Bakı metrosunda intihara cəhd edildiMetronun Ulduz stansiyasında sərnişin özünü qatarın altına atıb.

Avrasiya.net xəbər verir ki, bu səbəbdən qatarların hərəkəti dayanıb və sərnişinlər təxliyə olunub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı “Report”a təsdiq edib.
Tofiq Yaqublu şərti azadlığa buraxıldıBu gün müxalif siyasətçi, Müsavat partiyası və Milli Şuranın üzvü olan Tofiq Yaqublu 2il 6 ay sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə siyasətçinin qızı Nigar Həzi şəxsi Feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, sentyabrın 3-ü 2020-ci il tarixdə Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarmışdı.
MEK-də “Heydər Əliyev və mətbuat” adlı növbəti lektoriya baş tutubİyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul Milli Mətbuatımızın 146-cı ildönümü münasibətilə “Heydər Əliyev və mətbuat” mövzusunda lektoriya keçirilib.

Tədbirdə AMEA prezidenti katibliyinin rəisi, AMEA Rəyasət Heyəti aparatının və elmi tədqiqat institutlarının mətbuat xidmətləri, elm xadimləri, Azərbaycan Mətbuat Şurasının rəhbəri və üzvləri, millət vəkilləri, əməkdar jurnalistlər, KİV nümayəndələri və digər mötəbər qonaqlar iştirak ediblər.

Lektoriyanı giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev görkəmli maarifçi Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən “Əkinçi” qəzetinin böyük bir ənənənin başlanğıcında dayandığını və Azərbaycan mədəniyyəti tarixinə şərəfli səhifələr yazdığını vurğulayıb.

“Tarixdən məlum olduğu kimi Azərbaycan mətbuatı, təəssüf ki, Sovet rejiminin senzurası ilə boğulmağa başlamışdı. Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, mətbuatın inkişafında da əsaslı dönüş yarandı. Müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad fəaliyyət göstərməyə başladı. Xüsusilə 1998-ci ildə ulu öndərin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövrün başlanğıcı oldu” – deyə MEK-in baş direktoru bildirib.

Professor Məmməd Əliyev ulu öndər Heydər Əliyevi Azərbaycanda söz və mətbuat azadlığının, plüralizmin əsasını qoymuş lider kimi xarakterizə edərək, bu gün bu missiyanın ölkə başçısı İlham Əliyev tərəfindən layiqli davam etdirilməsindən danışıb.

İnformasiya sahəsində qarşıdurmanın döyüş bölgəsindəki silah qədər vacibliyini qeyd edən baş direktor, I və II Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq səsini dünyaya çatdıran Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazov kimi Azərbaycanın Milli Qəhrəman jurnalistlərinin, eləcə də 2021-ci il iyun ayının 4-də Kəlbəcər rayonunda şəhid olan AzTV-nin operatoru Sirac Abışovun və “AZƏRTAC”ın müxbiri Məhərrəm İbrahimovun xalqın qəlbində və yaddaşında əbədi yaşayacaqlarını vurğulayıb. Professor Məmməd Əliyev həmçinin şəhid jurnalistlərin xatirəsinə ehtiram əlaməti olaraq MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda onların həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, kitablar, şəkillərindən ibarət guşə hazırlandığını da vurğulayıb.
Sonra şəhid jurnalistlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lektoriyada geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının Sədri, əməkdar jurnalist Əflatun Amaşov ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin olunmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, bu dönəmlə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev hər zaman jurnalistərin dostu olub. Əflatun Amaşov 146 illik Milli Mətbuatımızın bu gün Azərbaycanın dünyada eşidilən səsi olduğunu vurğulayaraq, qələmi ilə Həsən bəy Zərdabi ideyalarına sadiq olan jurnalistləri Milli Mətbuat günü münasibətilə təbrik edib. Ə. Amaşov, həmçinin müəllifi olduğu müstəqillikdən əvvəlki və sonrakı illərdə Heydər Əliyevin mətbuatla əlaqəsi barədə ən maraqlı məqamları əks etdirən “Heydər Əliyevin media dərsləri” adlı kitabını MEK-ə hədiyyə edib.

Yeni Azərbaycan qəzetinin baş redaktoru, millət vəkili, professor Hikmət Babaoğlu Heydər Əliyev epoxasında milli mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışaraq, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri, imzalanan Fərman və Sərəncamları Azərbaycan mətbuatına, azad sözə verilən böyük diqqətin göstəricisi kimi xarakterizə edib.

Tədbirdə, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vüqar Əhməd, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, əməkdar jurnalist Aqil Abbas, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist, professor Şəlalə Həsənova, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, əməkdar jurnalist Qulu Məhərrəmli Heydər Əliyevin Azərbaycan mətbuatında rolu haqqında ətraflı çıxışlar ediblər. Qeyd olunub ki, fenomen şəxsiyyət Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulub. Çıxış edənlər, bugünkü Azərbaycan mediasının Heydər Əliyevin ideyalarının məhsulu olduğunu və 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələri ikinci dəfə Azərbaycan mediasını informasiya blokadasından çıxardığını xüsusi vurğulayıblar.

“AZƏRTAC”ın şəhid jurnalisti Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov çıxış edərək, KİV nümayəndələrinə göstərilən qayğı və diqqəti yüksək qiymətləndirərək, qardaşı şəhid jurnalist Məhhərrəm İbrahimovun, eləcə də informasiya savaşında peşələrini layiqincə yerinə yetirərək şəhid olan bütün peşəkar jurnalistlərin xatirəsini yad etdikləri üçün MEK-ə dərin təşəkkürünü bildirib.

Sonda 22 iyul Milli Mətbuat günü münasibəti ilə və MEK-in elmi fəaliyyətini müntəzəm işıqlandırdıqlarına görə KİV nümayəndələri Mərkəzi Elmi Kitabxana tərəfindən təşəkkürnamə ilə təltif olunublar və qonaqlara qiymətli nəşrlər hədiyyə edilib.
Koronaya yoluxanların sayı kəskin artdıAzərbaycanda koronavirus infeksiyasına daha 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb.
"Qarabağda təxribatların arxasında Rusiyanın izini görmək mümkündür"ATƏT-nin Minsk Qrupunun missiyası artıq başa çatıb. Bu qurum əvvəllindən konfliktin həllində bir iş görə bilmədi.

Bunu Avrasiya.net-ə Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib.

Qaldıki bu ölkələrin regionda böyük iqtisadi və strateji maraqları var. Azərbaycan öz milli maraqları çərçivəsində həmin maraqları təmin edib: "Lakin həmin ölkələrin Azərbaycanın suveren əraziləri ilə bağlı hökmlə danışması siyasi etikanı aşmaq deməkdir. Bu yolverilməz haldır.

Ümimiyyətlə, II Qarabağ savaşından sonra Azərbaycana qarşı təxribatların baş verməsi gözlənilən idi. Azərbaycan tərəfi buna hazır olub, hər an adekvat cavabını verməlidir. Bu gün Qarabağda və sərhəd bölgələrində baş verən təxribatların arxasında Rusiyanın izini görmək mümkündür. Rusiya necə ki, vaxtılə Çeçenistan ərazisində antiterror əməliyyatı adı ilə bütün silahlı çeçenləri tərksilah etmişdi. Bu gün də həmin şəkildə Qarabağda qalmış erməni terrorçularınının tör-töküntülərini tərksilah edib Azərbaycana təhvil verməlidir. Bu Rusiyanın regionda nüfuzunu qorumaq üçün ən doğru addımı olar".
Dağlıq Qarabağ ifadəsi artıq tarixə qovuşubNail Cəlil: “Qarabağın tarixi-mədəni, milli siması sürətlə dəyişəcək, bərpa olunacaq”

“Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi və Şərqi Zəngəzur regionunun bərpası, inkişafı ölkə ictimaiyyətinin, eləcə də dövlət strukturlarının daimi diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər azad Qarabağın tarixi-mədəni, milli simasının yaxın illərdə sürətlə geri qayıdacağını göstərir. Bu, bütövlükdə Azərbaycan, Güney Qafqaz regionu üçün yeni, mütərəqqi başlanğıcdır. Son günlər əsas diqqət səfirlərin, müxtəlif ölkələrdən olan nüfuzlu qonaqların Şuşaya səfərlərinə, müvafiq ərazilərdə təhlükəsizlik vəziyyətinin getdikcə yaxşılaşdırılmasına, daha da möhkəmləndirilməsinə yönəlib. Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə “İqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Bu fərmanla iqtisadi rayonların sayı artırılaraq, 14-ə çatdırılıb. Müvafiq fərman regionun sosial-iqtisadi inkişafını, rifahını gücləndirəcək, tarixi və strateji əhəmiyyətli bir sənəddir".

Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında siyasi ekspert Nail Cəlil səsləndirib.

O bildirib ki, fərmanın indiki mərhələdə imzalanması, dəqiq ölçülüb-biçilmiş, böyük milli hədəflərə xidmət edən addımdır: “Fərmanın səfirlərin Şuşaya səfəri ərəfəsində imzalanması beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün möhkəmləndirilməsi istiqamətində diplomatik, siyasi, iqtisadi tədbirlərin ciddi şəkildə əlaqələndirildiyini göstərir. Dövlət başçısının bu fərmanı ilə Dağlıq və ya Yuxarı Qarabağ ifadəsi de-yure və de-fakto tarixə qovuşub. Şərqi Zəngəzur iqtisadi regionunun yaradılması isə bütün dünyaya tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzurun da mövcudluğunu xatırladır. Bununla həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqəti tarixi ədalətin bərpasına yönləndirilir. Bütün bunlar həm də həqiqəti, reallığı – Ermənistanın əslində, Azərbaycan torpaqlarında yaradılmış asılı, forpost dövlət olduğunu dünya ictimai rəyinə aşılamaq, anlatmaq baxımından, çox önəmlidir”.

Siyasi ekspert onu da qeyd edib ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin 30 illik erməni işğalından azad edilməsi regionda siyasi ədaləti bərpa etməklə yanaşı, Qafqazın cənubunda sosial-iqtisadi mənzərəni də nəzərəçarpacaq dərəcədə dəyişir. Bu mənada yeni iqtisadi ərazi bölgüsünün həyata keçirilməsi - Qarabağın və Zəngəzurun şərqini əhatə edən rayonların erməni işğalından azad edilməsi ilə bağlıdır. İqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirirən mühüm amillərdən biri də regionun gələcək sosial-iqtisadi rifahının təmin olunması zərurətidir. Üçtərəfli 10 noyabr sazişinin şərtlərinə uyğun olaraq, Zəngəzur dəhlizinin açılması, Azərbaycanla yanaşı, Ermənistanın da siyasi-iqtisadi maraqlarına uyğundur. Bununla Ermənistan ən yaxın qonşuları – Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri bərpa etmək imkanı qazanır, müvafiq nəqliyyat, kommunikasiya əlaqələrindən istifadə etməklə Qərbə, Şərqə və Şimala birbaşa çıxış yolları qazanır.

Nail Cəlil onu da vurğulayıb ki, iqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun, eləcə də digər iqtisadi regionların, bütövlükdə Azərbaycanın inkişafını sürətləndirəcək. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması ən vacib, mühüm prioritetdir. Azad edilmiş torpaqlarda əsas diqqət zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində təxirəsalınmaz tədbirlərin gerçəkləşdirilməsinə yönəlib. Qarabağ, Şərqi Zəngəzur bölgələrinə daxil edilən rayonların zəngin iqtisadi potensialı və infrastruktur, tarixi-mədəni baxımdan sıx bağlılığı da sirr deyil. Yeni ərazi bölgüsü bu potensialdan düzgün, səmərəli istifadəni birbaşa şərtləndirir: “Bu ərazilərin zəngin sosial-iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından faydalanmaq Azərbaycan qüdrətini, hərbi-siyasi gücünü daha da artıracaq. Görünən odur ki, bütün bu işlər məqsədli, sistemli, yaxşı düşünülmüş, vahid, strateji proqram əsasında həyata keçirilir: “Nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılması bu istiqamətdə mümkün sosial-iqtisadi riskləri qarşılamağa, önləməyə, aradan qaldırmağa imkan verir. Artıq azad etdiyimiz doğma torpaqlarımızda ölkəmiz üçün 44 günlük müharibədən sonra tam fərqli, yeni mütərəqqi bir dövr başlayıb. Yeni iqtisadi ərazi bölgüsü artıq Xankəndini, Xocalı, Xocavənd rayonlarını da Qarabağ iqtisadi bölgəsinə bağlayır. Bu, müharibədən sonra həmin ərazidə yaşayan mülki vətəndaşların adaptasiyası və reinteqrasiyası üçün yaradılan əlverişli şərait deməkdir”.

Həmsöhbətimiz söyləyib ki, 44 günlük Vətən müharibəsi regionda yeni siyasi reallıqlar yaradıb və bu reallıqlar kimin kim olduğunu bir daha ortaya qoyur. Erməni separatçıları üzərində tarixi qələbəmizə dünyada sevinən dostlarımız çoxdur, kifayət qədərdir. Haqq işimizi, qələbəmizi hansı ölkələrin, dövlətlərin mənəvi cəhətdən səmimi, təmənnasız, açıq şəkildə dəstəklədiyini bilirik.

Regionda maraqlı olan bir sıra nüfuzlu ölkələrin davranışı, artıq əhəmiyyətli dərəcədə həll olunmuş bir məsələni süni şəkildə yenidən gündəmə gətirmək cəhdləri də diqqətdən yayınmır. Vacib olan odur ki, işğal altında olan torpaqlarımızı düşməndən azad etdikdən sonra regionda, o cümlədən ölkəmizdə yeni hərbi, siyasi və iqtisadi reallıqlar yaranıb. Xüsusən, sosial-iqtisadi sahədə bir çox həlli vacib məsələlər gündəmə gəlib. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, bərpası üçün tədbirlər görmək zərurətini qiymətləndirən Prezident İlham Əliyev bununla bağlı mühüm qərarlar qəbul edib. Öncə qeyd etdiyimiz sənəd - dövlət başçısının 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanını da həmin qərarların məntiqi, gözlənilən, qanunauyğun davamıdır.

Nail Cəlil hesab edir ki, iqtisadi rayonların yeni bölgüsü həm iqtisadi, həm də siyasi baxımdan mühüm hədəfləri özündə əks etdirir, unitarlıq prinsipinin dəyişməzliyini ortaya qoyur. Labüd məğlubiyyətə, 10 noyabr sazişinə imza atmalarına baxmayaraq, Ermənistan rəhbərliyi və onların himayəçiləri absurd bir şəkildə “Dağlıq Qarabağın statusu”ndan danışmaqda davam edirlər. Uzun müddət münaqişənin sülh yolu ilə həllinə məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrləri olmuş ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya səfərdən imtinası da həm də bu məqamla bağlıdır. Onlar erməni icmasının təsirinin nisbətən güclü olduğu Fransanın köməyi ilə bu məsələni gündəlikdə saxlamağa çalışırlar.

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman isə bu düşüncədə olanları bir daha məyus edir. Diplomatik anlamda bunu onlara ünvanlanan “Azərbaycanın ərazisi, xalqı və vətəndaşları bütövdür, hər hansı etnik bölgü yolverilməz, qəbuledilməzdir” cavabı kimi qiymətləndirmək olar.
"Mərcan Broyler" MMC-nin işçiləri narazılıq edirlər "Mərcan Broyler" MMC-nin işçiləri tərəfindən Avrasiya.net-ə müraciət daxil olub.

Müraciətdə deyilir:

Biz bu müraciətin müəllifləri olan vətəndaşların əmək hüquqlarımız pozulub qanunsuz olaraq işlə, çörəklə imtahana çəkilirik.

Belə ki, biz Ucar rayon ərazisində olan "Mərcan Broyler" MMC-də müəyyən müddətdir ki, nəzarətçi vəzifəsində işləyirik.

Rəhbərlik bizə xəbərdarlıq edib ki, müddəti bitdikdə sizinlə təkrar əmək müqavilə bağlanmayacaq.Artıq 2 nəfər buna görə işsiz qalıb. Biz bunun səbəbini soruşduqda izahı belə verilir ki, ixtisar var.Ancaq heç bir iş ixtisarı yoxdur.Çünki hazırda əmək müqaviləsi bağlanılıb yeni şəxsləri işə qəbul edirlər.
Əslində isə heç bir qanunu əsas olmadan bizi işdən çıxarmağı hansısa vəzifəli şəxs qarşısına məqsəd qoyub.

Belə ki, təxminən bir ay öncə Mərcan Broylerdə soyducunun üzərində çəkisi 3 kq olan mis boru yoxa çıxdı.Buna görə rəhbərlik bizə bildirdi ki, bu sizin üçün ciddi nöqsandır işdən çıxarılacaqsınız.Biz etiraz edib bildirdik ki, ərazidə olan müşahidə kameralarına baxılsın həmin mis boru kimin tərəfindən götürülməsi müəyyən olunsun və hüquq mühafizə orqanları trəfəindən qanunu tədbirlər görülsün.Ancaq rəhbərlik bunu etmədi.

Bizə məlum oldu ki, bunuda rəhbərlik özü şəxsən edib ki, buna əsasən bizi işdən çıxarsın.
Bundan sonra rəhbərlik bizi çağırıb xəbərdarlıq etdi ki, əmək müqavilınizin vaxtına az qalıb sizinlə yenidən əmək müqaviləsi bağlanmayacaq.

Biz bunu ədalətsizlik və qanunsuzluq hesab edirirk.Çünki "Mərcan Broyler" MMC -də işlədiyimiz müddətdə heç bir nöqsana yol verməmişik, rəhbərliklə və kollektivlə mehriban münasibətdə olmuşuq, verilən tapşırıqları layiqincə yerinə yetirmişik.

"Mərcan Broyler" MMC-nin rəhbrliyi bizə bildirir ki, sizinlə əmək müqaviləsinin təkrar bağlanmamasına tapşırığı baş idarə verib.

Buna görə biz mətbuat vasitəsi ilə sizə müraciət etməyi qərara aldıq.

Bu müraciəti imzalayan Zamanov Seymur Məhərrəm oğlu 8 ildir "Mərcan Broyler" MMC-də nöqsansız işləyir əmək müqaviləsinin müddəti 25 iyul 2021-ci ildə qurtarır himayəsində 2 uşağı var.Bacısı oğlu Cabbarov Oruc Akif oğlu vətən müharibəsində şəhid olub.
Qədirov Yasin Qədir oğlu 1 il 8 aydır ki, işləyir əmək müqaviləsinin müddəti bu ayın sonunda başa çatır himayəsində 2 uşağı var,
Hüseynov Ağahüseyn Ağahüseyn oğlu 3 ildir işləyir əmək müqavilısinin müddəti sentyabr ayında qurtarır himayəsində 2 uşağı var.
İsmayılov Kamran Etibar oğlu 3 ildir işləyir əmək müqaviləsinin müddəti 24 avqustda tamam olur himayəsində 2 uşağı var.
Qədirov Mansur Səfiqulu oğlunun əmək müqavilısinin müddəti 26 avqustda qurtarır himayəsində 2 azyaşlı uşağı var.
Həsənov Mikayıl İsrayıl oğlu 1 il 4 aydır işləyir himayəsində 1 azyaşlı uşağı var.
Əhədli Muxtar Şakir oğlunun əmək müqavilısinin müddəti 14.07.2021-ci il tarixdə bitdiyi üçün onunla yenidən müavilə bağlanılmadı.İndi hazırda işsiz qalıb ancaq onun əvəzinə başqa şəxsə əmək müqaviləsi bağlanılmışdır.Əmisi Məmmədov Fikrət Əhəd oğlu 1-ci Qarabağ müharibəsində şəhid olub.

Nəsirov Yadigar İlqar oğlunun da müddəti bitsədə onunla yenidən əmək müqaviləsi bağlanılmadı onun əvəzinə başqa şəxs işə qəbul ediblər. Himayəsində 1 azyaşlı uşağı var. Biz bilirk ki, belə qanunsuzluqlardan prezident cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın xəbəri yoxdur.

Çünki çoxlu sayda ailə başçısının işindən etmək çörəksiz qoymaq ciddi qanunsuzluqdur özbaşınalıqdır.
Bizim himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə bizdən başqa işləyib evə çörək gətirən yoxdur.
"Mərcan Broyler" MMC-nin rəhbərliyinin bu addımı çoxlusayda ailəni aclıqdan məhv etməkdir.Əgər ixtisar varsa nə üçün yeni işçilərlə əmək müqaviləsi bağlanılır? Yox əgər yoxa çıxarılmış 3 kq mis boruya görə edilirsə bunu müşahidə kameralarına baxıb müəyyən etsinlər.
Hansısa bizə məlum olmayan səbəblərə görə bizimlə təkrar əmək müqaviləsi bağlamaq istəmirlərsə açıb desinlər biz onlarla razılaşaq başımıza çarə tapaq.
Onların bu qanuna zidd hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur hüquqlarımızı tapdayır.

Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirik bizim işdən çıxarılmağımızın qarşısını alıb təkrar əmək müqavilısi bağlanılması üçün "Mərcan Broyler" MMC-nin rəhbərliyinə göstəriş verəsiniz. Bizim bir ümüd yerimiz Sizsiniz, xahiş edirik müraciətimizi obyektiv araşdırıb bizə köməklik göstərəsiniz.

İmza; "Mərcan Broyler" MMC-nin əməkdaşları
1. Zamanov Seymur Məhərrəm oğlu Yevlax rayonu Nərimanaba kənd sakini
2.Qədirov Yasin Qədir oğlu Ucar rayonu Məlikballı kənd sakini
3.Hüseynov Ağahüseyn Ağahüseyn oğlu Ucar şəhəri Nəsimi küçəsi ev 15
4.İsmayılov Kamran Etibar oğlu Ucar şəhəri R.Rza küçəsi ev 14
5.Qədirov Mansur Səfiqulu oğlunun Ucar rayonu Alpout kəndi
6.Həsənov Mikayıl İsrayıl oğlu Ucar rayonu Alpout kəndi
7.Əhədli Muxtar Şakir oğlu Yevlax rayonu Nərimanabad kəndi
8.Nəsirov Yadigar İlqar oğlu Yevlax şəhər Q.Quliyev küçəsi bina 7 mənzil 8.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İbrahim Həcci və onun siyasi, ibadi və dini fəlsəfəsiQ.Əli. Purmərcan
İİR-in Azərbaycandakı Səfirliyinin
Mədəniyyət Mərkəzinin sədri


Zilhiccə ayına qədəm qoyduğumuz və İslam dünyasının ən böyük bayramlarından biri olan Qurban bayramına yaxınlaşdığımız bu günlərdə bu bayramı bütün müsəlmanlara, xüsusən də Azərbaycan xalqına təbrik edərkən Həcc və onun siyasi, dini və mədəni əhəmiyyəti haqqında məlumatları sizinlə bölüşmək istədim . Bu suallar hamının ağlına gələ bilər, Həccin faydası nədir? Tarixi yalnız İslamın zühur etdiyi zamandır, yoxsa daha qədim? Həccdə müsəlmanların məqsədi nədir? Bu suallara cavab vermək üçün demək lazımdır:
Həcc tarixi insan həyatı tarixi ilə əlaqələndirilə bilər və İslamın gəlişi ilə məhdudlaşmır. Qurani Kərimə görə insanlar üçün tikilən ilk ev Məkkədəki Kəbədir ki, insan ömrünün əvvəlindən Adəm (ə) -dan Hatəmə (s) Allahın tövhid və peyğəmbərlərinin ayinləri arasında olmuşdur. Həmişə Təvaf və Həcc ayinlərini yerinə yetirmək üçün olan, mütləq o ölkəyə səyahət edəcəklər.

Həcc cəmiyyətlərin və mədəniyyətlərin qədim tarixində dəyişikliklərə məruz qalsa da, bəzən xurafatlar və təhriflərlə qarışmış və ilkin yolundan sapmış olsa da, səmavi dinlərdə xüsusi yer tutur. Həcc, sivilizasiyalar və dinlər arasında eyni olmasa da, bunun bariz nümunəsi Uca Allahın qullarına vacib etdiyi Həccdir.

İnsan həyatında Həccin bariz nümunəsi və Həccin bütün növlərinin həqiqi istinadları peyğəmbərlərin həcci və insanları yer üzündə ilk müqəddəs evi, ilk evi ziyarət etməyə dəvət edən İbrahim Xəlilin (ə) həccidir. Tanrının bəşəriyyəti yönəltmək və günahları bağışlamaq üçün qurduğu Beytullah Al-Atiq Məkkədədir buyurur: “İnsanlar üçün tikilən ilk ev Məkkədəki Mübarək evdir və dünyanın hidayət edicisidir.”

Ayənin mesajı budur ki, Allah bu evi bütün insanlar və bütün dinlər üçün həqiqətin başlanğıcından bəxş etmişdir və Qiyamətə qədər eyni adla qalacaqdır və hər hansı bir qrupa və ya dinə mənsub deyil; Çünki Allahın dininə dəvətin mənbəyi birdir və Ondan başqa heç bir şey yoxdur. Dünyanı və insanı yaradan birdir və hidayət çağırışı bütün təkallahlı səmavi dinlərdə eyni deyildir və Yaradanın qullarını bir-birindən ayırması, bir qrupu üçün mübarək bir ev təmin etməsi , mərhəmət, xeyir , bərəkət mərkəzi və başqaları üçün yox. Quran ayəsinin mənası: Yəni Kəbə “insanlar üçün qurulmuş” və “aləmləri hidayət etmək” üçündür.

Fəqət insan həyatı boyunca ilahi dinlər, səmavi təlimlər və İbrahimin kitabı, Musanın Tövratı, İsa İncili və Davudun Zəburu kimi Tanrının nazil etdiyi kitablar təhrif olundu və insanların əksəriyyəti üz döndərdi. Hənif dinindən və Allah dinindən üz çevirib bütlərə ibadət etdilər və çox tanrı götürdülər; Günəş tanrısı, ay tanrısı, xeyir tanrısı və şərr tanrısı ... bəziləri ağaclar, meşələr, dağlar, çaylar, ulduzlar və göylər kimi təbiətin görünüşlərini təqdis edib ibadət edir, bəziləri də qəbirlərə və məxsus heyvanlara ibadət edirdi. Onlar üçün məxsus yerlər və mərkəzlər tikdilər və müəyyən vaxtlarda və bayramlarda onları ziyarət etməyə gəldilər. Qrup şəklində bu yerlərə məxsus ilahilər oxudular və buradan dinlərin həcci meydana gəldi.

Həcc dünyanın qədim mədəniyyətlərində olduğu kimi qədim dinlərdə də mövcud idi, lakin bu mədəniyyətlərdən bəzilərinə istinad edən fərqli formalarda və fərqli protokollarla:

Qədim İran sivilizasiyasında həcc

Qədim İranın ən məşhur dini olan və eramızdan əvvəl altıncı ya onuncu əsrlərdə iranlıların qədim dini olan Zərdüştlükdür ki, onun bəzi ardıcılları hələ də İranda Yəzd vilayətində və Hindistanda yaşayırlar. Zərdüştlük dininin ardıcılları öz təlimlərini peyğəmbərləri Zərdüştün işıq və göy tanrısı mənasını verən "Ahura Mazda" adlı bir tanrının vəhyi adlandırdığı beş müqəddəs kitabdan götürmüşlər. Bu müqəddəs kitablardan biri də ayin və adətlərdən bəhs edən "Eliasna" kitabıdır ki, bu adət və mərasimləri, qurban, nəzir və müqəddəs dini bayramlarda məbədlərdə illik ziyarətləri də daxil olmaqla bir həcc formasını göstərir. Bunlardan illik məbədlərdə keçirilən ziyarətlərdir ki orada qurbanlıq və nəzirlər olan müqəddəs bayram keçirilir.

Roma sivilizasiyasında həcc

Roma sivilizasiyasında xüsusi dini ayinlərin yerinə yetirildiyi Həcc adlı bir mərasim var. Onlar böyük, kvadrat və dairəvi binalar tikdilər və onlara qurban, hədiyyə və nəzir təqdim etdilər. Bu heykəllərin hər biri üçün bir tanrı qoyurlar və tanrılara xoş gəlmək və qəzəblərindən çəkinmək üçün onlara yaxınlaşırlar. Kahinlər məbəd və ibadətgah zəvvarlarına dini ayinləri və mərasimləri diqqətlə yerinə yetirmələrini və bu məqsədlə illik və digər bayramlarda iştirak etmələrini tövsiyə edir və bu dini ayinlərdən birində bir səhv olduqda onu yenidən yerinə yetirmək vacibdir və hətta bu əməl otuz dəfə təkrar olsa belə. Bu ayinlərdən ən əsası donuz, qoyun və inək bayramı adlanan bayramlardan birində edilən qurbanlıqdır. Qurbanlıq üçün müəyyən bir dua oxunduqda, onun adı qurban kəsilən tanrıya aid olacağına və beləliklə qurbanlığın tanrılara veriləcəyinə inanırdılar ... Roma dini ayinləri eramızın ikinci əsrinə qədər davam etdi və o vaxtdan bəri Roma Xristianlığı, Həccin başqa forma və növlərini təqdim etdi. Bu barədə geniş danışmaq olar. Həcc mövzusu digər sivilizasiyalarda da tapıla bilər, amma müzakirəmizdə yeri yoxdur. İndi sual yaranır ki, bu sivilizasiyalardakı peyğəmbərlər harada idilər? Xalqa rəhbərlik etmək üçün gəlməmişdilər və insanlar harada idilər? Dünyanın müxtəlif yerlərindən olan sivilizasiyaların övladları deyildilər?

Həqiqət budur ki, çox sayda peyğəmbərlər bu sivilizasiyalar arasında yaşadılar və sünnətləri insanları Allah dininə yönəltmək idi. İbrahim (ə.s) Mesopotamiya mədəniyyətində, Yusif və Musa Nil Vadisində, İsrail peyğəmbərləri Finikiya mədəniyyətində və bəzi digər sivilizasiyalarda yaşayırdılar lakin hamısını ki Peyğəmbərin və imamların rəvayətinə görə sayları 124 minə çatırdı tanımaq mümkün deyildir.

Sivilizasiyalardakı düzgün dini ayinlərdən qalan şey, şübhəsiz ki, peyğəmbərlər tərəfindən təsbit edilmişdir. Əvvəlki bütün mədəniyyətlərdə peyğəmbərlər millətlərinin, eyni zamanda bütün xalqların həqiqi rəhbərləri olmuş və onlara rəhbərlik etmək üçün asimandan ilham almış, insanlara rəhbərlik etmişlər. Həcc də böyük ilahi vaciblərdəndir , peyğəmbərlər onun ilk yerinə yetirənləri olmuş və bu işdə xalqa rəhbərlik etmişlər.

Cahiliyyət dövründə həcc

Ərəbistan yarımadasında və ətrafında İslamdan əvvəlki dövrdə yaşayan insanlar Kəbəni, Minanı və Ərafatı təqdis edir , hörmət edirdilər. Onlar təvaf edir, talbiyyə oxuyir, dəvələr qurban edir , daş atır, ehram paltarları geyirdilər. Onların Həcc ziyarəti Zilhiccənin doqquzuncu günü başlayırdı və hacılar Ərafata gəldikdə Həcc üçün xüsusi paltarlarını geyirdilər. İslamdan əvvəlki tarixdə Həcc üçün bir çox adətlər oxunur, məsələn, xüsusi paltar geyinirdilər. Hübələ, Lat, Uzza və Manat da daxil olmaqla sayı üç yüzdən çox olan bütləri Kəbənin evinə qoydular, Kəbə və Məkkə qarşısında əyilib Həcc və ümrə edirdilər. Bu onlara İbrahim və İsmail tərəfindən qalan miras idi. Kəbə evi qarşısında rüku edir və evi təvaf edirdilər. Həcc və ümrə, ərəfə və Məşərül Həramı tanımaq, qurbanlıq dəvələr vermək və Həcc və ümrə üçün ehram geymək onların adətlərindən idi ki bəzi öz adətləri ilə qarışmışdı. Buna görə də Quran buyurur: "Onların ibadətləri Kəbə ətrafında əl çalmaq və fit çalmaqdan başqa bir şey deyildi."

Cahiliyyət dövründə Kəbənin Həcc ziyarəti yalnız ərəblərlə məhdudlaşmırdı. Tarixdə deyilir ki, iranlılar və digər millətlər Həcc ziyarəti üçün Kəbəyə gələrək onu ziyarət edir , qızıl, gümüş, qurban və nəzir verirdilər. İslam zühur etdikdən sonra İslam qanunları quruldu, ağıl və məntiq, ilahi vəhylə birlikdə Hz. Peyğəmbər tərəfindən İslam dininin əsası qoyuldu və Həcci həm şəkli, həm də məzmunu ilə dəyişdirdi.

Uca Allah Qurani Kərimdə Peyğəmbərinə Həcc surəsi adlı bir surə nazil etdi və qanunlarının hikmətini nazil etdi. Həzrət Peyğəmbər (s) Kəbənin ətrafındakı bütün şirk bütlərini uzaqlaşdırdı və insanın sağlam düşüncəsinə və ilahi təlimlərə zidd olan hər şeyi çıxardı və əvvəlki peyğəmbərlərdən qalan yaxşı ənənələri təsdiqlədi və Həcc ziyarətini ardıcılları üçün formalaşdırdı.

İmamların sözlərində Həcc hikmətini açkarcasına görə bilərik. İmam Əli (ə) bir çox hədisdə, müsəlmanların Allahın əzəmətinə və izzətinə qarşı təvazökarlığını, təkəbbürdən qurtulmasını, çətinliklərə dözmək üçün böyük bir sınaqdan keçməsini, müsəlmanların bir-birlərinə yaxınlaşmasını, Allahı və ilahi mərhəməti bu hikmətlərdən biri hesab edir.

İlahi və İslam təlimlərinə görə, Həcc ilkin mərhələlərə malik olan məqsədyönlü bir prosesdir və bu ilkin mərhələlər olmadan Həccə getmək olmaz. Bunlardan həm forma, həm də keyfiyyət və əməllərin düzgün yerinə yetirilməsi baxımından başlanmalıdır, əks halda yerinə yetirilən əməllər çətinliyə düşəcəkdir. İmam Rza (ə) Həccin müqəddiməsini və hikmətlərini ifadə edərkən bəzi halları belə sıraladı:

Tanrının qonaqlığına girmək və keçmiş günahlardan tövbə etmək, vücudu istəklərə və cismani ləzzətlərə tabe olmaqdan çəkindirmək, zülm və ümidsizlikdən üz çevirmək, insanların ehtiyaclarını ödəmək, Həccin iqtisadi faydalarından faydalanmaq, fiqh və insanların dinlə tanışlığı .

Allah Rəsulunun və bəzi imamların kəlamlarında dünyanın müxtəlif yerlərindən gələn müsəlmanların bir araya gəlmələri, bir-birlərini tanımaları, müxtəlif ticarət maraqlarından zövq alması və Həzrət Peyğəmbərin təlimlərini və hədislərini öyrənmələri Həcc hikmətlərindən sayılır və Hzəərti Fatimə (s) Həcci dini möhkəmləndirmək üçün olan əməl sayır.

Deyilənlərə görə, Həcc dünyada hər il 2 milyondan çox insan bir yerə toplayan siyasi ibadətlərdən biridir və müxtəlif çətinliklərə dözərək Həcc ziyarətinə gələn müsəlmanlar fərdi və ictimai dini əməllərini həyata keçirirlər ki, ruhlarını çirkabdan və çirkinlikdən təmizləyib dünyadakı böyük İslam cəmiyyətinə və insan qardaşlarına biganə qalmasınlar və müsəlmanların siyasi taleyi haqqında düşünərək özlərini inkişaf etdirsinlər. Bu şərtlər yerinə yetirilərsə, onlar insan cəmiyyətlərinin müvəffəqiyyətinin açarı ola bilər və İslam ümmətinin böyük problemləri bu böyük toplumda gündəmə gətirilə bilər, çünki bu Həcc İslam ümmətinin , bütün məzhəblərin və İslam təriqətlərinin vəhdəti üçün bir rəmzdir. Onlar bir yerə toplanıb nəfslərini paklaşdırıb, ağır işləri görə bilər və tövbə edər və qurbanlıq kəsərək nəfslərini dünyəvi istəklərini ayaq altına qoya bilərlər və o zaman dünyaya yeni gəlmiş insan kimi olarlar. Həccin fəlsəfəsi elə budur: İlahiyə dönmək, özünə qayıtmaq və nəfsni istəklərdən uzaq olmaq.

Ümid edirik ki, dünyadakı korona epidemiyasının yayıldığı bir zamanda və Həccin yenidən başlaması ilə müsəlman ölkələri bu qızıl fürsətdən istifadə edərək müsəlmanların iqtisadi, siyasi və mədəni vəziyyətini yaxşılaşdıracaq və İslam cəmiyyətləri daxilindəki məzhəb və dini qarşıdurmalara son qoyacaqlar. Həqiqi düşmənlərini tanıyıb vəhdət və birlik ilə maneələri aradan qaldırıb əməkdaşlıq edəcək və müsəlmanların mənafelərini digərlərinə satmayacaqlar.

“Delta” ştammı Azərbaycana necə gəlib? - Baş infeksionist açıqladıSəhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Delta” ştamının ölkəyə necə keçməsi ilə bağlı fikirlərə münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, T.Eyvazov bir şəxsin uçuşdan əvvəl verdiyi testin neqativ çıxmasından müəyyən vaxtdan sonra nəticəsinin pozitiv olmasını misal gətirib.

O qeyd edib ki, xəstəliyin gizli dövrü var:

“Sonuncu dövrdə virus özünü pozitiv olaraq büruzə verə bilər. Bilirik ki, adətən uçuşdan 72 saat əvvəl PCR testi nəticəsində nəticə neqativ ola bilər. Lakin keçən müddətdən sonra tənəffüs yollarına düşən virus növbəti analizdə pozitiv çıxa bilər”.