Ermənistan Putinin hərbi blokundan yardım istəyə bilər?Ermənistan parlamentinin deputatı, “Mənim addımım” blokunun üzvü Ruben Rubinyan təmas xəttində bu gün yaşanan gərginliyə toxunub.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

“Müraciətlə bağlı proses davam edir”- deyə Ruben Rubinyan jurnalistin sualına cavab verib.
Bayden: Gələcək savaşlar bunun uğrunda olacaqABŞ və dünya üçün qeyri-stabillik riskini qlobal istiləşmə daşıyır.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib. O, gələcəkdə konfliktlərin əkin sahələri üstündə başlaya biləcəyini vurğulayıb:

“İqlim dəyişikliyi ilə əlaqədar olan çağırışlar bütün dünyada, o cümlədən ölkəmizdə qeyri-stabilliyin artmasına şərait yaradır. Bu, getdikcə daha tez-tez baş verən və daha ölümcül olan ekstremal hava şəraiti, qida və su təhlükəsizliyinin mövcud olmaması, dəniz səviyyəsinin qalxmasıdır ki, o da öz növbəsində miqrasiyanı artırır, əhalinin həssas təbəqləri üçün fundamental risklər yaradır”.

Bayden Amerika hərbçilərinin iqlim dəyişikliyini ABŞ üçün ən böyük təhdid saydıqlarını deyib.

ABŞ liderinin sözlərinə görə, əgər dəniz səviyyəsi 0,7 metr qalxsa, milyonlarla insan öz yaşayış yerini tərk edəcək və kənd təsərrüfatı üçün sərfəli olan torpaqlar uğrunda savaşmağa başlayacaq.
Zakir Həsənov sərhəddəki insidentdən danışdıAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də ABŞ-ın Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan müdafiə naziri azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş vermiş bu günkü insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

General-polkovnik Z.Həsənov əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluğunu ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Oklahoma Ştatının qubernatoru C.K.Stitt Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Ötən il qazanılan qələbənin Azərbaycan Ordusunun yüksək hazırlığının göstəricisi olduğunu qeyd edən Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor M.Tompson şəhid olanların ailələrinə baş sağlığı verib.

Görüşdə tərəflər Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparıblar.
İyrənc hadisə: Şəhidin 3960 manatını oğurladılarİyulun 26-da Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

Avrasiya.net xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
Daha bir vəzifəli şəxs SOCAR-dan getdiDövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib.

Bu barədə məlumatı Report-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təsdiq edib.

Onun sözlərinə örə, V.Əliyev öz ərizəsi ilə vəzifəsini tərk edib.
Bu gün Ermənistanın Lori vilayətində erməni hərbçilər qəzaya düşüb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, Hamamlı (Spitak)-İrəvan yolunun 9-cu kilometrliyində BMV markalı maşın yoldan çıxaraq bir neçə dəfə aşıb.

Qəza nəticəsində Ermənistan ordusunun muzdlu əsgərləri, 30 yaşlı Mger Qriqoryan və 34 yaşlı Artyom Akopyan ağır xəsarətlər alıb.

Qeyd edək ki, bu gün Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində erməni ordusunun təxribatı baş verib və Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Ordumuzun cavab zərbəsi nəticəsində Ermənistan MN-in yaydığı son məlumata görə, 3 erməni əsgər məhv edilib, 4-ü yaralanıb.

Ermənistan MN-dən itkilərlə bağlı yeni açıqlama: say artdı09:47

Ermənistan – Azərbaycan sərhədində baş verən silahlı atışma nəticəsində 3 erməni hərbi qulluqçu ölüb, 2-si yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bir qədər öncə Ermənistan MN yaydığı məlumatda 2 erməni əsgərin yaralandığını, daha 5 əsgərin taleyinin isə naməlum olduğunu açıqlamışdı.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gecə saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutduğunu açıqlayıb. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

***

Ermənistan MN bugünkü atışmada ölən və yaralananlarla bağlı məlumatı yeniləyib.

Bildirilib ki, Ermənistan ordusu 3 əsgər itirib, 4 əsgər isə yaralanıb.

Qeyd edilib ki, hazırda sərhəddə vəziyyət stabildir.

Xatırladaq ki, erməni Teleqram kanalları 5 erməni əsgərin məhv edildiyini yazıb.

Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir"Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən Avrasiya.net-ə verilən məlumata görə, xarici işlər naziri Ceyhun Bayramov, qardaş Türkiyə Böyük Millət Məslisinin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan Milli Məclisinin sədri, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri və Türkiyə Böyük Millət Məslisinin sədri arasında ilk üçtərəfli görüşün keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop üç qardaş ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib. Mustafa Şentop, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmaq təklifini çox mühüm addım kimi dəyərləndirib. Azərbaycanın humanitar sahədə önəmli addımlar atdığını qeyd edən Türkiyə Böyük Millət Məclisinin sədri, Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsinin zəruri olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində üç qardaş ölkənin parlament rəhbərlərinin görüşü nəticəsində Bakı Bəyannaməsinin imzalanmasını məmnunluqla qeyd edib. O, bu hadisənin qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcəyindən əminlik ifadə edib. Nazir, dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını, bu əlaqələrin geniş və hərtərəfli olduğunu vurğulayıb. 2021-ci ilin yanvarında İslamabadda üç ölkənin xarici işlər nazirlərinin bir araya gədiyini xatırlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edib. Nazir, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini və qəbul olunmuş Şuşa Bəyannaməsini tarixi hadisə kimi qiymətləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən etibarən Türkiyə xalqının, başda Türkiyə Prezidenti olmaqla bütün səviyyələrdə dəstəyini hiss etdiyini və bunun yüksək dəyərləndirildiyi vurğulanıb. Nazir hazırda Türkiyənin bölgədə sülhün təmin edilməsi istiqamətində tam dəstəyini hiss etdiyimizi və bunu alqışladığımızı qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı tərəflər, eyni zamanda Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin gündəliyi üzrə, o cümlədən parlament əməkdaşlığı istiqamətində, habelə regional təhlükəsizlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər
Şəmkirdə 15 yaşlı oğlan itkin düşübŞəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

M. Vəliyevin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (070) 306-45-46 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.