara qarşı qaba gücdən istifadə edildiyinə dair çoxsaylı dəlillər olduğunu bildirir.
Əfqanıstan ordusu "Talibana" ağır zərbələr vurubƏfqanıstan təhlükəsizlik qüvvələrinin "Taliban" tərəfindən nəzarətə götürülən əraziləri geri almaq üçün başlatdıqları əməliyyatlar davam edir.

Publika xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Əməliyyat nəticəsində Bəlx vilayətinin Kelder qəsəbəsi "Taliban"dan geri alınıb. Qarşıdurmalarda 20 taliban silahlısı öldürülüb, onlarla taliban üzvü yaralanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qalsa da, təhlükəsizlik qüvvələri ilə "Taliban" arasında şiddətli qarşıdurmalar davam edir.

"Taliban" iyun ayının son həftəsində başlatdığı hücumlar nəticəsində Özbəkistan və Tacikistan sərhədindəki bütün qəsəbələrə nəzarəti ələ keçirib.

Özbəkistana uzanan və əhəmiyyətli ticarət yolu hesab edilən Hayratan Sərhəd Qapısını iki istiqamətdən mühasirəyə salaraq cənub-qərbdəki Qaznə vilayətinə irəliləyib.

8 iyulda isə ölkənin İran sərhədindəki İslam qala və 14 iyulda Pakistan sərhədindəki Spin Boldak sərhəd qapılarına nəzarəti ələ keçirib
İstilərin intensiv dövrləri müşahidə olunacaqYer kürəsində havanın temperaturunun artımı sürətlənir, bu ona gətirib çıxaracaq ki, ən yaxın onilliklərdə uzun müddətli istilərin intensiv dövrləri müşahidə olunacaq.

Bu barədə “Axios” Sürixin Ali Texniki Məktəbinin tədqiqatına istinadən bildirib.

"Əsas fikir ondan ibarətdir ki, biz qarşıdakı onilliklərdə istilərin rekordlarını daha çox üstələyəcək rekord həddə hazırlaşmalıyıq", - tədqiqatın iştirakçısı Erik Fişer bildirib.

Alimlər tədqiqatın gedişatında həmçinin müəyyənləşdiriblər ki, qeyri-adi isti hava istixana qazlarının atmosferə buraxılması ilə bağlı ola bilər. Qazların buraxılması göstəriciləri nə qədər çox olsa, istilik dövrü o qədər çox ola bilər.

Tədqiqatçılar eləcə də qeyd ediblır ki, Yerdə orta illik hərarət hər onillik ərzində 0,18 dərəcə artır. Bu, əvvəlki 40 ildə müşahidə olunandan daha sürətlidir. Nəticələr alimlərin hesab etdiyi kimi, istixana qazlarının tullantılarını azaltmaq ehtiyacını göstərir.

Alimlər istixana qazlarının Yer kürəsinin iqlimini sürətlə dəyişdirdiyindən mövcud tədbirlərin yetərli olmayacağı fikrini də irəli sürüblər.modern.az
Avropaya gedən 57 miqrant Aralıq dənizində batdıAvropaya gedən ən azı 57 miqrant onları daşıyan qayığın aşması nəticəsində həlak olub.

Vu barədə Miqrasiya üzrə Beynəlxalq Təşkilatının mətbuat katibi Safa Msexli öz Tvitter səhifəsində bildirib.

O bildirib ki, hadisə Liviya sahillərinin yaxınlığında baş verib:

"Bu gün Liviya sahillərində, Homs şəhərinin ətrafında qayığın aşması nəticəsində ən az 57 nəfər ölüb. Balıqçılar və sahil mühafizəsi tərəfindən sahilə çıxarılan sağ qalanların dediklərinə görə, boğulanlar arasında ən azı 20 qadın və iki uşaq olub".
ABŞ bu ölkələrdən çıxmayacaq - SemyonovABŞ yaxın iki il ərzində İraqda qalacaq.

Axar.az xəbər verir ki, bunu rusiyalı ekspert Kirill Semyonov deyib.

“Onlar nə İraqdan, nə də Suriyadan çıxmağa hazırlaşır. Azı iki il orada qalacaqlar. Onlar İraq və Suriyadakı müxtəlif yerli qüvvələrin köməyi ilə vəziyyəti nəzarətdə saxlamaq istəyirlər. Amerikalılar hələ də regionda qalacaq, kimlərinsə xoşuna gəlməsə belə”, - Semyonov bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibi Blinken ölkəsinin İraqdakı hərbi əməliyyatlarda iştirakının 31 dekabrdan tam dayandırılacağını elan edib.
Şəmkirdə intihara cəhd - benzin töküb özünə od vurduŞəmkirdə yerli sakin intihara cəhd edib.

Hadisə Könüllü kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı C.İbrahimov üzərinə benzin tökərək özünə od vurub. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. C.İbrahimov xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb (report).