İqbal Məmmədov “Relax”dakı ölümdən DANIŞDIDeputat İqbal Məmmədov "Relax" istirahət mərkəzində baş verən ölümlə bağlı açıqlama verib.

İ. Məmmədov saytımıza istirahət mərkəzindəki ölüm faktını təsdiqləyib:

"Hadisə bu gün baş verib. Dünən güclü yağış yağdığından, istirahət mərkəzindəki "Küləfrəngi" deyilən yer bu gün ümumiyyətlə xidmət göstərməyib. Anar da orada çalışırdı. Turistlər gəzəndə çayda uzanmış adam görüb təhlükəsizliyə xəbər veriblər. Əməkdaşlar hadisə yerinə gələndə Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun öldüyünü görüblər. Hazırda prorkuroluq əməkdaşları araşdırma aparır. Mərhumun oradan yıxıldığı, yoxsa intihar etdiyi müəyyənləşəcək. Çox ağır hadisədir, Allah ailəsinə səbr versin. Anar Sücayev evli idi, iki övladı qalıb. Biz də əlimizdən gələn köməkliyi göstərəcəyik. Bir vətəndaş kimi bu bizim borcumuzdur".

Deputatın sözlərinə görə, istirahət mərkəzində bütün təhlükəsizlik qaydalarına tam riayət olunur:

"Hadisədir, araşdırılır. Ola bilər intihar edib, ola bilər ayağı sürüşüb, biz hazırda qəti nəsə deyə bilmərik. Ümumiyyətıə, əməkdaşların, eləcə də qonaqların təhlükəsizliyi tam qorunur. Pandemiyadan əvvəl, mövsümdə mərkəzdə 200 nəfər çalışırdı, hazırda isə 40 nəfər çalışır. Bədbəxt hadisədir, Allah ailəsinə səbr versin. Bu gün parlamentin son iclası idi, ona görə Bakıdayam. Sabah, ya da biri gün Lerikə gedəcəm, mərhumun ailəsinə baş çəkəcəyəm".

Parlamentari həmçinin son vaxtlar insanların çətinliklərə tez təslim olmalarına təəssüfləndiyini bildirib:

"Cavan adamdı, indi səbəb nədir bilinmir. Amma son vaxtlar insanlar azca çətinə düşən kimi mübarizə aparmaqdansa, "asan"a qaçırlar. Elə bugün səhər saatlarındakı güllələnmə kimi. Allah özü kömək olsun hamıya".

İ. Məmmədov həmçinin deyib ki, hazırda "Relax" İstirahət Mərkəzinin rəsmi idarəçiliyi qardaşına məxsusdur:

"Mən deputat olana qədər "Kaspi Yıldız" öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki! İndi bu hadisə ilə bağlı məlumatı mənim fotomla tirajlayırlar, amma doğru deyil. Kimsə yazısını daha çox oxutdurmaq üçün mənim adımdan istifadə edirsə, mən də hüquqi çərçivədə addım ata bilərəm. Ona görə xahiş edirəm, belə həssas məqamları nəzərə alasınlar".

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.

Modern.az
Lerikdə çayçı işləyən şəxsin meyiti aşkarlanıbİyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində "Relax" istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.

"Report" xəbər verir ki, Lerik rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Əfqanıstanda hərbi missiyamızı başa çatdırdıq - ConsonBöyük Britaniyanın Baş naziri Boris Conson ingilis əsgərlərinin böyük əksəriyyətinin Əfqanıstandan çıxarıldığını və ölkəsinin Əfqanıstandakı hərbi missiyasının başa çatdığını açıqlayıb.

Axar.az xəbər verir ki, parlamentin Nümayəndələr Palatasının iclasında çıxış edən Boris Conson Əfqanıstanda xidmət edən ingilis qoşunlarının ölkədən çıxarılması barədə məlumat verib.

Əfqanıstanın artıq Əl-Qaidə terror təşkilatı üçün hərbi baza olmadığını söyləyən Conson deyib:

“İyirmi ildir davam edən təlim düşərgələri artıq ləğv olunub və Əl-Qaidə rəhbərliyi ölkədən çıxarılıb. Bu, həqiqətləri heç vaxt unutmamalıyıq”.

Baş nazir Əfqanıstandakı missiya müddətində 457 ingilis əsgərinin həyatını itirdiyini qeyd edib.
Ərsin Tatar “Azərbaycanın dostu” ordeninə layiq görüldü“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Ərsin Tatarla görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdə baş redaktor jurnalın Redaksiya Şurasının qərarı ilə Prezident Ərsin Tatarın “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyini və iki ölkənin xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunduğunu bildirib.

Sonra Emil Nəsirli Redaksiya Şurasının Fəxri üzvlük sertifikatını və “Azərbaycanın Dostu” Qızıl Ordenini Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatara təqdim edib.

Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri olan Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzinin, eləcə də Azərbaycan-Şimali Kipr Gəncləri Birliyinin, həmçinin KKTC-nin Bakıdakı nümayəndəliyinin fəaliyyətinin iki ölkənin xalqları arasındakı dostluq münasibətlərinin inkişafına verdiyi tohfələrdən danışan Emil Nəsirli bu istiqamətdə xalqlarımız arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün bundan sonra da birlikdə addımlamağa və nailiyyətlər qazanmağa davam edəcəyini bildirdi.

“Əlaqələrimiz hər zaman çox gözəl olub və hazırda də eyni tendensiya davam edir. İki ölkənin xalqları arasında səmimi dostluq münasibətləri mövcuddur. Bir müddət əvvəl Azərbaycan jurnalistləri Kiprə səfəri zamanı ölkənin tarixi, mədəniyyəti, sosial həyatı barədə dərin məlumatlar əldə etmək imkanı qazanıblar. Bizim Şimali Kipr Türk Respublikası ilə bir çox istiqamətlərdə – turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində yaxşı münasibətlərimiz var”, - deyə qeyd edən Emil Nəsirli “Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində mütəmadi olaraq Şimali Kiprin həyatında baş verən bütün hadisələrin və yeniliklərin bundan sonra da davamlı şəkildə işıqlandırılmasının Azərbaycanda böyük maraqla qarşılandığını xüsusi vurğulayıb.

Şimali Kipr Türk Respublikasının tarixi, türk xalqlarının mədəniyyəti, adət-ənənələri, iki ölkənin xalqları arasında dostluq əlaqələrinin inkişafı, hazırda orada yaşayıb fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyəti, eləcə də Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin qazandığı elmi nailiyyətlər barədə geniş məlumat verən Prezident Ərsin Tatar “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçdiklərinə və “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürlərini bildirib.

Azərbaycanda yoluxma sürətlə artır - 2 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 336962 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330668 nəfər müalicə olunaraq sağalıb, 4982 nəfər vəfat edib, aktiv xəstə sayı 1312 nəfərdir.

Ölkədə son sutka ərzində 9947, hazırkı dövrədək isə 3831673 test aparılıb.
Komitə sədrinin oğlunun şirkəti ləğv edildiPhoenix Group MMC (VÖEN: 1303952411) ləğv olunduğunu elan edib.

Avrasiya.net Bakıpost.az-a istinadən xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi saytında yer alıb.

Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Phoenix Group MMC 7 il əvvəl – 25.12.2014-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi isə Orxan Qurbanlıdır. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının oğludur.

Phoenix Group MMC-nin adı bir qədər əvvəl mətbuatda qanunsuz tender əməliyyatında hallanıb. Belə ki, 2014-cü ildə təsis olunan və Orxan Qurbanlının rəhbərlik etdiyi Phoenix Group MMC 2015-ci ildə atası Mübariz Qurbanlının rəhbərlik etdiyi Komitə tərəfindən keçirlən ümumilikdə 153 min manatlıq tender müsabiqəsinin qalibi olub. Bu tender müsabiqəsinin nəticəsi “Dövlət satınalmaları haqda qanun”un 13-cü maddəsinin 2.1. bəndinin tələblərinə əsasən qanunsuz hesab olunmalıdır.

Orxan Qurbanlının qanuni təmsilçi olduğu daha bir şirkət 29.02.2016-cı ildə eyni ünvanda - Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12-də dövlət qeydiyyatına alınıb. Mübariz Qurbanlının böyük oğlu Orxan Qurbanlı 29.06.2015-ci il tarixində Nəsimi rayonu Nizami küçəsi, ev 203B-də Cyclee MMC adlı daha bir şirkət qeydiyyatdan keçirib.

Mübariz Qurbanlının kiçik oğlu Mustafa Qurbanlı isə 21.04.2014-cü ildə Nəsimi rayonu 28 May, ev 58, m. 14-də Studio 5 MMC, 27.08.2020-ci ildə isə Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 31 ünvanında “Celeste” MMC adlı şirkəti qeydiyyatdan keçirib. Mustafa Qurbanlı eyni zamanda SOCAR-da vitse-prezidentlərdən birinin müşaviri vəzifəsində çalışır.

690 bal toplayan tələbə yol qəzasında öldüBakı Ali Neft Məktəbinin (BANM) tələbəsi yol qəzasında ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, ali məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev ötən gün ağır yol qəzasına düşüb.

O, hadisə nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, B.Musayev imtahanlarda 690 bal toplayaraq BANM-ə qəbul olmuşdu. O, həm də Prezident təqaüdçüsü idi.

"Qələbəmizdən sonra Avropanın Azərbaycana diqqəti daha da artıb"Azərbaycan Avropa İttifaqı ilə 1996-cı ildən əməkdaşlıq edir. Bu illər ərzində ölkəmiz Avropa İttifaqının müxtəıif təşkilatlarında yer alır və Şərq tərəfdaşlığı, qonşuluq proqramlarına qoşulub. Bundan əlavə, Azərbaycan İttifaqın enerji diversifikasiyasında mühüm rol oynayır.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Avropanın mavi yanacağa olan tələbatını qarşılanmasında TANAP və TAP layihələri Avropa üçün strateji önəm kəsb edir. Həmçinin Azərbaycan Avropa ilə Asiya asrasında lojistika və nəqliyyat hablarının birləşməsində yer alır: "Göründüyü kimi Qarabağ müharibəsində əldə edilən qələbədən sonra Avropanın regiona, xüsusilə Azərbaycana diqqəti daha da artıb. Bu Avropanın enerji, nəqliyyat və strateji maraqlarına cavab verir. Dünya iki ilə yaxındır ki, pandemiyaya qarşı mübarizə aparır. Azərbaycan pandemiyaya qarşı mübarizə aparmaqla yanaşı öz iqtisadiyyatını qoruyaraq mühüm bir irəliləyiş əldə etmiş oldu. Azərbaycan post-pandemiya dövründə sülhə, təhlükəsizliyə mühüm töhfə verdi. Qarabağ müharbəsindən sonra Qarabağın yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirir. Azərbaycan bu gün Şər, Qərb marşutu üzrə mühüm ölkədir. Həmçinin Xəzər dənizi və Qara dənizi arasında əsas nəqliyyat yollarının qurulmaısnda iştirakçıdır və bu da Avropanın Mərkəzi Asiya, Çinə açılımına əsas istiqamət verir. Bundan əlavə, Bakı-Tiflis-Qars, növbəti Zəngəzur Dəhlizi məhz Avropanın Asiyaya birləşməsində əsas arteriya olacaq. Azərbaycan Avropa İttifaqı ilə sıx tərəfdaş əlaqələrinə malikdir. Növbəti mərhələdə çərçivə sazişinin bağlanması nəzərdə tutulur. Qarabağ müharibəsində Azərbaycanın zəfəri Avropanın siyasi məkanında yeni mərhələyə gətirib çıxarır. Artıq Avropa rəsmiləri də münaqişənin başa çatmasını post münaqişə dövründə siyasi-iqtisadi əməkdaşlığı, yeni layihələri müzakirə edirlər. Bu, onu göstərir ki, Azərbaycan Cənubi Qafqazda yeni bir siyasi –iqtisadi mərhələ başladıb və Avropa İttifaqı da Azərbaycanla əməkdaşlığa üstünlük verəcək".
Elton Məmmədovun şirkəti məhkəmə verildiAzərişıq Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı-XXI Əsr MMC-ni məhkəməyə verib.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı qeyd yoxdur. İddialara görə isə, “Azərişıq”ın MMC-ni məhkəməyə verməsi külli miqdarda borcla bağlıdır.

"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 14,9 milyon manat olan Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib.

Ötən il Bakı-XXI Əsr MMC yenidən təşkil olunmuşdu. Buna səbəb tərkibindən ayrılma baş verməsi və "Krosvey" MMC-nin yaradılması idi.

Bu ilin mart ayında isə Bakı-XXI Əsr MMC-nin fəaliyyətinə xitam verilib. Şirkət Top Properties MMC-yə birləşib. Bir ay sonra Krosvey MMC də ləğv olunub.

Bakı-XXI Əsr MMC-nin sahibi keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub.
Generalın rəis qardaşı buna görə intihar edibmişXəbər verdiyimiz kimi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında tabel silahından istifadə etməklə intihar edib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, 51 yaşında intihar edən Rahib Mirzəyev ağır xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

İddia edilib ki, ağrılara dözə bilmədiyi üçün özünə qəsd edib. Onun iki övladı var.