Azərbaycanda hansı jurnalistlər izlənilib? – Siyahı“Pegasus” adlanan İsrail casus proqramı vasitəsi ilə Azərbaycanın 70-dən yuxarı KİV rəhbərinin, ictimai fəalların, jurnalistlərin telefonlarını izləmək iddiası xəbər məkanında bomba kimi partlayıb. Hələlik bu iddialara qarşı rəsmi Bakı heç bir açıqlama verməyib.

Axar.az xəbər verir ki, "Yeni Müsavat" Media Qrupunun rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarının rəhbər kadrosuna aid bir yetkili ilə danışa biliblər.

Qeyri-rəsmi aparılan bu danışqda məqsəd yayılan siyahı və iddialara münasibətdə peşəkar rəy almaq olub.

Siyahını dərc etməzdən öncə bildirək ki, İsrail bu texnologiyanı bir zamanlar Fələstin fəallarını izləmək, onları nəzarətdə saxlamaq üçün yaradıb. Sonra bu vasitəyə böyük tələbat olduğu ortaya çıxıb. Bundan sonra “NSO” bütün dünyada fəaliyyətini genişləndirməyə başlayıb.

Heç də təsadüfi deyil ki, “Forbes” jurnalı əsası 2010-cu ildə qoyulmuş “Pegasus”u "dünyanın ən aqressiv mobil casus şəbəkəsi" kimi xarakterizə edib.

“BBC” yazır ki, bu şirkətin izlədiyi 50 min adamla bağlı məlumatlar media mərkəzlərinə sızıb. İsrail şırkəti hələ ki, bu ittihamları rədd edir.

Bazar günü “Vaşinqton Post”, “Qardian”, “Le Monde” və daha 14 dünyaca məşhur nəşr bu şirkətin cinayətlərindən yazıb.

“Pegasus” Ayfon və Android cihazlarına daxil edilərək, özəl məlumatlara qeyri-qanuni giriş əldə edib.

Bəzi məlumatlara görə, 50 ölkədən olan min nəfərin telefonları bu şirkətin “çətiri” altında olub.

Siyahıda dövlət başçılarının, siyasətçilərin, ərəb kral ailələrinin adı var. 180 jurnalistin də adı Əl Cəzirə kimi nüfuzlu media mərkəzlərinin nümayəndələri də izlənilən jurnalistlər arasındadır.

Bizdən bu siyahıda kimlər var? Gəlin yayılan azərbaycanlı adların böyük qisminə nəzər salaq.

Bəri başdan da bildiririk ki, buradakı adların bir çoxu göstərir ki, ölkəmizə dair bu iddialar ən azından, şişirdilib, ya da yalandır. Çünki bu siyahıdakı insanların böyük əksəriyyətinin dinlənilməsinin hər hansı anlamı yoxdur.

Siyahı bunlardır:

Xədicə İsmayıl

Elçin Şıxlı

Əvəz Zeynallı

Natiq Cavadlı

Azər Ayxan

Rauf Arifoğlu

Eynulla Fətullayev

Qənimət Zahid

Anar Orucov

Mirşahin Ağayev

Arif Əliyev

Sevinc Vaqifqızı

Bahəddin Həziyev

Seymur Kazımov

Təzəxan Mirələmli

Şahvələd Çobanoğlu

Cəsur Sumerenli

Mehman Əliyev

İslam Şıxəli

Aynur Elgünəş

Aytən Məmmədova

Gülər Mehdizadə

Fizza Heydərova

Rövşən Hacıbəyli

Xalid Bahadır

Müşfiq Cabbar

Pərviz Həşimli

Vidadi Məmmədov

Aytən Fərhadova

Aydın Canıyev

Elkin Xəlilov

Əziz Kərimov

İnarə Rafiqqızı

Sücəddin Şərifova

Zamin Hacı

Elxan Şükürlü

Vahid Mustafayev

Elnur Astanbəyli

Zahir Əzəmət

Ramin Deko

Vüsala Mahirqızı

Aynur Camalqızı

Orxan Adıgözəl

Bəxtiyar Hacıyev

Şəhla İsmayıl

İntiqam Əliyev

Şura İbrahimova

Ülvi Həsənli

Füzuli Hüseynov

Mirvari Qəhrəmalı

Bayram Məmmədov

Elmira Rəhimova

Ruslan İzzətli

Səadət Bənənyarlı

Fatimə Movlamlı

İlkin Rüstamzadə

Səidə Qocamanlı

Akif Qurbanov

Mehman Hüseyov

Nihad Hüseyn

Turan İbrahim

Əbülfəz Qurbanlı

Zaur Əkbər

Anar Məmmədli

Elman Fəttah

Xalid Ağaliyev

Ziya Quliyev

Mehriban Rəhimli

Turqut Qəmbər

Arzu Abdullayeva

Zəfər Əhmədli

Rəsul Cəfərov

Bəşir Süleymanlı.

"Yeni Müsavat" Media Qrupunun rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarının rəhbər kadrları ilə əlaqə saxlayıb, bu məsələyə münasibət öyrəniblər. Onlar bu iddiaları cəfəng və yalan adlandırıblar: "Hər bir xüsusi xidmət orqanı kimi, bizim də dinlədiyimiz adamlar, şübhəlilər var və bunların hamısı qanuni yollarla həyata keçirilir. Bizim dinlədiyimiz şəxslərin siyahısı ilə yayılan siyahı arasında heç bir əlaqə yoxdur. Biz, xüsusi proqramla xaricdə kimləri isə dinləyə bilsəydik, əmin olun, bunlar ilk növbədə xarici düşmənlərimiz, Ermənistan ərazisindəki terroristlər, Azərbaycana qarşı cinayət törətmiş şəxslər olardılar. Siyahıda bir nəfər də olsun, erməni terroristinin adı yoxdursa, bu siyahının etibarlılığı barədə danışmağa gərək də yoxdur".

Azərbaycan xüsusi xidmət orqanının yetkilisi birmənalı şəkildə bildirir ki, bu siyahıdakı şəxslərin telefonları dövlət qurumları tərəfindən dinlənilməyib.

Mövzu davam etdiriləcək.
Talibanla Əfqanıstan hökuməti RAZILAŞDITaliban hərəkatı ilə Əfqanıstan rəsmi hökumətinin nümayəndə heyətlərinin Dohada müzakirələri müsbət nəticələrlə yekunlaşıb.

Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, tərəflər müzakirələrin nəticəsi olaraq sülh danışıqlarının davam etdirilməsinə razılaşıb.

Verilən açıqlamaya görə, əfqan hökuməti ilə Taliban ədalətli həll yolunu çatmaq üçün müzakirələri sürətləndirmək məsələsində eyni fikirə gəlib.

Tərəflər eyni zamanda “Əfqanların maraqlarını qarşılayan İslam ölkələrinin fikirlərinə uyğun razılaşma əldə olunmasının vacibliyini” qeyd ediblər.

Bu razılaşmaya çatana qədər müzakirələrin yüksək səviyyədə davam etdirilməsini vacib sayan tərəflər yenidən bir araya gələcəklərini elan ediblər.

Ancaq bununla belə tərəflər yeni toplantının ünvanı və zamanı haqqında tarix verməyib.

Qeyd edək ki, danışıqlarda rəsmi Kabili milli razılaşma şurasının sədri Abdullah Abdullahi, Talibanı isə qurumun Qətərdəki siyasi bürosunun sədri Molla Abdul Qəni Birader təmsil edib.
Azərbaycanda kriminal avtoritetlər saxlanıldı - FotoHacıqabulda kriminal aləmdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınan şəxslərdən avtomat silah və narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən əvvəllər dəflərlə məhkum olunan Hacıqabul rayon sakini, 1973-cü il təvəllüdlü Akif Ələkbər oğlu Məmmədov saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən A. Məmmədovla bir evdə olan tanışı əvvəllər məhkum olunan Sabunçu rayonu Nardaran qəsəbə sakini, 1975-ci il təvəllüdlü Həsən Əliməmməd oğlu Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər kriminal mühitdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınır.

Faktlarla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
SOCAR-ın iki vitse-prezidenti vəzifəsindən azad edildi - SərəncamPrezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

***

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.


Peyğəmbərin karikaturasını çəkən müəllif öldüMəhəmməd peyğəmbərin karikaturasını çəkməklə məşhur olan danimarkalı sənətçi Kurt Vesterqor 86 yaşında ölüb.

Kult.az xəbər verir ki, o, uzun xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Vesterqor 2005-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını çəkib. Onun əsəri dünya müsəlmanları arasında narazılığa səbəb olub. Karikatura elə həmin ilin sentyabr ayında Danimarkanın "Jillands Posten" qəzetində yayımlanıb, daha sonra bir neçə digər Avropa nəşri tərəfindən yenidən çap olunub. Karikatura beynəlxalq qalmaqala səbəb olub və onları da dərc edən "Frans Soir" qəzetinin baş redaktoru işdən qovulub. Bir neçə müsəlman ölkəsində Danimarka səfirliklərinə hücum edilib. Sözügedən karikaturanın nəşri ilə bağlı qarşıdurmalarda ən azı 50 nəfər ölüb.

Rəsmlərin müəllifinə bir neçə dəfə uğursuz sui-qəsd edilib. O, ömrünün son illərində polisin qoruması altında yaşamaq məcburiyyətində qalıb.
Ukraynada azərbaycanlı iş adamının mülkü yandırılır - VideoUkraynanın paytaxtı Kiyevin Desnyanskiy rayonu ərazisində son vaxtlar yaxınları ilə birlikdə hücumlara məruz qalan iş adamı, Azərbaycan vətəndaşı Şahlar İsgəndərova məxsus restoranda bir neçə dəfə naməlum şəxslər tərəfindən odlu “molotov kokteyli” hücumlarına məruz qalıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, “Mangal House” adlı restorana bu il iyunun 17-də gecə edilən ilk hücum nəticəsində bir hissəsi yandırılsa da, sahibi tərəfindən təmir olunub.

Ş. İsgəndərov qeyd edir ki, hücumların ardı kəsilməyib, yenidən iyulun 6-da və iyulun 16-da təkrar naməlum şəxslər gecə saat saatlarında “molotov kokteyli” ataraq restoranın bir hissəsini yandırıblar. İş adamına külli miqdarda zərər dəyib.

O, vurğulayıb ki, obyektinin yenidən yandırılma təhlükəsi də var. Yanğını törədənlərin əməlləri müşahidə kameralarına düşsə də, üzləri görünmür. Hadisə ilə bağlı Kiyev vilayət və şəhər polisi birgə araşdırma, əməliyyat-axtarış tədbirləri aparır.

Şahlar İsgəndərov bildirib ki, iyunun 17-də gündüz saatlarında isə bir qrup şəxs o obyektdə olmayanda restorana gələrək əməkdaşları vasitəsi ilə onu hədələyiblər. Azərbaycanlı iş adamı onu da qeyd edib ki, buna qədər ötən il noyabrın 28-də gecə saatlarında naməlum şəxslər tərəfindən şəxsi avtomobili yandırılıb. Ötən il ona olan təzyiq bununla da bitməyib. Belə ki, 2020-ci il martın 20-də axşam saatlarında elə həmin restorandan çıxan zaman qardaşı İsgəndərov Vidadi naməlum şəxslərin qəfil hücumuna məruz qalaraq ölümcül döyülüb.

20 ilə yaxındır Ukraynada yaşayan və yerli biznes həyatında fəal olan azərbaycanlı iş adamı bildirib ki, bu hadisələrə qədər o və yaxınları Ukraynada heç vaxt təzyiqə məruz qalmayıb. Yalnız son bir ildə sadalanan hallar fonunda onun şəxsi həyatına və biznesinə ciddi təhlükə yaranıb:

“Bütün bu hallar üzrə polisə müraciət etsək də, araşdırma aparsalar da, heç bir nəticə yoxdur. Azərbaycan Daxili İşlər Nazirliyinə də müraciət etmişik. Hətta Kiyev polisi avtomobilimi yandıranları saxlasa da, sonradan naməlum səbəbdən sərbəst buraxıblar. Biz artıq nəinki iş həyatımızı, hətta canımızı belə Ukraynada ciddi təhlükədə hiss edirik. Artıq bu ölkədə nəinki biznesimizi inkişaf etdirmək, belə təzyiq və təhlükə səbəbindən canımızı və kapitalımızı bu ölkədən çıxarmağı düşünürük. Çünki artıq bir ildən çoxdur biznesimə və şəxsi həyatıma bu təzyiqlər artan təhlükə ilə davam edirsə və hüquq-mühafizə orqanları heç bir tədbir görə bilmirsə, bizim başqa çıxış yolumuz qalmır. Elə durumdayıq ki, hər an obyektim, mən və yaxınlarımdan hər hansı biri həyatını itirə bilər”.

Ş.İsgəndərov Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət etməyə hazırlaşır.

İri vergi ödəyicisi olduğunu bildirən Ş.İsgəndərov deyib ki, son vaxtlar tək ona qarşı yox, daha bir neçə azərbaycanlı iş adamlarına qarşı təzyiq artıb.


Sabiq prokurorun oğlu "patı" satarkən yaxalandıQubanın keçmiş prokurorunun oğlu polisə müqavimət göstərərək qaçıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən yaxalansa da sonradan polisə bıçaqla müqavimət göstəriblər.

Onlar daha sonra ərazidən qaçıblar.

Hazırda onun saxlanılması üçün polis əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. R.Abbasov özü də hüquq-mühafizə orqanlarında çalışıb, o, Qusar Rayon Polis Şöbəsində işləyib. O, xidmət zamanı narkotik vasitələrdən istifadə etdiyi üçün xidmətdən xaric edilib. Son zamanlar isə onun narkotik vasitələrin satışı ilə məşğul olduğu məlum olub.
Jurnalistlər casus proqramı vasitəsilə izlənilirİsrail firması “NSO Group”un cinayətkarları və terrorçuları izləmək üçün kəşfiyyat qurumları tərəfindən istifadə olunan proqram təminatı dünyada aktivistlərə, jurnalistlərə və müxalifət xadimlərinə qarşı tətbiq edilir.

Axar.az xəbər verir ki, bu məlumat “Vaşinqton Post” da daxil olmaqla, bir sıra beynəlxalq media qurumunun apardığı araşdırmadan sonra üzə çıxıb.

"Forbidden Stories" və "Amnesty International"ın birgə məlumatına görə, sözügedən şirkət 50 mindən çox telefon nömrəsindən ibarət siyahıya giriş əldə edib.

Rəqəmlər siyahısına telefon sahiblərinin adları daxil edilməyib, lakin jurnalistlər siyahıda 50-dən çox ölkədən mindən çox insanın kimliyini müəyyənləşdirməyi bacarıblar:

"Bunlara ərəb kral ailələrinin üzvləri, 65 iş adamı, 85 insan haqları müdafiəçisi, 189 jurnalist və nazir, diplomat və hərbçilər də daxil olmaqla 600-dən çox siyasətçi və məmur daxildir. Siyahıda CNN, "Assoşeyted Press" və "Blumberq", “Voll Street Journal", “Nyu York Tayms" və "Le Monde" qəzetlərinin və bir sıra digər nəşrlərin telefon nömrələri də var".
Makron öz maraqları üçün ermənilərdən necə istifadə edir? - ŞƏRH"Missiya Media" Qrupunun rəhbəri Ramin Əhmədovun daha bir şərhi Türkiyə mətbuatında yayınlanıb.

Makronun İrəvana gözlənilən səfəri barədə şərhə qardaş ölkənin nüfuzlu "Yeni Akıt" qəzeti və qəzetin saytı diqqət yönəldib:

Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri sözssüz ki, rəsmi Parisin ermənipərəst mövqeyindən xəbər verir. Markon guya Ermənistanla geniş iqtisadi əlaqələrin qurulmasında maraqlı olduğu üçün İrəvana səfər etmək qərarına gəldiyi barədə imic yaratmağa çalışır. Amma proseslər göstərir ki, Makron erməniləri öz maraqları üçün maşa kimi istifadə edir. Çünki regional seçkilərdə uduzan Emmanuel Makrona reytinqini qaldırmaq üçün vasitə lazımdır. Fransa prezidenti Ermənistana səfər etməklə növbəti seçikilərə qədər ölkədəki erməni lobbisini diqqətini çəkmək, orada yaşayan ermənilərin hörmətini, seçkilərdə isə səsini qazanmaq istəyir.

Fransa prezidenti öz ölkəsində hər hansı nüfuza malik deyil. O, hakimiyyətdə olduğu dövrdə Paris və digər şəhərlərdə hökumətə qarşı silsilə mitinqlər təşkil olundu. Aksiyaların Fransa polisi tərəfindən amansızlıqla dağıdılması da heç kəsə sirr deyil.

Makronun hakimiyyəti dövründə “Sarı jiletlilər” hərəkatı baş qaldırdı. Fransanın bütün şəhərlərində aksiyalar təşkil olundu. Bundan əlavə, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Fransada islamafob cinayətlərin sayı çoxalıb. Ölkədəki müsəlmanlar sıxışdırılır, məscidlərə silsilə hücumla təşkil olunur. Bu mənfi tendensiyalar fonunda Makron hakimiyyətinin Fransada son regional seçkilərdə məğlub olması başadüşüləndir. Bu məğlubiyyət Makronun nüfuzunun aşağı düşdüyünün əyani sübutudur. Artıq Fransa cəmiyyəti də görür ki, Makron onların təmsilçisi kimi özünü doğrultmadı, islamofob və populizmə əsaslənən siyasət aparır.Yerli əhali arasında nüfuzunu itirən Fransa prezidentinin son ümidi miqrant kimi ölkəyə gəlib məskunlaşmış ermənilərə və özü kimi populist fikirlər səsləndirən Paşinyana qalıb.

Markonun ermənipərəst addımları Fransanın ATƏT MQ həmsədri kimi mandatı ilə də ziddiyyət təşkil edir. Ümümiyyətlə, Fransanın qeyd etdiyim xüsusda davranışları heç bir çərçivəyə sığmır. Rəsmi Paris Minsk Qrupunun həmsədri kimi öhtəliklərini və məsuliyyətlərini dərk etməlidir. Fransa əgər ədalətli həmsədrdirsə, tərəf tutmamalı, tərəflərin barışmasına xidmət etməlidir. Makronun rəhbərlik etdiyi hökumət istər Vətən Müharibəsi dövründə, istərsə də müharibədən sonrakı mərhələdə açıq şəkildə işğalçının tərəfindən çıxış edir. Əgər Fransa açıq şəkildə Ermənistanın mövqeyindən çıxış edirsə, o zaman Minsk Qrupundakı mandatını dondurmalıdır. Onsuz da bir işə yaramırlar, fəaliyyətsizdirlər, 30 il ərzində münaqişənin
həllinə heç bir töhfə verməyiblər.

Qeyd edək ki, Ramin Əhmədovun bundan əvvəlki şərh və məqalələri də Türkiyə mediasında geniş şəkildə işıqlandırılıb.
İrəvanda ABŞ vətəndaşı güllələndiİrəvanın mərkəzində növbəti atışma qeydə alınıb.

Axar.az xəbər verir ki, ötən gün axşam saatlarında Əmiryan küçəsində baş verən insidentdə ABŞ vətəndaşı olduğu bildirilən 1979-cu il təvəllüdlü şəxs də daxil olmaqla, iki nəfər güllə yarası aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə yerindən 9 mm-lik 3 giliz tapılıb.

Qeyd edək ki, İrəvanda odlu silahdan istifadə ilə baş verən insidentlərin sayı son aylar kəskin çoxalıb.