Şəhid jurnalistlər təltif OLUNDUSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib.

Avrasiya.net-in məlumatına görə, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi hətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Ermənistanda əsgər əsgəri GÜLLƏLƏDİErmənistan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin əsgəri, 2001-ci il təvəllüdlü Artur Qazaryan 16 iyul saat 21:40 radələrində hərbçi yoldaşı tərəfindən atçılan atəşlə öldürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda görə, hadisəyə silahla düzgün davranma qaydalarının pozulması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
Lerikdə qadını zorakılıqla öldürən molla Murad Gülbaba oğlu Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avrasiya.net xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nizami Quliyevin icraatındadır. Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Murad Gülbaba oğlu Əsgərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.
"Patı" satan daha bir nəfər ƏLƏ KEÇDİHacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Abdulabad kənd sakini Rəhman Həsənov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı iki büküm narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Dindirilmə zamanı R.Həsənov narkotik vasitəni Zabit adlı şəxsdən 60 manata aldığını bildirib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Zabit Hüseynov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə satış üçün hazırlanmış metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Avropa Liqasının final oyunları bu şəhərlərdə keçiriləcəkUEFA İcraiyyə Komitəsi Avropa Liqasının final oyunlarının məkanlarını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, Avropa futbol qurumu qitə çempionatının təşkilatçılıq hüququndan məhrum etdiyi İrlandiyanın paytaxtı Dublin və İspaniyanın Bilbao şəhərinə klub turnirinin həlledici görüşünü verib.

Qurum hər iki şəhərin səylərinə və beynəlxalq oyunların hazırlıq prosesinə maliyyə yatırımlarına hörmətlə yanaşdığını bildirib. Dublin Avropa Liqasının 2023/2024 mövsümünün final oyununu təşkil edəcək, Bilbao isə Avropa Liqasının 2024/2025 mövsümünün, habelə 2024-cü ildə qadınlar arasında Çempionlar Liqasının həlledici görüşünün təşkilatçısı olacaq.