Kolumbiya qəhvəsinin təqdimatı keçirilibKolumbiyanın ölkəmizdəki Səfirliyi, “Urban Coffee” və Rusiyada fəaliyyət göstərən “ABA Factory” ilə birgə Kolumbiya qəhvəsinin təqdimatı keçirilib.

Kolumbiyada becərilən fərqli qəhvə çeşidlərinin sərgiləndiyi tədbirdə Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas, “Urban Coffee”nin sahibi Anar Məmmədov, Rusiyada fəaliyyət göstərən “ABA Factory”nin sahibi Murov Məmmədov, Nakçıvan Muxtar Respublikasının Bakıdakı ofisinin sədri Bəxtiyar Məmmədov, millət vəkili Rüfət Atakişiyev, eləcə də kofe şirkətlərinin nümayəndələri, “Baku Cigar Klub”un üzvləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan səfir Luis Antonio Dimate Kardenas qeyd edib ki, bir neçə həftə öncə, Bakının küçələrində gəzən zaman qədim arxitekturalı bir binanın altındakı qəhvə məkanı diqqətini çəkib. Orada olub və məkanın sahibi Anar Məmmədovla bu qərara gəliblər ki, Kolumbiya qəhvəsinin təqdimatına dair birgə tədbir keçirsinlər.

“Dünya səviyyəsidə qəhvə istehsalı və qəhvə bazarında püxtələşmiş, peşəkar dostumuz Murov Məmmədovla pandemiya həyatımıza girməzdən bir neçə ay öncə - 2020-ci ilin başlarında keçirilən İkinci Bakı Çay və Kofe Festivalında tanış olmuşuq. Düşündük ki, tədbiri Murovun peşəkar dəstəyi olmadan keçirmək olmaz və o, bizim bu təklifimizi müsbət qarşıladı” deyən diplomatın sözlərinə görə, məhz bu tədbir nəinki Kolumbiyanın qəhvə mədəniyyətini təqdim edəcək, həmçinin Kolumbiyaya əyani səyahət edərək bu ölkənin təklif elədiyi ticarət, investisiya və turizm imkanları barəsində də məlumat verəcək.

“Bir çoxlarınızın da bildiyi kimi, Kolumbiya Hökuməti diplomatik missiyasını Azərbaycanda 2014-cü ildə Sakit Okeanı Alyansı çərçivəsində açıb. Lakin diplomatik münasibətlərimiz 90-cı illərə uzanır, bu münasibətlərin yaradılmasının 25 illiyini 2019-cu ildə qeyd etmişik. Bu 25 ildə Azərbaycanla daimi və konstruktiv siyasi dialoqumuzun əsasında çox geniş və müsbət aəlaqələr qurmağa nail olmuşuq. Elə bir əlaqə ki, bu, ticarət, mədəni, təhsil və texniki əməkdaşlıq sahələrində daha da inkişaf edir. Prezident İlham Əliyevə Kolumbiyanın Azərbaycandakı birinci Səfiri kimi etimadnaməmi təqdim etdiyim zamankı görüşümdə də qeyd etdiyim kimi, Azərbaycanla əlaqələrimizi genişləndirmək naminə səy göstərəcəyimi bildirmişdim. Biz münasibətlərimizin gələcəyinə ümidlə baxırıq, çünki hər iki ölkənin böyük potensiala malik olması, siyasi və iqtisadi sabitlikdən irəli gələn inam bizə bunu əminliklə deməyə imkan verir” deyən səfir əlavə edib ki, Azərbaycanı özlərinə hər zaman dost ölkə, böyük iqtisadi və siyasi inkişafa malik, mühüm stratejik mövqeyi, zəngin təbii yataqları və xüsusən də insan kapitalına yatırımlar edən dövlət kimi görürlər.

Səfir Luis Antonio Dimate Kardenas Kolumbiyanın da böyük potensiala malik olduğunu deyib. Bildirib ki, Kolumbiya Cənubi Amerikanın şimal-qərb küncündə, Karib dənizi hövzəsi və Sakit okean sahillərinə çıxışı olan, uca qarlı dağlarla əhalənmiş, Amazon çayına qədər uzanan geniş düzənlikləri və sıx meşələri olan ölkədir. Onun coğrafi imkanları böyük iqlim müxtəlifliyinin və biomüxtəlifliyin olmasına gətirib çıxarır.

“İki milyon kvadratkilometrdən çox əraziyə malik olan Kolumbiya, regionda ərazisinə görə 5-ci böyük ölkədir və burada müxtəlif yerli qəbilələrin də daxil olduğu 50 milyon əhali yaşayır. Kolumbiya siyasi cəhətdən də sabit ölkədir. Müxtəlif zorakılıq təhdidlərinə baxmayaraq, qanunlara hörmətlə yanaşan, qarşısına qoyduğu məqsəd və vəzifələri tanıyan, bunun öhdəsindən gəlmək üçün bütün səyləri ilə çalışan, Kolumbiyada daimi sülhü bərqərar edərək butün əhalini öz ətrafında birləşdirən, bütün enerjisini iqtisadi və sosial inkişafa xərcləmək üçün mübarizə aparan dövlətdir. Elə bir ölkə ki, hər dəfə dünyada öz sözünü deyir, bəşəriyyətin üzləşdiyi problemlərdə və vəzifələrdə öz tohfəsini verir, digər öklərə yaxınlaşmaq, onlarla müxtəlif sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün yollar axtarır”, - deyib səfir Luis Antonio Dimate Kardenas.

Diplomat qeyd edib ki, Kolumbiya makroiqtisadiyyatını inkişaf etdirmək üçün ciddi və məsuliyyətli idarəetmə sistemi sayəsində, inflyasiya və büdcə defisitlərini yaxşı idarə edərək iqtisadi sabitliyindən hazırda zövq alır. Belə ki, Kolumbiya öz tarixi boyu heç vaxt hiperinflyasiya və xarici borclarının ödənməsində əziyyət çəkən ölkə olmayıb.

2019-cu ildə Kolumbiyanın Ümümdaxili Məhsula görə dünyada 38-ci, ümumi ixrac gücünə görə 54-cü, ümumi idxal həcminə görə isə 51-ci yeri tutduğunu xatırladan səfirin sözlərinə görə, Kolumbiya Latın Amerıkasında Brazilya, Meksika və Argentinadan sonra ən böyük iqtisadiyyata malik dördüncü ölkədir.

Səfir qeyd edib ki, ölkəsində xarici investisiya üçün əlverişli mühit mövcuddur. Belə ki, son 10 il ərzində 45 milyard dollar cəlb edə bilib.

“Kolumbiya təbiət rəngarəngliyinə, zəngin mədəniyyətə, etnik müxtəlifliyə malik, turizm imkanları geniş və cəlbedici olan ölkədir. Son 10 ildə turizmin sürətli inkişafı, məsələn, 2019-cu ildə ölkəyə 4,5 milyon turistin səfər etməsi ilə nəticələnib. Bütün bunları bir yana qoysaq, Kolumbiya xusüsilə qəhvənin yetişdiyi diyardır. XX əsrdə üzun illər boyu bu məhsul bizim iqtisadiyyatımızın özülünü, mədəniyyətimizin özəyini təşkil edib, əməkdaşlıq və həmrəylik nümunəsinə çevrilib. Biz kolumbiyalılar dünyanın ən narın qəhvəsini istehsal etməkdən qürur duyuruq: “Arabica”nın ən dadlı növü biozdə yetişir. Hansı ki, bu növ yüksək keyfiyyətli yumşaq təamı və turşməzə, sitrus və şokolad çalarlarını özündə ethiva edir. Hazırda Kolumbiya qəhvə istehsalına görə, dünyada Brazilya və Vyetnamdan sonra 3-cü yeri tutur. 2020-ci ildə 2,5 milyard dollarlıq qəhvə ixrac edib” deyən səfir əlavə edib ki, 2007-ci ildə Kolumbiya qəhvəsi qorunan məhsul statusu alıb. 2011-ci ildə isə UNESCO, Kolumbiyanın ən çox qəhvə yetişdirdiyi Qəhvəçilər Bölgəsini Ümumdünya Mədəni İrs siyahısına daxil edib.

Daha sonra “Urban Coffee”nin müdiri Anar Məmmədov və “ABA Factory”nin sahibi Murov Məmmədov çıxış edərək təqdimatına toplaşdığımız Kolumbiya qəhvəsindən söz açıb, ölkələrimiz arasında bu iqtisadi-icarət əlaqələrinin inkişafını zəruri hesab ediblər.

Çıxışlardan sonra Kolumbiyanın ecazkar gözəlliklərini, dünyamiqyaslı qəhvə plantasiyalarını əks etdirən videoçarx nümayiş olunub. Tədbir Kolumbiya qəhvəsinin təqdimatı ilə başa çatıb.

Vüsal Tağıbəyli
Kür çayında iki nəfər batdıQazax rayonunun Birinci Şıxlı kəndi ərazisində, Kür çayında 2 nəfər batıb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hal-hazırda axtarışlar aparılır. İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Məhəd Elxan oğlu Şirməmmədov və 2006-cı il təvəllüdlü Həmzə Arif oğlu Fəttahovdur.
ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 60-a çatdıABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində çökmüş yaşayış binasının dağıntıları altından çıxarılan meyitlərin sayı 60-a çatıb.

TASS xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava brifinq zamanı bildirib.

“Dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıq, indiyədək çıxarılmış meyitlərin sayı 60-a çatıb. 80 nəfərin aqibəti isə hələ də bəlli deyil”, - deyə o vurğulayıb.

Axtarış-xilasetmə tədbirləri davam edir.

Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. İlk gün ərzində dağıntılar altından 37 nəfər sağ çıxarılıb.
Rafael Cəbrayılov ittihamları rədd etdiBu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılovun işi üzrə məhkəmə prosesi keçirilib.

Avrasiya.net xəbər verir ki, prokuror ittiham aktını elan edib. Daha sonra Rafael Cəbrayılov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə iclası 22 iyul saat 15:30-da davam etdiriləcək.

İttihama görə, Rafael Cəbrayılov Milli Məclisin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Rafael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir
Çörək alarkən bunlara diqqət edinQida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükə yaradır.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Çörəyin keyfiyyət göstəricilərinə turşuluq, nəmlik və məsaməlilik eyni zamanda orqanoleptik göstəricilər (iyi, dadı, rəngi) daxildir. Çörəyin qabığında çatlar olmamalıdır. Qabığının rəngi buğda çörəyində qızılı sarıdan, açıq qəhvəyiyə qədər, çovdar və kəpəkli buğda çörəklərində açıqdan tünd qəhvəyiyə qədər olur. Kəsiyində qabığının qalınlığı 3-4 mm-dən çox olmamalıdır. İçliyin vəziyyəti kəsilmiş çörəkdə müəyyən edilir. İçliyi yaxşı bişmiş, bərabər məsaməli, barmaqla yoxladıqda nəm və ələ yapışqan olmamalı və üzərinə yüngül basdıqda elastik olub öz əvvəlki formasını almalıdır.

Eyni zamanda yumşaq olmalı, ovxalanmamalı, daxilində un hissəcikləri və yumrular olmamalıdır. Hündür, yaxşı məsaməli çörək orqanizmdə asan mənimsənilir. Çörəyin səthi hamar, parıltılı, yanmamış olmalıdır. İyi xoşagələn olmalı, acı və turş tamlı, çeynəndikdə xırçıltılı, kənar iy, kif və s. olmamalıdır.

Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur, bu isə insan orqanizmi üçün olduqca təhlükəlidir. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün.


Qırğızıstan-Tacikistan sərhədində atışmaQırğızıstan-Tacikistan sərhədində atışma olub.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” məlumat yayıb.

Məlumata görə, iyulun 8-də Qırğızıstanın 4 sərhədçisi qanunsuz olaraq Tacikistanın Soqdi vilayətinə keçib. Hərbi və mülki geyimdə olan sərhədçilərin üzərində avtomat silahları olub. 9 baş atı Qırğızıstana keçirmək istəyən qırğızlar tacikləri atəşə tutublar.

Tacikistan sərhədçilərinin onlara cavab atəşi açması nəticəsində iki qırğız sərhədçi yaralanıb.

Hadisə yerinə hər iki ölkənin vəzifəli şəxsləri gəlib.
Qarabağda daha iki erməni əsgərin meyiti tapıldıQarabağda axtarışlar nəticəsində daha iki erməni əsgərin meyitinin qalıqları tapılıb.

Avrasiya.net xəbər verir ki, axtarışlar Füzuli və Cəbrayılda aparılıb.

Bununla da 14 noyabr 2020-ci ildən bəri Qarabağda tapılan erməni əsgər meyitlərinin sayı 1598-ə çatıb.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.
Agentlik növbəti onlayn görüş keçirdiİyulun 8-də “Zoom” üzərindən təşkil edilən görüş zamanı Ağentliyin İcraçı Direktoru Fuad Dərgahlı və Agentliyin Müşahidə Şurasının üzvü Əvəz Həsənov ilə İnsan haqqları, ictimai vəkillik, demokratiya, hüquq məsələləri və insan alverinə qarşı mübarizə istiqaməti üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə fikir mübadiləsi apardılar.

Avrasiya.net xəbər verir ki, görüş zamanı çıxış edən tanınmış QHT təmsilçiləri ağentliyin işinin yaxşılaşdırılması və QHT-lər ilə əməkdaşlığının gücləndirilməsi üçün aşağıdakı təkliflər ilə çıxış etdilər:

• QHT-lərin maliyyə problemlərinin həll olunması üçün təklilflərin sistemlışdirilməsi və daha dayanıqlı maliyyə mənbəyinin formalaşmasına dəstək;
• QHT-lər üçün güzəştli qaydalarda ofis üçün məkan və yaxud “QHT evi”nin təşkil olunması.
• İnteqrasiya proqramlarına xüsusi diqqətin yetirilməsi;
• Sosial şəbəkələr üzərindən QHT-lər tərəfindən açılan müzakirələr zamanı müsbət imicin qorunmasına çalışılması;
• Agentliyin yalnız donor kimi fəaliyyət göstərməsi düzgün olmazdı. Agentlik vətəndaş cəmiyyəti ilə bağlı siyasətin idarə olunması, QHT-lər ilə bağlı normal mühitin yaradılması üçün çalışmalıdır;
• QHT təmsilçilərinin iştirakı ilə Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanun və digər qanunvericilik aktlarının dəyişidirilməsi və təkmilləşdirilməsi üzrə işçi qruplar yaradılmalı;
• İctimai nəzarət və ictimai şuralar ətrafında yaradılan ajiatajın aradan qaldırılması bu sahəyə pozitiv münasibətin formalaşması;
• Xidməti müqavilələr ilə bağlı vəziyyətin təhlil olunması və QHT-lərin xeyrinə həll olunması üçün işin görülməsi;
• QHT-lər üçün elan olunacaq qrant mövzularını cəmiyyətdə yeni çağırışlardan irəli gələrək müəyyən etmək;
• Post müharibə dövrünün tələbləri və ehtiyaclarını nəzərə alaraq QHT-lərin layihələr ilə çıxış etməsini stimullaşdırmaq;
• Məhkəmə sistemində yaradılan yeniliyin insanlar arasında təşviq olunması üçün QHT təşəbbüslərinə dəstək olmaq;
• Sığınacaqlar və reabilitasiya mərkəzlərini idarə edən QHT-lərə davamlı dəstəyin göstərilməsi;
• QHT-lərə maliyyə dəstəyi göstərən digər dövlət qrumları ilə işin koordinasiya olunması;
• QHT-lərin beynəlxalq təşkilatlar və beynəlxalq media qrumlarında təmsil olunması üçün dəstəyin göstərilməsi.
• Gələcəkdə QHT-lərin beynəlxalq əlaqələrinin yaxşılaşdırılmasına dəstəyin göstərilməsi;
• QHT nümayəndələri üçün dil kurslarının təşkil olunması.
Füzulidə 2 nəfər minaya düşdüDəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bu gün- iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir.

Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunub.
Paşinyan Putinin qəbulundan çıxıb Makronun yanına qaçacaq - ŞƏRH“Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskvadan sonra növbəti səfəri böyük ehtimalla Fransaya olacaq. Fransa prezidenti Emmanuel Makron erməni dostunu Parisə dəvət edəcək”.

Avrasiya.net-in məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın Moskvaya dünənki səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, elə Paşinyanın özü də Rusiya prezidenti Vladimir Putinlə müqayisədə özünü Makronla görüşlərdə daha rahat hiss edir.

Putinin içki həvəskarı olmadığını xatırladaqn E.Şahnoğlu Makronu Paşinyanın badə dostu adlandırıb:
“Ancaq problem ondadır ki, Ermənistanın təhlükəsizliyi və problemlərinin mümkün həlli Rusiya ilə ittifaqdan asılıdır, Makron sadəcə quru vədlər verə bilər, çünki Fransanın bölgəmizdəki proseslərə təsir gücü azdır”.

Siyasi şərhçi qeyd edib ki, Ermənistanda keçirilən son rəy sorğuları Fransanın Rusiyanı üstələdiyini göstərir.

“Ermənilər Rusiyanın ölkələrinə kifayət qədər dəstək vermədiyini düşünür, Moskvanın Bakı və Ankara ilə tərəfdaşlıq münasibətlərindən narahatdırlar. Ancaq bütün hallarda Ermənistanın rəhbərləri real kömək üçün yenə Moskvaya müraciət etmək məcburiyyətindədirlər, çünkü pulu, hərbi texnikanı və sərhədlərin qorunmasını sadəcə Rusiya təmin etmək iqtidarındadır. Rusiya isə heç nəyi havayı etmir, qarşılığında daha çox itaət tələb edir”.