İranda etirazlar: 14 polis yaralandıİranın Xuzistan əyalətinin İze şəhərində keçirilən etiraz aksiyasında yerli sakin güllələnib.

Axar.az xəbər verir ki, etiraz aksiyası içməli su çatışmazlığı ilə bağlı keçirilib.

Aksiyanın dağıdılması zamanı polis əməkdaşlarının açdığı atəş nəticəsində bir nəfər yaralanıb. O, xəstəxanada dünyasını dəyişib.

Daha 14 polis əməkdaşının yaralandığı bildirilib.

Qeyd edək ki, İranda son on ildə baş verən ən güclü quraqlıq nəticəsində ölkənin bir çox şəhərində içməli su qıtlığı yaranıb.

Su probleminin daha çox Xuzistanda olduğundan hökumət səlahiyyətliləri vilayətə su tankerləri göndərir.
Yoluxma artdı, 4 nəfər vəfat etdiAzərbaycanda koronavirus infeksiyasına daha 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, son sutkada 4 nəfər koronavirusdan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4 998 nəfər vəfat edib, aktiv xəstə sayı 2 527 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593, ötən müddət ərzində isə ümumilikdə 3 935 913 test aparılıb.
Ukraynada məcburi hərbi çağırış ləğv edilirUkraynada məcburi hərbi çağırış 2023-cü ildən ləğv ediləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının rəhbəri Aleksandr Kornienko bildirib.

Onun sözlərinə görə, prezident Vladimir Zelenski tərəfindən imzalanan hərbi strategiya tədricən həyata keçirilir. Bu məqsədlə islahatlara məcburi çağırışın ehtiyatda olan xidmətlə əvəzlənməsi daxil edilib.

“Hərbi çağırış məntəqələrində islahat aparılacaq. İslahatlar NATO-ya üzvlük planı ilə əlaqəli olduğu üçün gözlənilir. Hərbi islahat davamlı olaraq aparılacaq”,- deyə A.Kornienko yerli mediaya müsahibəsində vurğulayıb.
Media və iqtisadi faktorƏkrəm Bəydəmirli

ABŞ Konstitusiyasında KİV-lə bağlı məqamlar diqqəti cəlb edir. Həmin ölkənin Konstitusiyasına 1-ci Düzəlişdə deyilir ki, Konqres Söz və Mətbuat Azadlığını məhdudlaşdıran heç bir qanun qəbul edə bilməz. Bu düzəliş söz və mətbuat azadlığı baxımından medianı birmənalı şəkildə qoruyur. Bu o anlama gəlməməlidir ki, adı şəkilən ölkədə media ilə bağlı problem yoxdur. Cəmiyyətin tərkib hissəsi olan bu sahə problemdən qaçılmazdır.

Bu gün bir çox insanlar düşünür ki, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanan “Media haqqında” qanun qəbul edildikdən sonra dərhal bütün problemlər həll olacaq. Mənim qənaətimcə, bu yalnış yanaşmadır. Çünki Milli Məclisdə qəbul edilən qanunların böyük əksəriyyətinin Avropa standartlarına uyğunlaşdırılması prosesi başa çatıb. Ancaq qanunların icrasında ciddi problemlər var. Xırda çatışmazlığı nəzərə almasaq bütün qanunlar normal vəziyyətdə qəbul edilir. Deməli, ən ciddi problemlərdən biri qanunların icra mexanizmindədir.

Digər bir məqama diqqət yetirmək istərdim. Mediada rəngarəngliyin, sərbəstliyin olması zəruridir. Lakin atılan addımlar peşəkarlığa və əxlaqi dəyərlərə söykənməlidir. Çünki cəmiyyət yalnız ağ və qara rənglərdən ibarət deyil. Bu sərbəstliyi, rəngarəngliyi qorumaq üçün mediada iqtisadi faktor son dərəcə önəmlidir. Məhz buna görə reklam bazarı və özünütəzimləmə ilə bağlı bəzi məqamlara diqqət yetirmək istərdim.

Pandemiya şəraitində dünyada gedən iqtisadi proseslər diqqətdən kənarda qalmır. Təbii ki, bu faktorlar mediaya mənfi təsir edir. Lakin Azərbaycanda reklam bazarının mövcud iqtisadi inkişafa adekvat olmadığı ortadadır. Bu da hər zaman deyildiyi kimi, peşəkarlığın aşağı düşməsinə, medianın vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Deməli, burada özünütənzimləmə, azad reklam bazarının formalaşmasından başlamaq lazımdır. Medianın geniş fəaliyyəti üçün “Reklam haqqında” qanun layihəsi Azərbaycanın iqtisadi inkişaf tempinə uyğun hazırlanmalı və onun həyata keçməsi üçün mexanizmlər tapılmalıdır.

Əlbəttə, mövcud iqtisadi prosesləri, pandemiyanın yaratdığı çətinlikləri nəzərə almaqla Azərbaycanın reklam bazarına münasibət dəyişməlidir. Sivil bazar münasibətlərinin yetərincə formalaşmadığı postsovet məkanında reklam işi tək hüquqi bazanın çatışmazlığı və yaxud ona lazımi qədər riayət olunmaması ilə deyil, bu, yeni sistemin mahiyyəti və insanların təfəkkür tərzi ilə bağlıdır.

Hər zaman Azərbaycanın media qurumlarının təmsilçiləri reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər. Reklam bazarı ölkənin Ümum Daxili Məhsulunun 1 faizi həcmində olmalıdır. Təbii ki, mövcud problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər azad bazar münasibətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir.


Təbii ki, azad reklam bazarını formalaşdırmaq, iqtisadi rəqabəti gücləndirmək məqsədilə Reklam Şurasının yaradılmasına ehtiyac var. Bu qurumu necə yaratmaq, idarəetmə sistemini necə qurmaq olar? Bu artıq müzakirələrin mövzusu ola bilər. Bəziləri narahatlıq keçirir ki, belə qurumun yaranması reklam bazarının tam nəzarətə düşməsinə, bəzi media qurumlarının kənarda qalmasına gətirib çıxara bilər. Mənə belə gəlir ki, bu məsələ həmin qurumda təmsil olunacaq insanların hüququ məsuliyyətini necə dərk etməsindən, işə səmimi və vicdanlı yanaşmasından asılıdır.

İkincisi, ondan başlamaq lazımdır ki, “Reklam haqqında” qanun müasir dövrün tələblərinə uyğunlaşdırılsın. Rəqabət Məcəlləsinin prinsiplərinə tam riayət olunsun. Reklam bazarı ilə bağlı bəzi addımlar atarkən yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Sadəcə bəzi innovativ və ədalətli addımların atılmasına ehtiyac var.

Bu qanunun mahiyyətinə və azad iqtisadi mühitin yaradılmasına təsirini nəzərə alaraq “Reklam haqqında” qanun yenilənməlidir. Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən reklam verən şirkətlərə müəyyən güzəştlərin tətbiqi səmərə verər. Həmin güzəştlər çox dəqiq, aydın, həm medianın, həm sahibkarın, həm də dövlətin strateji maraqlarına uyğun hazırlanmalıdır.

Nəhayət, Reklam Şurası sosial reklam məsələsini qaldıra bilər. Təəssüf ki, bu vaxta qədər xeyriyyəçilik mahiyyətli sosial reklam çox zəif inkişaf edib. Araşdırsaq görərik, elə şirkətlər var ki, sosial reklama nəinki vəsait ayırmır hətta bunu artıq hesab edirlər. Halbuki ətraf mühitlə, insan sağlamlığı ilə və yüzlərlə digər mövzu ilə bağlı sosial reklamlara ehtiyac hiss olunur.

Reklam bazarının, reklam mədəniyyətinin formalaşması yalnız mediaya lazım deyil. Bu cəmiyyətə, istehsalçıya, istehlakçıya lazımdır. Digər tərəfdən sivil reklam bazarının təşkili medianı təmiz iqtisadi gəlir götürməsinə şərait yaradar. Jurnalistikanı ən azından məmur asılılığından, iqtisadi sıxıntılardan xilas edər.
Qubada oğul atasını avtomobillə vuraraq öldürübQubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
"Xankəndidəki terrorçu rejimi silib-süpürüb atmalıyıq kənara"Avrasiya.net millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin "Xalq Cəbhəsi"nə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, xarici ölkələrdə ermənipərəst dairələrin himayəsinə sığınmış bəzi azərbaycanlı miqrantlar belə bir təbliğat aparırılar ki, guya biz Ermənistan-Azərbaycan sərhədlərində gərginliyi Paşinyana təzyiq məqsədilə, Rusiyanın tapşırığı ilə yaradırıq. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Bu adamlar qərəzli və tapşırıqla danışan asılı, himayədə olan şəxslərdir. Başqa nə deyəcəklər ki? 9 ay öncə dil-boğaza qoymurdular ki, İlham Əliyev heç vaxt müharibə edib torpaqları azad etməyə cəhd belə etməyəcək. Nə oldu? Yalan danışdıqları üçün xalqdan və İlham Əliyevdən üzr istədilərmi?

Əvvəla, biz özümüz Paşinyana təzyiqləri artırmalıyıq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, 10 noyabr 2020-ci il tarixli sazişi tam yerinə yetirsin, Zəngəzur dəhlizi açılsın və sülh sazişi imzalansın. Bu işdə bizə Rusiya, yaxud başqa bir ölkə kömək edəcəksə, onlara minnətdar olmalıyıq. Amma çox təəssüf ki, hazırda Rusiyanın timsalında mən belə bir fəaliyyət müşahidə etmirəm. Əksi olsaydı sülh sazişi çoxdan imzalanmışdı. Ermənistanla sülh sazişinin imzalanması üçün Rusiyanın “sülh sazişi imzalanmasa, mən 10 noyabr müqaviləsindən çıxıram” deməsi kifayətdir. Məhz bu səbəbdən bundan öncə mətbuata verdiyim açıqlamada qeyd etmişdim ki, biz daha 30 il Ermənistanın “ərköyün uşaq” kaprizlərinə dözə bilmərik ki, istədiyini etsin. Ermənistan işğala son qoyub qoşunlarını Qarabağdan çıxarmasa, beynəlxalq öhdəliklərini tezliklə yerinə yetirməsə, 27 sentyabrda olduğu kimi, qəti addımlar atmalıyıq. Rusiya üçtərəfli sazişin iştirakçısı kimi ya Ermənistandan öhdəliklərini icra etməyi tələb etməli, ya da bunu bacarmırsa, yaxud etmək istəmirsə, sazişdən çıxdığını bəyan edib əsgərlərini Qarabağdan çıxarmalıdır. Rusiya Çeçenistanda Salman Raduyevlə, Basayevlə danışıqları özünə sığışdırmadığı kimi, beynəlxalq nüfuzuna önəm verən ölkə kimi, Araiklə də masa arxasında oturmağı özünə sığışdırmamalıdır. Biz isə Rusiyanın Qarabağdan çıxmasından dərhal sonra, Konstitusiyamıza zidd olaraq formalaşdırılmış Xankəndidəki terrorçu rejimi silib-süpürüb atmalıyıq kənara. Hətta ermənilər rus sülhməramlılarının arxasında gizlənib dinc insanlara, yaxud əsgərlərimizə atəş açıb təxribatları davam etdirərlərsə, onlara havadan ağır zərəbə endirməliyik. Bu istiqamətdə Ermənistanın KTMT üzrə müttəfiqlərini, beynəlxalq birliyi məlumatlandırmalı, onlarla ciddi işləməliyik. Düşünürəm ki, qardaş Türkiyənin də qollarını çırmayıb ortaya düşməsinin vaxtı çatıb. Türkiyə yalnız Rusiya ilə əldə etdiyimiz razılaşmaların icrası zamanı bizim yanımızda olmamalı, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və Azərbaycanın Qarabağda öz suveren hüquqlarının bərpa etməsinə kömək etməlidir. Ermənistan Zəngəzur dəhlizinin açılmasına imkan verməsə, bunu biz özümüz etməliyik.

- Rusiya mövcud “status-kvo”nu qoruyub saxlamaq istəsə, nə etməliyik? Prezident İlham Əliyevin Rusiyaya son səfərinin hansısa nəticələri olacaqmı?

- Azərbaycan elə bir şərait yaratmalıdır ki, Rusiya mövcud vəziyyəti qoruyub saxlamaq istəsə, Azərbaycanı itirəcəyinə əmin olsun. Düşünürəm ki, bu halda Rusiya beynəlxalq hüquqa hörmət etməyə və Azərbaycanla strateji tərəfdaşlığa üstünlük verəcək. Prezident İlham Əliyevin Putinlə görüşünə gəldikdə isə belə görüşlərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Rusiya bizim böyük qonşumuz, kənd təsərrüfatı məhsullarımız üçün böyük bazar, gənclərimizin iş axtardığı, bizdən daha çox inkişaf etmiş, daha üstün texnologiyaya sahib ölkədir. Həm də bizi 200 illik bir tarix, humanitar, mədəni, siyasi əlaqələr birləşdirir. Çalışmalıyıq ki, ruslar da bizimlə əməkdaşlığı və dostluğu düzgün qiymətləndirsinlər. Qarabağ məsələsində sona qədər ədalətli mövqe tutarsa, mən həmişə Rusiya ilə əlaqələrimizin daha da inkişaf etdirilməsinin, hətta Rusiyanın liderliyi ilə yaradılmış regional birliklərə üzv olmağın tərəfdarı olmuşam. Rusiya ilə yaxın münasibətlər sayəsində, 44 günlük savaşda onların neytrallığını təmin edib erməni işğalçılarına ağır zərbə vurub az itkilərlə torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdik. Bu gün də Rusiya ilə dostluq siyasətimizi davam etdirməklə bütün ərazimizdə dövlət suverenliyimizin bərpa olunmasına çalışmalıyıq. Prezidentin Rusiyaya səfəri də bu məqsədə xidmət edir, problemləri üzbəüz müzakirə etməyə imkan yaradır. Ona görə də səfər çox əhəmiyyətlidir və nəticələri də olacaq.
Samur-Abşeron kanalında 23 yaşlı gənc boğulubSamur-Abşeron su kanalında 23 yaşlı gənc boğulub.

Avrasiya.net bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Məqsəd hər ölkədə əhalinin 70 faizinin vaksininasiyasıdırTəşkilatın koronavirusla mübarizədə məqsədi 2022-ci ilin sentyabrına qədər hər ölkədə əhalinin 70 faizinin vaksininasiyasıdır.

Avrasiya.net xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesus deyib.

O bildirib ki, QİŞS, Alzheimer kimi xəstəliklərə qarşı hər hansısa bir peyvənd yoxdur, ancaq COVID-19 ilə bağlı hər şey fərqlidir: "Pandemiya bizim nəzarətimizdə ola bilər. İnsanların həyatını qurtarmaq üçün hər şeyimiz var. Hədəfimiz növbəti ilin sentyabr ayına qədər hər ölkədə 70% insanın peyvənd olunmasını təmin etməkdir. Məqsədimiz qlobal bərpadır ki, bu yolla da pandemiyaya son qoya bilərik. Sentyabr ayına qədər əhalinin 70 faizinin vaksininasiyası hədəfinə çatmaq üçün 11 milyard peyvəndə ehtiyacımız olacaq. Bunun üçün təcili tədbirlər görülməlidir. Bu, görünməmiş bir böhrandır və fövqəladə də tədbirlər tələb edir", - Gebreyesus qeyd edib.

Paşinyan və Koçaryan deputatlıqdan imtina ediblərErmənistanın Baş nazir səlahiyyətlərini icra edən, Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan və “Ermənistan” seçki blokunun sədri Robert Koçaryan 8-ci çağırış deputat mandatından imtina ediblər.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Armen Smbatyan yeni parlamentin tərkibini feysbuk səhifəsində açıqlayarkən bildirib.

Sədrin yazdığına görə, Paşinyan yenidən Baş nazir seçiləcəyi üçün deputat mandatını götürməyib. Smbatyan bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “icra strukturunda işləməyə adət etdiyindən” parlament üzvlüyündən imtina edib. Keçmiş prezident bununla belə müxalifətdə qalıb mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Ermənistandan növbədənkənar parlament seçkiləri keçirilib. Bu siyasi kampaniyada Nikol Paşinyanın partiyası 52,91 faiz (71 mandat), Robert Koçaryanın “Ermənistan” seçki bloku 21,09 faiz (29 mandat), Serj Sarqsyan və Artur Vanesyanın başçılıq etdikləri “Şərəfim var” bloku 5,22 faiz (7 mandat) səs toplayıb. Sonuncu blok hələ ki parlamentdə iştirak edəcək deputatlarının adlarını açıqlamayıb.

Qeyd edək ki, iyulun 26-da Ermənistanın yeni parlamentinin ilk iclası keçiriləcək.
Daha bir yeniyetmə özündən böyük kişiyə ərə verilirAstara rayonunda 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Feysbukda qeyd edib.

K.Ağazadə bildirib ki, nişan bu gün saat 14:00-da baş tutacaq:

"Məndə olan məlumata görə, saat 2-də nişandır. 16 yaşı hələ tamam olmayan (olsa nə olacaq ki...) Astara rayonunun Rüdəkənar kəndinin sakini, 30.07.2005-ci il təvəllüdlü Məmmədova Sumayyənin 30 yaşlı Lənkəran sakini İsmayıl adlı şəxslə nişanı olacaq. Deyilənə görə, sabah qız toyudur. Kəndin icra nümayəndəsi isə deyəsən məclisə çağırılmayıb, heç nədən xəbəri yoxdur. Qurban bayramında 16 yaşlı azyaşlını qurban deməzlər. İndi məsələ ictimailəşdikdən sonra açıqlama verəcəklər ki, “vallah ad edirik, toyunu yaşı tamam olanda edəcəyik”.