Azərbaycanda tələbə yol qəzasında öldüAzərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi Fərid Mirzəyev yol qəzasında dünyasını dəyişib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, onun idarə etdiyi motosikleti arxadan gələn maşın vurub.

O, ağır xəsarətlərlə xəstəxanada 1 gün komada qalsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Bakıda gənc oğlan supermarketdə öldü, həkimlər tənqid olunur - FOTOBakıda məşhur supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisə ilə əlaqəli sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqiq olunub. Sosial şəbəkə istifadəçilərindən biri isə qeyd edib ki, tibb işçiləri cəmi 5 dəqiqə ərzində gəlsələr də, 45 dəqiqə müddətində gənc səhv masaj edilib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva “Report”a açıqlamasında bildirib ki, hadisə əlaqədar 103 çağrı mərkəzinə çağırış daxil olub:

“Çağırışdan 5 dəqiqə sonra həkim briqadası hadisə yerində olub. Həkimlərin çatanda həmin şəxs artıq çoxdan keçinmiş olub. Çağırışı verən şəxs isə vətəndaşın nə zaman keçindiyini bilinmədiyindən həkimlərimiz dərhal ürək-ağciyər reanimasiyasına başlayıb. Bu müdaxilə ölümdən keçən 3-5 dəqiqə ərzində icra olunur. Adətən bu müdaxilədə ilk olaraq güclü təkan verilir, yəni döş qəfəsinə möhkəm yumruq vurulmalıdır. Ardınca masaj edilir. Həkimlərin ətrafda adam çox olduğundan təkan vurmayıblar”.

İ.Əliyeva vurğulayıb ki, həmin şəxs uşaqlıqdan ürəklə bağlı problemi olub:

“Araşdırmalar zamanı məlum olub ki, mərhum mütəmadi şəkildə ürəyindən müalicə alıb, poliklinikada qeydiyyatda olub”.
İranda su qıtlığına görə etiraz aksiyası keçirilib, bir nəfər ölübİranın Xuzistan əyalətindəki quraqlıq səbəbindən yaranan susuzluğa görə keçirilən etiraz aksiyaları nəticəsində bir nəfər ölüb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Xuzistan əyaləti valisinin səlahiyyətlərini icra edən Ümid Səbripur bildirib.

Onun sözlərinə görə, nümayişi dağıtmaq üçün açılan atəş təsadüfən həmin şəxsə dəyərək öldürüb.

Müşahidəçilər bildiriblər ki, etiraz aksiyası dağıdılan zaman döyüş gülləsindən istifadə edilib.
Hacıqabulda 49 yaşlı qadın intihar edibHacıqabul rayonunda qadın özünü asaraq intihar edib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Ələtli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Abbasova Şölə Abbas qızı həyətdəki yarımtikilidə özünü asaraq canına qəsd edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

İNTİHAR
AzTV-nin Orta Asiya müxbiri işdən çıxarıldıAzərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-nin il yarım əvvəl təyin olunan Qazaxıstan və Orta Asiya müxbiri Füzuli Məcidli işindən azad olunub.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə əmr bir neçə gün əvvəl imzalanıb.

F. Məcidli 2019-cu ilin sonlarında bu vəzifəyə təyin olunmuşdu. O, AzTV-dən əvvəl İctimai Televiziyanı Qazaxıstanda təmsil edib.
Bərdə rayonunda Şəhidin doğum günü qeyd olunub15 iyul 2021-ci il tarixdə Bərdə rayonunda şəhid Yusifzadə Xudayar Müslüm oğlunun ad günü münasibəti ilə şəhidin ailəsi ziyarət olunmuş, məzarı üzərinə tər gül dəstələri qoyularaq yad edilib.

İcra Hakimiyyətindən Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə Bərdə rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və böyük məsləhətçisi Ziya İsmayılzadə, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərov, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Bərdə filialının sədri Etibar Hüseynova, “Qarabağ qaziləri” ictimai birliyinin sərdi Sürəddin Səfərov, şəhidin qulluq etdiyi N saylı hərbi hissənin nümayəndələri iştirak etmişlər. Tədbirdə iştirak edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qanları ilə tarix yazan qəhrəmanlıqlarından söz açmışlar. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər. Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Gürcüstanda son sutkada koronavirusdan 22 nəfər ölübGürcüstanda ötən sutkada koronavirusa 1 808 yeni yoluxma halı təsdiqlənib, 22 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 386 195-ə, ölənlərin sayı isə 5 538-ə çatıb.

Son 24 saat ərzində 361, ümumilikdə isə 363 318 nəfər sağalıb.

Bu günə olan aktiv xəstə sayı 17 313 nəfər təşkil edir.
30 yaşlı kişi ilə evləndirilən 16 yaşlı qız ailəsinə qaytarıldı - Anası hər şeyi açıqladıBir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan 16 yaşlı qızın Bakının Maştağa qəsəbəsində yaşayan şəxsə ərə verilməsiylə bağlı görüntülər yayılmış və fakt təsdiqini tapmışdı.

Avrasiya.net Xəzər TV-yə istinadən xəbər verir ki, 30 yaşlı kişi ilə evləndirilən qız həmin şəxsdən alınaraq ailəsinə təhvil verilib.

Qızın anası Xuraman Həbilayeva deyir ki, bu əslində toy yox sadəcə nişan olub. Oğlan evi ilə aralarında anlaşıblar. Oğlanın valideynləri qızı indidən aparıblar ki, toyu sonradan eləsinlər.

Qız orta məktəbin 9-cu sinifini bitirib. Müəllimlər deyir ki, valideynlərin razılığı əsasında uşaq orta təhsilini davam etdirə bilər.

Yaşanan hadisənin bu səviyyəyə çatmasını ağlına belə gətirmən ana Xuraman Həbilayeva qızını 2 ildən sonra ərə verəcəyini bildirir.

Yeniyetməyə qarşı hər hansı təyziqlərin olub olmaması üçün müvafiq ekspertizalar təyin olunub. Polis əməkdaşları da məsələni ətraflı araşdırır.

Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanının nümayəndələri hər 2 tərəfdən izahatlar alıb. Onlara psixoloji, sosial və hüquqi dəstək göstərilib. Azyaşlı 18 yaşı olanadək nəzarətdə saxlanılacaq.