Daş karxanasında növbəti ölüm hadisəsiİyulun 7-i saat 16 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyevin “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.
Milyonlarla insan bu təhlükə ilə üz-üzə qalacaq... - BMTDünya ictimaiyyəti daha ölümcül ştammların peyda olmasına səbəb olacaq koronavirusun yayılmasının qarşısını almalıdır.

Avrasiya.net xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Əgər virusun meşə yanğını kimi yayılmasına izn versək, milyonlarla insan bu təhlükə ilə üz-üzə qalacaq. O, nə qədər çox yayılırsa, o qədər çox ştamm peyda olur", – deyə o bildirib.
“Rusiya “böyük qardaş” kimi azğın, təcavüzkardır”Ukrayna Prezidenti Vladimir Zelenskinin, “ruslar və ukraynalılar bir xalq deyil və hər kəsin öz yolu var” fikrini söyləyib.

Rusiya Federasiyası Dövlət Dumasının Krım bölgəsindən olan deputatı Mixail Şeremet Ukrayna Prezidenti Vladimir Zelenskinin fikrini kədərli adlandırıb: "Zelenskidən bu cür sözləri eşitmək kədərlidir. Ukraynanın, rəhbərlərinin səssiz razılığı ilə Qərbin Rusiyaya hakim olması üçün təcrübələrin tramplininə çevrilməsi kədərlidir".

Şeremet onu da qeyd edib ki, Ukrayna bir dövlət olaraq yalnız Rusiya ilə çiyin-çiyinə addımladığı zaman inkişaf etdi və hesablaşıldı. Qərb heç vaxt Ukraynanı bərabər hüquqlu hesab etməyəcək.

Şərqi Avropada Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri Anatoliy Pinçuk "Xalq Cəbhəsi"nə açıqlamasında deyib ki, Zelenski tamamilə məntiqli fikir söyləyib: "Tamamilə məntiqi bir mövqe. Ukraynalılar və ruslar fərqli tarixlərə və fərqli inteqrasiya dəyərlərinə sahib iki fərqli millətdir. Slavyan köklərinə toxunarlarsa, ukraynalıların, slovakların, litvalıların ruslardan daha çox ortaq cəhəti var".

Politoloq Şeremetin fikirlərinə də münasibət bildirib. Deyib ki, bu, Rusiya hökumətinin nümayəndəsi üçün tipik bir mövqedir. Yalnız Rusiya Federasiyasının nümayəndələri üçün "bərabərlik" məsələsini qaldırmamaq daha yaxşıdır: "Qardaşlar ailəsində" Rusiya “böyük qardaş” kimi azğın, təcavüzkar idi. Qərb üçün Ukrayna subyekt kimi yoxdur. ABŞ, İngiltərə, "köhnə" Avropa ölkələri və Şərqi Avropa var. Bunların hamısının ayrı-ayrı maraqları var. Mən hesab edirəm ki, Ukrayna əsas geopolitik konsepsiyaları saxlamalarıdır və dəniz qonşularla daha çox əməkdaşlıq etməlidir”.
ABŞ Rusiyanı qıcıqlandıra bilər - Vadim KozyulinABŞ qoşunlarının Əfqanıstanı tərk etdiyi bir vaxtda, Vaşinqton Mərkəzi Asiya ölkələri - Özbəkistan və Tacikistanla bir sıra məsələlər barədə müzakirə aparıb. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken iyulun 1-də Özbəkistan və Tacikistanın xarici işlər nazirləri ilə görüş keçirib.

Blinken Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilovla birgə keçirdiyi mətbuat konfransında deyib: “Regionda, xüsusən də Əfqanıstanla bağlı təhlükəsizlik məsələsində bizim güclü ortaq maraqlarımız var”.

Ayrıca olaraq Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddinlə görüşü zamanı Blinkenin Əfqanıstanı müzakirə etdiyi və ABŞ-ın Tacikistanın təhlükəsizlik, stabillik və ərazi bütövlyünü dəstəklədiyini” bildirdiyi etdiyi deyilir.

“The New York Times” və “The Wall Street Journal” qəzetləri də daxil olmaqla media xəbər verirdi ki, ABŞ “Taliban” və “əl-Qaidə”ni nəzarətdən kənar qoymamaq üçün Özbəkistan və Taciksitanda müəyyən qüvvələr yerləşdirmək istəyir.

ABŞ-ın bu fikrə düşməsi və onu reallaşdırmaq istəyi Rusiyanı qıcıqlandıra bilərmi?

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Müasir Beynəlxalq Problemlər İnstitutunun Qlobal Tədqiqatlar və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Vadim Kozyulin Avrasiya.net-ə açıqlamasında bildirib ki, Özbəkistan və ya Tacikistan ABŞ-a öz ərazilərində hərbi baza yaratmağa icazə verərsə, bu, Rusiya üçün ciddi bir qıcıqlandırıcı olacaqdır: “Rusiya bunun qarşısını almağa çalışacaq. Çünki Amerikanın bölgədəki varlığının hədəfinin Çin, Rusiya və İran qədər Əfqanıstan olmayacağını başa düşür. Əfqanıstan bunun üçün yaxşı bir örtük olacaq. Amerikanın var olduğu bir bölgədə sabitliyin ola biləcəyini demək çətindir. Tamamilə əksinə ola bilər. Ümid edirəm ki, həm Düşənbə, həm də Daşkənd bunu başa düşür”.

Yeri gəlmişkən, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya hər şeyi edəcək ki, Əfqanıstandakı təhdidlərdən müttəfiqlərini qorusun.

O, bunun üçün Moskvanın Tacikistandakı hərbi bazasını istifadə etməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı vəziyyət pisləşməyə doğru gedir.

Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız gedə bilər“Henley & Partners” Pasportlar İndeksi ilə bağlı yeni məlumatlar dərc edib.

Avrasiya.net təşkilatın saytına istinadən xəbər verir ki, Yaponiya Pasport İndeksində 1-ci yeri tutur.

Bu ölkənin vətəndaşları dünyanın 193 nöqtəsinə vizasız gedə bilər. Sinqapur (192 ölkə) ikinci, Cənubi Koreya və Almaniya (hər ikisi 191 ölkə) isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycan isə Pasportlar İndeksində 86-cı yerdə qərarlaşıb. Respublika vətəndaşları dünyanın 68 ölkəsinə vizasız ziyarət edə bilərlər.

Reytinqdə sonuncu - 109-cu yeri Əfqanıstan tutur. Bu ölkənin vətəndaşları dünyanın cəmi 26 ölkəsinə vizasız səfər edə bilər.
Ermənilərə XƏBƏRDARLIQ: "Bayraktarlar" görünəcəyi günə hazırlaşın!Prezident İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanını imzalaması olduqca maraqlı tarixə düşdü. Eyni gün Moskvada Ermənistan Baş naziri ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş planlaşdırılmışdı. Və yəqin ki, Paşinyan növbədənkənar seçkilərdə qazandığı qələbədən sonra ilk rəsmi səfərində bundan sonrakı fəaliyyət proqramını müəyyənləşdirmək üçün Moskvaya getmişdi. Məhz belə bir zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması barədə fərman ilk növbədə Paşinyan üçün bir sürpriz idi. Sözsüz ki, bu iki hadisənin eyni anda baş verməsi erməni ictimaiyyətinin də gözündən yayına bilməzdi.

"Armenian Report" saytının müəllifi Romella Mnatsakanyan “Rüsvayçılıq fincanı” sərlövhəli şərhində yazır:

“Biz gərək, milli rüsvayçılıq piyaləsimi dibədək içək. Əgər kiməsə elə gəlirdi ki, “Artsax”ın 75%-ni itirməklə hər şey bitəcəkdi, bu, belə olmadı. Tamamilə aydındır ki, Ermənistana bütün cəbhələrdə təzyiqlər davam edir və artır. Və bunu da görür ki, bizi təzyiqlərlə "qidalandırırlar" və biz də bununla əylənirik. Ermənistana yeni təzyiq mərhələsini başqa cür adlandırmaq olmaz.

Beləliklə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Moskvaya getdi. İlk baxışdan, bu səfər Nikolun qələbəsini tanıyan Putinin təbriklərini qəbul etmək məqsədi daşıyırmış kimi görünür. Daha dəqiqi, Kreml tərəfindən təklif edilən Robert Koçaryanın məğlubiyyətini etiraf edirmiş kimi. Amma Vladimir Vladimiroviçin nəzakət hissi qəribədir. O, son dərəcə özünəməxsus şəkildə ölkəmizin Baş nazirini "təbrik etdi"”.

Müəllifə görə, Putinin Paşinyana ilk müjdəsi Azərbaycan və Ermənistan sərhədinə Rusiya sülhməramlılarının yerləşdirilməsinin planlaşdırılmaması ilə bağlı olub və bu, Rusiya prezidentinin sözçüsü mətbuat katibi Dmitri Peskov tərəfindən jurnalistlərə çatdırılıb: “"Bu məlumat həqiqətə uyğun deyil. Hər hansı bir sənədin imzalanması planlaşdırılmır", - deyə Peskov cavab verdi”.

Müəllif güman edir ki, sərhədə rus “sülhməramlıları”nın yerləşdiriləcəyi ilə əlaqədar erməni mətbuatında günlərdir davam edən müzakirələr elə-belə ortaya çıxmayıb, əksinə, Kremldən Nikola hansısa mühüm sənədlərin imzalanacağını vəd ediblər: “Ona görə də bu məlumat mediaya "sızıb". O cümlədən, Rusiya sülhməramlılarının Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsi haqqında vədlər də. Bir sıra KİV-lər artıq bir neçə gündür fəal şəkildə bütün bunlardan sonra hər şeyin necə dəyişəcəyini müzakirə edirlər. Belə bir plan isə yoxdur və olmayacaqdır!

Yəni Putin Ermənistana yenə də xəyanət etdi, ölkəmizə qarşı yeni təxribatların həyata keçirilməsinə "yaşıl işıq" yandırdı. Bunu Bakıda da başa düşdülər. Paşinyanın Moskvaya getdiyi gün İlham Əliyev Azərbaycan Respublikasının İqtisadi rayonlara yeni bölünməsi haqqında fərman imzaladı. Və əsl partlayan bomba bu idi.

Yeni qərara əsasən, “Arsax”ın (Laçın və Kəlbəcərdən başqa) rayonları ayrıca rayona daxil edildi. Laçın və Kəlbəcərdən isə "Şərqi Zəngəzur" iqtisadi rayonu quruldu. Bu ad çox bəlağətlidir. Düşünürəm ki, şərq varsa, qonşularımızın (siyasi və sosial səviyyələrdə) Syunik üçün dedikləri “Qərbi Zəngəzur” da var.

Bundan əlavə, “misilsiz tarixi və mədəni irsə, fövqəladə təbiətə sahib olan qədim Qarabağ bölgəsinin bərpasını və sürətlə inkişafını təmin etmək üçün” Stepanakert də “Qarabağ bölgəsi” nin tərkibinə daxildir. Yəni, Türkiyə-Azərbaycan tandeminin təxribatçı fəaliyyətinə Moskvanın səssiz razılığı açıq şəkildə görünür.

Putin bu planlara heç bir şəkildə müdaxilə etmək istəmir. Bunun Əfqanıstandakı vəziyyət də daxil olmaqla çox obyektiv və subyektiv səbəbləri var. Bəs bütün bunlar bizə yenə xəyanət edən Rusiya üçün özünün bəraəti ola bilərmi? Cavab aydındır. KTMT-nin təsadüfən deyil, Kremlin qərarına əsasən kinayəli bir mövqe tutduğu da açıqdır.

Beləliklə, “Bayraktarlar”ın Stepanakert səmalarında görünəcəyi günə hazırlaşmalısınız və şəhərə Azərbaycan, Türkiyə Pakistan əsgərləri girəcəklər. Və Rusiya yenidən susacaq. Bizə isə “bütün bunlar bir məğluba səs verdiyiniz və buna dözdüyünüz üçündür”, - deyiləcək. Bizə rəzalət fincanını dibinə, son damlasına qədər için deyəcəklər. Və içməli olacağıq”... ("Yenisabah" )
Avro-2020: İngiltərə finalda!Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.

Avrasiya.net xəbər verir ki, İngiltərə və Danimarka yığmaları üz-üzə gəliblər. Londondakı "Uembli" stadionunda oynanılan matçda meydan sahibləri 2-1 qalib gələrək finalda İtaliyanın rəqibi olub.

Qeyd edək ki, final matçı iyulun 11-də "Uembli" stadionunda olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.