Şəmkirdə intihara cəhd - benzin töküb özünə od vurduŞəmkirdə yerli sakin intihara cəhd edib.

Hadisə Könüllü kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı C.İbrahimov üzərinə benzin tökərək özünə od vurub. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. C.İbrahimov xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb (report).
Ceyhun Səfərov “Azəriqaz”dan getdi“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub. Bu münasibətlə Birlik rəhbərliyi yanında görüş təşkil olunub.

Bu barədə Avrasiya.net-ə “Azəriqaz”dan məlumat verilib.

C.Səfərovun qurumun ictimaiyyətlə əlaqələri sahəsində müsbət irəliləyişlərə nail olduğunu qeyd edən baş direktor Ruslan Əliyev, onun bu sahədə məlumatlı bir kadr kimi yetişdiyinə diqqət çəkib. Vurğulanıb ki, o, kollektivdə rəğbət qazanıb və fəaliyyəti müddətində peşəkarlığı ilə seçilib. R.Əliyev bildirib ki, tanınmış jurnalist olan C.Səfərovla “Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır. Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə yararlanacaqlar. Ceyhun Səfərov ona göstərilən diqqətə görə təşəkkür edib və “Azəriqaz” İB kollektivinin onun üçün doğma olduğunu vurğulayıb. Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatındakı fəal iştirakına görə Ceyhun Səfərovu Fəxri fərmanla təltif edib, kollektivlə birgə xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, C.Səfərov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2 il bundan öncə təyin edilmişdi.
İcra başçısı Baş Prokurorluğa müraciət edibDaşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev mətbuatda onunla bağlı gedən məlumatları təkzib edir.

İcra Hakimiyyətindən Avrasiya.net-ə açıqlamada bildirib ki, 25.07.2021-ci il tarixdə bir sıra xəbər saytlarıdna yayımlanmış “Əhəd Abıyev məşhur taksi şirkətini aldı” başlıqlı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, heç bir həqiqətə uyğun olmayan yazıya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.

Birmənalı olaraq bildiririk ki, adı çəkilən taksi şirkətinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla qətiyyən əlaqəsi yoxdur. Bilərəkdən məkrli niyyətlə Olke.az xəbər saytının yaydığı şər-böhtan xarakterli məluatları özündə ehtiva edən həmin yazı Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə hesablanıb. Daşkəsən rayon İcra hakimiyyətinin başçısı ilə bağlı ictimai fikri çaşdıran həmin xəbərdəki məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və layəqətini ləkələmək hüququ vermir.


Siyəzəndə GİM-in yaranması günü qeyd olunubAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 27 illiyi qeyd olunub.

İyulun 26-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 27 ildönümü münasibəti ilə “Vətənə dayaq olan gəncliyimizlə qürur duyuruq” adlı videkonfrans formatında tədbir keçirilib.

Zoom tətbiqi vastəsilə təşkil olunan onlayn görüşdə Siyəzən, Şabran və Xızı rayonlarının Gənclər və İdman İdarələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri, eləcə fəal gənclər iştirak ediblər.

Tədbirdə Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, Xızı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elyanar Hüseynov, Siyəzən rayon Böyük Həmyə kənd tam orta məktəbin müəllimi Zamiq Güləliyev, Şabran Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Musa Hüseynov, Şabran rayonundan olan fəal gənc Seymur Abdullayev və digərləri çıxış edərək tədbir iştirakçılarını ilk növbədə əlamətdar gün münasibəti ilə təbrik etmiş, dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rolundan danışmışlar.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan gəncliyinin parlaq gələcəyinin təmin edilməsi, gənclərimizin istedadının, potensial imkanlarının aşkara çıxarılması və genişləndirilməsi dövlət əhəmiyyəti daşıyan bir məsələdir. Dövlət tərəfindən həyata keçirilən islahatların əsas əhatə dairəsini məhz gənclər təşkil edir. Ümumiyyətlə Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olmuşdur. Gənclərlə iş və idman sahəsində dövlət siyasəti Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Bu sahədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin də müstəsna xidməti var.

Həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 27 illiyi ilə əlaqədar dövlət gənclər siyasətinin həyata keçirilməsindəki xidmətlərinə və Vətən müharibəsində göstərdikləri şücaətə görə bir qrup gənc Siyəzən Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.






#ARGİİN27 #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #SiyəzənGİİ
İsmayıllıda sürücü yol polisini döydüİyulun 24-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə İsmayıllı Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, İsmayıllı RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlı İsmayıllı şəhəri, M.Orucov küçəsində xidmət apardığı zaman BMV X5 markalı, 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudov polis əməkdaşına müqavimət göstərməklə əlləri ilə Bəhram Bəhramlının üz və boyun nahiyəsinə zərbələr endirərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ruslan Maxsudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət işi üzrə istintaq davam edir.
Azərbaycanın Türkiyədəki yeni səfiri kimdir? - DosyeXəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov bu gün Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Avrasiya.net xəbər verir ki, R.Məmmədov buna qədər Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri idi.

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.

Təhsili

1990–1995 — Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

2002–2004 — G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib.

2017–2020 — Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

Əmək fəaliyyəti

1990–1992 — Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb.

1992–1994 — Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib.

1995–1996 — Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub

1996–2000 — Bakı Hərbi Prokurorunun köməkçisi

2000–2001 — Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe

2001–2006 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib.

2006–2008 — Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquqməsələləri şöbəsinin müdiri

2008–2010 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib.

2010 — Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladəvə Səlahiyyətli Elçi diplomatik rütbəsi verilmişdir.

2010–2015 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olmuşdur.

2015-2021 — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri.

Prezident bir neçə ölkəyə yeni səfir təyin etdiQalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Bundan başqa Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. Digər sərəncamla Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Fuad Eldar oğlu İsgəndərov isə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Digər sərəncamla Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Anar Abel oğlu Məhərrəmov isə Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"Bu gün Allah Şükür Paşazadəyə missonerlər hücum edir"Niyaməddin Orduxanlının aparıcı olduğu AXC TV-də "Həftənin yekunu"nun bu dəfəki qonağı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Elçi.az" saytın baş redaktoru Əli Həziquliyev olub. Verlişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regonda baş vermiş hadisələr müzakirə olunub. Müzakirə zamanı, Prezident İlham Əliyevin həftə ərzində Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfərinin təəssüratları, səfər zamanı Qarabağa dair müzakirələr, Zəngəzur dəhlizinin açılması perespektivləri və dəhlizin geçikməsinin səbəbləri, son günlər ərzində Ermənistanın ərazisindən Azərbaycan ərazilərində atəşkəsin pozulmasının əsas səbəbləri, pozulan atəşkəsdə revanşist Köçaryanın təsiri və rolu, Köçəryanın deputat mandatından imtina etməsinin səbəbləri, bu gün Qərbin Azərbaycanla Rusiyanın mübasibətlərinin pozulmasında maraqlı olması ehtimalı, Avropa İttifaqının Ermənistana 3 milyarda yaxın avro vəsait ayırdığı halda, Azərbaycana 150 milyon avro ayırmasının səbəbləri, Qərbin Azərbaycana ikili standartlarla yanaşmasının əsas səbəbləri, bu gün Qarabağda olan 25 000 erməniyə görə statusun verilməsini gündəmə gətirmək istəyən qüvvələrinin maraqları, son günlər Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri hörmətli Allahşükür Paşazadəyə qarşı aparılan kampaniyanın səbəbləri, Şeyxə hücum edənlərin kimlikləri, Azərbaycan-İran münasibətlərinin pozulmasında maraqlı qüvvələrin fəaliyyəti, Azərbaycanın Medianın İnkişafı Agentliyinin qəzet və online saytlara göstərdiyi maddi dəstəyin təşkil edilməsi, media orqanlarına dövlət dəstəyinin təşkil olunmasının müsbət tərəfləri, mediada aparılan islahatlar və digər məsələlərə toxunulub. Verlişin videosunu təqdim edirik:
Şamaxıda polis faciəvi şəkildə öldüŞamaxı rayonunda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, polis serjantı İdrak Alıyev öz evinin həyətində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Hadisə onun xidmətdənkənar olduğu vaxt baş verib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.