"Yeni Klinika"dan xalq artistinin ölümü ilə bağlı - Açıqlama74 yaşlı xəstə Səməd Səmədov ötən gün gecə saatlarında "Yeni Klinikanın" reanimasiya şöbəsinə çox ağır - tənəffüs çatışmazlığı, ciddi dirəncli potenziya vəziyyətində daxil olub.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında klinikanın reanimatoloqu Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin saturasiyası 60-70 arasında idi:

"Təzyiqi qaldırmaq üçün maksimal dozada təzyiq qaldıran dərmanlar istifadə olundu. Xəstəyə lazımi dəstək müalicəsi olunsa da, aparılan müayinələr nəticəsində prokansin dəyərinin çox yüksək olması, bakterial infeksiyanın əlavə olunmasına sübut idi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı təsbit edildi. Kreatin dəyərləri 2,5 dəfə yüksəlmişdi və xəstənin sidik çıxışları demək olar ki, yox idi. Xəstə heç 24 saat reanimasiya şöbəsində qalmadı. 15-16 saat müddətində xəstəni saxlaya bildik. Bütün bu fonda müdaxilələrə baxmayaraq xəstədə ürək dayanması baş verdi. Ölüm səbəbi sebtik çox diaqnozu idi".
Azərbaycanın xalq artisti Səməd Səmədov vəfat edib.

Azərbaycanın estradasına itki üz verib.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirlir ki, Xalq artisti Səməd Səmədov koronavirusdan dünyasını dəyişib.

Allah rəhmət eləsin!
İranda atışma: SEPAH-ın 4 üzvü öldürüldüİran İslam İnqilab Keşikçilər Korpusu (SEPAH) Qüds Briqadasının 4 üzvü sərhəd pozucuları ilə atışmada həyatını itirib.

Axar.az xəbər verir ki, hadisə ötən gecə ölkənin şərqində Sistan və Bəluçistan əyalətinin Xaş şəhərinin Gunik bölgəsindəki sərhəddə baş verib.

Sərhədi keçmək istəyən silahlı dəstə ilə SEPAH qüvvələri arasında atışma baş verib. Silahlı insident zamanı SEPAH-ın üzvü həyatını itirib.

Hücumla bağlı əlavə məlumat verilməyib.
Jurnalistlərin binası ilə bağlı Prezidentə müraciət: Şəhid ailələrinə verilsin!Bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

Avrasiya.net-in məlumatına görə, müraciətdə deyilir:

Möhtərəm cənab Prezident.

Məlum olduğu kimi, Azərbaycan tarixində yeni bir mərhələ başlanıb. Artıq ölkəmiz bütün dünyada qalib Azərbaycan kimi tanınır. Dövlətimizin yenilməz gücü, xalqımızın həmrəyliyi, Sizin ətrafınızda birləşərək dəmir yumruğa çevrilməsi dillərə dastandır.

Əlbəttə, Azərbaycanın fəth etdiyi bu zirvənin ucalığı, Zəfərin böyüklüyü zaman keçdikcə, Vətən müharibəsi tarixə çevrildikcə daha da aydın görünəcək.

Bu Qələbəyə cəmiyyətmiz Sizin rəhbərliyiniz altında sıx birləşərək nail oldu. Artıq İkinci Qarabağ müharibəsi arxada qalıb. Sizin də qeyd etdiyiniz kimi, qarşımızda daha böyük missiya dayanır. İndi azad olunmuş Qarabağı cənnətə çevirmək, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq, şəhid ailələri və qazilərimizin qayğısına qalmaq, bir sözlə, yaralarımızı sarıyaraq sağalmaq və irəli getmək kimi böyük bir prosesin içindəyik.

Biz artıq müharibədən az bir vaxt keçməsinə baxmayaraq, olduqca böyük işlərin görülməsinə şahidlik edirik. Elə Siz son müsahibənizdə ilin sonunadək 3 min şəhid ailəsi və qazinin mənzillərlə təmin ediləcəyini, artıq 1300 mənzilin onlara verildiyini bildirdiniz.

Biz də bu böyük missiyanın həyata keçirilməsində öz həmrəyliyimizi nümayiş etdirmək, olduqca böyük və şərəfli işin icrasında töhfəmizi vermək, dövlətimizin və Sizin yanınızda oluğumuzu bir daha bildirmək istəyirik.

Məlum olduğu kimi, son illər Azərbaycan dövləti jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü addımlar atıb. Bunlardan biri də media nümayəndələri üçün yaşayış binalarının tikilməsi, onların dövlət hesabına mənzillərlə təmin edilməsidir.

Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən müharibəsi qəhrəmanlarına təqdim olunsun.

Bu, gözəl həmrəylik nümunəsi olmaqla yanaşı, həm də Qələbədən sonrakı proseslərə bizim töhfəmiz olar.

Belə bir şərəfli işin həyata keçirilməsi üçün təşəbbüsümüzü nəzərə almağınızı Sizdən xahiş edirik.

1.Mirşahin Ağayev – REAL TV-nin rəhbəri

2. Qulu Məhərrəmli – BDU-nun professoru

3. Cahangir Məmmədli – BDU-nun professoru

4. Emin Musəvi – “ASAN Radio”nun rəhbəri

5. Vüsalə Abışova - “Azəri-Press” informasiya agentliyinin rəhbəri

6. Arif Əliyev – Yeni Nəsil Jurnalistlər Birliyinin sədri

7. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

8. Yeganə Hacıyeva – bloger

9. Ədalət Verdiyev – bloger

10. Əflatun Amaşov – Mətbuat Şurasının sədri

11. Elbrus Ərud – Qafqazinfo.az saytının rəhbəri

12. Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi

13. Rüstəm Əliyev – ANTENN Radionun rəhbəri

14. Həmid Həmidov - “Global Media Group”un media direktoru

15. Vüsal Məmmədov – Azvision.az saytının rəhbəri

16. Hikmət Babaoğlu – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru

17. Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru

18. Elçin Mirzəbəyli – “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

19. Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru

20. Aslan Aslanov – AZƏRTAC-ın İdarə Heyətinin sədri

21. Azər Xəlilov – ATV-nin rəhbəri

22. Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

23. Vüqar Xəlilov – CBC TV-nin rəhbəri

24. Radik İsmayılov – ARB24 TV-nin rəhbəri

25. Vüqar Rəhimzadə - “İki sahil” qəzetinin baş redaktoru

26. Bəhruz Quliyev – “Səs” qəzetinin baş redaktoru

27. Hümmət Musayev – “Respublika” qəzetinin baş redaktoru

28. Fatma Səttarova - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

29. Mirhəsən Həsənov – Çernobıl Əlilləri İttifaqının sədri

30. Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri

31. Füzuli Rzaquliyev- “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri

32. Məhəmməd Vəliyev - Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri

33. Məmmədhüseyn Sarıyev - Ehtiyatda Olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri

34. Xədicə Babayeva - “Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri” İctimai Birliyinin sədri

35. Maral Zamanova - “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyinin sədri

36. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri

37. Alman Abbasov – “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri

38. Sərraf Orucov - "Beynəlmiləlçi Əlil Döyuşçülər" İctimai Birliyinin sədri
Bulvarda 20 yaşlı qız intihar etdiDənizkənarı Milli Parkda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Polkovnikin rüşvət alması belə müəyyən edildiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həbs edilən Vüsal Babayevlə bağlı açıqlama verib.

Avrasiya.net-in məlumatına görə, Xidmətdən “Qafqazinfo”ya bildirilib ki, 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində yoxlamalar keçirilib: “Xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb, xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib.

Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim aparılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir”.

Qeyd edək ki, Vüsal Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.
Ordumuzun idarə olunmasına onlar cəlb olunmalıdır - DeputatAvrasiya.net BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Gününsəsi.info-ya müshibəsini təqdim edir:

- Qüdrət bəy, Müdafiə Nazirliyinin rəhbərliyinə yeni təyinatlar oldu. Necə hesab edirsiniz, bu təyinatlar nə dərəcədə uğurludur?

- İlk öncə yeni təyin olmuş şəxsləri təbrik edirəm və onlara şərəfli və çətin fəaliyyətlərində uğurlar arzu edirəm. Onlara böyük etimad göstərilib,ümid edirəm onu doğruldacaqlar. Ancaq onu da deməyi özümə borc bilirəm ki, əvvəllər də söyləmişəm, Müdafiə Nazirliyinin və Türkiyənin Hərbi Akademiyalarını bitirmiş şəxslərin də Milli Ordunun idarə olunmasında strateji vəzifələrə təyin olunması vacibdir.

- Avropa İttifaqının Ermənistan və Gürcüstana iki milyarddan çox qrant və güzəştli kredit ayırdığı halda Azərbaycana münasibətdə fərqli mövqe sərgiləyib bunu etməməsi barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirdi.Onlar sadəcə utanmalıdırlar. Ermənistan işğalçı dövlət kimi Azərbaycanın yüzlərlə şəhər və kəndlərini təkcə işğal etməyib,yer üzündən silib. Bizə yüz milyardlarla ziyan vurub, bir milyon insanın 30 ildən artıq məşəqqətli qaçqın həyatı yaşamasına səbəb olub, amma ona kömək edirlər, bizə yox. Budur "ali dəyərlərə sahib" qərblilərin ədaləti. Xristian həmrəyliyi və islamafobiya onları "kor" edib, mənəvi deqradasiyaya uğradıb.

- Sosial şəbəkələrdə yayılan bir görüntü bizi məyus etdi. Yəqin ki, xəbəriniz var, Qurban əti uğrunda vətəndaşlarımızın bir-birinin üstünə çıxması səhnələrini necə qarşıladınız?

- Bəli, böyük ürək ağrısı ilə izləmişəm. Qurban bayramı Allahı xatırlama və xeyriyyəçilik bayramıdır. Qurban əti bir-bir qapılar döyülərək evlərə paylansaydı daha yaxşı olardı, qadınlarımız o vəziyyətə salınmazdı. Hər bir halda sağ olsunlar. Həmin səhnələr bir daha göstərdi ki, insanlarımızın layiqli həyatlarını təmin edəcək əmək haqları almaları üçün iqtisadi islahatlar genişləndirilməli, yüksək maaşlı iş yerləri açılmalı, əhalinin sisial müdafiəsi gücləndirilməlidır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən 100 mindən artıq insanın əlilliyinin və pensiyasının kəsilməsi (hansı əsasla edilməsindən asılı olmayaraq) az təminatlı ailələrin vəziyyətini bir az da ağırlaşdırıb. Biz bəlkə də dünyada tək ölkəyik ki, pandemiya dövründə valyuta ehtiyatlarımız artıb. Hesab edirəm ki,təcili qaydada valyuta ehtiyatlarından aztəminatlı insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün vəsait ayrılmalı, müvafiq qərarlar qəbul olunmalıdır. İndi meyvə-tərəvəzlə insanlar bir təhər dolanır, üzü qışa vəziyyət xeyli pisləşəcək. Hökumət bunu nəzərə almalıdır.

Qurban bayramı ilə əlaqədar bir məsələyə də toxunmaq istəyirəm.İnsanlara qurban ətinin paylanması reklam xarekterli olmamalıdır. Bizim jurnalist dostlar məcbur edilməməlidir ki, mətbuatda heyvanların kəsilməsini və kəsilmiş heyvanları göstərsinlər, yaxud şəkillərini versinlər. Jurnalistlər neçə heyvanın necə kəsilməsini yox, neçə kilo ət paylanmasından danışıb, yazmalıdırlar. Ət satılan yerlərdə kəsilmiş heyvanların başı yolun kənarına qoyulub reklam olunur. Bu insanlarımızda təbiətə və heyvanlara olan sevgini azaldır, uşaqların psixikasına mənfi təsir göstərir və cəmiyyətimizi qəddarlaşdırır. Geniş müzakirələrə və hiddətə səbəb olmuş pişiyin ayağının amansızcasına, acımadan kəsilməsinin kökünü həm də burda axtarmaq lazımdır. Dövlət orqanları, din xadimləri, siyasi partiyalar, mətbuat təşkilatları, QHT-lər bu istiqamətdə böyük kompaniya başlatmalıdırlar.
Şabranda 16 yaşlı gənc dərmandan zəhərləndiŞabran rayonunda zəhərlənmə hadisəsi olub.

Avrasiya.net xəbər verir ki, Qorğan kənd sakini, 2005-ci il təvəllüdlü Abdulrəhman Şaiq oğlu Teymurov dərman zəhərlənməsi şikayəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
“Makronun Bakıya səfəri heç nəyi dəyişməyəcək” - PolitoloqFransa Prezidenti Emmanuel Makronun Ermənistana səfər edəcəyi əvvəlcədən bəlli idi. Lakin Fransanın Ermənistandakı səfiri Jonatan Lakota bildirib ki, Makronun səfəri regional xarakter daşıyır. Belə ki, Fransa prezidenti Yerevanla yanaşı Bakı və Tbilisidə də olacaq.

Səfirin sözlərinə görə, səfər çərçivəsində Makron regionun bütün liderləri ilə danışıqlar aparacaq.

"Bizim bütün tərəflərlə danışmaq, vasitəçi rolunu təmin etmək və Ermənistanla Azərbaycan arasında siyasi prosesə təkan vermək imkanlarımız var”, - deyə Jonatan Lakota vurğulayıb.

Avrasiya.net-in məlumatına görə, politoloq Elxan Şahinoğlu Makronun Azərbaycana gözlənilən səfərini şərh edib. O, hesab edir ki, ermənipərəst mövqe tutan Fransa rəhbərinin Bakıya gəlməsi heç nəyi dəyişməyəcək.

"Fransa prezidenti Emmanuel Makron Ermənistanla yanaşı bu dəfə Azərbaycana da rəsmi səfərə gəlmək istəyərsə, bu Paris və Bakı üçün nə demək olacaq? Aydındır ki, Makron İrəvanda ermənilərin eşitmək istədiklərini deyəcək. Ancaq Makron anlayır ki, onun bu mövqeyi Azərbaycanı Fransadan daha çox uzaqlaşdırır.

O İrəvanda dediklərini Bakıda təkrarlamaq istəyərsə, onun söylədikləri cavabsız qalmayacaq. Bu isə Fransa-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirəcək. Yox, əgər Makron Bakıda daha diplomatik ifadələr işlətməyə üstünlük verərsə, bununla iki ölkə arasındakı münasibətləri bir qədər əvvəlki məcrasına qaytara bilər. Bütün halarda Makron ermənilərə rəğbətini gizlətmir və həmsədr olaraq “balans” siyasətini çoxdan unudub. Makron prezident olduğu dövrdə Fransa-Azərbaycan münasibətləri normallaşmayacaq və onun Bakıya mümkün səfəri heç nəyi dəyişməyəcək" - politoloq səfərdən gözləntilərini dilə gətirib.
ABŞ hərbçilərinə kömək edən əfqanlar ölkədən çıxarılacaqABŞ Prezidenti Co Bayden Əfqanıstanda Amerika qoşunlarına müxtəlif yardımlar göstərən şəxslərin ölkədən çıxarılması üçün 100 milyon ABŞ dollarına qədər vəsait ayrılmasına icazə verib.

“Report” xəbər verir ki, bu barədə Amerika liderinin dövlət katibi Antoni Blinkenə göndərdiyi bildirişdə deyilir.

Hazırda təxminən 2,5 min Əfqanıstan vətəndaşı xüsusi Amerika immiqrant vizası üçün müraciət edə bilər. Bununla birlikdə, Qərb mediasında yer alan məlumatlara görə, tərcüməçi kimi Amerika əsgərlərinə kömək edən təxminən 18 min əfqan və təxminən onların 53 min ailə üzvü belə viza almağa ümid edirlər.

Bu olduqca vaxt aparan prosesdir, buna görə Vaşinqton həmin insanları təxliyə etmək barədə qərar verib. Onları müvəqqəti olaraq ABŞ-ın Virciniya ştatının Riçmond şəhəri yaxınlığında yerləşən For-Li hərbi bazasında və ya ABŞ-dakı bu tip digər hərbi bazalarda yerləşdirilməsi planlaşdırılır.

Əfqanıstandan evakuasiya edilən şəxslərə əlavə imtiyazlar da verilməyəcək. Belə ki, ABŞ vizası ala bilməyən əfqanların vətənlərinə deportasiya olunacağı ehtimalı var.